Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə14/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   285

 

 

31 



Fəsil 2 

_____________________________________________________ 

Dünya təsərrüfatının yaranması və inkişafı 

 

 



Dünya  təsərrüfatı  formalaşmazdan  əvvəl  məhsuldar  qüvvələrin 

(istehsal  amillərinin)  uzun  müddət  ərzində  inkişafı  nəticəsində  əməyin 

bölgüsü baş vermiş və iqtisadi əlaqələr yaranmışdır. Məhsuldar qüvvələrin 

təkmilləşməsi  onların  təşkilinin  müəyyən  sosial  formalarında  təzahür 

etmişdir. Məhsuldar qüvvələr və onların təşkilinin sosial strukturu bir-birinə 

qarşılıqlı  təsir  göstərərək,  qırılmaz  əlaqədədir.  Onlara  həmçinin  çoxsaylı 

daxili  və  xarici  amillərin,  coğrafi  mühitin  təsir  göstərməsi  məhsuldar 

qüvvələrin  səviyyəsinin  artması  meylinin  qeyri-xətti  xarakter  daşımasına 

səbəb  olmuşdur.  Bəşəriyyətin  və  məhsuldar  qüvvələrin  inkişafının  tarixi 

planetimizin  müxtəlif  yerlərində  xüsusi  siyasi  idarəçiliyi,  mədəniyyəti, 

ictimai  psixologiyası,  xarici  əlaqələrinin  səciyyəvi  cəhətləri  olan  dayanıqlı 

sosial-iqtisadi qurumların yaradılması ilə xarakterizə olunmuşdur. 

 

2.1. Dünya təsərrüfatının ilkin tarixi  

 

Dünya  təsərrüfatının  çoxəsrlik  ilkin  tarixi  Nil,  Dəclə,  Fərat,  Qanq, 



Xuanxe çaylarının vadisində və sonrakı dövrlərdə Yunanıstanın, İtaliyanın, 

Latın  Amerikasının  ərazisində  lokal  təsərrüfat  sistemlərinin  yaranması  və 

dağılması  ilə  müşayiət  olunmuşdur.  Həmin  mərkəzləşdirilmiş  təsərrüfat 

sistemlərində istehsalın əsas sahələri əkinçilik və maldarlıq idi. Burada əlvan 

filizlərin çıxarılması, metal əridilməsi, əmək alətləri və silah, parça istehsalı, 

gəmiqayırma məlum idi. İqtisadi bölgələrin bir-biri ilə əlaqəsi çox məhdud 

idi və onları aralıq məkanlar ayırırdı. 

Köçəri  və  əkinçilik  icmalarının  bilavasitə  qonşuluğu  çox  zaman 

köçəri  və  yarımköçəri  tayfalar  tərəfindən  sonuncuların  sahələrinin  zəbt 

olunmasına, bu isə öz növbəsində, iqtisadi strukturların tənəzzülünə, sosial 

əlaqələrin, siyasi sistemlərin parçalanmasına gətirib çıxarırdı. 

Əksər hallarda qədim təsərrüfat sistemlərinin taleyi bütünlüklə daxili 

iqtisadi və hərbi-siyasi amillərin təsiri nəticəsində müəyyən olunurdu. 

____________________________________ 

İstehsalın Asiya üsulu  

 

Güclü təsərrüfat sistemlərinin mövcudluğu bütün resurslar barəsində 



sərəncam  verən  şəxsin  hakimiyyətdə  mərkəzi  mövqe  tutması  ilə  təmin 

olunurdu.  "Dövlət  mülkiyyətinin"  təməlini  təşkil  edən  əsas  torpaq  sahələri 

və  irriqasiya  sistemləri  padşaha  məxsus  idi.  Dövlət  qeyri-iqtisadi 



 

 

32 



məcburiyyətdən  istifadə  etməklə,  əsas  ümummilli  və  regional  əhəmiyyətli 

təsərrüfat, mərasim obyektlərinin inşasını təmin  edirdi. Suvarma torpaqdan 

istifadənin  mühüm  fiziki  şərtlərindən  biri  idi.  Mürəkkəb  irriqasiya 

sistemlərini  isə  yalnız  dövlət  aparatının  təşkilatçılığı  altında  əhalinin  geniş 

kütləsinin  əməyi  sayəsində  yaratmaq  və  saxlamaq  mümkün  idi.  Dövlət 

ərazinin təhlükəsizliyini təmin edir və bunun üçün güclü silahlı birləşmələr 

saxlayırdı.  O,  həmçinin  fəallığın  hərbi-mənimsəmə  formalarını  da  həyata 

keçirirdi. 

Çin  istisna  edilməklə,  qədim  təsərrüfat  sistemlərində  padşahın  və 

məbədlərin  təsərrüfatları,  habelə  varisliklə  keçən  fərdi  təsərrüfatlar  hakim 

mövqe  tuturdu.  Vəzifə  ilə  bağlı  təsərrüfatlar  regional  idarəçilərin  və  digər 

məmurların sərəncamında idi və vəzifəyə görə ödəniş hesab edilirdi. Bütün 

iri  təsərrüfatlar  eynitipli  idi,  imperatorun  və  məbədlərin  təsərrüfatına 

bənzəyirdi.  Torpaqdan  ömürlük  istifadə  üstünlük  təşkil  edirdi.  Bu  isə,  bir 

nəslin  həyat  dövrü  ərzində  hakim  təbəqənin  tez-tez  dəyişməsinə,  ailə 

klanlarının kök sala bilmək üçün macal tapmamasına, şəxsi səviyyədə yığım 

prosesinin dayanmasına gətirib çıxarırdı.  

Bir sıra qədim qurumlarda, xüsusilə də Hindistanda icmalar möhkəm 

mövqe  tuturdu.  Bu  halda  torpaq  kollektiv  surətdə  becərilir  və  icma 

üzvlərinin  hər  biri  əldə  edilmiş  məhsuldan  öz  payını  alırdı.  Bu  icmalar 

çərçivəsində  əkinçilik  və  sənətkarlıq  birləşir,  özü  də  bu  sahələr  arasında 

əmək  bölgüsü  əsasən  icma  üzləri  arasında  aparılırdı.  İcma  üzvlərinin  bir 

hissəsi  əkinçiliklə, digər  qismi isə  sənətkarlıqla məşğul olurdu. Sənətkarlar 

əldə  olunan  məhsulun  müəyyən  hissəsini  alır  və  icmanı  özlərinin  istehsal 

etdiyi  bütün  lazımi  əşyalarla  təmin  edirdilər.  Əməyin  bu  cür  təşkili  icma 

daxilində  möhkəm daxili  əlaqələr  yaradır, onun xarici aləmin təsirinə qarşı 

dayanıqlığını  və  müstəqilliyini  təmin  edirdi.  Şərq  icması  əməyin  şəhər  və 

kənd  arasında  bölgüsünə,  əmtəə-pul  münasibətlərinin  inkişafına  maneə 

yaradırdı. 

Dövlət  əksər  hallarda  torpağın  ali  mülkiyyətçisi  idi.  Bilavasitə 

istehsalçının  məhdud  resurs  olan  əsas  istehsal  vasitəsindən:  torpaqdan  - 

istifadə  olunmasının  zəruriliyi  üzündən  icma  üzvləri  ilə  onun  üzvü 

olmayanlar  arasındakı  münasibətlər  şəxsi  və  təsərrüfat  asılılığı  əsasında 

qurulurdu.  Belə  şəraitdə  kəndlinin  "torpağa  bağlanmaması"  insanın  təkrar 

istehsal  sistemindən  kənarlaşdırılmasına  bərabər  idi.  Ancaq  istisnalar  da 

olurdu.  Belə  ki,  Çində  zümrə  sistemi  olsa  da,  əhəmiyyətli  dərəcədə  sosial 

mütəhərriklik  var  idi,  torpaq  üzərində  mülkiyyətdə  silk  məhdudiyyətləri 

aradan qaldırılmışdı. 

Məmurlar,  hərbi  xidmətdə  olan  əyanlar  bütövlükdə  dövlətdən  asılı 

olan  şəhərlərdə  cəmləşmişdi.  Sənətkarların  fəaliyyəti  əsasən  imperator, 

padşah  saraylarına,  zadəganlara,  orduya  xidmət  göstərilməsinə  tabe 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə