Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə34/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   285

 

 

72 



sahələrində qəbul etdikləri qərarlara, qiymətlərin dinamikasına, son nəticədə 

isə  ayrı-ayrı  ölkələrin  və  dünya  təsərrüfatının  perspektivlərinə  güclü  təsir 

göstərir. 

Dünya  təsərrüfatı  mexanizminin  alətləri  nəzərdən  keçirilənlərlə 

məhdudlaşmır. Xarici borc da təsərrüfat mexanizminin aləti kimi çıxış edə 

bilər.  


Dünya  iqtisadiyyatının  tənzimlənməsi  mexanizminə  daxil  olan 

konkret  təsərrüfat  formaları  sahibkarlıq  subyektlərini  iqtisadi  maraqlar 

vasitəsilə müəyyən hərəkətlərə sövq edən qüvvələr kimi çıxış edir. Bazarın 

tələb və təklif, qiymətlər, ssuda faizi vasitəsilə göstərdiyi təsir dünya təkrar 

istehsal prosesi iştirakçılarının düşüncəsinə təsir göstərir və iqtisadi həyatın 

müəyyən  tərzdə  təşkilinə  səbəb  olur.  Bu  zaman  sahibkarlığın  konkret 

formalarındakı dəyişikliklər dünya təsərrüfatının ayrı-ayrı altsistemlərinin və 

sahələrinin fəaliyyətində baş verən nasazlıqlara reaksiya kimi çıxış edir. 



 

3.2. Dünya təsərrüfatı mexanizminin strukturu 

 

Hər bir sosial-iqtisadi hadisə onu təşkil edən qurumlar və altsistemlər 

tərəfindən  müəyyən  olunan  institusional  struktura  malikdir.  Dünya 

təsərrüfatı mexanizminin strukturuna ikitərəfli və çoxtərəfli əsasda, regional 

və  dünya,  xüsusi  və  beynəlxalq  səviyyədə  çıxış  edən  agentlər  daxildir. 

Bunlar dövlətlər, inteqrasiya birlikləri, TMK və TMB, beynəlxalq kartellər, 

dövlətlərarası təşkilatlar, sahibkarlar birlikləridir. 

____________________________________________ 

Dövlət  

 

Dövlət  dünyada  xüsusi  yer  tutaraq,  milli  və  beynəlxalq  səviyyələrdə 

spesifik  funksiyaları  həyata  keçirir.  Dövlət  hakimiyyətin  təmsilçisi,  böyük 

maliyyə resurslarına malik olmaqla, onların sahibi və sərəncamçısı kimi çıxış 

edir, həm adi, həm də xüsusi "ictimai" sahibkarlıq fəaliyyətini həyata keçirir. 

Dövlət  təsərrüfatın  daxili  və  xarici  sektorlarına:  büdcə,  kredit,  pul,  valyuta 

siyasətlərinə - təsir göstərmək üçün geniş spektrli təsir imkanlarına malikdir. 

Dövlət  iqtisadiyyata  qısamüddətli  təsir  metodları  ilə  bərabər,  uzunmüddətli 

tənzimləmənin  müxtəlif  formalarından  istifadə  edir,  istehsalda  irəliləyişləri, 

regional fərqlərin aradan qaldırılmasını, milli şirkətlərin rəqabət qabiliyyətinin 

yüksəldilməsini stimullaşdırmaqla, müvafiq struktur siyasətini həyata keçirir. 

Dövlətin elmi-texniki siyasəti də mühüm əhəmiyyət kəsb edir. 

Hər  bir  dövlət  ölkə  daxilində  geniş  təkrar  istehsal  üçün  əlverişli 

xarici  mühit  yaratmağa  çalışır.  Bu  istiqamət  "özünün"  və  "yad"  TMK-nın 

müqaviməti ilə qarşılaşır. Göstərilən iki amilin təsiri iki meylin: liberallaşma 

və  proteksionizmin  -  bir-biri  ilə  daimi  qarşılıqlı  əlaqədə  olmasına  gətirib 

çıxarır.  Bu  meyillər  təkcə  daxili  bazarın  iştirakçılarının  maraqlarını  deyil, 




 

 

73 



həmçinin  beynəlxalq  əmək  bölgüsündə  baş  verən  hadisələrə  dövlətin 

reaksiyasını  da  əks  etdirir.  Dövlətlər  "sərbəst  ticarət"  və  onun  müdafiə 

olunması şüarlarından çox vaxt ümumi faydanın əldə olunması üçün deyil, 

öz  mövqelərinin  möhkəmləndirilməsi,  qüdrətinin  artırılması  üçün  istifadə 

edirlər. 

Xarici  sahənin  dövlət  tərəfindən  tənzimlənməsi  genişmiqyaslı 

tədbirlər vasitəsi ilə həyata keçirilir. Buraya öz təsir xarakterinə görə xarici 

ticarətin  tənzimləyicilərinə  aid  edilən  gömrük  tarifləri;  ticarət  və  iqtisadi 

siyasətlərinin  bir  sıra,  o  cümlədən  lisenziyalaşdırmanın,  dempinq  əleyhinə 

və 


kompensasiya 

rüsumlarının, 

xarici 

depozitlərin, 



"könüllü 

məhdudiyyətlərin",  gömrük  rəsmiləşdirmələrinin,  texniki  standart  və 

normaların,  sanitariya  və  baytarlıq  normalarının  daxil  olduğu  qeyri-tarif 

tənzimləmə tədbirləri daxildir. 

Ticarət siyasətinin tarif və qeyri-tarif metodlarından istifadə etməklə 

daxili  bazarın  xarici  rəqabətdən  qorunması  üzrə  dövlətin  həyata  keçirdiyi 

siyasət proteksionizm adlanır.  

 Sahibkarlıq  fəaliyyətinin  beynəlmiləlləşməsinə  və  ETT-nin  yeni 

mərhələsinə  uyğunlaşaraq,  müasir  dövrdə  dövlət  tənzimləməni  daha  geniş 

miqyasda və  çevik surətdə  həyata keçirir. Tənzimləmə  rəqabətin  qarşısının 

alınmasına deyil, ona daha məharətlə təsir göstərilməsinə yönəlmişdir. 1980-

1990-cı  illərdə  bir  çox  ölkələrdə  baş  vermiş  özəlləşdirmə  prosesləri  dövlət 

tərəfindən  bilavasitə  xüsusi  bölməyə  kömək  göstərilməsinə,  habelə 

iqtisadiyyatın  xüsusi  və  ictimai  əsasları  arasında  daha  əlverişli  nisbətlərin 

axtarılmasına yönəldiyini göstərirdi.  

_________________________________________________ 

Transmilli korporasiyalar 

 

Təsərrüfat subyektlərinə qərarların qəbul edilməsində və hərəkətlərdə 



tam,  yaxud  müəyyən  hüdudlar  daxilində tam sərbəstlik xasdır.  Onların  hər 

birinin  məqsədi  mənfəəti  mümkün  qədər  artırmaq  və  bunun  üçün 

sahibkarlıq  fəaliyyətinin  miqyasını  genişləndirməkdir.  Bu  isə  sahibkarlıq 

subyektləri  arasında  daha  əlverişli  şərait  və  istehsalın  artırılması  uğrunda 

mübarizəyə  gətirib  çıxarır.  Sahibkarlıq  subyektləri  bir-birinə  qarşı 

münasibətdə  rəqib  kimi  çıxış  edirlər.  Onların  arasındakı  təsərrüfat 

münasibətləri,  habelə  sahibkarlıq  fəaliyyəti  çərçivəsində  saxlanılan 

münasibətlər, bəzi hallar istisna edilməklə, rəqabətlidir.  

Eyni  zamanda,  şirkətlər  səviyyəsində  (mikro-səviyyə)  istehsalın 

planauyğun təşkili həyata keçirilir, firmadaxili planlaşdırma şəbəkəsi inkişaf 

etmişdir. Sahibkarların məhsulu istehsal etdikdən sonra onun istehlakçısını 

tapmasına  əsaslanan  "kor"  rəqabət  elementləri  ancaq  xırda  və  orta 

müəssisələrin  fəaliyyət  göstərdiyi  məhdud  sayda  təsərrüfat  sahələrində 

qalmışdır.  Malların  və  xidmətlərin  istehsalını  yalnız  şirkətlərin  sahibkarlıq 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə