Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə10/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   285

 

 

22 



İqtisadi inkişafın səviyyəsi  

 

Ümumi Milli Gəlirin (ÜMG) əhalinin hər nəfərinə düşən məbləği ilə 



xarakterizə  olunan  iqtisadi  inkişaf  səviyyəsi  altsistemin  müəyyən 

edilməsinin geniş yayılmış meyarıdır. İnkişaf səviyyəsi anlayışı milli gəlirin 

artırılmasının  mühüm  şərtləri  olan  təsərrüfatın  sənayeləşmə  dərəcəsini 

(istehsalın  maşın  əsasına  keçirilməsi)  və  istehsalın  strukturunu  da  özündə 

birləşdirir.  Sənayeləşmənin  müasir  mərhələsi  maddiləşmiş  əməyə  qənaət 

etməyə  imkan  verən  texniki  irəliləyişlər  kimi,  informasiya  texnikası  və 

texnologiyasından geniş istifadə olunması ilə səciyyələnir. 

Sənaye  istehsalının  strukturu  istehsal  vasitələrindən  və  istehlak 

əşyalarından  ibarətdir.  Sənayecə  inkişaf  etmiş  ölkələrdə  uzun  müddət 

istifadə  olunan  istehlak  mallarının  istehsalı  mühüm  yer  tutur,  istehlak 

əşyalarının  buraxılışının  səviyyəsi  isə  istehsal  vasitələrinin  istehsalının 

səviyyəsini üstələyir. 

İqtisadi  inkişaf  səviyyəsi  yüksəldikcə,  xammal  və  enerji  məsrəfləri 

azalır, təbii xammalın əvəzinə isə get-gedə sənaye, əsasən də kimya sənayesi 

mənşəli materiallardan istifadə olunur. 

Milli  gəlirin  əhalinin  hər  nəfərinə  düşən  məbləğinə  görə  ölkələr  bir 

neçə qrupa bölünür: 

(1)  milli  gəlirin  əhalinin  hər  nəfərinə  düşən  məbləği  yüksək  -  11,9 

min  dollardan  (2008-ci  ilin  qiymətləri  ilə)  çox  -  olan  ölkələr.  Bunlar 

sənayecə inkişaf etmiş və neft hasil edən 35 ölkədir; 

(2) milli gəlirin əhalinin hər nəfərinə düşən məbləği orta səviyyədən 

yuxarı - 3,9 min dollardan 10,9 min dollaradək - olan ölkələr. Bu qrupa 30 

ölkə - Mərkəzi Avropa ölkələri, Rusiya Federasiyası, Latın Amerikasının bir 

sıra  dövlətləri,  o  cümlədən  Argentina,  Venesuela,  Meksika,  Uruqvay 

daxildir; 

(3) milli gəlirin əhalinin hər nəfərinə düşən məbləği orta səviyyədən 

aşağı  (976-3855  dollar)  olan  ölkələr.  Bu  sıraya  54  ölkə  və  ərazi  daxildir. 

Bunlar  Latın  Amerikası,  Cənubi-Şərqi  və  Şərqi  Avropa  ölkələrinin 

əksəriyyətidir; 

(4)  gəlirləri  aşağı,  ÜDM-in  adambaşına  düşən  həcmi  875  dollardan 

çox olmayan ölkələr. Bunlara əsasən Böyük Səhradan cənubunda  yerləşən 

Afrika ölkələri, Hindistan istisna edilməklə, Cənubi Asiya ölkələridir. 



_____________________________________________________ 

İqtisadi inkişafın tipi  

 

İqtisadi inkişafın tipi (intensiv və ekstensiv) malların və xidmətlərin 

istehsalında həm kəmiyyət, həm də müəyyən keyfiyyət dəyişikliklərini ifadə 

etməklə, dünya təsərrüfatının altsistemlərinin müəyyən olunmasının mühüm 

meyarı kimi çıxış edir: 

(1)  iqtisadi  inkişafın  ekstensiv  tipində  iqtisadi  artım  istehsal 




 

 

23 



amillərinin  kəmiyyətinin  artırılması  hesabına  əldə  olunur,  bu  isə  istehsalın 

səmərəliliyini əslində dəyişmir; 

(2) iqtisadi inkişafın intensiv tipi məhsul buraxılışı həcminin istehsal 

amillərinin keyfiyyətcə təkmilləşdirilməsi yolu ilə artırılmasına əsaslanır. Bu 

isə,  əmək  vasitələrinin  və  predmetlərinin  təkmilləşdirilməsini,  işçi 

qüvvəsinin  ixtisasının  artırılmasını,  istehsalın  təşkilati  parametrlərinin 

yaxşılaşdırılmasını  nəzərdə  tutur  və  bunların  sayəsində  istehsalın  həcmi 

əsasən ictimai əməyin məhsuldarlığının yüksəlməsi hesabına genişlənir. 

Reallıqda iqtisadi inkişafın "xalis" tipləri olmasa da, son 50 il ərzində 

milli təsərrüfatların ayrı-ayrı qrupları barədə istehsalının bir-birini əvəz edən 

ekstensiv, yaxud intensiv formada olmasını söyləmək mümkündür. Belə ki, 

sənaye ölkələrinin inkişaf etmiş iqtisadiyyatı bir sıra əlamətlərinə görə 1960-

cı  illərin  ortalarına  qədər  inkişafın  əsasən  ekstensiv,  son  25-30  ildə  isə 

əsasən intensiv tiplərinə aid edilir. 

İnkişaf  səviyyəsi  ilə  bərabər,  məhsuldar  qüvvələrin  həcmindən, 

əhalinin  sayından,  ərazinin  ölçülərindən,  təbii  sərvətlərin  mövcudluğundan 

asılı  olaraq  müəyyən  edilən  iqtisadi  potensial  həcmi  altsistemlərin 

fərqləndirilməsinin mühüm meyarıdır. Buna görə də, tədqiqatçıların bir çoxu 

düzgün olaraq Çin, Hindistan kimi ölkələri ayrıca altsistemlərə aid edirlər. 

Birinci  göstərilən  meyara  (sosial-iqtisadi)  əsasında,  dünya 

təsərrüfatında milli iqtisadiyyatların iki mühüm qrupu fərqləndirilir: inkişaf 

etmiş  ölkələr  (kapitalist  ölkələri)  və  inkişaf  etməkdə  olan  ölkələr  (buraya 

MDB-nin və Cənubi-Şərqi Avropanın bir sıra ölkələri aiddir).  

İnkişaf etmiş ölkələrdə kapitalist münasibətlərinin və sənayeləşmənin 

səviyyəsi,  əhalinin  hər  nəfərinə  düşən  gəlirin  məbləği  yüksəkdir.  İnkişaf 

etməkdə  olan  ölkələrdə  isə,  kapitalist  münasibətləri  nisbətən  zəifdir  və 

onların  bir  çoxuna  təsərrüfatçılığın  kapitalizmdən  əvvəlki  və  keçid 

formaları, iqtisadi inkişafın aşağı səviyyəsi xasdır. Əslində, bu iki qrupdan 

yalnız inkişaf etmiş ölkələr vahid yarımqrup şəklindədir. 

Beynəlxalq  təşkilatlar  dünya  təsərrüfatının  altsistemlərə  bölünməsi 

məsələsinə  eyni  mövqedən  yanaşmır.  BMT  ölkələrin  üç  qrupunu  (sənaye 

ölkələri, inkişaf etmiş ölkələr və keçid iqtisadiyyat olan ölkələr) fərqləndirir. 

Bu  zaman  BMT  statistikasında  yüksək  inkişaf  səviyyəsinə  nail  olmuş  və 

Qərb  ölkələrindəkinə  bənzər  sosial-iqtisadi  struktura  malik  olan  Cənubi 

Koreya,  Sinqapur,  Tayvan  inkişaf  etməkdə  olan,  MDB  və  Cənubi-Şərqi 

Avropa ölkələri isə keçid iqtisadiyyatı olan ölkələrə aid edilir. 

DB-nin  tədqiqatçıları  təsərrüfatın  sosial  strukturunu  və  ÜMG-in 

əhalinin  hər  nəfərinə  düşən  məbləğini  ölkələrin  qruplara  ayrılmasının  əsas 

meyarları kimi qəbul edirlər. Dərslikdə altsistemlərin tərkibi əsasən BVF-in 

və DB-nin təsnifatına uyğundur. 



 


Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə