Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə18/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   285

 

 

39 



yaranması ilə müşayiət olunurdu. Kəşf edilən torpaqlardan Avropaya külli 

miqdarda qızıl və gümüş gətirilmişdi. XVI əsrdə Avropanın qızıl ehtiyatları 

təqribən  550  min  kiloqramdan  1192  min  kiloqramadək,  gümüş  ehtiyatları 

isə  7  milyon  kiloqramdan  214  milyon  kiloqramadək  artmışdı.  Bu, 

qiymətlərin  kəskin  surətdə  yüksəlməsinə,  yaranmaqda  olan  burjuaziyanın 

zənginləşməsinə  və  muzdlu  işçi  qüvvəsinin  yoxsullaşmasına  gətirib 

çıxarırdı.  Pul  rentası  alan  feodalların  da  vəziyyətinin  pisləşməsi  onların 

sənaye fəaliyyətinə  keçməsinə  səbəb oldu.  Kilsə  mülkiyyətinin müsadirəsi, 

əmək  etikasının  möhkəmlənməsi  ilə  müşayiət  olunan  islahatlar  kapitaldan 

daha səmərəli istifadə olunması üçün imkanlar açırdı. 

Məcmu  məhsuldar  kapitalın,  sərvətin  strukturunda  da  dəyişikliklər 

baş  verirdi.  Əgər  XI-XIII  əsrlərdə  məhsuldar  qüvvələr  əsasən  canlı  əmək 

sayəsində möhkəmlənirdisə, XVI əsrdən onun əsas kapitalla əvəz olunması, 

məhsuldar  qüvvələrin  maddi-əşya  komponentlərinin  artımı  başlandı.  Bu 

zaman insan  amilinin və  nəqliyyat vasitələrinin enerji potensialının  yüksək 

templərlə  artımı  məhsuldar  qüvvələrin  inkişaf  səviyyəsinin  bütövlükdə 

yüksəlməsi üçün şərait yaradırdı. 

1000-1300-cü  illərdə  Şimali-Qərbi  Avropada  ÜDM-in  adambaşına 

düşən  həcmi  50-60%,  1300-1500-cü  illərdə  5-10%,  1500-1800-cü  illərdə 

45-50% artmışdı. 

Əhalinin  hər  nəfərinə  düşən  gəlirlərin  məbləği  barədə  məlumatlar 

XV  əsrdə  Qərbi  Avropa  ölkələrinin  aparıcı  Şərq  ölkələrindən  geridə 

qalmasının  mümkün  olduğunu  göstərir.  1980-ci  ilin  nisbi  qiymətləri  ilə 

1490-1500-ci  illərdə  müvafiq  göstərici  Çində  550-600  dollar,  Fransada 

təqribən  450-490  dollar,  Florensiya  Respublikasında  isə  1420-ci  ildə  440-

470  dollar  təşkil  edirdi.  XVI  əsrin  əvvəlində  ÜDM-in  adambaşına  düşən 

məbləği  500-550  dollar,  Niderlandda  isə  1/3  hissə  qədər  artaraq,  650-770 

dollar olmuşdur. 

XV əsrin ikinci yarısından başlayaraq, Qərbi Avropa inkişafda Şərq 

ölkələrinə  çatmağa  başladı.  Qərbin  ümumi  məhsulunun  adambaşına  düşən 

həcmi ilə Çinin müvafiq göstəricisi arasında bərabərlik, çox güman ki, XVI 

əsrin  ikinci  yarısında  əldə  olunmuşdur.  Hesab  edilir  ki,  Qərb  nisbi  inkişaf 

səviyyəsinə görə Şərq ölkələrini 1571-ci ildən, ispan donanmasının yardımı 

ilə  Venesiya  Respublikasının  türkləri  Lepanto  döyüşündə  məğlub  etdikdən 

sonra  ötməyə  başlamışdır.  Başqa  qiymətləndirmələrə  görə,  Qərbi  Avropa 

Çinin  səviyyəsini  1500-cü  illərə  yaxın  dövrdə  ötüb  keçmiş  və  həmin 

zamandan  etibarən  texnika  və  iqtisadiyyatın  inkişafında  aparıcı  yer 

tutmuşdur. 

 

 

 




 

 

40 



________________________________________________ 

Kapitalist istehsal üsulunun təşəkkül tapması  

 

XVI  əsr  Qərbin  iqtisadi  tarixində  dönüş  dövrü  olmuşdur:  işçinin 



zorla  istehsal  vasitələrindən  ayrılması,  kəndlilərin  torpaqdan  qovulması, 

müstəmləkə  qarətçiliyi  ilə  müşayiət  olunan  ilkin  kapital  yığımı  -  başlandı. 

Bu  vaxta  qədər  sənayenin  inkişafında  ciddi  nailiyyətlər  əldə  edilmişdi. 

Sənayenin yüksəlişi toxuculuqdan başladı. Bu yüksəlişdə iqtisadi və mədəni 

həyatın transformasiyası, habelə məhsuldar qüvvələrin təşkili ilə bağlı olan 

daxili  amillər  mühüm  rol  oynayırdı.  Əvvəlcə  Florensiyada,  sonra  isə 

İngiltərədə  yun  parça  istehsalında  əməyin  bölgüsünə  və  əl  alətlərindən 

istifadəyə  əsaslanan,  əmək  məhsuldarlığını  emalatxanalarla  müqayisədə 

kəskin  yüksəltmək  imkanı  yaradan  müəssisələr:  manufakturalar  -  inkişaf 

etməyə  başladı.  Bu  müəssisələr  iş  prosesini  bir-birini  avtomatik  surətdə 

təkrarlayan sadə, eyni əməliyyatlara çevirdi. 

İri istehsalı kifayət qədər sərbəst işçi qüvvəsi olmadan təşkili etmək 

mümkün  deyildi.  Sənətkarlar  və  kəndlilər  sex  quruluşu  və  qeyri-iqtisadi, 

şəxsi  məcburiyyət  üsulu  ilə  saxlanılırdılar.  Bunun  üçün  xırda  istehsalçını 

istehsal  vasitələrindən,  ilk  növbədə  isə  kəndlini  torpaqdan  ayırmaq  lazım 

olduğuna  görə,  icma  torpaqlarının  zorakılıqla  tutulmasına  və  kəndlilərin 

hətta pay torpaqlarından köçürülməsinə başlandı. 

Qərb  ölkələri  kapital  yığımını  və  dünyadakı  iqtisadi  mövqelərinin 

möhkəmlənməsini  sosial-iqtisadi  dəyişikliklərlə  yanaşı  müharibələr, 

müstəmləkələrin zəbt olunması, qul alveri, dəniz quldurluğu hesabına həyata 

keçirirdi.  İspan  müstəmləkəçiləri  Latın  Amerikasını  ələ  keçirərək,  yerli 

əhaliyə amansız zülm edir və bir sıra hallarda onu tamamilə məhv edirdilər 

(Yamayka).  XVII  əsrin  əvvəllərində  2  milyona  yaxın  həm  köçəri,  həm  də 

oturaq  həyat  tərzi  keçirən  hindunun  yaşadığı  Şimali  Amerika  da  bundan 

fərqlənməyən zorakılıqla müstəmləkəyə çevrilmişdi. 

Hindu  qəbilələrini  məhv  edən  müstəmləkəçilər  Amerika  üçün  işçi 

qüvvəsinin yeni mənbəyi kimi, nəzərlərini Afrikaya yönəltdilər. XVI əsrdə 

kapitalist  istehsal  üsulu  üçün  mühüm  hadisə  olan  qul  ticarəti  başlandı. 

Qullardan  istifadə  ilə  əlaqədar  olaraq  plantasiya  təsərrüfatları  yaradıldı. 

Qiymətləndirmələrə görə, 1870-ci ilədək Amerikaya Afrikadan 10 milyona 

yaxın qul gətirilmişdi. Qərbi Avropa qul ticarətindən külli miqdarda vəsait 

qazanırdı.  Təkcə  1680-1775-ci  illərdə  britaniyalılar  Afrikadan  Qərbi 

Hindistana 3 milyona yaxın adam köçürmüşdü. Amerikaya gətirilən hər bir 

qul tacirə 3000% həcmində gəlir verirdi. 

Bəzi  Qərb  ölkələrinin  (Britaniya,  İspaniya,  Fransa,  Hollandiya) 

mühüm gəlir mənbəyi dəniz quldurluğu idi. 

Müstəmləkə  əraziləri  xarici  iqtisadi  qarətçiliyin  obyekti  idi. 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə