Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə11/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   285

 

 

24 



1.4. Dünya təsərrüfatı inkişafının əsas göstəriciləri  

_____________________________________________________ 

Məcmu Dünya Məhsulu 

 

Dünyada  iqtisadi  vəziyyətin  təhlili  üçün  dünya  iqtisadiyyatının 

dinamikasını və durumunu xarakterizə edən bir sıra göstəricilərdən istifadə 

olunur. Bunlardan ən əsası Məcmu Dünya Məhsuludur(MDM).  

MDM  milli  mənsubiyyətindən  asılı  olmayaraq,  dünyanın  bütün 

ölkələrində fəaliyyət göstərən müəssisələrin müəyyən dövr ərzində istehsal 

etdiyi son malların və xidmətlərin ümumi həcmini əks etdirir.  

Son məhsulun uçotu istehsal prosesində istifadə olunmuş xammalın, 

yarımfabrikatların,  elektrik  enerjisinin  və  xidmətlərin  (aralıq  istehlak) 

təkrarən hesablanmasının istisna edilməsini nəzərdə tutur. 

Ayrıca götürülən hər bir ölkədə ÜDM iqtisadi fəaliyyətin uçotunun 

beynəlxalq  aləmdə  tanınılmış  qaydaları  məcmusundan  ibarət  olan,  milli 

təsərrüfatın daxili və xarici sektorlarının əsas iqtisadi əlaqələrini əks etdirən 

milli  hesablar  sistemi  əsasında  müəyyənləşdirilir.  Bu  sistem  fəaliyyətin 

bütün  növlərinin  məhsuldar  xarakter  daşıması  konsepsiyası  əsasında 

qurulmuşdur.  BMT-nin  1993-cü  il  milli  hesablar  sistemi  fəaliyyətin  bütün 

növlərini, o  cümlədən  gizli və qeyri-qanuni istehsalı iqtisadi fəaliyyətə aid 

edir.  Burada  yalnız  ev  təsərrüfatlarının  öz  istehlakı  üçün  xidmətlər 

göstərməsi  (yemək  hazırlanması,  otaqların  yığışdırılması,  xəstələrə  qulluq 

olunması,  uşaqlara  tərbiyə  verilməsi  və  s.)  istisna  olunur.  Sahibkarlıq 

fəaliyyətinin  nəticələri  üç  prinsip:  istehsal,  istifadə  və  gəlirlər  -  əsasında 

hesablanır. 

1.  İstifadə  prinsipinə  görə,  ÜDM-ə  müvafiq  olaraq  ümumi  kapital 

qoyuluşlarının,  malların  və  xidmətlərin  fərdi  qaydada  və  dövlət  tərəfindən 

istehlakının dəyəri daxil edilir. Ümumi kapital qoyuluşlarına  əsas kapitala, 

ehtiyatlara  və  bitməmiş  istehsala  investisiyalar  aid  olunur.  Bu  zaman 

müəyyən tarixlərə mal-material qalıqlarının  (xammal və hazır  məmulatlar) 

dəyəri arasındakı fərq ehtiyatlara yönəldilən investisiyalara daxil edilir. 

Beləliklə,  dayanıqlı  iqtisadiyyatda  ÜDM  (Y)  fərdi  istehlaka  (C), 

kapital qoyuluşlarına (I), dövlət istehlakına (G), ixraca (X) çəkilən xərclərin 

cəmi  ilə  malların  və  xidmətlərin  idxalına  (ID)  çəkilən  xərclər  arasındakı 

fərqə bərabərdir: 



 

Y = C + I + G + X - ID 

 

Dünyada  istehsal  həcmi  milli  təsərrüfatların  istehsalının  məcmusu 



kimi hesablandığına görə, onu aşağıdakı düsturla ifadə etmək olar: 

 


 

 

25 



Y = ∑(C + I + G + X - IM) 

 

2.  Gəlirlər  prinsipi  əsasında  hesablanarkən,  ÜDM  istehsal 

amillərindən  asılı  olaraq  üç  hissəyə  bölünür.  Muzdlu  əməklə  məşğul  olan 

şəxslərin  gəlirlərinə  tutduğu  mövqedən  asılı  olmayaraq,  fəhlə  və 

qulluqçuların  əmək  haqqı  daxil  edilir.  Sonra  özəl  və  dövlət  şirkətlərinin 

gəlirləri  hesablanır.  Renta  gəlirləri  və  müstəqil  fəaliyyət  göstərən  şəxslərin 

(sənətkarların, həkimlərin və s.) gəlirləri ayrıca hesablanır. 

Gəlirlər  baxımından  ÜDM  əmək  haqlarının  (W),  əsas  kapitalın 

istehlakı (amortizasiya) daxil olmaqla əməliyyat xərclərini (OS), xalis gəliri, 

rentanı,  faizi  və  subsidiyalar  çıxılmaqla,  dolayı  vergilərin  (ITS)  ümumi 

məbləği kimi hesablanır: 



 

Y = W + OS + ITS  

 

ÜDM-dən amortizasiyanın çıxılması (xalis ÜDM), dolayı vergilərin 



çıxılması  və  subsidiyaların  əlavə  olunması  kimi  hesablanan  milli  gəlir 

göstəricisi ÜDM ilə bağlıdır. Vergilərin məbləği böyükdür. Onlar malların 

və xidmətlərin qiymətlərinə daxil edilir və son istehlakçı tərəfindən ödənilir. 

Subsidiya qiymətlərə əks təsir göstərərək, onları özü məbləğində aşağı salır. 

Milli  gəlir  göstəricisi müvafiq  ərazidə  istehsal olunan milli gəlir anlayışına 

təqribən uyğundur. Qeyd olunmalıdır ki, istənilən milli təsərrüfat üçün onun 

sərəncamına daxil olan gəlir daha mühüm əhəmiyyət kəsb edir. 

Müəyyən  ölkənin  sərəncamında  qalan  gəlirlərin  məbləği  (UMG) 

onun xalis daxili məhsulunun, müəssisələrinin və  vətəndaşlarının xaricdəki 

gəlirlərinin  saldosunun  və  əcnəbilərin  bu  ölkədəki  gəlirlərinin  cəmi  kimi 

hesablanır.  Sərəncamda  olan  milli  gəlir  cari  istehlakın  və  yığımların 

məbləğinə müvafiqdir: 

 

GNI = GDI + NY 

 

Burada NY - rezidentlərin xalis faktor gəliridir. 

 

İstehsal  olunmuş  ÜDM  ilə  milli  gəlir  arasındakı  fərq  kəmiyyətcə 



kifayət  qədər  böyükdür  və  amortizasiya  ayırmalarının  həcminə  bərabər 

olmaqla,  təqribən  8-11%  təşkil  edir.  Amortizasiya  ayırmalarının  (əsas 

kapitalın istehlakının) məbləği əsas fondlarının miqdarından asılı olduğuna 

görə,  ölkələr  üzrə  bu  fərq  müxtəlifdir.  Amortizasiya  ayırmalarının  xüsusi 

çəkisi inkişafın səngiməsi zamanı artır, yüksəliş dövründə isə azalır. 

İstehsal  olunmuş  milli  gəlirin  dinamikası  uzunmüddətli  dövr 

baxımından  ÜDM-in  dinamikası  ilə  üst-üstə  düşdüyünə  görə,  təhlillər 

aparılarkən əsasən ÜDM və MDM göstəricilərindən istifadə olunur. 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə