Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə16/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   285

 

 

35 



_____________________________________________ 

Şərqin və Qərbin iqtisadi inkişaf səviyyələri 

 

Qədim  iqtisadi  sistemlər  uzunmüddətli  dövrlər  ərzində  spiralvarı 

irəliləməklə inkişaf etmişdir. Bu inkişaf texnologiyaların təkmilləşməsində, yeni 

ideyalardan istifadə  olunmasında təzahür olunurdu. Nəhəng dövlət binalarının 

və  məbədlərin  bizim  günlərədək  gəlib  çatmış  qalıqları  tikintinin  və  inşaat 

texnikasının  yüksək  səviyyədə  olmasının  sübutudur.  Bunların  sırasında 

"dünyanın yeddi möcüzəsi"nə aid olan İsgəndəriyyə mayakı (hündürlüyü 120 

metrdir)  özünün  əzəməti  və  praktikliyi  ilə  fərqlənir.  Möhtəşəm  kanallar,  su 

anbarları, torpaq bəndlər inşa edilmişdi. Müəyyən səviyyədən yuxarıda yerləşən 

tarlalara  su  xüsusi  mancanaqlar  vasitəsi  ilə  ötürülürdü.  Riyaziyyat  və  fizika, 

astronomiya sahələrində böyük nailiyyətlər əldə edilmişdi. Qədim Çində ipək, 

çini, kağız istehsal olunurdu, kitab çap edilirdi, maqnitli kompas, kağız pullar və 

s.  icad  edilmişdi.  Bir  sıra  ideyalar  dövrünü  qabaqlayır,  digərləri,  praktiki 

əhəmiyyəti  olanlar  isə  yuxarıda  sadalanan  sosial-iqtisadi  şərait,  habelə  insan 

amilinin təsiri nəticəsində tətbiq edilmir və yayılmırdı.  

Qədim  Şərq  və  antik  dövlətlərdə  tacirlər  uzaq  məsafələrə  səyahət 

edirdilər.  Amma  ticarətin  inkişafına  baxmayaraq,  qədim  dövlətlərin 

təsərrüfatları əsasən natural, qapalı xarakter daşıyırdı. 

Qədim  və  antik  təsərrüfat  sistemləri  orta  əsrlərdə  belə  uzun  tarixi 

dövr  ərzində  Avropa  dövlətlərinin  ötüb  keçə  bilmədiyi  iqtisadi  inkişaf 

səviyyəsinə  nail  olmuşdular.  Onlar  Şərq  dövlətləri  üçün  uzaq  əyalət  hesab 

olunurdu. 

İkinci  minilliyin  başlanğıcında  Şərq  ölkələrinin  inkişaf  səviyyəsi 

Qərbi Avropa ölkələri ilə müqayisədə 1,5-2 dəfə yüksək idi. Hesablamalara 

görə,  XI  əsrdə  ÜDM-in  adambaşına  düşən  məbləği  1980-ci  ilin  nisbi 

qiymətləri  üzrə  Çində  600-700  dollara,  Hindistanda  550-560  dollara, 

Misirdə  470-530 dollara  çata bilərdi.  Bu,  digər sosial-iqtisadi  göstəricilərlə 

də  təsdiq  olunur.  Əgər  bu  dövrdə  Cin  əhalisinin  20%-i,  müsəlman 

dünyasının  15-20%-i  2  mindən  artıq  sakini  olan  şəhərlərdə  yaşayırdısa, 

Qərbi  Avropada  bu  rəqəm  11-13%-dən  artıq  deyildi.  Avropa  cəmiyyətləri 

istehsalın inkişafının Çindəki səviyyəsinə yalnız orta əsrlərin sonlarında nail 

ola  bilmişdi.  XI-XII  əsrin  əvvəlində  Çində  metaləritmənin  həcmi  1640-cı 

ildə İngiltərədə əridilən metalın miqdarından 2,5-5 dəfə çox, XVIII əsrdə isə 

bütün Avropa dövlətlərinin müvafiq göstəricisinə bərabər idi. 

Şərqin  Qərb  üzərində  üstünlüyü  məhsuldar  qüvvələrin  əqli 

komponentlərində,  məsələn,  əhalinin  savad  səviyyəsinin  8-20  dəfə  yüksək 

olmasında da nəzərə çarpırdı. Avropanın səviyyəsi isə eramızdan əvvəl VIII 

əsrin  -  bizim  eranın  II  əsrində  Roma  imperiyasının  klassik  dövründə 

mövcud olmuş səviyyədən aşağı idi. 



 

 

36 



2.2. Qərbi Avropanın inkişafı və dünya bazarının yaranması 

 

V  əsrin  axırlarında  Roma  imperiyasının  süqutundan  sonra  Qərbi 



Avropada  təsərrüfatın  demək  olar  ki,  bütövlüklə  aqrarlaşması  və 

naturallaşması baş verdi. Kənd icması əsas təsərrüfat vahidinə çevrildi. Şərq 

icmasından  fərqli  olaraq,  burada  sənətkarlığın  ailə  çərçivəsində  inkişaf 

etməsi icmadaxili qarşılıqlı əlaqələri müəyyən dərəcədə zəiflədirdi. 



________________________________________________ 

Qərbi Avropanın inkişafının ilkin şərtləri 

 

Bir  sıra  amillərin  (o  cümlədən  təbii)  və  şərtlərin  təsiri  nəticəsində 

dünyanın  bu  bölgəsində  iqtisadi  fəaliyyətin  canlanması  üçün  əsrlər  tələb 

olunmuşdur.  Qərbi  Avropanın  təbii  şəraiti  Şərq  mədəniyyətlərinin  inkişaf 

etdiyi  bölgələrlə  müqayisədə  əlverişsiz  olsa  da,  onların  coğrafi  mövqeyi 

daha münasib, köçəri tayfalardan uzaqda idi.  

VII-VIII  əsrlərdə  iqlimin  istiləşməsi  epidemiyaların  yayılmasının 

azalmasına, təsərrüfatçılığın inkişafına və demoqrafik artıma şərait  yaratdı. 

Təbiətdə baş verən bu cür dəyişikliklər sosial irəliləyişlərlə müşayiət olunur-

du.  Torpaq  üzərində  icma  mülkiyyətinin  əsasları  dağıdıldı.  VIII  əsrdə 

aparılan aqrar və hərbi islahatlar nəticəsində Franklar imperiyasında kəndli-

lərin əksəriyyəti varislik əsasında torpağın sahibinə çevrilən kral döyüşçülə-

rindən:  feodallardan  -  asılı  vəziyyətə  düşdülər.  Hakim  sinif  olan  feodallar 

zümrəsi əhalinin cəmi 5%-ni təşkil edirdi. Bu sinif başda kral, ortada əyanlar 

və ən aşağıda xırda cəngavərlər olmaqla, sosial piramida təşkil edirdi. Əmə-

yin təşkili adi kooperasiya ilə məcburiyyətin əlaqələndirilməsinə əsaslanırdı. 

Sənətkarlığın  inkişafı  nəticəsində  XI  əsrdə  onun  əkinçilikdən 

ayrılması və feodal şəhərlərinin  yaranması  əmtəə istehsalının artması üçün 

əlverişli  şərait  yaratdı.  Şəhərlər  istehsal  və  ticarətlə  məşğul  olmaq  üçün 

feodallardan müstəqillik əldə etməyə nail oldu. 

İstehsal münasibətləri dəyişilməzdən əvvəl texnikada irəliləyişlər baş 

vermişdi.  VI  əsrin  ortalarında  Flamandiyada  toxuculuq  dəzgahının  təkmil-

ləşdirilməsi əmək məhsuldarlığını 3-5 dəfə artırdı. Şəhərlərin ayrılması get-

gedə  daha  çox  mal,  bəzi  yerlərdə  isə  pul  rentası  ilə  əvəz  olunan  biyarın 

əhəmiyyətinin azalmasına, feodal sisteminin zəifləməsinə gətirib çıxarırdı. 

Kənd  təsərrüfatında  ikitarlalı  əvəzinə  üçtarlalı  əkin  növbəsi 

sistemindən  (VI  əsr)  və  dartıcı  qüvvə  qismində  atlardan  istifadə  olunması 

geniş yayılmağa başladı. Aralıq dənizi ölkələri üçün səciyyəvi olan ikitarlalı 

əkin  növbəsi  sisteminin  üçtarlalı  əkin  növbəsi  (yaz  əkini,  payız  əkini  və 

dincə qoyulma) ilə əvəz olunması orta əsrlərin ilkin dövrlərində ən mühüm 

yeniliklərdən  biri  olmuşdur.  Bunun  nəticəsində  şum  əkini  torpaqlarının 

sahəsi  genişlənir,  əmək  məhsuldarlığı  yüksəlirdi.  Naldan,  boyunduruqdan 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə