Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə45/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   285

 

 

95 



sənayesinin  qalan  sahələrində  isə,  ötən  əsrin  əvvəlindəki  19-20  illə 

müqayisədə 8-9 il təşkil edir. Qiymətləndirmələrə görə, təkcə 1980-ci illərdə 

buraxılan malların təqribən 80%-i yeniləşdirilmişdi. ETT-nin qeyri-bərabər 

inkişaf  etməsi  nəticəsində  dünya  təsərrüfatında  özlərinə  yeni  "oyuqlar" 

tapan,  yaxud  rəqiblərini  sıxışdıran  təzə  istehsalçılar  meydana  çıxır.  Bu 

proses ilk növbədə artıq beynəlxalq bazarlarda hakim mövqe tutan ölkələrin 

mikro səviyyəsində baş verir. 

Əməyin  sahə  daxilində  bölgüsü  iqtisadi  mübadilənin  öz  inkişaf 

səviyyələrinə görə bir-birinə yaxın olan sənaye ölkələri arasında daha sürətlə 

inkişaf  etməsinə  səbəb  olur.  Bu  ölkələrdə  istehlakın  strukturunun 

tarazlaşması  baş  verir.  Məsələn,  1980-ci  ildə  inkişaf  etmiş  ölkələrdə  idxal 

olunan məhsulların 64,5%-i elə bu cür ölkələrdən gətirilirdisə, 2007-ci ildə 

bu rəqəm artıq 73,4%-ə  çatmışdır.  Lakin bu meyil düz xətt üzrə  getmir və 

ona  bir  sıra  başqa  amillər  təsir  göstərir.  Belə  ki,  beynəlxalq  ticarət  sənaye 

mallarının  həyat  dövrünü  uzadaraq,  onun  mənəvi  aşınmasını  ləngidir. 

Beynəlxalq bazarlara yeni məhsulların çıxarılması, həmin malların nisbətən 

zəif  inkişaf  etmiş  ölkələr  tərəfindən  idxal  olunması  üçün  şərait  yaradır. 

Analoji  malların  yerli  istehsalının  təşkili  isə  yeni  məhsulların  idxalının 

ixtisarına səbəb  olur.  Məmulatın mənimsənildiyi  ölkənin  bazarının  həddən 

artıq doldurulması mərhələsində TMK məhsulun istehsalını işçi qüvvəsinin 

dəyəri daha ucuz olan ölkələrə ötürür. 

_____________________________________________________ 

BƏB və milli təsərrüfatların beynəlmiləlləşməsi 

 

Beynəlxalq  əmək  bölgüsünün  güclənməsi  müasir  iqtisadiyyatda 

xarici sahənin rolunun yüksəlməsinə xidmət edir. Bu, öz əksini ilk növbədə 

xarici  iqtisadi  fəaliyyətin  ənənəvi  forması  olan  ticarətin  istehsalla 

müqayisədə  1,3-2  dəfə  sürətlə  artmasında,  o  cümlədən  bir  çox  malların 

TMK-nın  təsərrüfat  kompleksləri  çərçivəsində  milli  sərhədləri  dəfələrlə 

keçməsində  tapır  (cədvəl  4.4).  Göstərilən  proses  aralıq  məhsullarla 

mübadilənin artması əsasında inkişaf edir. 



 

Cədvəl 4.4. Xarici ticarətin və MDM-in artım  



templəri (AQP üzrə), % 

 

 



1981-1990 

1991-2001 

2002-2011 

Ticarət 


4,7 

6,6 


4,7 

MDM 


3,4 

3,2 


3,7 

 

Mənbə: World Economic Outlook. May 1999, April 2010. IMF. 



 

BƏB-in  əldə  olunan  səviyyəsi  nəticəsində  sahibkarlıq  fəaliyyəti 

xarici  aləmdən  təcrid  olunmuş,  iqtisadi  prosesləri  öz  dövləti  çərçivəsində 



 

 

96 



qapanmış  ölkə  demək  olar  ki,  qalmamışdır.  Xarici  ticarət  ayrı-ayrı  resurs-

ların və malların qıtlığını kompensasiya edən, iqtisadiyyatın nisbətən tədric 

olunmuş  sahəsindən  sahibkarlıq  fəaliyyətinin  ümumi  elementinə 

çevrilmişdir.  O,  çox  hallarda  təsərrüfatın  bütün  əsas  proseslərinə,  o 

cümlədən  uzunmüddətli  iqtisadi  artıma  və  istehsalın  qısamüddətli 

dinamikasına, texniki inkişafa, iqtisadiyyatın səmərəliliyinə təsir göstərir. 

BƏB-in dərinləşməsi milli kapitalların əmtəə və pul formasında olan 

mühüm hissəsinin dövriyyəsinin beynəlxalq əsasda həyata keçirilməsinə, bu 

isə,  öz  növbəsində,  milli  kapitalların  dövriyyəsinin  çarpazlaşmasına  gətirib 

çıxarır.  İnkişaf  etmiş  ölkələrdə  istehsal  amillərinin  inkişafının  müasir 

mərhələsində beynəlxalq əmək bölgüsünün dərinləşməsi qarşısında yaranan 

maneələrin  ləğvi  və  beynəlxalq  iqtisadi  mübadilənin  verdiyi  faydalardan 

istifadə olunması daha çox tələb olunur. 

 

4.3. Regional iqtisadi inteqrasiya - dünyada istehsal prosesinin 



inkişafı formasıdır 

 

XX  əsrin  ikinci  yarısında  dünya  təsərrüfatında  ayrı-ayrı  ölkə 



qruplarının  xarici  ticarət  və  iqtisadi  birliklərinin  yaradılması  prosesi  geniş 

təşəkkül tapmağa başladı. Regional iqtisadi inteqrasiya milli təsərrüfatların 

xarici  iqtisadi  mübadilə  və  istehsal  sahələrini  əhatə  etməklə,  onların  sıx 

qarşılıqlı  əlaqələrinin  qurulması  və  regional  miqyasda  vahid  təsərrüfat 

kompleksinin yaranması ilə nəticələnən sabit iqtisadi münasibətlərin inkişafı 

prosesidir. 

Regional  iqtisadi  birliklərin  yaradılmasının  sövqedici  səbəbi  dünya 

təsərrüfatında qeyri-bərabər vəziyyətdə olan dövlətlərin istehsalın və satışın 

miqyasını  genişləndirmək,  başqa  ölkələrin  satış  bazarlarını  öz  daxili 

bazarına çevirmək hesabına mövqelərini möhkəmlətməkdir. 

İqtisadi inteqrasiya prosesi çox mürəkkəb və ziddiyyətlidir. Onun təkcə 

iqtisadi deyil, həmçinin siyasi səbəbləri də vardır. Hərçənd, inteqrasiyanın əsas 

səbəbi  öz  milli  təsərrüfatları  çərçivəsinə  sığmayan,  yüksək  dərəcədə  inkişaf 

etmiş  istehsal  amillərinin  tələbləridir.  Tarixən  bu  prosesin  gedişinin  müxtəlif 

mərhələlərində siyasi və iqtisadi amillərin nisbətləri dəyişmişdir. 

Regional  iqtisadi  birliklərin  yaradılması  beynəlxalq  iqtisadi 

əlaqələrin mövcud olan qaydaları ilə formal baxımdan ziddiyyət təşkil etmir. 

ÜTT-nin  ticarət  sistemi  çoxtərəfli  ayrı-seçkiliyə  yol  verilməməsi  və 

liberallaşma  prinsiplərinə  əsaslansa  da,  QATT-ın  XXIV  maddəsi  ticarətin 

liberallaşmasının  bütün  regional  ticarətə  əhəmiyyətli  dərəcədə  şamil 

edilməsi  və  regional  birliyin  başqa  ölkələrlə  ticarətdə  yaratdığı  maneələrin 

əvvəlkilərdən  yüksək  olmaması  şərti  ilə  regional  iqtisadi  birliklərin 

yaradılmasına icazə verir. 

 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə