Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə39/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   285

 

 

82 



 

3.3. Dünyanın iqtisadi qaydaları 

____________________________________________  

"Dünya qaydaları" anlayışı 

 

Dünya qaydaları (rejimi) çoxtərəfli əsasda qəbul edilən, beynəlxalq 

fəaliyyətin  hər  hansı  sahəsində  dövlət  və  qeyri-dövlət  səviyyələrində 

davranış  tərzinin  çərçivələrini  müəyyən  edən,  hamı  tərəfindən  məqbul 

sayılan  normalara  əsaslanan,  kifayət  dərəcədə  aydın  ifadə  olunmuş 

şərtlərdir.  Bunlar  dövlətlərin  ayrı-ayrı  fəaliyyət  sahələrində  hərəkətlərinin 

tənzimlənməsinə yönəlmiş çoxtərəfli sazişlərdir. 

Ümumi  qaydalar  ölkələrin  qarşılıqlı  fəaliyyəti  üçün  mühümdür. 

Onlar  dövlətlər  tərəfindən  öz  hərəkətlərini  qanuniləşdirmək,  yaxud 

başqalarının hərəkətlərini mübahisələndirmək üçün istifadə edilən davranış 

normalarını təmin edir. Qaydalar çox vaxt dövlətlərin hərəkətlərinə aydınlıq 

gətirir və bununla da, meydana çıxan problemlərin həllinə kömək edir. 

Dünyanın  iqtisadi  qaydaları  özündə  beynəlxalq  tənzimləmə 

strukturlarını, o cümlədən:  

(1) beynəlxalq valyuta sistemini; 

(2) ümumdünya ticarət sistemini; 

(3) vergiqoymanın beynəlxalq prinsiplərini - birləşdirir. 

Beynəlxalq  qaydaların  yaradılması  dünya  təsərrüfatı  iştirakçılarının 

üzərinə müəyyən vəzifələr qoyur və onların xərclərinə səbəb olur. Optimal 

qaydalar  bütün  sistemin  faydalanmasını  təmin  edir.  Əks  halda,  natamam 

rəqabət  konsepsiyasına  uyğun  olan,  yəni  "güclü  sahibkarlıq  subyekti  üçün 

əlverişlidirsə, olar" prosesləri inkişaf edir. 

Dünya təsərrüfatının daha güclü ölkələrin başqalarına nisbətən böyük 

nüfuza malik olması ilə ifadə edilən iyerarxiyası da dünya iqtisadiyyatının 

vəziyyətinə əhəmiyyətli, bəlkə də həlledici təsir göstərir. Hətta inkişaf etmiş 

aparıcı  dövlətlər  arasında  "yeddiliyin"  ÜDM-nin  45%-i  ABŞ-ın  payına 

düşdüyünə  görə,  "mükəmməl  simmetriya"  yoxdur  və  qərarların  qəbulu 

zamanı nəzərə alınan orta göstəricilər onun iqtisadiyyatının inkişaf səviyyəsi 

və  miqyası  əsasında  müəyyən  olunur.  Beləliklə,  əlaqələndirmənin  mövcud 

üsullarında ABŞ-ın göstəriciləri və nailiyyətləri "tarazlıq nöqtəsi" kimi qəbul 

edilir  və  həm  başqa  ölkələrin,  həm  də  beynəlxalq  təşkilatların  siyasəti 

bunlara uyğun olaraq tənzimlənir. 

_______________________________________________ 

Dünya qaydalarının dəyişməsi 

 

Ötən  əsrdə  dünyada  böyük  dəyişikliklər  baş  vermişdir.  Əsrin 



əvvəlində  dünya  iqtisadiyyatının  qaydaları  müstəmləkələri  olan  altı-yeddi 

metropoliya ilə təcəssüm olunurdu. 




 

 

83 



İkinci  Dünya  müharibəsindən  sonra,  1940-cı  illərin  ortalarından 

dünyada  qayda-qanun  metropoliya-müstəmləkə  münasibətləri  saxla-

nılmaqla,  ABŞ-ın  üstünlüyünün  təməli  üzərində  qurulmuşdu.  Bu  illərdə 

ABŞ dünya iqtisadiyyatında zirvə nöqtəsində dururdu. 1930-1940-cı illərdə 

dünyanın ümumi gəlirində ABŞ-ın payı 29%-dən 33%-dək artmış, iqtisadi 

qüdrətinə  görə  ikinci  olan  Britaniyanın  payı  isə  9%-dən  təqribən  6%-dək 

azalmışdı.  Dünyada  istehsal  olunan  sənaye  məhsulu  həcminin  37%-i, 

monetar  qızılın  rəsmi  dünya  ehtiyatlarının  70%-dən  çoxu  ABŞ-ın  payına 

düşürdü. Qərbin başqa ölkələrinin zəifləməsindən istifadə edən ABŞ 1940-cı 

illərin sonunda Britaniyanın öz inkişafının zirvə nöqtəsində tutduğu yerdən 

də yüksək mövqe tutmağa nail oldu. 

ABŞ  müharibədən  sonrakı  ilk  illərdə  qazandığı  iqtisadi  üstün-

lüklərdən  dünyada  öz  nüfuzunun  güclənməsi  üçün  məqsədyönlü  tərzdə 

istifadə  edirdi.  Məsələn,  müharibədən  sonrakı  illərdə  beynəlxalq  ittifaqlar 

sisteminin  formalaşmasının  iqtisadi  komponentlərinə  Qərbi  Avropa  üçün 

"Marşall  planı"ndan,  Latın  Amerikasında  kapital  qoyuluşlarının  genişlən-

dirilməsindən, ABŞ-ın aparıcı yer tutduğu BVF, QATT, BYİB kimi nüfuzlu 

beynəlxalq iqtisadi təşkilatları sisteminin yaradılması daxil idi. 

Müharibədən sonrakı dünyanın iqtisadi qaydalarının başqa bir cəhəti 

onun müstəmləkə imperiyaları daxilində fəaliyyət göstərən ayrı-ayrı iqtisadi 

rejimlərdən,  habelə  1949-cu  ildə  təşkil  olunmuş,  Şərqi  Avropada  yaranmış 

iqtisadi  münasibətlər  sisteminin  xüsusi  rejimini  təmsil  edən  Qarşılıqlı 

İqtisadi Yardım Şurasından (QİYŞ) ibarət olmasıdır. 

İkinci  Dünya  müharibəsində  iştirak  etmiş  ölkələrin  təsərrüfatlarının 

bərpası və iqtisadi inkişafın qeyri-bərabərliyi yaranmış dünya iqtisadi rejimi 

çərçivəsində  vəziyyətin  dəyişməsinə  səbəb  olmuşdur.  Qərbi  Avropa  və 

Yaponiyanın  mövqelərinin  güclənməsi  onların  dünya  iqtisadiyyatının  bir 

sıra  məsələlərində  ABŞ-a  qarşı  müqavimət  göstərməsinə  imkan  verdi.  Aİ-

nin yaranması Ümumi Bazar ölkələri çərçivəsində xüsusi iqtisadi qaydaların 

müəyyən olunması ilə nəticələndi. Bu isə, öz növbəsində, dünyada mövcud 

olan  iqtisadi  qaydalara  təsirini  göstərdi.  Mövcud  olduğu  illər  ərzində  Aİ 

güclü bloka çevrilərək, QATT rəhbərliyi altında fəaliyyət göstərən çoxtərəfli 

ticarət  sisteminə  meydan  oxumağa  başladı.  Məsələ  bundadır  ki,  gömrük 

ittifaqı  ticarət  maneələrinin  orta  səviyyəsini  dəyişmədikdə  belə,  üçüncü 

ölkələrə qarşı münasibətlərdə ayrı-seçkiliyi stimullaşdırır. 

Növbəti  mərhələ  əsarət  altına  alınmış  xalqların  azadlıq  uğrunda 

apardıqları  mübarizə  nəticəsində  müstəmləkə  imperiyalarının  dağılması  ilə 

bağlıdır.  Müstəqillik  əldə  etdikdən  sonra  inkişaf  etməkdə  olan  ölkələr 

mövcud  beynəlxalq  iqtisadi  sistemi  kökündən  dəyişməyə  cəhd  göstərirdi. 

Onlar  BMT-nin  Baş  Assambleyası  vasitəsilə  1974-cü  ilin  mayında  Yeni 

Beynəlxalq İqtisadi Qaydalar (YBİQ) haqqında və 1974-cü ilin sentyabrında 

dövlətlərin  iqtisadi  hüquqları  və  vəzifələri  Xartiyasını  dəstəkləyən 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə