Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs


Cədvəl 1.1. Dövlət təşkilatlarının istehlakı, MDM-də %



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə6/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   285

 

 

13 



 Cədvəl 1.1. Dövlət təşkilatlarının istehlakı, MDM-də % 

 

 

1980 



1999 

2008 

Hökumətlərin istehlakı 

15 

15 


17 

Fərdi təsərrüfatların istehlakı 

61 

62 


61 

 

Mənbə:  World  Development  Report.  1999/2000,  2000/2001,  2010. 

World Bank. 

 

Dövlətin  istehlakı  şirkətlər  üçün  kifayət  qədər  təminatlı  və  tutumlu 

satış bazarı  yaradır. Bu, milli sahibkarlıq subyektlərinin vəziyyətinə nəinki 

birbaşa,  həmçinin  dolayı  təsir  göstərir.  Dövlət  sifarişləri  təkcə  müqavilə 

bağlayan  firmaların  deyil,  həm  də  subpodrat  firmaların  mallarının  və 

xidmətlərinin satışı üçün imkanlar açmaqla, təsərrüfatda zəncirvarı reaksiya 

yaradır. 

Dövlət  kapital  qoyuluşlarının  həcminə  və  strukturuna  həm  birbaşa, 

həm  də  dolayı  təsir  göstərir.  Əsrimizin  başlanğıcında  dövlət  kapital 

qoyuluşlarının  rolunun  zəifləməsinə  baxmayaraq,  həcmi  hələ  də 

əhəmiyyətli, MDM-in təqribən 3%-i civarındadır.  

Dövlət  tərəfindən  kreditlərin  və  subsidiyaların  verilməsi  investisiya 

prosesinə və özəl sektorun istehlakına təsir göstərilməsinin mühüm alətidir. 

Qiymətləndirmələrə əsasən, sahibkarlıq subyektlərinə verilən subsidiyaların 

məbləği ÜDM-in orta hesabla 5%-i həcmindədir. Bir sıra sahələrin inkişafı 

bütövlükdə  dövlətin  kapital  qoyuluşlarından  və  subsidiyalarından  birbaşa 

asılıdır. İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatı və elmi-tədqiqat sahəsi buna 

ən parlaq nümunədir. 

Dövlət  məşğulluğun  təqribən  20%-ni  təmin  etməklə,  iri  işəgötürən 

rolunu oynayır. 

Dövlət  bilavasitə  sahibkarlıq  fəaliyyətini  həyata  keçirir.  İstehsalın 

birbaşa dövlət nəzarətinə keçirilməsi xüsusi mülkiyyəti məhdudlaşdırdığına 

görə,  hakim  dairələr  təkrar  istehsal  prosesində  yaranan  ziddiyyətlərin, 

çətinliklərin aradan qaldırılması üçün başqa üsullar tapa bilmədikdə, bundan 

istifadə  edirlər.  Adətən,  dövlətin  sahibkarlıq  fəaliyyəti  funksiyasının 

güclənməsi  və  dövlət  mülkiyyətinin  genişlənməsi  sosial-siyasi  məsələlərin 

həlli, səfərbəredici (müharibələr, böhranlar, müharibədən sonrakı bərpa) və 

qovalayıcı  inkişaf  tipləri  üçün  səciyyəvidir.  1970-ci  illərdə  inkişaf  etmiş 

ölkələrdə ÜDM-in 8,5%-ni dövlət müəssisələri təmin edirdi. Müasir dövrdə 

isə,  dövlətin  iqtisadi  rolu  əsasən  istehsal  proseslərinə  milli  gəlirin  yenidən 

bölgüsü,  təkrar  istehsalın  tənzimlənməsi  vasitəsilə  təsir  göstərilməsi 

üzərində cəmləşir. Dövlət müəssisələrinin MDM-də istehsal payı 5%-dən də 

aşağı düşmüşdür. 




 

 

14 



Ümumilikdə  isə,  dövlət  hakimiyyət  inhisarından  istifadə  etməklə 

milli strategiyanı müəyyənləşdirir, cəmiyyətin inkişafının hüquqi  əsaslarını 

təmin  edir,  pul-kredit  münasibətlərini,  infrastrukturun,  sosial  sahənin 

inkişafını tənzimləyir, xarici təhlükələrin qarşısını alır. Milli istehsalın bütün 

proporsiyaları  onun  təsir  obyekti  kimi  çıxış  edir.  Dövlət  təkcə  iqtisadi 

fəaliyyətin  tənzimlənməsinə  görə  deyil,  həmçinin  sosial  bərabərliyin  təmin 

olunmasına,  insanların  inkişafına  yardım  göstərilməsinə,  cəmiyyətin  və 

təsərrüfatın  səmərəli  və  ədalətli  fəaliyyətinə  görə  cavabdehdir.  Bu 

məsələlərin  həllinin  istiqamətləri  və  xarakteri  siyasi  qüvvələrin  müxtəlif 

əhali  qrupları  arasında  nisbətindən,  hakim  qrupların  məqsədyönlü 

fəaliyyətindən, bunun bütün cəmiyyətin maraqlarına uyğunluğundan asılıdır. 

Ümummilli,  ümumdövlət  maraqlarının  təmin  olunması  tarixən  öz 

ərazisinə üstünlük verilməsini ifadə edir. Dövlət öz təsərrüfat subyektlərinin, 

əhalisinin sahibkarlıqla məşğul olması üçün daha əlverişli imkanlar yaradır, 

təsərrüfat  sistemi  çərçivəsində  daxili  iqtisadi,  milli  və  mədəni  əlaqələrin 

mühüm  yer  tutmasını  təmin  edir.  Bu,  dünya  iqtisadi  sistemində  milli 

təsərrüfatın müstəqil rolunu müəyyənləşdirmiş və hazırda da müəyyən edir. 

Dövlət  tərəfindən  dünya  təsərrüfatının  başqa  subyektlərinə  və  bütövlükdə 

sistemə  təsir  göstərilməsi  ölkənin  təsərrüfat  potensialından,  sahibkarlıq 

fəaliyyəti göstərən milli subyektlərin beynəlxalq bazarlarda oynadığı roldan 

asılıdır. 

_____________________________________________________ 

Transmilli korporasiyalar 

 

TMK  dünya  təsərrüfatında  xüsusi  yer  tutur  və  onun  fəaliyyətinə, 

başqa sahibkarlıq subyektlərinin və altsistemlərin fəaliyyətinə hərtərəfli təsir 

göstərir. 

Tədqiqatçılar  beynəlxalq  təsərrüfat  birlikləri  anlayışını  birmənalı 

tərzdə  təfsir  etmirlər.  Onların  beynəlxalq,  çoxmillətli,  qlobal,  transmilli 

korporasiyalar  adlandırılması  müxtəlif  iqtisadi  məkanlarda  fəaliyyət 

göstərən  şirkətlərin  müxtəlif  funksiyaları  üçün  müvafiq  ifadə  axtarıldığını 

göstərir. 

İki və daha çox ölkədə fəaliyyət göstərən, əməliyyatlarında müəyyən 

xarici  komponent  (ixrac  və  xaricdə  istehsal)  olan  təsərrüfat  müəssisələri 

çoxmillətli,  transmilli  şirkətlərə  aid  edilir.  Onlar  bir,  yaxud  bir  neçə 

mərkəzdən  razılaşdırılmış  siyasətin  və  ümumi  strategiyanın  həyata 

keçirilməsinə,  ümumi  təsərrüfat  strukturunun  başqa  iştirakçılarına  müvafiq 

təsir  göstərilməsinə  imkan  verən  qərarların  qəbul  edilməsi  sisteminə 

malikdirlər.  Adətən,  bu  şirkətlər  beynəlxalq  miqyasda  yayılmış  istehsal 

kompleksləri  şəklindədir  və  onların  tərkib  hissələri  arasında  daxili 

münasibətlər bazar deyil, istehsal xarakteri daşıyır. 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə