Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə24/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   285

 

 

51 



qruplarında qeyri-bərabər şəkildə liberallaşdırılırdı. İnkişaf etmiş ölkələr öz 

aralarında  emal  sənayesinin  məhsulları  ilə  ticarətdə  maneələri  əhəmiyyətli 

dərəcədə  azaltsalar  da,  inkişaf  etməkdə  olan  ölkələrlə  münasibətlərdə  bu 

proses  yalnız  inkişaf  etmiş  ölkələrdə  istehsal  olunmayan  xammala  şamil 

olunurdu. 1920-1930-cu illərdən fərqli olaraq, dünya iqtisadiyyatında 1970-

1980-ci  illərdə  baş  verən  böhran  zolağı  iqtisadi  avtargiya  meyilləri  ilə 

müşayiət olunmurdu. 1960-1980-ci illərdə sənayecə inkişaf etmiş və inkişaf 

etməkdə olan ölkələrin ixrac kvotası nəinki azaldı, hətta artdı. 

 ________________________________________________ 

Qarşılıqlı iqtisadi münasibətlərin güclənməsi mərhələsi  

(1990-2000-ci illər) 

 

XX  əsrin  son  onilliyini  dünya  təsərrüfatının  inkişafında  yeni 

mərhələnin  başlanğıcı  hesab  etmək  olar.  Əvvəlki  mərhələ  ilə  müqayisədə 

məhsuldar  qüvvələrin  beynəlxalq,  bir  sıra  hallarda  isə  planetar  miqyasda 

formalaşması  dərəcəsi  yüksəldi,  qarşılıqlı  iqtisadi  fəaliyyət  və  asılılıq 

gücləndi. 

Beynəlxalq mübadilələrin göstəriciləri sürətlə artmağa başladı. 1990-

cı illərin sonunda malların ixrac kvotası MDM-in 17%-ni ötüb keçdi, xarici 

aktivlər isə onun 60%-nə çatdı (AQP üzrə). 

Dünyanın iqtisadi tamlığının güclənməsi sosial-iqtisadi inkişafın yeni 

parametrləri ilə təmin olunur. Dünya sosializm sistemi və SSRİ dağılmışdır. 

Şərqi  Avropa  ölkələrində,  Çində,  Hind-Çin  yarımadası  ölkələrində  Qərb 

ölkələrindəkinə  yaxın  olan  iqtisadi  və  siyasi  strukturların  formalaşması  və 

yaranması  prosesləri  baş  vermişdir.  Bu  ölkələrin  sosial  strukturu  kapitalist 

ölkələrinə  bənzər  şəkildə  dəyişmişdir.  XXI  əsrin  əvvəllərinə  yaxın  dünya 

təsərrüfatı  sisteminin  iqtisadi  və  sosial  vəhdəti  bərpa  olundu,  dünya 

kapitalizminin ikinci intibahı başlandı. 

 

2.5. Dünya təsərrüfatının inkişafının xüsusiyyətləri 

__________________________________________ 

İqtisadi inkişafın qeyri-bərabərliyi 

 

Dünya  təsərrüfatı  tərkibinə  və  tutduğu  mövqeyə  görə  müxtəlif 



elementləri özündə birləşdirən mürəkkəb iyerarxiya sistemi kimi, inkişafının 

mühüm  xüsusiyyətlərinə  malik  olmuşdur.  Bu  xüsusiyyətlər  öz  təzahürünü 

onun inkişafının dalğavari xarakterində, sənaye ölkələri ilə inkişaf etməkdə 

olan ölkələrin iqtisadi artım templəri və tərəqqisi səviyyələrində əks olunan 

qeyri-bərabərlikdə tapırdı.  

 Dünya  təsərrüfatının  yaranması  və  sonrakı  inkişafı  mərhələlərində 

iqtisadi  artım  templəri  müəyyən  enib-qalxmalar  çərçivəsində  artıma  doğru 



 

 

52 



meyil  göstərmişdir:  1820-1870-ci  illərdə  0,93%,  1870-1913-cü  illərdə 

2,11%, 1913-1950-ci illərdə 1,82%, 1950-1973-cü illərdə 4,9%, 1973-2000-

ci  illərdə  3,05%.  AQP  üzrə  hesablandıqda,  XX  əsr  ərzində  MDM  19  dəfə 

artmışdır. 

Göstərilən məlumatlardan göründüyü kimi, dünyanın iqtisadi inkişaf 

səviyyəsi  artıma  doğru  ümumi  meyil  göstərsə  də,  bu  proses  rəvan 

olmamışdır. Dünya təsərrüfatının iki altsisteminin inkişafında böyük fərqlər 

müşahidə edilmişdir. 

XX əsrin ortalarınadək sənayecə inkişaf etmiş Qərb ölkələri iqtisadi 

tərəqqinin  lokomotivi  kimi  çıxış  edirdi.  Onların  güclənməsi  kapitalist 

istehsal üsulunun inkişafına əsaslanırdı (bax: §2.2). Qərb ölkələrinin iqtisadi 

inkişafı  əhalinin  əsas  hissəsini  təşkil  edən  muzdlu  işçi  qüvvəsinə,  habelə 

istehsal  vasitələrinin  və  istehsalın  təşkilinin  təkmilləşdirilməsinə  istinad 

edirdi. 


Elm  və  texnikanın  sürətli  inkişafı  məhsuldar  qüvvələrdə  böyük 

dəyişikliklərə  səbəb  oldu.  Buxarın  elektrik  enerjisi  tərəfindən  sıxışdırılıb 

çıxarılması nəticəsində istehsalın enerji bazası dəyişdi. 

İqtisadi inkişafın hərəkətverici qüvvəsi sənaye istehsalı idi və 1870-

1913-cü  illərdə  onun  həcmi  4  dəfə  artmışdı.  XX  əsrin  əvvəllərində  ağır 

sənaye inkişaf templərinə görə yüngül sənayeni ötüb keçməyə başladı. Qərb 

ölkələrində 1850-ci ildə yüngül sənaye ilə ağır sənayenin nisbəti 5:1 idisə, 

1900-cü ildə bu göstərici 2:1-dək aşağı düşdü.  

Kapitalizmin inkişafının birinci mərhələsi işçi qüvvəsindən intensiv 

surətdə istifadə olunması ilə səciyyələnirdi. XIX əsrin sonunda Britaniyada 

bir sıra sahələrdə iş günü 14-16 saata çatırdı. Fəhlə sinfi yalnız təşkilatlanma 

dərəcəsinin  yüksəlməsi  sayəsində  iş  gününü  məhdudlaşdıran  qanunların 

qəbuluna  nail  ola  bildi.  Kapitala  xas  olan,  işçi  qüvvəsinin  qiymətini  onun 

dəyərindən aşağı səviyyədə saxlamaq meyli, onu istehsalı texniki və təşkilati 

baxımdan təkmilləşdirməyə vadar edən amillərlə ziddiyyət təşkil edirdi. Bu 

amillər  isə  istifadə  olunan  işçi  qüvvəsinin  fiziki  vəziyyətinə  və  peşəkarlıq 

səviyyəsinə dair yeni tələblər irəli sürürdü. 

İqtisadi  artım  məhsuldar  yığım  normasının  1870-ci  illərdəki  7,5-

11,5%-dən  XX  əsrin  birinci  onilliyindəki  10,5-13,7%-dək  artırılması  ilə 

təmin  edilirdi.  Qərbin  inkişaf  etmiş  ölkələrində  təsərrüfatın  institusional 

strukturunun, yəni iqtisadi subyektlərinin sahibkarlıq fəaliyyəti normalarının 

və  təşkilati  quruluşunun  yaradılması  və  təkmilləşdirilməsi  mühüm  rol 

oynamışdır. XX əsrin əvvəlində üstünlüyə malik olan xüsusi mülkiyyət külli 

məbləğdə kapitalı səfərbər etməyə imkan verən səhmdar mülkiyyəti ilə əvəz 

olundu. Əsasən kapitaltutumlu sahələrdə sahibkarlığın kooperativ formaları 

(məhdud məsuliyyətli səhmdar cəmiyyətləri) geniş yayılmağa başladı.  

 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə