Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə78/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   285

 

 

168 



enerji  resurslarının  tükənməsi;  torpağın  münbitliyinin  pisləşməsi;  iqtisadi 

liberallıq. 



 

9.2. Ümumdünya və milli ərzaq təhlükəsizliyi 

___________________________________________________ 

Ümumi anlayışlar 

 

Ərzaq  təhlükəsizliyi  bütün  insanların  fəal,  sağlam  həyatının  təmin 

olunması  üçün  kifayət  qədər  ərzaq  məhsullarının  əlverişli  şərtlərlə  daim 

mövcudluğu  kimi  müəyyən  edilir.  Təhlükəsizliyin  əsasını  ərzağın  kifayət 



qədər  olması,  insanların  onları  fiziki  və  iqtisadi  baxımdan  əldə  etmək 

qabiliyyəti təşkil edir. 

Ərzaq təhlükəsizliyi müxtəlif: ümumdünya, regional, milli,  yerli və 

ev təsərrüfatları səviyyələrində müəyyən olunur. 

Ümumdünya  ərzaq  təhlükəsizliyi  artan  tələbatların  ödənilməsi  üçün 

dünyada kifayət qədər ərzaq istehsal olunmasının vacibliyini nəzərdə tutur. 

Ölkə özünü  ərzaqla daxili istehsal hesabına təmin edə bilmədikdə, tələbatı 

idxal  yolu  ilə  ödəyə  bilməsi  üçün  bu  məhsullarla  ticarət  heç  bir  maneə 

olmadan,  nisbətən  sabit  qiymətlərlə  həyata  keçirilməlidir.  Bu  təhlükəsizlik 

istehsalın  gözlənilmədən  kəskin  azalması,  yaxud  qiymətlərin  kəskin 

yüksəlməsindən  qorunmaq  üçün  lazımi  ehtiyatların  təmin  olunması 

sisteminin yaradılmasını nəzərdə tutur. 

Təhlükəsizlik  bütün  ölkələrin  mövcud  olan  ehtiyatları  hesabına 

istehlakın  təmin  olunacağı  günlərin  sayı  əsasında  müəyyən  olunur.  FAO 

ərzaq  məhsulları  ilə  etibarlı  təminatın  minimum  səviyyəsini  ötən  ilin 

məhsulunun  dünya  üzrə  istehlakının  17%-i,  yaxud  istehlakın  təqribən  2  ay 

ərzində  təmin  olunması  üçün  kifayət  olan  miqdarda  məqbul  hesab  edir. 

Ümumiyyətlə isə, hesablamalara  görə, dünyada  əhalinin tələbatını ödəmək 

üçün  kifayət  qədər  ərzaq  istehsal  edilir.  Yalnız  1970-ci  və  1990-cı  illərin 

ortalarında  və  əsrimizin  birinci  onilliyinin  sonunda  ehtiyatların  həcmi  40 

günədək ixtisar olunmuşdu. Belə ki, 2008-ci ildə taxıl ehtiyatlarının dünya 

istehlakının  14%-dək  azalması  dənli  bitkilərin  və  başqa  ərzaq  məhsulların 

qiymətlərinin xeyli qalxmasına səbəb olmuşdu. Əvvəlki illərdə təbii şəraitin 

dəyişməsi nəticəsində ərzaq məhsullarının istehsalının azalması ilə əlaqədar 

yaranan  böhranlardan  fərqli  olaraq,  bu  qıtlıq  əhalinin,  heyvandarlığın 

ehtiyaclarının  və  bioyanacağın  istehsalı  üçün  taxıl  məhsullarına  tələbatın 

sürətlə artması kimi səbəblərlə izah edilirdi. 

Milli  səviyyədə  ərzaq  təhlükəsizliyi  konsepsiyası  ərzaqla  tam 

özünütəminatı  nəzərdə  tutmur.  Bu  konsepsiyaya  görə,  ölkə  öz  ehtiyacları 

üçün  kifayət  qədər  məhsul  istehsal  etməli,  amma  nisbi  üstünlüklər  buna 

imkan  vermədikdə,  lazımi  qədər  ərzaq  idxal  etmək  iqtidarında  olmalı  və 

qida məhsullarına olan tələbatını təmin etməlidir.  



 

 

169 



Milli  ərzaq  təhlükəsizliyi  müxtəlif  göstəricilər,  o  cümlədən  adam-

başına  hesablanmış  ərzaq  istehlakının  mövcud  səviyyəsi,  özünütəminat 

əmsalı  əsasında  müəyyən  olunur.  Hesablamalara  görə,  2000-ci  illərin 

əvvəlində 125 periferiya ölkəsindən 93-də ərzaq təhlükəsizliyinin səviyyəsi 

aşağı idi. Ərzaq təhlükəsizliyi indeksi ölkənin zəifliyini göstərsə də, əhalinin 

həqiqətdə  ərzaq  məhsulları  ilə  necə  təmin  olunduğu  barədə  tam  təsəvvür 

yaratmır. 

Milli  və  regional  səviyyələrdə  ərzaq  təhlükəsizliyi  zəruri,  lakin 

insanların  ərzaqla  təmin  olunmasının  kifayət  şərti  deyil.  Onlar  ölkənin,  ev 

təsərrüfatlarının lazımi malları əldə etmək qabiliyyətini əhatə edirlər. 

Ərzaq təhlükəsizliyinin ev təsərrüfatları səviyyəsində təmin olunması 

əhalinin hər nəfərinə düşən gəlirləri ilə bağlıdır. Əhalinin gəlirlərinin aşağı 

olması  üzündən,  qiymətlərin  enib-qalxmasının  həm  şəhər,  həm  də  kənd 

əhalisinin ən yoxsul təbəqələrinin ərzaqla təminatına mənfi təsir göstərir. Bir 

çox ölkələrdə kiçik ölçülü torpaqların sahibləri özlərini bu torpaqlardan əldə 

olunan  məhsul  hesabına  təmin  edə  bilməyərək,  ərzağın  xalis  alıcılarına 

çevrilirlər. 

_______________________________________________ 

Aclıq 

 

Əhalinin  ərzaqla  təminatının  müəyyən  olunmasının  bir  neçə  üsulu 



mövcuddur. Bunlar lazımi fiziki fəallığın qorunub saxlanılması üçün zəruri 

olan  məhsullarla  təminat,  insanların  çəkisi  və  boyu  göstəriciləri,  istehlak 

edilən  məhsulların  tərkibində  qida  və  mineral  maddələrin  olması,  əhalinin 

qida məhsullarını almaq imkanlarıdır. 

Kalorilərə  ehtiyac  əsasında  hesablamalardan  daha  geniş  istifadə 

olunur.  Lazımi  miqdarda  kalori  almayan  adamlar  "xroniki  aclara"  aid 



edilir.  2000-ci  illərin  əvvəlində  insanın  qidalanma  ilə  təmin  olunan  zəruri 

enerji  ehtiyacları  gündə  2800  kalori  ilə  qiymətləndirilirdi.  FAO-nun 

hesablamalarına görə, doyunca yeməməyin son həddi gündə 2 min kaloridir. 

Ayrı-ayrı  ölkələr  və  regionlar  üçün  normativlər  onların  əhalisinin 

demoqrafik  strukturu  və  fizioloji  tələbatları  nəzərə  alınmaqla  işlənib 

hazırlanmışdır. Orta hesabla, dünyada bir nəfər gündə 2800 kaloridən artıq, 

inkişaf etməkdə olan ölkələrdə isə 2700 kalori istehlak edir.  

Son  onilliklər  ərzində  dünyada  ərzaqla  təminat  sahəsində  pozitiv 

dəyişikliklər  baş  vermişdir.  1990-2000-ci  illərdə  minimum  miqdarda 

qidalanmayan  əhali  13%,  yaxud  842  milyon  nəfər  azalmışdır.  Aclıq  və 

lazımi  dərəcədə  qida  almamağın  ümumi  vəziyyətinin  dəyişməsi  dünyanın 

bir çox regionlarında şəraitin yaxşılaşması ilə əlaqədar idi. Bu mənada aclığa 

düçar  olmuş  əhalisinin  sayı  müvafiq  olaraq  21%  və  16%  azalan  ÇXR  və 

Hindistanda  əhəmiyyətli  tərəqqi  əldə  olunmuşdur.  Əsrimizin  birinci 

onilliyində  isə  inkişaf  etməkdə  olan  ölkələrdə  aclıqdan  əziyyət  çəkən 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə