Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə13/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   285

 

 

28 



BMT-nin  Beynəlxalq  müqayisələr  layihəsi  çərçivəsində  aparılan 

tədqiqatlar  göstərir  ki,  nisbətən  zəif  inkişaf  etmiş  ölkələrdə  cari  valyuta 

məzənnələrindən istifadə olunması, ÜDM-nin həcmini 3 dəfəyədək və daha 

çox azalda bilər. İnkişaf etməkdə olan ölkələrin ümumdünya məhsulundakı 

payının  azaldılması meyli də məhz bununla bağlıdır.  Bu səbəbdən, inkişaf 

etməkdə  olan  ölkələrin  nisbətən  az  xüsusi  çəki  ilə  götürülməsi,  MDM-in 

inkişaf  templərinin  cari  valyuta  məzənnələri  ilə  hesablanmasına  təsir 

göstərir. 

MDM-in  hesablanmasının  alternativ  variantlarından  biri  müxtəlif 

ölkələrdə  eyni  mallardan  ibarət  toplu  (səbət)  əsasında  müəyyən  olunan 



valyutaların alıcılıq qabiliyyəti əmsallarının müqayisəsinə istinad edir.  

Müxtəlif  ölkələrin  ÜDM-nə  şamil  olunan  orta  nisbətlər,  bu 

göstəricinin  xərclər  üzrə  hesablanması  üçün  istifadə  olunan  malların  və 

xidmətlərin  müvafiq  fərdi  toplusunun  ÜDM-də  xüsusi  çəkisi  nəzərə 

alınmaqla,  orta  qiymətləri  əsasında  müəyyən  olunur.  Valyutaların  alıcılıq 

qabiliyyətinin  pariteti  (AQP)  üzrə  hesablanan  mübadilə  məzənnəsi  (S) 

nəzərdən keçirilən ölkələrdə qiymətlər səviyyəsinin nisbətlərinə bərabərdir: 



 

 

Burada: St-1 - cari valyuta məzənnəsi; 



 Pd - nəzərdən keçirilən ölkədə daxili qiymətlərin indeksi; 

 Pf - xarici ölkədə qiymətlərin indeksidir. 

 

Bu  cür  yanaşma  MDM-in  mübadilə  məzənnəsi  üzrə  adi  dollardan 



daha çox "beynəlxalq dollarla" qiymətləndirilməsini təmin edir. 

ÜDM-in  göstərdiyimiz  metodlar  əsasında  hesablanan  həcmləri  bir-

birindən  xeyli  (1,2-1,4  dəfə)  fərqlənir.  AQP  üzrə  hesablama  inkişaf  etmiş 

ölkələrdə  ÜDM  göstəricisini  nisbətən  aşağı  salır.  AQP  həm  rəqabət 

qabiliyyəti  olan,  həm  də  olmayan  malların  və  xidmətlər  toplusu  əsasında 

hesablanır.  İnkişaf  etmiş  ölkələrin  toplusunda  rəqabətqabiliyyətli,  zəif 

inkişaf etmiş ölkələrin toplusunda isə beynəlxalq bazarlarda tələbat az olan 

mallar  və  xidmətlər  üstünlük  təşkil  edir.  Bunun  nəticəsində,  zəif  inkişaf 

etmiş  ölkələrin  ÜDM-in  xarici  valyutada  ifadəsi  əslində  olduğundan 

yüksəkdir.  AQP  üzrə  qiymətləndirmə  ölkələrin  əsas  qruplarının  dünya 

təsərrüfatında 

tutduğu 


mövqeləri 

kökündən 

dəyişir. 

BVF-in 


qiymətləndirməsinə görə, MDM-in 53,9%-i (cari valyuta məzənnələri üzrə - 

71%-dən çoxu) inkişaf etmiş ölkələrin, 46,1%-i isə (cari valyuta məzənnələri 

üzrə - 28,7%-i) bütün qalan ölkələrin payına düşür. 

Hesablamanın  bu  metodu  ayrı-ayrı  ölkələrin  ümumdünya 




 

 

29 



məhsulundakı payını əhəmiyyətli surətdə dəyişir. MDM-in istehsalında 1-ci 

yeri ABŞ - 20,5% (cari valyuta məzənnəsi üzrə - 23,4%), sonrakı yerləri isə 

ÇXR - 12,5% (7,1%), Yaponiya  - 6,0% (8,1%), Hindistan  - 5,1% (2,0%), 

AFR - 4,0% (4,4%), onların ardınca Britaniya, Fransa, RF, Braziliya, İtaliya, 

Meksika tutur (2009-cu ilin göstəriciləri). 

Hesablamaların  müxtəlif  metodlarından  istifadə  olunması  MDM-in 

templərində  nəzərəçarpacaq  fərqlərə  səbəb  olur.  Bu,  inkişaf  etməkdə  olan 

ölkələrin  ÜDM-nin  əksər  hissəsinin  yaradıldığı  Asiya  dövlətlərinin  artım 

tempinin  dünyanın  başqa  ölkələrinə  nisbətən  daha  sürətli  və  AQP  üzrə 

hesablandıqda,  onların  xüsusi  çəkisinin  cari  valyuta  məzənnələri  əsasında 

hesablamalarla müqayisədə yüksək olması ilə izah edilir. Bunun əsas səbəbi 

nisbətən  zəif  inkişaf  etmiş  ölkələrdə  əmək  haqqının  aşağı  olması  ilə 

əlaqədar,  malların  və  xidmətlərin  qiymətlərinin  azaldılması  meylinin 

mövcudluğudur.  Buna  görə  də,  həmin  mallar  və  xidmətlər  ümumi 

qiymətlərlə  yenidən  hesablandıqda  onların  dəyəri  (xüsusilə  də,  kiçik 

ölkələrdə) 9-13% artır (şəkil 1.1.). 

MDM-in qiymətləndirilməsindəki fərqlər ayrı-ayrı ölkələrdə iqtisadi 

fəaliyyətin  müxtəlif  növlərini  eyni  qaydada  nəzərə  ala  bilən  vahid 

göstəricinin  mövcud  olmadığını  göstərir.  Hesablamanın  hansı  metodundan 

istifadə 

olunması 

təhlilin 

məqsədlərindən 

asılıdır. 

MDM-in 

qiymətləndirilməsində  cari  valyuta  məzənnələrindən  istifadə  malların  və 



xidmətlərin  beynəlxalq  axınlarının  müəyyən  edilməsi,  kapitalın  ölkələr 

arasında hərəkəti, xarici borclar və ödənişlərin səviyyələri haqqında faydalı 

məlumatlar verir. 

  

 

Şəkil 1.1. Valyuta məzənnələri və valyutaların alıcılıq qabiliyyəti 

əsasında hesablandıqda MDM-in artım templəri 



 

 

30 



 Mənbə: World Economic Outlook, May 1999, October 2009. IMF 

 

ÜDM-in  valyutaların  alıcılıq  qabiliyyəti  əsasında  hesablanması 



ölkənin iqtisadi potensialı barədə daha dolğun təsəvvür yaradır. 

ÜDM-in valyutaların alıcılıq qabiliyyəti əsasında hesablanmasından 

BVF və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) istifadə edir. 

BMT-nin statistikasında  ÜDM  və  MDM hesablanarkən qiymətlərin 

dəyişməsi  nəzərə  alınmayan  valyuta  məzənnələrindən  (müvafiq  ilin 

məzənnələri)  istifadə  olunur.  Bu  metod  valyutaların  məzənnələrinin  və 

qiymətlərin nisbi enib-qalxmalarını nəzərə almayan göstəricilər əldə etməyə 

və  hər  bir  ölkənin  ümumdünya  məhsulundakı  payını  daha  dəqiq 

qiymətləndirməyə imkan verir. 

DB  statistikası  yuxarıda  göstərilən  iki  üsulla  hesablanan 

makroiqtisadi göstəricilər verir. 

 

Mövzu üzrə suallar: 

 

1.  Dünya  təsərrüfatı  məfhumunun  başa  düşülməsində 



fərqlər mövcuddurmu? Onları izah edin. 

2.  Dünya  təsərrüfatı  sisteminin  əsas  əlamətlərini 

xarakterizə edin. 

3.  Dünya  iqtisadiyyatının  əsas  sahibkarlıq  subyektlərinin 

hər birini xarakterizə edin. 

4.  Dünya  iqtisadiyyatının  sahibkarlıq  subyektlərinin 

mövqeləri  arasında  ziddiyyətlər  mövcuddurmu,  onlar  nədə 

təzahür olunur? 

5.  Dünya  iqtisadiyyatında  altsistemlərin,  ölkələr 

qruplarının fərqləndirilməsinin əsas meyarlarını müəyyən edin. 

6.  MDM-in  valyuta  məzənnələri  və  valyutaların  alıcılıq 

qabiliyyətinin  xarakterləri  əsasında  hesablanmasındakı  fərqlər 

nədən ibarətdir? Onlar niyə meydana çıxır? 

  

 



  

 

 



 

 

 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə