Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə20/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   285

 

 

43 



____________________________________________________ 

Sənaye inqilabı və dünya bazarının yaranması 

 

XVIII  əsrdə  Britaniyada  istehsalın  manufaktura  sistemindən  maşın 

texnikasına  əsaslanan  fabrik  sisteminə  keçilməsi  güclər  nisbətinin 

dəyişməsinə  və  məhsuldar  qüvvələrin  inkişafına  səbəb  oldu.  Vaxt  etibarilə 

uzun  dövrü  əhatə  edən,  sənaye  inqilabı  adlandırılan  bu  proses 

mexanizmlərdən,  yeni  enerji  mənbələrindən,  o  cümlədən  mineral 

yanacaqdan  istifadənin  artması,  təbiətdə  mövcud  olmayan  materialların, 

istehsalın  təşkilinin  yeni  formalarının  tətbiqi,  ayrı-ayrı  müəssisələrdə 

istehsalın səviyyəsinin yüksəlməsi ilə səciyyələnir. 

İlk  fabriklər  pambıq  parça  sənayesində  təşkil  olunmuşdu.  Mahud 

manufakturalarının  fəaliyyətinin  dövlət  tərəfindən  reqlamentləşdirilməsi 

texnoloji  yeniliklərin  tətbiqini  ləngidirdi,  nisbətən  yeni  olan  pambıq  parça 

sənayesi isə bu məhdudiyyətlərdən azad idi. 

Sənaye inqilabı istehsalın müxtəlif sahələrini əhatə etmişdi. İstehsalın 

mexanikləşdirilməsi  maşınların  hazırlanması  üçün  əsas  sahə  olan 

metallurgiyada  inkişaf  edirdi.  Bu  sahədə  aparılan  təkmilləşdirmələr 

çuqundan  dəmir  və  polad  alınması  prosesini  canlandırdı.  1784-cü  ildə 

C.Uattın daha  yığcam olan, sənayenin müxtəlif sahələrində və nəqliyyatda 

geniş tətbiqini  tapan və  buxar maşınını ixtira  etməsi sənaye inqilabının  ən 

mühüm  mərhələlərindən  biri  olmuşdur.  Buxarın  gücü  hələ  Ptolomey 

dövründə  Misirdə  məlum  olsa  da,  ondan  yalnız  əyləncə  məqsədləri  üçün 

istifadə  edilirdi.  Ehtimal  ki,  XVII  əsrin  ortalarında  -  XVIII  əsrdə  Avropa 

əhalisinin təqribən 100 milyon nəfərə çatdıqdan sonra artımında baş verən 

durğunluq texniki yeniliklərin tətbiqinə imkan yaratmışdır.  

Texniki  çevriliş  təsərrüfatda  ictimai  münasibətlərin  çox  kəskin 

surətdə  pozulmasına  gətirib  çıxardı.  Fabrik  sahibləri,  sənaye  kapitalı 

cəmiyyətdə əsas yer tutmağa başladı. Britaniyada, Şimali Amerikada fabrik 

istehsalına  keçidin  başladığı  vaxt  Avropanın  qitə  ölkələrində  hələ  aqrar 

iqtisadiyyat  hökmran  mövqe  tuturdu.  Yalnız  1820-ci  illərdə  Almaniya  və 

Fransada  ip  əyirilməsi  və  toxuculuqda  əl  əməyi  tədricən  maşınlarla  əvəz 

olunmağa  başladı.  Milli  bazarlar  yarandı.  Maşınların  və  buxarın  tətbiqi 

əmək  bölgüsünü  milli  çərçivədən  kənara  çıxardı,  iri  sənaye  öz  ölkəsinin 

mühitindən qoparaq, beynəlxalq bazarlardan asılı vəziyyətə düşdü. Yerli və 

milli  qapalılıq,  özünün  istehsalı  sayəsində  mövcudluq  beynəlxalq  iqtisadi 

əlaqələrin  genişlənməsi,  millətlərin  bir-birindən  asılılığı  ilə  əvəz  olunurdu. 

Xarici  ticarət  sürətlənən  templərlə  artmağa  başladı.  1720-1820-ci  illərdə 

dünyada ixracın həcmi 2,4 dəfə artmışdı. 

Qərbi Avropanın və Şimali Amerikanın sürətli templərlə inkişafının 

nəticələri Qərb və Şərq arasında qarşılıqlı münasibətlərdə əks olunurdu. XIX 



 

 

44 



əsrdə  Şərq  daha  Qərbin  təzyiqinə  davam  gətirə  bilmirdi.  İxtiraların  yeni 

dalğası  artıq  XIX  əsrin  ortalarında  Avropa  mallarının  açıq-aşkar 

üstünlüyünü  təmin  edirdi.  İnkişaf  səviyyələri  arasındakı  fərq  o  qədər  də 

böyük deyildi - Çin və Cənubi Asiyada əhalinin hər nəfərinə düşən gəlirlər 

500  dollar,  Avropanın  varlı  ölkələrində  isə  1000-1500  dollar  təşkil  edirdi 

(XIX  əsrin  əvvəli).  Bu  dövrdə  dünya  əhalisinin  təqribən  3/4  hissəsinin 

gündəlik gəliri 1 dollardan az idi. 

 

2.3. Dünya təsərrüfatının formalaşması 

______________________________________ 

Dünya təsərrüfatının yaranması və müstəmləkəçiliyin yayılması 

 

XIX əsrin son üç onilliyində dünya təsərrüfatı yaranmağa başladı. Bu 

mərhələdə  məhsuldar  qüvvələrin  inkişafında  və  qarşılıqlı  təsərrüfat 

əlaqələrində aşağıdakı köklü dəyişikliklər baş verdi: 

(1) dünya bazarının  yaranması məhsuldar qüvvələrin ictimailəşməsi 

səviyyəsinin dünya miqyasında genişlənməsi üçün imkanlar açdı; 

(2)  bir  sahibkarlıq  subyektinin  ayrı-ayrı  ölkələrdə  məhsul 

buraxmasına,  müxtəlif  ölkələr  və  ərazilər  arasında  iqtisadi  mübadilə 

aparılmasına əsaslanan beynəlxalq istehsal meydana çıxdı və inkişaf etməyə 

başladı. 

(3)  beynəlxalq  istehsalın  yaranması  və  inkişafı  az  sayda  ölkələrin 

yeni 

ərazilər  üzərində  müstəmləkəçilik  və  yarımmüstəmləkəçilik 



hökmranlığının  yayılması  və  onların  zor  işlətməklə  geniş  təkrar  istehsal 

prosesinə  cəlb  olunması  ilə  də  sıx  əlaqədar  idi.  Müstəmləkəçilik  dünyanın 

iqtisadi baxımdan məcburən birləşməsinin şərtlərindən biri olmuşdur. 

XIX  əsrin  ikinci  yarısında  zəbt  olunan  müstəmləkələrin  miqyası 

dəfələrlə artdı. 1914-cü ilin əvvəllərində müstəmləkələrin ərazisi 65 milyon 

kv.  km-dən,  əhalisi  isə  523  milyon  nəfərdən  artıq  idi  (dünya  ərazisinin 

53,3%-i  və  əhalisinin  29%-i).  Ən  böyük  müstəmləkəçi  dövlətlər  olan 

Britaniya,  Fransa,  İspaniya,  Niderlandla  yanaşı  Almaniya,  ABŞ,  Belçika, 

Yaponiya iri müstəmləkə metropoliyalarına çevrildi. Demək olar ki, bütün 

dünya  ərazi  və  siyasi  cəhətdən  kiçik  qruplar  təşkil  edən  ölkələr  tərəfindən 

bölüşdürülmüşdü. Münasibətlərin siyasi və hüquqi formaları fərqli (istismar 

edilən  ölkənin  asılılığın  keçid  formalarından  istifadə  olunması  vasitəsilə 

müəyyən  dövlət  müstəqilliyinin  saxlanılmasından  tam  siyasi  tabe 

olunmasınadək)  idi.  Bu zaman  ən müxtəlif  vasitələrdən və metodlardan, o 

cümlədən qəsdlərdən, rüşvətdən, hərbi çevrilişlərdən, açıq müdaxilədən və 

təcavüzdən istifadə olunurdu. 

Maşın  vasitəsilə  istehsal  artdıqca,  metropoliyalar  müstəmləkə 

ərazilərini  öz  mallarının  satış  bazarlarına  çevirirdi.  Məsələn,  Britaniyadan 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə