Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə35/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   285

 

 

74 



fəaliyyətinə  təsir  göstərən  xarici  və  daxili  amilləri  nəzərə  almaqla 

planlaşdırmaq mümkündür. Bu cür əsas amillər aşağıdakılardır: 

(1) dünyanın iqtisadi inkişafının ümumi meyilləri; 

(2) ayrı-ayrı sahə və regional bazarlarının inkişafı; 

(3)  ayrı-ayrı  bazarlarda,  yaxud  müxtəlif  ölkələrdə  sosial-iqtisadi 

vəziyyət; 

(4) siyasi-hüquqi şərait; 

(5) təbii mühit. 

Bu  amillərin  nəzərə  alınması  beynəlxalq  marketinq  metodları 

vasitəsilə  təmin  olunur.  Marketinq  -  bazarın  və  istehsalın  firma,  təsərrüfat 

birlikləri  səviyyəsində  tənzimlənməsinin  müasir  formasıdır.  Buraya  bazar, 

tələbatın strukturu və dinamikası, alıcıların zövqləri və istəkləri, yəni şirkətin 

fəaliyyətinin  xarici  şəraiti  haqqında  dürüst  məlumatlar  daxildir.  Marketinq 

rəqiblərin  bazara  buraxdıqlarından  daha  yaxşı  əmtəənin  yaradılmasına, 

onların satışına mümkün qədər güclü nəzarət etməklə istehlakçıya, tələbata 

lazımi təsir göstərilməsinə yönəlmişdir. 

Məqsəd  müəyyən  vaxt  çərçivəsində  mənfəətin  qarşıya  qoyulmuş 

səviyyəsinə nail olmaqdır. Buna görə də marketinq fəaliyyəti uzunmüddətli 

proqnozlaşdırmaya yönəlmişdir. Müasir dövrdə ən iri TMK öz fəaliyyətini 

nəinki  regional,  həm  də  dünya  miqyasında  planlaşdırır.  Bu  cür  yanaşmaya 

əsaslanan qlobal marketinq iqtisadi, sosial və siyasi strukturların beynəlxalq 

səviyyədə çarpazlaşmasının güclənməsinə gətirib çıxarır. 

Bu proseslər bazarı deformasiyaya uğratmaqla, şirkətlərin beynəlxalq 

fəaliyyətinin  şərtlərini  dəyişir.  İstehsalın  qlobal  şəkildə  genişlənməsində, 

dünya bazarlarında mövqelərinin güclənməsində marağı olan TMK müxtəlif 

ölkələrdə  və  regionlarda  sahibkarlıq  şəraitinin,  sosial-siyasi  mühitin 

dəyişməsindən  asılı  olaraq,  bütün  dünya  təsərrüfatı  miqyasında  istehsal  və 

maliyyə resursları ilə manevrlər həyata keçirir, böyük həcmdə kapitalları bir 

ölkədən digərinə köçürür. Dünya ticarətinin 35%-dən çoxu TMK-nın firma 

daxilində  beynəlxalq  qiymətlərlə  deyil,  firmadaxili,  transfert  qiymətləri  ilə 

apardığı əməliyyatların payına düşür. Beləliklə, TMK öz maraqlarını təmin 

edərək, bazarların qapalı  açıq seqmentlərə bölünməsinə səbəb olur.  



_____________________________________________________ 

Dövlətlərarası və beynəlxalq təşkilatlar  

 

Mikro  və  makro  səviyyələrdə  bazar  və  plan  elementlərinin  birləş-



dirilməsi  təsərrüfat  münasibətlərində  disproporsiyaların  və  pozuntuların 

yaranmasının  qarşısını  almır.  Təsərrüfatın  beynəlxalq  və  qlobal  səviyyədə 

fəaliyyəti  nisbətlərin  qeyri-sabit  inkişafı,  tarazlığın  pozulması,  sistemin  bir 

elementinin başqasına birmənalı reaksiya verməməsi, əlaqələrdə qırılmaların 

baş  verməsi  ilə  səciyyələnir.  İstehsalın  özünütəşkilinin  bu  xüsusiyyətləri 

təsərrüfat prosesinə müdaxilə etmək, orada təshihlər aparmağa imkan verir. 




 

 

75 



Bazar  mexanizmində  kök  salaraq  yeni  elementlər  əlavə  etmək  yolu 

ilə  onu  dəyişdirən  dövlətlərarası  və  beynəlxalq  təşkilatlar  belə  qüvvə  kimi 

çıxış  edir.  Bu  müdaxilənin  əsasında  perspektiv  hesablama,  yaxud  planla 

müəyyən  olunan  və  yönəldilən,  lakin  dünya  təsərrüfatının  özünütəşkilinin 

mahiyyətini qoruyub saxlayan məqsədyönlü fəaliyyət dayanır.  

Dünya 


təsərrüfatında 

gedən 


proseslərin 

əlaqələndirilməsi 

strukturunun çoxtərəfli komponenti ikipilləli sistemə malikdir. 

Birinci pillə -  ticarət, gömrük və  başqa birliklər çərçivəsində  regional 

əlaqələndirmədir. Bu səviyyədə iqtisadi siyasət, birgə deflyasiya, dalğa əleyhinə 

və  başqa  aksiyalar  əlaqələndirilir,  sosial-iqtisadi  inkişafın  ortamüddətli 

proqnozları və indikativ proqramları işlənib hazırlanır. Təsərrüfat strukturunun 

və  qruplaşmaların  üzvləri  arasında,  habelə  üçüncü  ölkələrlə  xarici  iqtisadi 

əlaqələrin yenidən qurulması üzrə tədbirlər həyata keçirilir. 

Bu  proses  Avropada  daha  irəli  getmişdir.  Aİ  çərçivəsində  iqtisadi 

siyasətin  əlaqələndirilməsi  məqsədilə  dövlət  və  hökumət  başçılarının 

görüşlərinin  (ildə  3  dəfə),  xarici  siyasət  və  başqa  idarələrin  rəhbərlərinin 

daxil olduğu nazirlər şurasının hər il 60-dan çox sessiyasının keçirilməsini, 

Avropa  Komissiyasının  və  çoxsaylı  komissiyaların  daimi  fəaliyyət 

göstərməsini  nəzərdə  tutan  şaxələnmiş  mexanizm  yaradılmışdır.  Qarşıya 

qoyulan  məqsədlərə  çatmağın  alətləri  qismində  iqtisadi  siyasətlərin 

əlaqələndirilməsi,  bazarların  tənzimlənməsinin  ümumi  prinsiplərinin 

müəyyənləşdirilməsi və s. çıxış edir. 

Dünya  təsərrüfatının  bütün  zonalarının  və  sahələrinin  bir-biri  ilə 

qarşılıqlı  əlaqələrinin  dərinləşməsi,  bir  sıra  iqtisadi  problemlərin  planetar 

miqyasda  yayılması  onların  regional  səviyyədə  həyata  keçirilən  tədbirlər 

vasitəsilə  həllini  qeyri-mümkün  edir.  Aşağı  mərtəbələrdə  ikitərəfli  və 

regional 

səviyyələrdə 

əlaqələndirmə  cəhdləri  ümumilikdə  dünya 

təsərrüfatını  səfərbər  etməkdənsə,  mövcud  əlaqələrin  pozulmasına  səbəb 

olur.  Ölkələrin,  ayrı-ayrı  koalisiyaların  bir-biri  ilə  rəqabət  apardığı  dünya 

iqtisadiyyatı  sisteminin  obyektiv  ehtiyacları  baxımından  bu  cür  cəhdlərin 

göstərilməsi əksər hallarda neqativ nəticələrə gətirib çıxarır. 

 İkinci pillə - əksəriyyəti İkinci dünya müharibəsindən sonra yaranan 



beynəlxalq  təşkilatlarla  təmsil  olunan  ümumdünya  pilləsidir.  Müharibədən 

sonrakı illərdə dünyada iqtisadi siyasət konsepsiyası C.Keynsin ideyalarına 

istinadən  işlənib  hazırlanmışdı  və  bu  öz  praktiki  ifadəsini  BMT-nin 

ixtisaslaşmış təşkilatlarının - BVF və BYİB GATT yaradılmasında tapmışdı. 

1980-1990-cı  illərdə  iqtisadi  proseslərin  ümumdünya  səviyyəsində 

tənzimlənməsi  buradakı  təsərrüfat  əlaqələri  formalarının  təkamülü  ilə 

səciyyələnmiş  və  dünya  təsərrüfatının  ölkələr  qrupları  arasında  qüvvələrin 

bölgüsünü  nümayiş  etdirmişdir.  Bu,  beynəlxalq  tənzimləmə  qurumlarının 

rolunun dəyişməsində də əks olunmuşdur. 

 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə