Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə12/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   285

 

 

26 



3. İstehsal metodu ilə ÜDM ayrı-ayrı sahələrdə yaradılan əlavə dəyər 

və  şərti  xalis  məhsul  üzrə  hesablanır.  Bu  göstərici  buraxılmış  ümumi 

məhsulun  dəyəri  ilə  cari  istehsal  xərcləri,  yəni  istehsal  prosesinin  müxtəlif 

mərhələlərində hazır məhsulun üzərinə keçirilən dəyər arasındakı fərqi ifadə 

edir. Sonuncu məfhum məhsulun dəyərinin üzərinə keçirilən əsas fondların 

amortizasiyasının,  əmək  haqqının,  mənfəətin,  vergilərin  cari  qiymətlər 

nəzərə  alınmaqla  cəmini  ifadə  edir.  Başqa  sözlə,  istehsal  metodu  əsasında 

müəyyən  olunan  ÜDM  aralıq  xərclər  (i)  çıxılmaqla,  rezidentlər  tərəfindən 

iqtisadi  fəaliyyətin  bütün  sahələrində  istehsal  olunan  əlavə  dəyərin  (O

məbləğidir: 



Y = [ ( O

1

 + O

2

 + ...O

n

 ) - (I

1

 + I

2

 + I

3

 +...+ I

n

) ] 

 

Milli hesabların  ümumiləşdirici  göstəricilərinə sahibkarlıqla məşğul 



olanların  fəaliyyətinin  nəticələri  ilə  yanaşı  dövlət  aparatının,  ordunun, 

polisin və s. xidmətləri də daxil edilir. Bu göstəricilərə həmçinin pul forması 

almayan  məhsulun  qiymətləndirildiyi  "artırılmış",  "öhdəliyə  qoyulmuş" 

kəmiyyətlər: fərdi evlərdə mənzil kirayəsinin sərti haqqı, kreditlər və borclar 

üzrə  şərti  faizlər  də  daxil  olunur.  Bu  "öhdəliyə  qoyulmuş"  kəmiyyətlərin 

ümumi  məbləği  iqtisadi  inkişafın  səviyyəsindən  və  dövlətin  xərclərindən 

asılı  olaraq, ölkələr üzrə  fərqlənir. Məsələn,  ABŞ-da bu  göstərici  ÜDM-in 

8%-nə bərabərdir. 

Milli hesablar sisteminə daxil olan və müxtəlif üsullarla hesablanan 

ÜDM  və  digər  göstəricilər  bir-biri  ilə  əlaqələndirildiyi  üçün,  kəmiyyətləri 

eynidir. Bununla bərabər qeyd olunmalıdır ki, bəzən milli göstəricilərdə 10-

30% civarında dürüstləşmə aparılır. 

MDM-in  hesablanması  metodologiyasının  təhlilindən  göründüyü 

kimi, bu göstərici dünyada və ayrı-ayrı ölkələrdə ümumi fəallığı ifadə edir. 

Digər  tərəfdən,  onun  tərkib  hissələri  iqtisadi  inkişafın  əsas  sahələrini  və 

amillərini  əhatə  edir.  Belə  ki,  MDM-dən  istifadənin  əsas  istiqamətlər  üzrə 

nəzərdən keçirilməsi tələbatın əsas sektorları barədə təsəvvür yaradır, onun 

istehsal  üzrə  təhlili  isə  həm  təsərrüfatın  strukturunda,  həm  də  onun  əsas 

sahələrdə baş verən dəyişiklikləri nümayiş etdirir. MDM göstəricisi ölkənin 

və  regionların  dünya  iqtisadiyyatında  tutduğu  yeri,  müxtəlif  dövrlərdə 

ictimai əməyin məhsuldarlığını müəyyən etməyə imkan versə də, istehsalın 

ayrı-ayrı  sahələrinin  potensialının,  texnologiyanın  səviyyəsinin,  yaxud 

əhalinin rifahının göstəricisi qismində istifadə oluna bilməz. 

 

 



 

 

 




 

 

27 



_______________________________________ 

ÜDM-in və MDM-in hesablanması 

 

Milli  səviyyələrdə  ÜDM-in  həcmi  hər  hansı  ilin  cari  və  sabit 

qiymətləri üzrə  hesablanır.  Bu hesablamalar  arasındakı fərq  çox böyük ola 

bilər.  Kəmiyyət  MDM-i,  yaxud  cari  qiymətlərlə  hesablanan  ÜDM,  real 

ÜDM, yaxud sabit qiymətlərlə hesablanan ÜDM-la müqayisədə daha sürətlə 

artır.  Artım  templəri  arasındakı  fərq  qiymətlərin  dəyişməsi  ilə  əlaqədardır. 

Sabit qiymətlərlə hesablama zamanı onların dəyişməsi amili aradan qaldırılır 

(eliminasiya). İqtisadi artımın göstəricisi kimi, real ÜDM-in artımından daha 

geniş  istifadə  olunur.  Artımın  yüksək  templəri  əksər  hallarda  milli 

təsərrüfatın qüdrəti kimi qəbul olunur. 

ÜDM-in  ayrı-ayrı  ölkələr  və  regionlar  üzrə  dəqiq  müəyyən 

ediləcəyinə zəmanət verməsə də, bu göstərici cari və sabit qiymətlərlə vahid 

valyuta  -  ABŞ  dolları  ilə  hesablanır.  Çoxsaylı  tədqiqatlar  göstərir  ki, 

valyutaların mübadilə məzənnələri, beynəlxalq ticarət kanallarına daxil olan 

malların  və  xidmətlərin  qiymətləri  ilə,  onların  müxtəlif  ölkələrdəki 

qiymətləri  arasındakı  faktiki  nisbətə  yaxındır.  Lakin  bilavasitə  bazar 

tərəfindən  müəyyən  olunmasına  baxmayaraq,  valyuta  məzənnələri  iqtisadi 

vəziyyətdə  real  dəyişikliklər  baş  vermədiyi  hallarda  belə,  qısamüddətli 

tərəddüdlər  yarada  bilən  beynəlxalq  əməliyyatların,  məsələn,  xarici 

investisiyaların,  borcların,  gəlirlərin  və  vəsaitlərin  köçürülməsinin,  uçot 

dərəcəsinin hərəkətinin, maliyyə bazarlarında proqnozların və digər şərtlərin 

təsirinə  məruz  qaldığına  görə,  beynəlxalq  səviyyədə  satılan  malların  və 

xidmətlərin  qiymətlərini  yalnız  nisbətlə  əks  etdirə  bilir.  Valyutaların 

məzənnələrində  orta  və  uzunmüddətli  məzənnələrdən  xeyli  fərqlənən 

qısamüddətli  dəyişikliklərin  baş  verməsi,  malların  və  xidmətlərin  nisbi 

dəyərlərində  əhəmiyyətli  fərqlərin  yaranması  dünyada  istehsalın  həcminin, 

səviyyəsinin,  MDM-in  ölkələr  və  regionlar  üzrə  bölgüsünün  vahid  valyuta 

əsasında  hesablanmasının  faydasını  azaldır.  Valyuta  məzənnələrinin 

dəyişməsi  MDM  göstəricisinin  həcmində  fərqlərin  və  bölgüsündə  müvafiq 

variantların meydana çıxması ilə nəticələnir. 

İnkişaf  səviyyəsi  aşağı  olan  ölkələrdə  qeyri-əmtəə  sektorunun 

(adətən nəzərə alınmayan, amma zəif inkişaf etmiş ölkələrin ÜDM-nin 40%-

ə  çata  bilən  barter  əməliyyatları,  ev  təsərrüfatları  tərəfindən,  yaşayış  üçün 

istehsal olunan məhsullar, qeyri-rəsmi sektor) miqyası böyük olduğuna görə, 

müxtəlif ölkələrin ümumi məhsulunun bir pul vahidi, məsələn, ABŞ dolları 

əsasında müqayisəsi onların istehsal etdiyi məhsulların dollarla ifadə olunan 

həcmini  azalda  bilər.  Uçotdan  yayınma  dərəcəsi  mütəmadi  qaydada  təshih 

edilmədiyinə  görə,  ÜDM-in  və  MDM-in  müqayisəsi  düzgün  nəticələr 

verməyə bilər. 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə