Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə17/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   285

 

 

37 



istifadə olunması (IX əsr) atların faydalı iş əmsalını 4-5 dəfə artırdı. Şimali-

Qərbi Avropada torpağı dəfələrlə şumlamaq zərurətini aradan qaldıran ağır 

kotandan (XII əsrdən), XI-XII əsrlərdə hələ qədim romalıların icad etdiyi su 

dəyirmanlarından,  pərləri  novçalardan  axan  su  ilə  işləyən  təkərlərdən 

istifadəsinin  geniş  yayılması  da  mühüm  yenilik  hesab  oluna  bilər.  Belə 

görünür ki, tropiklər və təbii məhsuldarlıq Şərq və Latın Amerikası ölkələri 

əkinçilərinin təşəbbüskarlığının qarşısını aldığı halda, mülayim iqlim şəraiti 

Avropa xalqlarını sınaqlardan keçirməyə vadar edirdi. 

XI-XII  əsrlərdə  Qərbi  Avropada  əməyin  enerji  ilə  silahlanması 

artaraq, Çindəki səviyyəni 2 dəfə üstələdi. Yığım prosesi həyata keçirilməyə 

başlandı, torpaqların şumlanması təqribən 1/3  hissə qədər, kənd təsərrüfatı 

istehsalının  həcmi  1,5-2,6  dəfə,  sənaye  istehsalı,  ilk  növbədə  parça 

toxunması  və  tikinti  1,1-2,8  dəfə  artdı.  Tədqiqatçıların  çoxu  bu  dövrdə 

adambaşına düşən milli məhsulun həcminin ildə orta hesabla 0,13 - 0,16% 

artdığını ehtimal edirlər. XIV  əsrdə əhalinin sayı X əsrin sonundakı 10-12 

milyondan 45-50 milyon nəfərədək artdı. 



__________________________________________________ 

Əmtəə-pul münasibətlərinin yaranması 

 

XI-XIII  əsrlərdə  yaranmış  əlverişli  şərait  XIV  əsrdə  baş  verən 

ekoloji,  sosial-iqtisadi  və  siyasi  böhranlar  nəticəsində  pozulmağa  başladı. 

İqlimin  soyuqlaşması  və  rütubətin  artması  dənli  bitkilərin  məhsuldarlığına 

təsir  göstərdi.  Tez-tez  baş  verən  aclıqlar,  epidemiyalar,  müharibələr, 

üsyanlar, dini repressiyalar əhalinin sayının  əhəmiyyətli dərəcədə, təqribən 

1/3 hissəsi qədər azalmasına gətirib çıxardı. Amansız mübarizənin gedişində 

bir sıra ölkələrdə kəndlilər azadlıq əldə etdilər. İnsan əməyinin mal-qaranın 

işi ilə əvəz olunmasını əlverişli edən şərait yaranmağa başladı. 

XV  əsrin  ikinci  yarısından  bəzi  ölkələrdə  bir  sıra  səbəblərdən,  o 

cümlədən  iqlim  şəraitinin  dəyişməsi  nəticəsində  iqtisadi  dirçəliş  başlandı. 

Ləng  olsa  da,  süvari  cəngavərlərin  rolunu  aşağı  salıb,  piyada  qoşunlarının 

rolunu  artıran,  feodal  zadəganlarla  mübarizədə  orta  əsr  şəhərlərinin 

mövqelərini  möhkəmlədən,  XIV  əsrdə  icad  edilmiş  odlu  silahın 

təkmilləşdirilməsinə  başlandı.  Dəniz  işinin  kökündən  dəyişməsi  lokal 

miqyasda  həyata  keçirilən  gəmiçiliklə  müqayisədə,  Qərb  dənizçiliyinə 

üstünlüklər təmin etdi. 

XIII  əsrdə  Flamandiyada  demək  olar  ki,  bütün  Avropanı  yun 

parçalarla təmin edən sənətkarlar şəhərləri meydana çıxdı. Daxil olan yunun 

mənbəyi  İngiltərə  idi.  Sex  əsasında  təşkilatlanma,  yəni  sənətkarların  peşə 

əlamətləri  üzrə  birləşməsi  orta  əsr  sənətkarlığının  səciyyəvi  cəhətidir. 

Emalatxana  istehsal  vahidi  kimi  qəbul  olunurdu.  Emalatxana  daxilində 

əmək  bölgüsü  aparılmadığına  görə,  sənətkarların  ixtisaslaşması  müxtəlif 




 

 

38 



peşələrin nisbətən dar ixtisaslar üzrə ayrılmasına gətirib çıxarırdı. 

XIV  əsrə  yaxın  İtaliyanın  Şimalında  yerləşən  Venesiya,  Genuya, 

Florensiya şəhərləri sənaye istehsalı  və ticarət mərkəzlərinə  çevrildi.  Bazar 

və  burjua  münasibətlərinin  rüşeymləri  məhz  burada  yaranmışdır.  Bu 

mərkəzlərdə  istehsal  olunan  mahud  və  ipək  parçalar,  şüşə,  silah  bütün 

Avropada satılır və Şərq ölkələrində tələbatla qarşılanırdı. Öz növbələrində 

Venesiya  tacirləri  Avropa  bazarlarında  Şərq  mallarını  satırdılar.  Səlib 

yürüşləri də İtaliya şəhərlərinin iqtisadi və siyasi qüdrətini gücləndirirdi. 

XV  əsrin  sonu  -  XVII  əsrdəki  Böyük  coğrafi  kəşflər  də  bazar 

münasibətlərinin  inkişafında  xüsusi  rol  oynamışdır.  Əvvəllər  məlum 

olmayan  ölkələrin  və  qitələrin  kəşfi,  daimi  ticarət  yollarının  müəyyən 

edilməsi  ticarət  kapitalının  sürətli  inkişafına  şərait  yaratdı.  Şərq  mallarının 

istehlakçıları  onların  Avropaya  çatdırılması  üzərində  ərəb,  türk,  italyan 

inhisarından qurtulma yollarını axtarmağa başladılar. Sənayenin və ticarətin 

böyük  sürətlə  artması  nəticəsində  XV  əsrdə  qızıl  və  gümüşlə  ödəniş 

vasitələrinin çatışmamazlığı da buna şərait yaradırdı. 

Böyük  coğrafi  kəşflər  müstəmləkə  hökmranlığının  meydana 

çıxmasına  səbəb  oldu.  XVI  əsrdə  okeanın  o  biri  tayında  fəth  edilmiş 

torpaqlarda  ilk  ispan  və  portuqal  müstəmləkə  imperiyaları  yarandı.  Roma 

papasının  zamin  kimi  çıxış  etdiyi,  1494-cü  ildə  dünyanın  bölgüsü  barədə 

müqaviləyə  əsasən  İspaniya  və  Portuqaliya  okeanın  o  tayında  yerləşən 

torpaqlarını Atlantik okeanından keçən meridian üzrə bölüşdürdü. Bu xətdən 

Qərbdə yerləşən ərazilər ispan, Şərqdəki ərazilər isə portuqal müstəmləkələri 

elan edildi. 

Dünya kəşfləri və dəniz yollarından istifadənin intensivləşməsi Qərbi 

Avropanın inkişafına böyük təkan verdi. Avropanın Şimal-Qərb ölkələrində 

quru  yolu  ilə  daşımalar  2  dəfə,  dəniz  daşımaları  isə  5-10  dəfə  artdı.  1500-

1700-cü  illər  ərzində  xarici  ticarətin  həcmi  3-5  dəfə,  o  cümlədən  Şərq  və 

Cənub  ölkələri  ilə  ticarət  15  dəfədən  çox  çoxaldı.  Lakin  əmtəə  mübadiləsi 

ləngidilirdi.  Əvvəlki  əsrlərdə  olduğu  kimi,  Avropa  mallarının  ixracı 

minimum həcmdə idi və idxalın əksər hissəsi qiymətli metallarla ödənilirdi. 

Bu isə, Avropada Asiya bazarlarının yerli məhsulları ilə rəqabət apara bilən 

malların olmadığına dəlalət edirdi. Şərq ölkələri işçi potensialına görə Qərb 

ölkələrini geridə qoyurdu. Demoqrafik amilin üstünlüyü son dərəcə yüksək 

olan fərdi ustalıq səviyyəsinin inkişafına və qorunmasına imkanlar açırdı. 

Böyük  coğrafi  kəşflər,  müstəmləkəçilik  təcavüzkarlığı,  beynəlxalq 

əmək  bölgüsü,  dünya  bazarının  yaranması  üçün  ilkin  şərait  yaradırdı

Gəmiçilik  dünyanın  ayrı-ayrı  hissələri  arasında  iqtisadi  əlaqələrin 

qurulmasına  imkan  yaradır,  müstəmləkə  torpaqları  isə  Avropa  ölkələrinin 

təsərrüfat  əyalətləri  olmaqla,  beynəlxalq  mübadilə  üçün  zəmin  kimi  çıxış 

edirdi.  Dünyada  təsərrüfat  əlaqələrinin  genişlənməsi  beynəlxalq  kreditin 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə