Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə27/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   285

 

 

57 



1921-ci  ildə  ABŞ  ÜDM-nin  0,2%-ni  tədqiqatların  aparılması  məqsədləri 

üçün ayırırdı. Bazarın miqyasının həm strukturunun təkmilləşdirilməsi, həm 

də  ərazilərinin  genişləndirilməsi  hesabına  artırılması  da  mühüm  rol 

oynamışdı.  1818-ci  ildə  ABŞ  Floridanı  özünə  birləşdirmiş,  1840-1850-ci 

illərdə Meksika ərazisinin 1/3 hissəsini zəbt etmiş, 1867-ci ildə Alyaska və 

Aleut adalarını ələ keçirmişdi. 

 

XX  əsr  ABŞ-ın  aparıcı  mövqelərinin  güclənməsi  ilə  yanaşı,  dünya 



təsərrüfatında  Almaniyanın,  Yaponiyanın,  Sovet  İttifaqının  vəziyyətinin 

qeyri-bərabər  tərzdə  möhkəmlənməsi  ilə  səciyyələnir.  İqtisadi  inkişafda 

qeyri-bərabərliyin  ən  böyük  fərqləri  iki  dünya  müharibəsi  ilə  bağlıdır.  Bu 

müharibələrin özləri də qeyri-bərabər iqtisadi inkişafın nəticəsi olmaqla, onu 

daha da kəskinləşdirdi. Nəticədə ərazisində hərbi əməliyyatlar aparılmayan, 

korporasiyaları  milyonlarla  öldürülmüş  və  əlil  olmuş  insanların  qanı 

hesabına  misli  görünməmiş  dərəcədə  varlanan  ABŞ-ın  mövqeləri  daha  da 

gücləndi. 

XX  əsrin  birinci  yarısında  iqtisadi  qüdrət  baxımından  irəli  çıxan 

ölkələrin öz siyasi rolunu artmış iqtisadi potensiala uyğunlaşdırmaq səyləri 

nüfuz dairələrinin yenidən bölüşdürülməsi uğrunda mübarizəni gücləndirdi. 

Güclər arasındakı nisbətdə baş verən dəyişikliklər dünyanın mövcud iqtisadi 

və  ərazi  bölgüsü  ilə  ziddiyyət  təşkil  etməyə  başladı.  Ərazilərin  yenidən 

bölüşdürülməsinin əsas üsulu hərbi gücün tətbiqi idi. 

XX  əsrin ikinci  yarısında inkişaf etmiş dövlətlər altsistemində  ABŞ 

və  sənayecə  inkişaf  etmiş  başqa  ölkələrin:  Yaponiya  və  Qərbi  Avropa 

dövlətlərinin  -  inkişaf  səviyyələrində  yaxınlaşma  baş  verdi  (ABŞ 

səviyyəsinin  3/4  hissəsi).  Ancaq  ayrılıqda  götürüldükdə,  heç  bir  ölkə  ABŞ 

iqtisadiyyatının  inkişaf  səviyyəsinə  kifayət  qədər  yaxınlaşa  bilməmişdi. 

Dünyanın  qalan  hissəsində  iqtisadi  inkişaf  prosesinin  qeyri-bərabərliyi 

güclənirdi.  Bununla  yanaşı,  ABŞ-ın  bütün  dünya  iqtisadiyyatında 

dominantlığı  çoxqütblü  sistemə  çevrilir.  Çinin  yüksəlişi  prosesi  getsə  də, 

onun ÜDM-in adambaşına düşən həcmi ABŞ-ın müvafiq göstəricisindən 4,5 

dəfə geri qalır (cədvəl 2.4.). 

Cədvəl 2.4. Ölkələrin və regionların ÜDM-in adambaşına düşən 

həcminin ABŞ-ın səviyyəsinə nisbəti (1990-cı ilin AQP üzrə hesablanmış 

qiymətləri üzrə), % 

 

Region 

1913 

1950 

1973 

2000 

Qərbi Avropa 

69,8 

53,5 


74,0 

74,1 


Cənubi Avropa 

33,0 


21,1 

36,2 


36,1 

Şərqi Avropa 

31,9 

27,5 


34,6 

15,5 


Keçmiş SSRİ 

28,0 


29,6 

36,5 


16,6 

Latın 


27,1 

26,0 


26,4 

20,1 



 

 

58 



Amerikası 

Asiya 


14,0 

8,0 


10,8 

15,9 


Yaponiya 

25,1 


19,6 

66,3 


75,6 

Çin 


13,0 

6,4 


7,1 

23,0 


Afrika 

10,8 


8,7 

7,9 


4,8 

Bütün dünya 

29,0 

22,3 


24,8 

21,9 


 

 

Mənbə: World Economic Outlook, October 2000, IMF. 



ABŞ-ın  və  iqtisadi  fəallığın  başqa  mərkəzlərinin  kapitalın  hərəkəti, 

xarici ticarət, valyuta münasibətləri vasitəsi ilə təsiri bütün dünyaya yayılır. 

Onların  maraqlarının  müxtəlif  istiqamətlər  üzrə  kəsişməsinə  baxmayaraq, 

müəyyən  ehtimalla  ABŞ-ın  Latın  Amerikasına,  Qərbi  Avropanın  aparıcı 

ölkələrinin  Afrikaya,  ABŞ  və  Yaponiyanın  ASEAN  ölkələrinə  daha  üstün 

təsir etdiyini söyləmək olar. Qeyd olunmalıdır ki, aparıcı iqtisadi mərkəzlər 

dünyada istehsal prosesinə qeyri bərabər təsir göstərir və bu, onların iqtisadi, 

siyasi, hərbi nüfuzu ilə izah edilir. 

Almaniya  və  Yaponiya  əsasən  regional  qüvvə  kimi  çıxış  edirlər. 

Onların  özləri  də  müəyyən  hərbi-siyasi  razılaşmalar  sistemində  Amerika 

kapitalının maraqları dairəsindədir. Dünyada böyük hərbi üstünlüyə, Qərbi 

Avropanın və Yaponiyanın əraziləri də daxil olmaqla, qlobal hərbi bazalara 

və obyektlərə malik olan ABŞ-ın hərbi hegemonluğu isə mübahisəsizdir. 

________________________________________ 

İnkişafın dalğavari xarakteri  

 

Dünya  təsərrüfatında  kapitalist,  bazar  münasibətləri  gücləndikcə, 



təsərrüfat  sənayeləşdikcə,  iqtisadi  inkişaf  aydın  ifadə  olunan  dalğavari 

xarakter alır və bu cəhət istehsalda mütəmadi baş verən böhranlarda (istehsal 

həcminin mütləq göstəricilərinin azalması) təzahür olunur. 

Bu proses üstün mövqe tutduğuna görə, dünyada məhsul istehsalının 

dinamikasına  təsir  göstərən  inkişaf  etmiş  ölkələr  üçün  ilk  növbədə 

səciyyəvidir.  İstehsal  prosesinin  dalğavari  xarakteri  ilk  dəfə  1825-ci  ildə 

Britaniyada  özünü  biruzə  vermiş,  1857-ci  ildən  isə  böhranlar  bir  çox 

ölkələrə,  bəzi  hallarda  bütün  inkişaf  etmiş  ölkələrə  yayılmışdır. 

Ümumilikdə,  sənayecə  inkişaf  etmiş  ölkələr  qrupunda  istehsal  həcminin 

artım tempi göstəricisinin ən əhəmiyyətli azalmaları 1930-1932-ci və 1945-

1946-cı  illərdə  baş  vermişdir.  Bu  dövrlərdə  ÜDM  həcmi  müvafiq  olaraq 

1930-cu ilin göstəricisinə nisbətən 5,7%, 1945-ci ilin göstəricisinə nisbətən 

11% həcmində azalmışdı. 

XX  əsrin  ikinci  yarısında  (1954-cü,  1960-cı,  1975-ci,  1982-ci  və 

1991-ci  illərdə)  dünya  təsərrüfatının  inkişafında  ÜDM-in  artımının  mütləq 

göstəricilərinin aşağı düşdüyü beş iri böhran baş vermişdir. Bu böhranlardan 

ən böyüyü 1960-cı ildə, ÜDM-in həcmi 2,4% azaldıqda yaranmışdır. 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə