Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə3/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   285

 

 



 Təsərrüfat mexanizminin xarakterində də dəyişikliklər baş vermişdir. 

Ümumi təsərrüfat proseslərinin tənzimlənməsində ABŞ-ın hakim mövqeyə 

malik  olduğu  Beynəlxalq  Valyuta  Fondunun  (BVF)  (IMF  -  International 

Monetary  Fund)  rolu  güclənmiş,  iqtisadiyyatı  inkişaf  etmiş  dövlətlərin 

başçılarının keçirdiyi müşavirələrin əhəmiyyəti isə azalmışdır. 1980-ci illər-

dən  başlayaraq,  Qərbin  hakim  dairələrində  dünya  təsərrüfatı  proseslərinin 

kollektiv  surətdə  tənzimlənməsinin  məhdudlaşdırılması  meyilləri  fəallaşdı. 

Praktikada  isə  bu,  qəbul  edilən  qərarların  icrasının  məcburiliyini  zəiflətdi, 

dövlətlərin  öz  hərəkət  istiqamətlərini  müəyyənləşdirmək  imkanlarını 

genişləndirdi. Ancaq iqtisadi nizamsızlıqlar, qlobal problemlərin kəskinləş-

məsi  beynəlxalq  tənzimləmənin  daha  təsirli  formalarının  və  metodlarının 

axtarılmasını stimullaşdırır.  

 Dünya təsərrüfatının bu və digər problemləri, xüsusilə də iqtisadi 

artım, milli iqtisadiyyatların vəziyyəti beynəlxalq iqtisadi fəaliyyətə ciddi 

təsir göstərir. 

 Oxucuya  təqdim  olunan  "Dünya  iqtisadiyyatı"  dərsliyi  dünya  tə-

sərrüfatının  inkişafının  və  vəziyyətinin  ən mühüm məsələlərinin  məntiqi 

və  tarixi  baxımdan  şərh  olunması  əsasında  qurulmuşdur.  Dərslik  dünya 

təsərrüfatının  fəaliyyəti  sistemini,  istehsal  amilləri  bazarlarını,  artım  və 

bölgü  problemlərini,  ölkələrin  əsas  qruplarının  (inkişaf  etmiş  və  inkişaf 

etməkdə olan) və ayrı-ayrı ölkələrin dünya təsərrüfatında tutduğu yeri və 

inkişafını  məntiqi  ardıcıllıqla  nəzərdən  keçirən  hissələrdən  ibarətdir. 

Baxılan  material  mürəkkəb,  müxtəlif səviyyəli  sistemi  açıqlayan  vəhdət 

şəklində verilir. 

 Dünya  iqtisadiyyatı  kursu  ümumtəhsil  iqtisadi  fənn  olmaqla, 

dünya  birliyinin  iqtisadi  həyatının  əsas  proseslərini  nəzərdən  keçirir  və 

izah  edir.  Bu  fənn  dünya  təsərrüfatının  inkişafının  əsas  meyillərini  dərk 

etməyə,  onların  xüsusiyyətini  müəyyənləşdirməyə  yardım  göstərir. 

Dünyanın  iqtisadi  inkişafının  real  meyillərini  və  problemlərini  bilmək 

elmin praktiki funksiyası ilə sıx əlaqədardır. Dünya iqtisadiyyatı fənninin 

mənimsənilməsi  beynəlxalq  münasibətlərin  əsas  istiqamətlərinin,  milli 

iqtisadi  siyasətin  və  sahibkarlıq  fəaliyyəti  subyektlərinin  beynəlxalq 

strategiyasının  dünya  təsərrüfatının  mövcud  reallıqlarına  uyğunluğunun 

başa düşülməsi üçün əsas yaradır. Dünya təsərrüfatının inkişafı meyilləri 

geniş statistik materiallar, xaricdə və ölkədə aparılan tədqiqatlar, habelə 

beynəlxalq təşkilatların rəsmi nəşrləri əsasında nəzərdən keçirilir və təhlil 

olunur. Dərsliyin 32-ci fəsli V.N.Şitov tərəfindən yazılmışdır. 

 

 



 

 



 

 

 

 

 

 

 

 

 

BÖLMƏ I 

 

 

DÜNYA TƏSƏRRÜFAT SİSTEMİ 

 


 

 



Fəsil 1 

_____________________________________________________ 

Dünya təsərrüfatı bütöv sistemdir 

 

Müasir  dünyanın  inkişafı  sahibkarlıq  fəaliyyətinin  miqyasının  get-

gedə artması, müxtəlif ölkələr arasında əlaqələrin genişlənməsi, beynəlxalq 

əmək  bölgüsünün  dərinləşməsi  ilə  səciyyələnir.  İndi  bir-biri  ilə  iqtisadi 

baxımdan  qarşılıqlı  əlaqəsi  olmayan,  istehsal  münasibətləri  və  qarşılıqlı 

asılılıqlar  sisteminə  cəlb  edilməyən  ölkələr  yoxdur.  Hazırda  bütün  dünya 

insanların  qarşılıqlı  əlaqəsi  olan  sahibkarlıq  fəaliyyəti  meydanıdır.  İqtisadi 

ədəbiyyatda,  hətta  danışığımızda  da  "dünya  iqtisadiyyatı",  "dünya  (qlobal) 

təsərrüfatı"  məfhumlarından  geniş  istifadə  olunur.  Aydındır  ki,  dünya 

özünün  mürəkkəbliyinə  və  təzadlarına  baxmayaraq,  iqtisadi  baxımdan 

müəyyən tamlıq, vəhdət təşkil edir. 

 

1.1. Dünya təsərrüfatı anlayışı və onun səciyyəvi cəhətləri 



______________________________________________ 

Dünya təsərrüfatı anlayışı  

 

İqtisadi  ədəbiyyatda  "dünya  iqtisadiyyatı",  "dünya  təsərrüfatı" 

terminləri eyni tərzdə təfsir olunmur. Bu terminlərdən istifadə olunma sahəsi 

geniş olduğuna görə, tədqiqatçılar özlərinin nöqteyi-nəzərindən mühüm olan 

cəhətləri qeyd edirlər. Bizim ədəbiyyatda bir neçə yanaşmanı ayırmaq olar. 

(1) Dünya təsərrüfatının beynəlxalq əmək bölgüsü, iqtisadi və siyasi 

münasibətlər  sistemi  vasitəsi  ilə  qarşılıqlı  əlaqələndirilmiş  milli 

təsərrüfatların  məcmusu  kimi  başa  düşülməsi  fikri  daha  geniş  yayılmışdır. 

Bu cür təfsirdə istehsalının daxili, yaxud xarici bazara yönəlməsindən asılı 

olmayaraq, ayrı-ayrı ölkələr əsas tərkib hissələri qismində çıxış edir. Amma 

bu  tərzdə  yanaşma  zamanı  dünya  təsərrüfatının  qarşılıqlı  əlaqələrini, 

vəziyyətini və inkişaf perspektivlərini müəyyənləşdirən səbəblər gizli qalır. 

(2) Digər nöqteyi-nəzərdən, dünya iqtisadiyyatı qarşılıqlı beynəlxalq 



iqtisadi  əlaqələr  sistemi,  milli  iqtisadiyyatlar  arasında  ümumi,  universal 

rabitə  kimi  izah  olunur.  Beynəlxalq  iqtisadi  sistemin  həm  ticarəti,  həm  də 

maliyyə  münasibətlərini  əhatə  etməsini,  habelə  kapital  resurslarının  və  işçi 

qüvvəsinin  qeyri-bərabər  tərzdə  bölündüyünü  hesab  edən  bir  çox  Qərb 

tədqiqatçıları  bu  konsepsiyanın  tərəfdarlarıdır.  Lakin  bu  halda  qarşılıqlı 

beynəlxalq  iqtisadi  münasibətlərə  həlledici  təsir  göstərən  istehsal 

tədqiqatçıların nəzərindən yayınır. 

(3)  Dünya  təsərrüfatının  daha  dolğun  təfsiri  onu  malların  və 

xidmətlərin  daimi  yeniləşmə  əsasında  dünya  miqyasında  istehsalının, 

mübadiləsinin və istehlakının baş verdiyi iqtisadi sistem kimi müəyyən edir. 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə