Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə25/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   285

 

 

53 



XX  əsrin  birinci  yarısı  müstəmləkə  və  asılı  ölkələr  altsisteminin 

iqtisadi  inkişaf  tempinin  aşağı  olması  (xüsusilə  də  Asiya  ölkələrində)  ilə 

səciyyələnir.  Bu  göstərici  ildə  1%  hüdudunu  aşmır,  Çində  isə  hətta  aşağı 

düşürdü.  Artımın  nisbətən  yüksək  templəri  yalnız  XIX  əsrin  birinci 

yarısında  müstəmləkəçilikdən  formal  azad  olmuş  Latın  Amerikası 

ölkələrində müşahidə olunurdu (1870-1912-ci illərdə - 3,4%, 1913-1950-ci 

illərdə 3,4%, 1950-1973-cü illərdə  4,0%). Növbəti onilliklərdə bu göstərici 

ildə təqribən 2,9%-dək aşağı düşmüşdür. 

Asiya, habelə Afrika ölkələrinin inkişaf templərinin aşağı olmasının 

səbəblərindən  biri  orada  sənaye  sahəsində  fəaliyyətin  nisbi  və  mütləq 

göstəricilərinin aşağı düşməsi idi: Cənubda sənayeləşmə prosesi səngimişdi. 

1860-1913-cü illərdə inkişaf etməkdə olan ölkələrin dünyada istehsal olunan 

sənaye  məhsullarının  ümumi  həcmindəki  payı  1/3  hissədən  10%-dən  də 

aşağıya  (7-8%)  düşdü.  1913-cü  ildə  sənaye  ölkələrində  ÜDM  və  onun 

adambaşına  düşən  həcmi  inkişaf  etməkdə  olan  ölkələrin  göstəriciləri  ilə 

müqayisədə müvafiq olaraq 2 dəfə və 3,5 dəfə yüksək olmuşdur. 

Şəhər  əhalisinin  artımı  barədə  məlumatlar  da  bunu  dolayı  surətdə 

sübut edir. Orta  əsrlərin sonunda - Yeni dövrün  əvvəlində Hindistan,  İran, 

Misir  əhalisinin 20%-ə  yaxını şəhərlərdə  yaşayırdı. XX  əsrin  əvvəlində  isə 

şəhər  əhalisinin  xüsusi  çəkisi  Hindistanda  2  dəfəyədək  azalaraq  10,8%-ə, 

Misirdə 15%-ə düşmüş, İranda isə əvvəlki səviyyədə -21% qalmışdı. 

Şərqdə  urbanizasiya  səviyyəsinin  aşağı  düşməsi  prosesinin  ən 

mühüm səbəbi malların idxalının təsiri altında ticarət və sənaye sahələrində 

fəaliyyətin  pozulması  və  tənəzzülə  uğraması  olmuşdur.  Bu  dəyişikliklər 

əhalinin aqrar sahəyə axını, xırda istehsalçıların bir hissəsinin ixraca gedən 

bitkilərin becərilməsinə keçməsi ilə müşayiət olunmuşdur. Beynəlxalq əmək 

bölgüsünə cəlb edilən asılı ölkələr ənənəvi strukturlarının ali formalarından 

və sahələrindən (manufaktura-sənətkarlıq fəaliyyəti) məhrum olur və aqrar-

xammal sahələrinin ən aşağı sahələrinə qoşulurdu. 

Onların müstəmləkə və asılı vəziyyətdə olması üzündən öz bazarını 

müdafiə və yerli istehsalı inkişaf etdirmək üçün tənzimləyici tədbirlər həyata 

keçirə  bilməməsi  bu  geriliyin  həlledici  səbəbi  olmuşdur.  Bu,  Hindistanın 

iqtisadi inkişafının nümunəsi ilə təsdiq olunur. 

Napoleon  müharibələrindən  sonrakı  dövrdən  başlayaraq  XIX  əsrin 

50-ci  illərinədək  olan  dövrdə  Hindistanın  ixrac  strukturu  haqqında 

məlumatlar  onun  emal  sənayesi  olan  ölkədən  xammal  ixrac  edən  ölkəyə 

çevrildiyini göstərir (cədvəl 2.1).  

 

 



 

 



 

 

54 



 

 

Cədvəl 2.1. 1814-1857-ci illərdə Hindistanın ixracının əmtəə 



strukturu 

 

İllər 

Xam ipək 

Xam 

pambıq 

Tiryək 

Şəkər 

İndiqo 

İplik 

parça 

1814 


13,3 

 8,0 


3,0 


20,0 

14,3 


1857 

 2,9 


15,6 

32,7 


4,3 

 6,0 


2,9 

 

Mənbə: Rostow W. The World Economy: History and Prospeskt. L., 



1978, P. 515  

 

XVIII  əsrin  sonundan  etibarən  Hindistanın  ixracında  tiryək  və 



pambıq  ixracı  əsas  yer  tutmağa  başladı.  ABŞ-da  baş  verən  Vətəndaş 

müharibəsi oradan Britaniya adalarına pambıq axının qarşısını kəsdi. 1860-

cı  illərin  sonunda  İngiltərəyə  idxal  olunan  pambığın  42%-i  Hindistandan 

gətirilirdi. Xarici ticarətin və istehsalın strukturunun dəyişməsi 1860-1885-ci 

illərdə  ÜDM-in  ildə  orta  hesabla  0,55%  artmasını  təmin  edirdisə,  1880-

1900-cü illərdə inkişaf dinamikası artıq mənfi rəqəmlərlə ifadə olunurdu. Bu 

zamanadək əməyin müstəmləkələr üzrə bölgüsü ətalət xarakteri daşıyırdı. 

Siyasi  rıçaqlara  istinad  etməklə  aqrar-xammal  vəziyyətindən 

qurtulmaq  cəhdləri  müstəmləkə  hakimiyyəti  tərəfindən  bazar  qüvvələrinin 

təsirinin  və  istehsal  xərclərinin  müqayisəsi  prinsiplərinin  pozulması  kimi 

qarşılanırdı. 

Yığımın  daha  yüksək  səviyyəsi,  kapitalın  Qərb  ölkələrində 

mərkəzləşməsi  və  təmərküzləşməsi  ilə  əlaqədar  olaraq  xarici  malların  və 

kapitalın  rəqabətinin  hüdudsuzluğu  bir  sıra  ənənəvi  istehsal  sahələrinə 

dağıdıcı  təsir  göstərir,  sənaye  kapitalının  formalaşması  qarşısında  yüksək 

investisiya  səddi  çəkirdi.  Bu  isə,  kapitalın  strukturunun  ümumi  defor-

masiyasına  gətirib  çıxarır,  komprador,  ticarət-sələmçi  və  möhtəkirlik 

kapitalının hipertrofiyasına səbəb olurdu. 



______________________________________________________ 

Ölkələrin mövqeyinin dəyişməsi 

 

İqtisadi inkişaf templərinin qeyri-bərabər olması altsistemlərin dünya 



təsərrüfatında tutduğu mövqeyi dəyişdirirdi. Müstəmləkədən azad olanadək 

müstəmləkə  və  asılı  ölkələrin  mövqeləri  zəifləyirdi.  1870-ci  ildə 

ümumdünya məhsulunun 43%-i onların payına düşürdüsə, 1950-ci ildə bu 

göstərici  cəmi  27%  idi  (AQP  üzrə  qiymətləndirmə).  Bu  mərhələdə  indi 

inkişaf  etməkdə  olan  ən  iri  ölkələrin,  Hindistan  və  Çinin  payı  xüsusilə 

kəskin  azalmışdı.  Belə  ki,  1870-ci  ildən  1950-ci  ilədək  olan  dövrdə  Çinin 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə