Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə8/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   285

 

 

17 



_____________________________________________________ 

TMK və dövlət  

 

TMK  yerləşdiyi  ölkənin  iqtisadiyyatına  güclü  təsir  göstərmək 



imkanlarına malikdir. Onların birbaşa investisiyalarının axını 1990-1995-ci 

illərdə  dünya üzrə  investisiya qoyuluşlarının 4,1%-nə, 1996-2000-ci illərdə 

12,6%-nə  və  2001-2005-ci  illərdə  10%-nə  çatmışdır.  TMK-nın  müxtəlif 

ölkələrdə  yerləşən  bölmələri  arasında  aparılan  əməliyyatlar  hətta  iri  Qərb 

ölkələrinin  xarici  ticarət  dövriyyəsinin  və  hesablaşmalarının  əhəmiyyətli 

hissəsini  təşkil  edir.  Bəzi  kiçik  ölkələrin  (Macarıstan,  Malayziya)  sənaye 

məhsullarının ixracında TMK-nın payı 50%-dən artıqdır. 

Kapitalın sərbəst hərəkətinin mövcud qaydaları TMK-ya kapitalı öz 

marağına uyğun olaraq bir ölkədən başqasına köçürmək imkanı verir.  

TMK  və  dövlət  tərəfindən  həyata  keçirilən,  ölkənin  inkişafına 

yönəlmiş  strategiyalar  arasında  uzaqlaşma  baş  vermişdir.  İndi  onların 

fəaliyyət  sahələri  bir-biri  ilə  kəsişmir.  TMK-nın  fəaliyyəti  ayrı-ayrı 

dövlətlərin hüdudlarından çox uzaqlarda həyata keçirilir. Bir çox dövlətlərin 

mənfəəti müstəqil surətdə yenidən bölüşdürmək imkanları əvvəlki dövrlərlə 

müqayisədə  məhdudlaşır.  Dövlət  və  TMK  arasında  struktur  gərginliyi 

yaranır,  bir  tərəfdən  bazarın  qlobal  iştirakçılarının,  digər  tərəfdən  isə  milli 

ictimai və siyasi qüvvələrin maraqlarının bir-birindən uzaqlaşması sürətlənir.  

TMK-nın  fəaliyyətinin  bütün  dünyanı  əhatə  etməsi,  mənfəəti 

mümkün qədər artırmaq səyləri bir çox hallarda onları qəbul edən ölkənin 

maraqları  ilə  ziddiyyətlərin  meydana  çıxmasına  səbəb  olur.  Dövlət  milli 

maraqların ifadəçisi və müəyyən ərazidə suveren hüquqlara malik olduğuna 

görə,  transmilli  kapital onun hakimiyyət  üzərində  inhisarından  yayınmağa, 

yaxud  bunun  zəiflədilməsinə  çalışır.  TMK  xarici  dövlətə  adi  sahibkarlıq 

subyekti kimi yanaşmağa cəhd göstərir. 

Qeyd  olunduğu  kimi,  TMK-nın  əksəriyyətinin  fəaliyyəti  yerləşdiyi 

ölkə ilə bağlıdır. Çox zaman onların xaricdəki fəaliyyəti yerləşdiyi ölkənin 

ümumi iqtisadi strategiyası ilə əlaqələndirilir və bu, həmin ölkə ilə TMK-nın 

fəaliyyət  göstərdiyi  ölkənin  yurisdiksiyalarının  uzlaşdırılmasına  imkan 

yaradır. 

Sahibkarlıq  subyekti  kimi,  TMK  dünya  iqtisadiyyatında  özünə-

məxsus yer tutur. TMK beynəlxalq aləmdə iqtisadi hüquqlara de-fakto malik 

olsa  da,  beynəlxalq  öhdəlikləri  mövcud  deyil.  TMK-nın  fəaliyyətini 

tənzimləmək cəhdləri hələ 1970-ci illərdə göstərilmişdir. Birləşmiş Millətlər 

Təşkilatı  (BMT)  çərçivəsində  TMK-nın  fəaliyyətini  tənzimləyən,  onların 

işini  müəyyən  çərçivəyə  salan  çoxtərəfli  sazişin  bağlanması  barədə 

danışıqlar  aparılmışdır.  Lakin  bu  səylər  inkişaf  etmiş  aparıcı  ölkələrin 

müqaviməti  ilə  qarşılaşmışdı.  Sonrakı  illərdə  ölkələr  konkret  TMK  ilə 



 

 

18 



münasibətlərini  ikitərəfli  səviyyədə  müəyyən  etməyə  başladı.  Bu  təcrübə 

transmilli  kapital  ilə  ayrı-ayrı  dövlətlərin  maraqları  arasında  müəyyən 

ziddiyyətlər  yaradır.  Həmin  ziddiyyətlərin  konkret  təzahür  forması 

münasibət  subyektlərinin  iqtisadi  qüdrətindən,  TMK-nın  törəmə 

müəssisələrinin yerləşdiyi ölkədəki vəziyyətindən asılıdır. 

___________________________________________________ 

Beynəlxalq iqtisadi təşkilatlar 

 

Beynəlxalq  iqtisadi  təşkilatlar  dünya  təsərrüfatının  mühüm 

subyektləri sırasına aid edilir. Beynəlxalq Valyuta Fondu (BVF), Beynəlxalq 

Yenidənqurma  və  İnkişaf  Bankı  (BYİB)  beynəlxalq  iqtisadi  fəaliyyətin 

təmsilçiləri  kimi,  böyük  nüfuza  malikdirlər.  BYİB  yaratdığı  törəmə 

təşkilatlarla (Beynəlxalq Maliyyə Korporasiyası (BMK), Beynəlxalq İnkişaf 

Assosiasiyası (BİA) və s.) birlikdə Dünya Bankı (DB) qrupunu təşkil edir. 

BVF  və  BYİB  1944-cü  ildə  valyutaların  əlaqələndirilməsi  üzrə 

ixtisaslaşdırılmış  orqanlar  kimi  yaradılmışdır.  Onların  fəaliyyəti  müəyyən 

dərəcədə  qarşılıqlı  bağlıdır.  BVF-də  iştirak  etmədən,  DB-nin  üzvü  olmaq 

mümkün deyil. 

_____________________________________________________ 

Beynəlxalq Valyuta Fondu 

 

Qarşısına  qoyulan  məqsədlərə  uyğun  olaraq,  BVF  ilkin  dövrdə 



beynəlxalq  cari  əməliyyatlar  üzrə  məhdudiyyətlərin  aradan  qaldırılması  və 

valyutaların  dönərliyinin  tətbiqi  yolu  ilə  beynəlxalq  ticarətin  inkişafına 

kömək etməli idi. Fond tədiyyə balansındakı kəsirin aradan qaldırılması və 

valyuta  məzənnələrinin  sabitliyinin  təmin  olunması  üçün  maliyyə  yardımı 

göstərirdi. 

1980-1990-cı  illərdə  BVF  iri  maliyyə  mərkəzinə  çevrildi.  İqtisadi 

inkişaf və təsərrüfatın strukturunun yenidən qurulmasının kreditləşdirilməsi 

onun fəaliyyətində əsas yer tutmağa başladı. Bununla əlaqədar olaraq, BVF 

kreditləri  konkret  iqtisadi  proqramların  həyata  keçirilməsi  üçün  verirdi. 

İqtisadi  inkişaf  proqramlarının  maliyyələşdirilməsi  onu  praktiki  olaraq 

beynəlxalq  banka  çevirdi.  İqtisadi  proqramların  həyata  keçirilməsi  və 

valyutaların tənzimlənməsi üçün vəsaitlər müəyyən kvotalara uyğun olaraq 

üzv  ölkələrin  ödədiyi  haqlar  və  ssuda  kapitallarının  ayrı-ayrı  bazarlarında 

borcların alınması hesabına əldə edilir. 

1980-ci  illərin  ikinci  yarısından  başlayaraq,  BVF-in  təsir  obyektləri 

qismində  yalnız  zəif  inkişaf  etmiş  ölkələr  çıxış  edir.  İnkişaf  etmiş  ölkələr 

sonuncu onillik ərzində BVF-in kreditlərindən istifadə etməmişlər. 

 

 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə