Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə32/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   285

 

 

68 



münasibətlərinin  konkret  formaları  dəyişmədən,  onların  inkişaf  etməsi 

qeyri-mümkündür.  Məhsuldar  qüvvələr  inkişaf  etdikcə,  təsərrüfat 

münasibətlərində  də  müəyyən  dəyişikliklər  baş  verir.  Bu  dəyişikliklər 

kortəbii surətdə, dərin ziddiyyətlər şəraitində baş verir. Bununla da, istehsal 

münasibətləri məhsuldar qüvvələrin yüksəlmiş səviyyəsinə uyğunlaşır, lakin 

ziddiyyətlərin aradan qaldırılmaması məhsuldar qüvvələrin gələcək inkişafı 

üçün stimul yaradır. 

Dünya  təsərrüfatının  əsas  təşkiledici  qüvvəsi  kimi  daxili,  xarici  və 

beynəlxalq  bazarların  məcmusundan  ibarət  olan,  daim  genişlənən  dünya 

bazarı çıxış edir. 

Bazar  əmək  bölgüsünün  miqyasını  səciyyələndirir  və  ictimai 

tələbatların göstəricisi qismində xidmət edir. Malların və xidmətlərin burada 

satılması  buraxılan  məhsul  çeşidinin  cəmiyyətin  tələblərinə  uyğunluq 

dərəcəsini  müəyyən  edir.  Tələbat  təsərrüfat  strukturunun  daxili  ehtiyaclara 

və beynəlxalq bazarlara nə dərəcədə istinad etməsi barədə informasiya verir. 

Təkrar  istehsal  prosesinin  ilkin  və  sonuncu  komponentləri  olan 

istehsal  və  istehlak  arasındakı  əlaqələrin  təhlili  təsərrüfatların  əmtəə 

formalarının səviyyəsini, əməyin daxili və beynəlxalq bölgülərinin gəlirlərin 

bölgüsünə, şəxsi və istehsal məqsədlərinə  yönəldilən istehlaka, təsərrüfatın 

ümumi nisbətlərinin dəyişməsinə təsirini göstərir. 

Bazarın əsas həlqəsi olan rəqabət yeni, müəyyən dövrədək əlçatmaz 

olan  tələbatlar,  vasitələr  və  texnologiyalar  haqqında  məlumatların  aşkar 

olunmasına,  yayılmasına,  onlardan  səmərəli  istifadə  edilməsinə  imkan 

yaradır. Rəqabət bir tərəfin böyük ziyan çəkməsi, digər tərəf üçün isə qazanc 

əldə edilməsi ilə bağlıdır. 

Bazarın  fəaliyyəti  son  nəticədə  rəqabət  və  inhisar  kimi  qüvvələrin 

əlaqələndirilməsindən  və  bir-birinə  qarşılıqlı  təsir  göstərməsindən  asılıdır. 

Yetkin sahənin xalis inhisar kimi təşkil olunması meyli rəqabət və inhisarçı 

qüvvələrin  qarşılıqlı  fəaliyyətinə  əsaslanan  yeni  oliqopoliya  mexanizminin 

yaradılması ideyası ilə əvəz olunmuşdur. Oliqopolist mexanizmin ən başlıca 

cəhəti tənzimləyici qüvvələr olan inhisarın və rəqabətin bir-birinə müəyyən 

dərəcədə  uyğunlaşmasıdır.  Bazarların  xüsusiyyətindən  asılı  olaraq,  bunlar 

arasındakı  nisbət  fərqi  müxtəlif  ola  bilər.  Oliqopoliya  məhdud  sayda  iri 

şirkətlərin hakim olduğu sahələrin strukturu əsasında meydana çıxır. 

________________________________________________ 

Mexanizmin alətləri 

 

Dünya təsərrüfatı mexanizminin alətləri qismində kapitalların (əmtəə 



və  pul)  dünya  təsərrüfatında  hərəkətinin  konkret  formaları  çıxış  edir. 

Bunlara  beynəlxalq  qiymət,  ssuda  faizinin  dərəcəsi,  valyuta  məzənnəsi  və 

sair iqtisadi kateqoriyalar aiddir. 

 



 

 

69 



_______________________________________________ 

Qiymətin əmələ gəlməsi sistemi 

  

Bu,  bazar  mexanizminin  həlledici  hissəsidir.  Məhz  qiymətlər  və 

onların  dinamik  surətdə  enib-qalxması  istehsal  agentlərinin  maraqlarını  və 

stimullarını  müəyyənləşdirir,  ictimai  tələbatların  dəyişməsinə  cavab  olaraq 

istehsalı  dəyişdirir.  Qiymətin  əmələ  gəlməsi  mexanizmi  istehsalın 

səmərəliliyi ilə bağlı olan əsas məsələləri:  

(1)  müxtəlif  malların  istehsalının  beynəlxalq  tələbata  uyğunluğunu 

qiymətləndirməyə; 

(2)  istehsalda  tələbat  meyarlarına  uyğunlaşmaq  istiqamətində 

dəyişikliklərin  həyata  keçirilməsini  stimullaşdırmağa  həll  etməyə  imkan 

yaradır. 

Beləliklə,  qiymətin  əmələ  gəlməsinin  təkcə  istehsal  və  mübadilənin 

tənzimləyicisi  kimi  deyil,  həm  də  istehsalın  dünya  miqyasında  təşkilatçısı 

qismində çıxış etməsi qlobal sistemin tarazlaşmasına xidmət edir.  

Beynəlxalq  bazarlarda  qiymətin  əmələ  gəlməsinə  iqtisadi,  sosial  və 

siyasi qəbildən olan səbəblər təsir göstərir.  

Beynəlxalq  dəyərin  kəmiyyəti  müxtəlif  ölkələrdə  ixrac  məhsulları 

istehsal  edən  müəssisələrdə  əmək  məhsuldarlığı  tərs  mütənasib  olaraq 

dəyişir.  Bu,  müəyyən  əmtəənin  beynəlxalq  dəyərinin  inkişaf  etmiş 

ölkələrdəki milli dəyərindən yüksək, nisbətən zəif inkişaf etmiş ölkələrdəki 

milli  dəyərindən  isə  aşağı  olması  ilə  nəticələnir.  Buna  görə  də  dünya 

qiymətləri  beynəlxalq  orta  xərcləri  deyil,  səviyyəsi  əsas  istehsalçıların 

xərclərinə yaxın olan, nisbətən aşağı xərcləri əks etdirir.  

 Əmtəənin  beynəlxalq  qiymətlərlə  satılması  daha  çox  inkişaf  etmiş 

malgöndərənlərə  və  ölkələrə  mənfəət  əldə  etməyə  imkan  yaradır,  iqtisadi 

baxımdan  nisbətən  zəif  inkişaf  etmiş  ölkələr  isə  mallarını  milli  istehsal 

qiymətləri səviyyəsindən ucuz verməyə məcbur olur. Nəticədə iqtisadiyyatı 

nisbətən zəif inkişaf etmiş ölkələrdə yaradılan dəyərin bir hissəsi beynəlxalq 

mübadilə  vasitəsilə  inkişaf  etmiş  ölkələrə  köçürülür.  Bu,  əsasən  qiymətin 

əmələ  gəlməsi  mexanizmindəki  kənarlaşmalar  hesabına  həyata  keçirilir. 

Məsələn,  inkişaf  etməkdə  olan,  bir  növ  bitkinin  yetişdirilməsi  üzrə 

ixtisaslaşan  ölkələr  lazımi  malları  almaq  məqsədilə  valyuta  vəsaitləri  əldə 

etmək üçün çox vaxt öz əmtəəsini istənilən şərtlərlə satmağa məcburdur. 

Başqa  xarakterli  fikirlər  də  mövcuddur.  Bunlar  nisbi  üstünlüklər 

konsepsiyasının formal qaydada başa düşülməsinə əsaslanır. Belə ki, inkişaf 

etmiş ölkənin daha aşağı nisbi xərclərlə buraxdığı əmtəənin inkişaf etməkdə 

olan ölkəyə ixrac edə bilməsi onun bu malların istehsalında nisbi üstünlüyə 

malik  olduğunu  göstərir  və  inkişaf  etməkdə  olan  ölkə  bunları  daha  ucuz 

qiymətlə almaqla heç nə itirmir, əksinə, faydalanır. 

TMK-nın  beynəlxalq  bazarlarda  hökmranlığı  da  qiymətin  əmələ 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə