Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə36/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   285

 

 

76 



_____________________________________________________ 

Dünya səviyyəli təşkilatlar 

 

Dünya  iqtisadiyyatı  sisteminin  sabitləşdirilməsi  məsələləri  get-gedə 

daha çox BVF və DB çərçivəsində cəmləşir və burada üzv-ölkələrin valyuta 

siyasətinə  çoxtərəfli və  birtərəfli səviyyələrdə  nəzarəti  həyata  keçirən, eyni 

vaxtda  qismən  həm  səhmdar  cəmiyyəti,  həm  də  kredit  ittifaqı  kimi  çıxış 

edən Fond aparıcı rol oynayır. 

Son onilliklər ərzində BVF öz diqqətini üzv-ölkələrin iqtisadi siyasət 

problemlərinə orta və uzunmüddətli yanaşmalar, dünya sistemi çərçivəsində 

iqtisadi  strategiyanın  işlənib  hazırlanması  məsələlərinə  yönəldir.  BVF 

nümayəndələri  aparıcı  Qərb  dövlətlərinin  nümayəndələrinin  iqtisadi 

əlaqələrin  inkişafı  və  dünya  təsərrüfatının  problemlərinə  həsr  olunmuş 

çoxtərəfli görüşlərində iştirak edirlər. 

Fondun tənzimləyici rolu əsasən borc verilərkən, borcalan ölkənin öz 

üzərinə  öhdəliklər  götürməsi  vasitəsilə  həyata  keçirilir.  BVF  fəaliyyətində 

sərt kredit siyasətinə riayət edir. Sabitləşdirmə üçün borca ehtiyacı olan ölkə 

öz  siyasətini  Fondun  qoyduğu  şərtlərlə  əlaqələndirmək  öhdəliyini  qəbul 

etməlidir.  Fondun  komissiyası  onların  yerinə  yetirilmə  dərəcəsini 

müəyyənləşdirir.  Bu  tövsiyələrə  əməl  etməyən  ölkə  BVF-in  yardımından 

məhrum olur. 

Fondun tutduğu mövqe dünya təsərrüfatının başqa subyektlərinin bu 

və  ya  digər  ölkəyə  qarşı  münasibətinə  təsir  göstərir.  Bu,  Fondun  müxtəlif 

ölkələrə  investisiya  qoyuluşlarının  risk  dərəcəsini  qiymətləndirən  reytinq 

agentliyinin  müəyyən  əlamətlərini  qazanması  ilə  bağlıdır.  O,  həmçinin 

beynəlxalq  kredit  bazarlarında  beynəlxalq  polis  rolunu  oynamaqla,  dünya 

təsərrüfatını və hər bir üzv-ölkəni qiymətləndirir. 

Dünya  Bankı  da  dünya  təsərrüfatındakı  prosesləri  tənzimləyən 

mühüm  qurumudur.  Bankın  fəaliyyətinin  əsas  istiqaməti  özəl  bölmənin 

investisiya layihələrini kreditləşdirmək və bu ölkələrdə struktur islahatlarını 

maliyyələşdirməkdir.  Bank  layihələrin  hazırlanmasında  və  onların  texniki, 

maliyyə-iqtisadi  əsaslandırılmasında  da  iştirak  edir.  Kredit  alan  ölkələr 

Banka  öz  maliyyə-iqtisadi  vəziyyətləri  barədə  məlumat  verməyə,  onun  bu 

layihələri təftiş edən missiyalarını saxlamağa borcludur. 

1980-1990-cı  illərdə  DB-nin  qeyri-bank  funksiyaları:  yardım 

proqramlarının  əlaqələndirilməsi,  kapital  ixracının,  xarici  kapital  qoyu-

luşlarının  statusunun,  xarici  borcların  tənzimlənməsi  -  güclənmişdir.  DB 

inkişaf  etməkdə  olan  ölkələrdə  demoqrafiya  siyasəti,  təhsilin  və  elmin 

inkişafı,  ETT  problemlərini,  milli  kadrların  hazırlanmasını  öz  fəaliyyətinə 

daxil etmişdir.  

Qeyd  olunan  iki  ümumdünya  maliyyə  qurumunun  fəaliyyətində 

funksional  irəliləyişlər  dünyanın  sosial  mənzərəsinin  dəyişməsi,  inkişaf 



 

 

77 



etmiş aparıcı ölkələrin mövqelərinin zəifləməsi ilə bağlıdır. Bu ümumdünya 

təşkilatlarında qərarların qəbul edilməsi sistemi üzvlük haqlarının məbləğinə 

əsaslanır. Buna görə də Fondun kapitalındakı payları 43% təşkil edən ABŞ 

və inkişaf etmiş digər ölkələr xüsusilə mühüm əhəmiyyət kəsb edən qərarın 

qəbulu üçün 70% və 85% səs çoxluğu tələb olunan məsələlər üzrə BVF-in 

siyasətini və fəaliyyətini müəyyən etmək imkanlarına malikdir. 



_____________________________________________________ 

"Böyük iyirmilik" 

 

XXI  əsrin  birinci  onilliyində  maliyyə  və  mərkəzi  bank  rəhbərləri 

səviyyəsində  dövlətlərarası  qeyri-formal  təşkilat  -  9  inkişaf  etmiş  ölkənin 

(ABŞ,  Almaniya,  Avstraliya,  Böyük  Britaniya,  Cənubi  Koreya,  Fransa, 

İtaliya,  Kanada,  Yaponiya),  10  inkişaf  etməkdə  olan  ölkənin  (Argentina, 

Braziliya,  Cənubi  Afrika  Respublikası,  Çin,  Hindistan,  İndoneziya,  Meksi-

ka,  Rusiya  Federasiyası,  Səudiyyə  Ərəbistanı  və  Türkiyə)  və  Aİ-nin  daxil 

olduğu "böyük iyirmilik" yaradıldı. Bu təşkilat inkişaf etmiş və orta səviy-

yədə inkişaf etmiş ölkələrin maraqlarını təmsil edir və onun qərarları tövsiyə 

xarakteri daşıyır. 2008-ci ildə ABŞ-da baş verən və bir çox ölkələrə sirayət 

edən maliyyə böhranı bu beynəlxalq qurumun yaranmasına təkan vermişdir. 

Ötən  onilliyin  sonunda,  yeni  onilliyin  başlanğıcında  "böyük 

iyirmiliyin" iclaslarının  əsas məqsədi iqtisadi böhranı  aradan qaldırmaq və 

dünyada  iqtisadi  vəziyyəti  sabitləşdirmək,  dünya  maliyyə  sistemində  və 

onun aparıcı təsisatlarında islahatları həyata keçirməkdir. 

Təsərrüfatın  ayrı-ayrı  bölmələrinin  və  sahələrinin  ümumdünya 

problemləri  hökumətlərarası  təşkilatların  və  idarələrin  fəaliyyət  obyektidir. 

Onların sayı 300-dən artıqdır. Bunların arasında ÜTT (Ümumdünya Ticarət 

Təşkilatı),  BMT-nin  FAO  (Ərzaq  və  Kənd  Təsərrüfatı  Təşkilatı),  BMAT 

(Beynəlxalq Mülki Aviasiya Təşkilatı), BƏT (Beynəlxalq Əmək Təşkilatı), 

AEBA (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) və başqaları vardır. 

Ticarət  problemləri  fəaliyyət  sahəsi  dünya  ticarətinin  4/5  hissəsini 

əhatə edən ÜTT-nın  əsas obyektidir. Onun  fəaliyyəti ticarət mübadiləsinin 

liberallaşmasına, dünya ticarəti qaydalarına riayət olunmasına  yönəlmişdir. 

ÜTT-nin  məqsədi  təkcə  tariflərin  aşağı  salınması  deyil,  həm  də  daha 

əlverişli  şərait  yaradılan  dövlət,  yaxud  milli  münasibət  rejiminə  əməl 

olunması,  yəni  idxal  olunan  əmtəəyə  qarşı  ayrı-seçkilik  münasibətinin 

aradan qaldırılmasıdır. 

Ümumi  məqsədlərə  və  prinsiplərə  nail  olmaq  üçün  ÜTT-nin  rəh-

bərliyi  altında  milli  və  regional  səviyyələrdə  baş  qaldıran  proteksionizmə 

müqavimət  göstərilməsinə,  beynəlxalq  ticarətdə  tarif  və  qeyri-tarif 

məhdudiyyətlərinin  aradan  qaldırılmasına  yardım  göstərilməsinə  dair 

danışıqlar və məsləhətləşmələr keçirilir. ÜTT-də üzvlük ölkənin şirkətlərinin 

dünya  bazarlarına  çıxışını  asanlaşdırır  və  öz  maraqlarını  qorumaq  üçün 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə