Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə60/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   285

 

 

127 



Fəsil 7 

____________________________________________________ 

Dünya təsərrüfatında əmanətlər və kapital qoyuluşları 

 

Məhsuldar 

qüvvələrin  kəmiyyətcə  artması  və  keyfiyyətcə 

təkmilləşməsi  dünya  ictimaiyyətinin  iqtisadi  və  sosial  tərəqqisinin  zəruri 

şərtləridir. Cəmiyyət istehlakı dayandıra bilmədiyinə görə, istehsalı da saxlaya 

bilməz.  Dünyada  istehsal  fəaliyyətinin  nəhəng  miqyası  iqtisadi  inkişafın 

mühüm amili olan kapitalın böyük məbləğdə xərclənməsini tələb edir. Onun 

fiziki həcminin artırılması, toplanması milli təsərrüfat kompleksləri daxilində 

və  bunlardan  kənarda  şirkətlərin,  ev  təsərrüfatlarının  və  dövlətin  yığımları 

hesabına baş verir. Daxili yığımların çatışmamazlığı şirkətlərin, dövlətin xarici 

kapitallar bazarına çıxması hesabına doldurulur. 

Yığımlar  mövcud  olan  gəlirlərlə  xərclər  arasındakı  fərq,  yaxud  cari 

mədaxillərlə cari ödənişlər hesabının tarazlaşdırıcı maddəsidir.  

Kapital qoyuluşları dedikdə, istehsal və qeyri-istehsal fondlarının (əsas 

kapitalın)  saxlanması  və  artırılması,  habelə  maddi  vəsaitlər  ehtiyatlarının 

çoxaldılması nəzərdə tutulur. 

 

7.1. Yığımlar, kapital qoyuluşları və iqtisadi inkişaf 

 

Kapital  yığımının  gedişində  maddi-texniki  baza  və  elmi  potensial 

formalaşır. Kapital qoyuluşlarının miqyası və daxili strukturu iqtisadi inkişafın 

səviyyəsini və templərini, o cümlədən iqtisadi artımı, əmək məhsuldarlığını və 

bu kateqoriyanın digər tərkib hissələrini müəyyən edir. 

__________________________________________________ 

Kapital qoyuluşları və iqtisadi artım 

 

Keçmişdə iqtisadi nəzəriyyə və təsərrüfat inkişafının praktikasında, ilk 



növbədə kapital qoyuluşlarına əhəmiyyət verilirdi.  

Bu  cəhət  Harrod-Domarın  biramilli  iqtisadi  inkişaf  modelində  daha 

aydın ifadə olunmuşdur: 

GC = S 

yaxud 


 

Burada: 


  G - ÜDM-in artım tempi; 

C  -  kapital  qoyuluşlarının  səmərəlilik  əmsalı  (kapital  qoyuluşlarının 

həcmi / ÜDM-in artımı); 



S - ÜDM-də yığımın payıdır. 


 

 

128 



Düsturdan  görünür  ki,  istehsalın  artım  tempi  yığımın  həcmi  ilə  düz 

mütənasib, istehsalın kapital tutumu ilə tərs mütənasibdir. 

 

Təcrübə  yığım  norması  yüksək  olan  ölkələrdə  iqtisadi  artım 



templərinin  adətən  daha  sürətli  olmasını  sübut  edir.  Məsələn,  1990-2001-ci 

illərdə Şərqi Asiya ölkələrində ÜDM-in artım tempi 7,5%, yığım norması isə 

təqribən 30% olmuşdur. Ancaq yığım ilə iqtisadi artım arasındakı əlaqə xətti 

deyil. Bəzi ölkələrdə yığım norması çox yüksək olsa da, iqtisadi artım tempi 

nisbətən  aşağı  olmuşdur.  Bunun  əksi  olan  meyillərin  müşahidə  olunduğu 

hallar  da  vardır  (ABŞ).  Bütövlükdə  isə,  yığım  səviyyəsinin  yüksək  olması 

kapital  yığımının  çoxalması  sayəsində  iqtisadi  artım  tempini  sürətləndirir. 

Ənənəvi  olaraq  hesab  edilir  ki,  iqtisadi  artıma  nail  olmaq  üçün  ölkə  ilk 

növbədə yığımın çoxalmasına qayğı göstərməlidir. 

Hesablamalara  görə,  yığımın  səviyyəsi  əhalinin  hər  nəfərinə  düşən 

gəlirlərin  məbləği  aşağı  olan  ölkələrlə  müqayisədə,  bu  göstəricisi  yüksək  və 

orta  olan  ölkələrin  iqtisadi  artımına  daha  güclü  təsir  göstərir.  Nəzərə  almaq 

lazımdır  ki,  intensiv  inkişaf  şəraitində  kapital  qoyuluşları  normasının  aşağı 

düşməsi  mütləq  olaraq  inkişaf  templərinin  zəifləməsi  ilə  nəticələnmir.  Bu 

məqam  kapital  qoyuluşlarının  səmərəliliyinin  yüksək  olduğu  hallarda 

müəyyən  iqtisadi  artımın  əldə  edilməsi  üçün  onların  daha  az  həcmdə  tələb 

olunduğunu əks etdirir. 

Yığım  və  əsas  kapitala  investisiyalar  iqtisadi  inkişafa  əhəmiyyətli 

dərəcədə  təsir  göstərsələr  də,  onlardan  istifadənin  şərtləri,  kapital 

qoyuluşlarının  strukturu,  habelə  insanın  inkişafı  üçün  vəsaitlərin  səfərbər 

olunması, istifadə edilən amillərin keyfiyyətinin yüksəlməsi, onların tətbiqinin 

səmərəliliyinin  artırılması  və  s.  çox  mühümdür.  Məhsuldarlığın  ümumi 

amillərinin  və  insanın  inkişafı  üçün  vəsaitlərin  formalaşması  həm  inkişaf 

etmiş, həm də inkişaf etməkdə olan ölkələr üçün eyni dərəcədə vacibdir. 



_____________________________________________________ 

İqtisadi artım və yığımlar, kapital qoyuluşları  

 

Təcrübə iqtisadi artımın da öz növbəsində yığıma müsbət təsir etdiyini 



göstər.  Məsələn,  Şərqi  Asiyanın  sürətlə  inkişaf  edən  ölkələri  əvvəlcə 

təsərrüfatın  sürətlə  inkişafına  nail  olmuş,  sonra  isə  yığımın  və  kapital 

qoyuluşlarının həcmini artırmağa başlamışdır. 1950-1960-cı illərdə Yaponiya 

və  Cənubi  Koreyada  yığımların  çoxalması  tempi  ÜDM-in  artım  tempindən 

bir  neçə  il  geri  qalırdı.  1960-cı  illərin  sonunda  ÜDM-in  artım  templərinin 

zəifləməsi yığım göstəricilərinin də müvafiq olaraq aşağı düşməsi ilə müşayiət 

olunmuşdur.  Tədqiqatlar  göstərir  ki,  iqtisadi  artımdan  yığıma  doğru  əlaqə 

daha güclü ifadə olunur. İnkişaf etmiş ölkələrdə istehsal həcminin adambaşına 

düşən  göstəricisinin  sabit  olaraq  2  bənd  artması  ÜDM-də  milli  yığımın 

payının  1%  artmasına  gətirib  çıxarır.  İnkişaf  etməkdə  olan  ölkələrdə  isə  bu 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə