Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə15/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   285

 

 

33 



olunmuşdu.  Belə  şəhərlərdə  bazar  sarayın  və  zadəganların  ehtiyacları  və 

zövqü  çərçivəsində  məhdudlaşdığına  görə,  sənətkarlıq  həddən  artıq  ləng 

təkmilləşir,  dövlət  isə  həm  əkinçilik,  həm  də  sənətkarlıq  məhsullarını 

mübadilə  vasitəsi  ilə  deyil,  renta,  yəni  vergi  formasında  özgəninkiləş-

dirilməsi yolu ilə götürürdü. 

Məhsulların  götürülməsi  sisteminin  üstün  olması  bütün  ölkələrdə 

eyni  deyildi.  Hindistan  və  Çində  məhsulların  götürülməsi  sistemi  ciddi 

reqlamentləşdirilmişdi.  Müəyyən  hissəsi  pulla  ödənilən  torpaq  vergisi 

dövlət,  xüsusi  və  icma  torpaq  mülkiyyətləri  arasındakı  münasibətlərin 

əsasını  təşkil  edirdi.  Xüsusi  torpaqların  sahibləri,  sənətkarlar  son  nəticədə 

onların  yaşamasına  təminat  verən  güclü  hakimiyyətin  olmasında  maraqlı 

idilər. 


İri  torpaq  sahiblərinin  rentası  çox  vaxt  əmtəə  formasında  alınır  və 

şəhər  əhalisinin  təchizatına  sərf  olunurdu.  Şəhərlə  kənd  arasında  mübadilə 

Osmanlı  imperiyasında  və  İranda  geniş  tətbiq  edilirdi.  Ticarət-sələmçi 

kapital  mühüm  rol  oynayırdı.  Əmtəə-pul  münasibətlərinin  geniş  yayılması 

təsərrüfatın  fəaliyyətində  sistem  yaradan  elementə  çevrilməyərək,  natural 

təsərrüfatın  üstünlük  təşkil  etdiyi  şəraitdə  onların  əsaslarının  bir-birinə 

uyğunlaşmasına  və  qovuşmasına  gətirib  çıxarırdı.  Ticarət-sələmçi  kapitalı 

sənətkarlığa  deyil,  torpağa  yönəldilirdi.  Dövlət  (renta,  vergi)  və  xüsusi 

mülkiyyət (icarə) arasındakı ziddiyyətlərlə ört-basdır olunduğu üçün, natural 

və  əmtəə  ukladlarının  istehsal  üsullarının  qarşıdurması  aydın  nəzərə 

çarpmırdı.  Torpağın  icarəsi  sahibkarlıq  xarakteri  daşımırdı,  müqavilə 

münasibətləri şəxsi asılılığın çoxsaylı formaları şəklinə düşürdü.  

Sosial-iqtisadi  sistemin  ikiqütblüyü  dövlətin  müstəqilliyini  yük-

səldirdi. Şəhər ümumi sistemə daxil edilsə də, xüsusi statusa malik deyildi. 

Şəhərin bütövlüklə dövlətdən asılı olması, əhalinin əmək fəaliyyətinin ciddi 

reqlamentləşdirilməsi  ticarət  kapitalının  yığımını  və  sənaye  sahəsində 

sahibkarlığı  məhdudlaşdırırdı.  Buna  görə  də  ticarət-sələmçi  kapitalının  və 

onunla bağlı olan strukturların inkişafı, sərbəst işçi qüvvəsinin mövcudluğu 

vahid  təsərrüfat  mexanizmində  birləşmirdi.  Onlar  iki  qollu  sistemlə 

məhdudlaşırdı.  Əmtəə-pul  münasibətlərinin  xüsusi  mülkiyyət  əsasında 

inkişaf  etməsi  dövlətin  səfərbəredici  rolunun  zəifləməsi  və  feodal 

pərakəndəliyi  ilə  nəticələnə  bilərdi.  Bu  isə  öz  növbəsində,  ölkədə  qayda-

qanunun  və  əmtəə-pul  münasibətlərinin  normal  inkişafı  üçün  lazım  olan 

digər şərtlərin pozulmasına gətirib çıxarırdı. 

Natural təsərrüfat ukladının üstünlüyü təkcə dövlət tərəfindən deyil, 

həmçinin  sahibkarlıq  fəaliyyətini  nalayiq  hərəkət  kimi  yanaşan  ideologiya 

kompleksi  tərəfindən  də  dəstəklənirdi.  Bir  çox  ölkələrdə  ticarət  və 

sənətkarlıqla  məşğul  olanlara  etinasız  münasibət  göstərilirdi.  Hindistanda 

sənətkarlar  ən  aşağı  kastaya  aid  olunurdu.  Mərkəzi  hakimiyyət  tərəfindən 



 

 

34 



yardım göstərilməməsi sənətkarlığın təşəkkül tapmasına imkan vermirdi. 

Məhsuldar  qüvvələrin  inkişafı  ərzaq  məhsullarının  kifayət  həcmdə 

istehsal olunmaması ilə məhdudlaşırdı. Bu isə işçi qüvvəsinin məşğulluğunu 

ciddi  məhdudlaşdırır,  sənətkarlıq  və  kənd  təsərrüfatı  məhsulları  mübadilə 

edilərkən  ekvivalentliyi  sonuncunun  xeyrinə  pozurdu.  Nəticədə  istehsalın 

sənətkarlıq sahələri kifayət qədər yığım edə bilmir və sənətkarlar acınacaqlı 

həyat tərzi keçirirdilər. Əsrlər boyu eynitipli əmək alətləri istehsal olunurdu. 

Bunun  səbəbi  kənd  təsərrüfatı  olmayan  sahələrin  sifarişçilərin  yoxsulluğu 

ucbatından əməyə qənaət edən yeni alətlərin istehsalına az maraq göstərməsi 

idi.  İzafi  işçi  qüvvəsinin  mövcudluğu,  canlı  və  maddiləşmiş  əmək,  canlı 

əməklə  torpaq  arasındakı  nisbətlər  məhsuldar  qüvvələr  sistemində  insanın 

rolunun müəyyən qədər azalmasına səbəb olurdu. 

Şərq cəmiyyətlərinin sosial-iqtisadi inkişafı bu şərtlər çərçivəsindən 

kənara 


çıxa  bilmirdi.  Xüsusi  mülkiyyətin,  feodalizmin  inkişafı 

mərkəzləşdirilmiş  dövlətlərin  zəifləməsinə,  barbarların  zərbələri  altında 

parçalanmasına  və  iflasa  uğramasına  gətirib  çıxarırdı.  Sonradan  onların 

qüvvələri  başqa  formada  cəmləşirdi.  Bu,  eyni  ictimai  inkişafın 

təkrarlanmasına səbəb olur, Şərq ölkələrinin müstəqil surətdə yeniləşməsini 

çətinləşdirirdi. 



__________________________________________________ 

İstehsalın antik üsulu 

 

Şərqin  sosial-iqtisadi  strukturundan  fərqli  olaraq,  antik  formada 



xüsusi  mülkiyyət  vardı.  Mülkiyyətin  antik  forması  iki  vahid:  xüsusi 

mülkiyyət  və  icma  mülkiyyəti  şəklində  -  çıxış  edirdi.  İqlim  və  digər  təbii 

şərtlər əkinçilikdə bütün icma üçün irriqasiya tikintisi aparmadan işləməyə 

imkan  verirdi.  Şərqin  kənd  icmasının  əksinə  olaraq,  antik  icmalar  əsasən 

şəhər-dövlət (polis) kimi çıxış edirdilər. 

Qul əməyindən  geniş istifadə  olunurdu. Antik mülkiyyətçi müstəqil 

şəxs  deyil,  şəhər-dövlətin  tərkib  hissəsi  kimi  fəaliyyət  göstərirdi. 

Sənətkarlıqda  əsas  istehsal  vahidi  emalatxana  idi,  yəni  sənətkarlar  kənd 

təsərrüfatından ayrılmışdı. Antik sənətkarlıq məhsulları öz yüksək keyfiyyəti 

sayəsində  Şərqin  sənətkarlıq  məhsulları  üzərində  qələbə  qazanaraq,  onları 

Aralıq dənizi bazarlarından sıxışdırıb çıxardı. 

Antik  təsərrüfatda  istehsalın  inkişafını  ləngidən  mexanizmi  vardı. 

Bunun  ən  mühüm  əlamətlərindən  biri  texniki  inkişafın,  daha  dəqiq  desək, 

əməyə qənaət edən texnologiyaların yoxluğu idi. Cəmiyyətin sosial-iqtisadi 

strukturu  əmək  alətlərinin  təkmilləşdirilməsinə  maraq  oyatmırdı.  Hakim 

sinif  öz  sərvətini  müharibələr,  qulların  əməyi  sayəsində  artıraraq,  onu 

texnologiyaların  inkişafına  deyil,  nümayişkar  tərzdə  istehlaka,  incəsənətə, 

elmə xərcləyirdi. Antik təsərrüfatın bu sahədə rolu cüzi idi.  




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə