Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs


 Dünya təsərrüfatının inkişaf dövrləri



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə22/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   285

 

 

47 



2.4. Dünya təsərrüfatının inkişaf dövrləri 

 

Sonrakı  dövrdə  dünya  təsərrüfatı  öz  inkişafının  bir  neçə  mər-

hələsindən  keçmişdir  və  onların  müəyyənləşdirilməsi  üçün  müxtəlif 

meyarlardan  istifadə  olunur.  Ən  çox  istifadə  edilən  meyarlar  milli 

təsərrüfatın  dünya  təsərrüfatı  sisteminə  cəlb  olunması  və  dünya  təsər-

rüfatının  inteqrasiyası  göstəriciləridir.  Bu  dövrdə  bir  neçə  mərhələ 

fərqləndirilir.  Tədqiqatçıların  bir  çoxu  birinci  mərhələ  kimi  1870-1913-cü 

illərdə  dünya  (qlobal)  təsərrüfatının  formalaşmasını,  sonrakı  mərhələlər 

qismində  isə,  1914-1945-ci  illərdə  milli  təsərrüfatlar  arasında  iqtisadi 

əlaqələrin  nisbətən  zəifləməsini  (avtargiya),  1950-1980-ci  illərdə  dünyada 

iki  iqtisadi  sisteminin  yaranmasını  və  1990-2000-ci  illərdə  dünya  iqtisadi 

sistemində birləşmə və qarşılıqlı bağlılığın güclənməsini göstərir. 



_________________________________________________ 

Dünya təsərrüfatının yaranması mərhələsi (1870-1913-cü illər) 

 

Qeyd  etdiyimiz  kimi,  bu  mərhələ  xarici  iqtisadi  əlaqələrin  sürətli 



inkişafı,  istehsal  amillərinin  beynəlxalq  miqyasda  hərəkəti,  təsərrüfatların 

açıqlığı  ilə  səciyyələnirdi.  Dünya  ölkələrinin  məcmu  ixracının  və  xarici 

aktivlərin  ümumi  məbləğinin  MDM-ə  nisbəti  göstəriciləri  də  buna  dəlalət 

edir.  Bu  mərhələdə  onların  artımı  nəzərəçarpan  olmuşdur.  Əmtəə 

istehsalının  ixraca  yönəldilən  hissəsi  1870-ci  ildəki  4,6%-dən  1,7  dəfə 

artaraq 1913-cü ildəki 7,9%-ə çatmışdı. 1820-ci ildə isə bu göstərici MDM-

in  1%-nə  bərabər  idi  (AQP  üzrə).  Milli  təsərrüfatların  maliyyəsi  ixrac 

kvotalarına  nisbətən  daha  böyük  sürətlə  açılırdı.  Xarici  aktivlərin  MDM-ə 

nisbəti  1870-ci  ildəki  6,9%-dən  2,5  dəfə  artmış,  1913-cü  ildə  17,5%-ə 

çatmışdı. 

Kapitalın yerdəyişməsinin sürətlənməsinə bu dövrdə təşəkkül tapmış 

qızıl standartı da təsir edirdi. Onun ən əsas elementi qızılın sərbəst hərəkəti 

və milli valyutaların qızıla dönərliyi idi. Bu cür şəraitdə milli təsərrüfatların 

daxili  və  xarici  nizamsızlıqların  təsirindən  qorunması  üçün  valyuta 

siyasətindən istifadə etmək mümkün deyildi.  

Proteksionizm maneələrinin azalması ziddiyyətli şəkildə baş verirdi. 

Qərbi  Avropada  bu proses 1860-cı ildə  İngiltərə  ilə  Fransa  arasında ticarət 

razılaşmasının  əldə  olunması  və  bu  cür  müqavilələrin  üstünlük  verilən 

dövlətə  daha  əlverişli  rejim  yaradılması  barədə  müddəaların  daxil 

edilməsindən sonra başladı. ABŞ isə Vətəndaş müharibəsindən sonra idxalın 

əvəzləşdirilməsi  siyasətinin  tətbiqinə  keçdi.  1866-1883-cü  illərdə  emal 

olunmuş mallara tətbiq edilən orta tarif burada 45% olmuşdu. 1880-cı illərdə 

Avropa  ölkələrində  proteksionizm  tədbirlərinin  tətbiqi  tədricən 

genişlənməyə başladı.  



 

 

48 



Dünya  təsərrüfatının  sənaye  altsistemində  ticarət  siyasəti  1913-cü 

ilədək  "proteksionizm  dənizinin  ortasında  liberallaşma  adası"  kimi 

səciyyələndirilir.  İndi  inkişaf  etməkdə  olan  ölkələrdə  isə  vəziyyət  bunun 

tamamilə  əksinə  idi.  Onların  təsərrüfatlarının  açıqlığı  bir  çox  hallarda 

müstəmləkə  ölkələrinin  bütün  malları  üçün  sərbəst  yol  açılması  prinsipinə 

əsaslanan müstəmləkə idarəçiliyinin nəticəsi kimi  izah  edilir. Ancaq  rəsmi 

olaraq  müstəqil  hesab  edilən  ölkələrdə  hələ  XIX  əsrin  birinci  yarısında 

tariflərin  əmtəənin  dəyərinin  5%-dən  yuxarı  olmayacağını  nəzərdə  tutan 



"5% qaydası"nın tətbiqinə başlandı. 

Qərb  ölkələri  üçün  sərbəst  ticarət  bir  çox  hallarda  silah  və  kanoner 

gəmilərinin  gücü  sayəsində  təmin  edilirdi.  Belə  ki,  Çinlə  sərbəst  ticarət 

1839-1842-ci  illərdə  Britaniyanın,  sonradan  isə  1856-1860-cı  illərdə 

İngiltərənin  və  Fransanın  bir-birinə  və  ona  qarşı  apardıqları  tiryək 

müharibələrinin gedişində hərbi qüvvə hesabına təmin olunmuşdu. 1767-ci 

ildə  Britaniya  tacirləri  ingilislərin  zəbt  etdikdən  sonra  tiryək  plantasiyasına 

çevirdikləri Benqaliyadan Çinə 1000-1200 kisə tiryək gətirirdilər. XIX əsrin 

əvvəlində Çində tiryək idxalı qadağan olunsa da, onun buraya göndərişləri 3 

dəfə  artmışdı.  Qaçaqmalçılığın  qarşısı  alınmağa  başlandıqda,  Çinə  qarşı 

hərbi  güc  tətbiq  edildi.  Həmin  vaxtdan  miqyası  iri  ölçülərə  çatan  "kokain 

kapitalizmi" inkişaf etməyə başladı. 

 Dünya  təsərrüfatının  yaranması  mərhələsi  iqtisadi  inkişafın  kəskin 

artımı  ilə  səciyyələnirdi.  Xarici  ticarətin  xammal  yönümlü  olması 

səbəbindən,  sənayenin  əməyin  sahədaxili  bölgüsündə  iştirakı  o  qədər  də 

əhəmiyyət  kəsb  etmirdi.  Bu  mərhələdə  iqtisadi  inkişaf  əsasən  ticarəti 

genişləndirirdi. 



____________________________________________________ 

Təsərrüfat əlaqələrinin zəifləməsi mərhələsi (1914-1945) 

 

Bu  illər  Qərb  ölkələrinin  təsərrüfat  əlaqələrinin  qırılması 



proseslərinin  cərəyan  etməsi,  onlarda  ümumi  sabitliyin  pozulması,  dünya 

təsərrüfatında  böhran  təzahürləri  ilə  səciyyələnir.  Ticarətin  azalması  və 

dünyada  təkrar  istehsal  prosesində  kapitalların  hərəkətinin  zəifləməsi  də, 

parçalanmanın baş verdiyinə sübutdur. 1950-ci ildə ixrac kvotası MDM-in 

1913-cü  ildəki  7,9%-dən  5%-dək,  yaxud  1,6  dəfə  azaldıldı.  Kapitalın 

beynəlxalq  hərəkətinin  nisbi  göstəriciləri  daha  çox  ixtisara  məruz  qaldı. 

Xarici aktivlərin MDM-in həcminə nisbəti 17,5%-dən 6%-ə, yaxud 1,9 dəfə 

aşağı düşdü. Bunun nəticəsində milli təsərrüfatların açıqlığı, onların dünya 

təsərrüfatı əlaqələrində iştirakı XIX əsrin ortalarındakı səviyyəyə düşdü. 

Baş verən iki dünya müharibəsi də bu prosesə mühüm təsir göstərdi. 

Milli  iqtisadiyyatların  hərbi  rels  üzərinə  keçirilməsi,  müharibələr  zamanı 

böyük həcmdə məhsuldar qüvvələrin, o cümlədən insan resurslarının fiziki 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə