Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə7/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   285

 

 

15 



Kapitalın milli tərkibinə görə beynəlxalq şirkətlər iki qrupa bölünür: 

transmilli və beynəlxalq,  çoxmillətli şirkətlər.  Kapitalına  görə  milli,  ondan 



istifadə  olunması  yerinə  görə  isə  beynəlxalq  olan  TMK  aparıcı  yer  tutur. 

Kapitalına görə beynəlxalq olan şirkətlər azsaylıdır və 2-ci yerdədir. Misal 

üçün, "Royal datç Şell", "Uynilever" ingilis-holland, "ACEA-Braun Boveri" 

İsveç-İsveçrə  şirkətləri  bunlara  aiddir.  Kapitalına  görə  beynəlxalq  olan 

şirkətlərin inkişafına kapital qruplaşmalarının milli klanları maneə yaradır.

1

  



TMK-nın  formalaşması  əsasən  1960-cı  illərə,  Qərbin  aparıcı 

şirkətlərinin  kütləvi  surətdə  ölkədən  kapital  çıxarmağa  başladığı  vaxta 

təsadüf edir. İctimai əmək bölgüsünün dərinləşməsi və yeni texnologiyaların 

tətbiqi ayrı-ayrı texnoloji proseslərin məkan üzrə bölgüsünə şərait yaratmış, 

yeni nəqliyyat və rabitə vasitələrinin meydana çıxması isə, açılan imkanların 

reallaşmasına  yardım  göstərmişdi.  Əvvəllər  ayrı-ayrı  istehsal  vahidləri 

çərçivəsində mövcud olan ümumi istehsal prosesinin parçalanması və milli 

istehsal amillərinin qiymətlərində fərqlər nəzərə alınmaqla yerləşdirilməsinə 

başlandı. Kapitalın təmərküzləşməsi ilə yanaşı, istehsalın planetar miqyasda 

mərkəzdən uzaqlaşması prosesi sürətləndi. 



_____________________________________________________ 

TMK-nın dünya iqtisadiyyatında rolu 

 

TMK-nın nüfuzu və fəaliyyət miqyası artır. Onların sayı 1970-ci ildə 

cəmi 7 min olduğu halda, 2008-ci ildə 82 minə çatmışdır. Onların fəaliyyət 

dairəsinə  xaricdə  yerləşən  800  mindən  çox  törəmə  şirkətlər  və  şöbələr 

daxildir.  Dünyada  istehsal  olunan  məhsulun  25%-i  TMK  tərəfindən  təmin 

edilsə  də,  nəzərə  almaq  lazımdır  ki,  onların  əsas  sahibkarlıq  fəaliyyəti 

yerləşdikləri  ölkələrdə  həyata  keçirilir,  istehsal  həcminin  2/3  hissəsi 

yerləşdikləri ölkələrin payına düşür. 

TMK-nın  gücü  yüksək  səviyyədə  təmərküzləşmişdir.  Bütün 

beynəlxalq  şirkətlərin  xarici  aktivlərinin  12%-i  və  onların  beynəlxalq 

satışlarının  14%-i  100  ən  iri  TMK-ın  (onların  ümumi  sayının  0,12%-i) 

payına  düşür.  MDM-in  4,3%-i  onlar  tərəfindən  istehsal  edilir.  Nəhəng 

TMK-nın,  demək  olar  ki,  hamısı  ABŞ-da,  Yaponiyada  və  Avropa  İttifaqı 

ölkələrində yerləşir. Ən böyük transmilli şirkətlərin istehsal həcmi bəzən bir 

sıra inkişaf etməkdə olan və inkişaf etmiş kiçik ölkələrin ÜDM-nin həcmini 

üstələyir. Belə ki, ABŞ-ın "Eksson/Mobayl", "Ceneral Motorz" şirkətlərinin 

istehsal  həcmi  Yeni  Zelandiyanın,  Çilinin,  Banqladeşin,  Macarıstanın  və 

digər ölkələrin ÜDM həcmindən yüksəkdir. 

                                                           

1

  Yuxarıda  sadalanan,  xaricdə  birbaşa  kapital  qoyuluşlarını  həyata  keçirən  şirkətlər 



dərslikdə TMK-ya aid olunmuşdur.

 



 

 

16 



TMK-nın  təşkilati  strukturu  bir  qayda  olaraq,  çoxsahəli  konsern 

formasındadır.  Baş  şirkət  korporasiyanın  əməliyyat  qərargahı  kimi  çıxış 

edir. O, genişmiqyaslı ixtisaslaşma və kooperasiya əsasında texniki-iqtisadi 

siyasəti həyata keçirir, xaricdəki şirkətlərin və filialların fəaliyyətinə nəzarət 

edir.  Adətən,  onlar  kombinat  strukturuna,  özlərinin  maliyyə-kredit  və 

tədqiqat idarələrinə malikdir. 

Bütün TMK genişmiqyaslı xarici iqtisadi ekspansiya siyasəti yeridir. 

TMK-nın  xarici  iqtisadi  əməliyyatları  onların  xaricdə  yerləşən  çoxsaylı 

müəssisələr  şəbəkəsi  sayəsində  inkişaf  edir.  Onların  beynəlxalq  ticarət 

əməliyyatları nəticəsində dünya ticarətinin 1/3 hissəsi transmilli komplekslər 

çərçivəsində həyata keçirilir. 

_____________________________________________________ 

TMK-nın strategiyası 

 

TMK-nın  strategiyasının  əsasında  ayrılıqda  götürülmüş  həlqənin 



deyil,  bütöv  birliyin  fəaliyyətinin  nəticələrinin  optimallaşmasını  nəzərdə 

tutan  regional  və  ümumdünya  yanaşmaları  durur.  Bu  məqsədlə  müxtəlif 

firmadaxili  köçürmə,  transfert  qiymətlərindən  istifadə  olunur.  Hər  hansı 

xarici  bazarda  hazır  məhsulların,  yaxud  yarımfabrikatların  buraxılışının 

artırılması  barədə  qərar  qəbul  edərkən,  korporasiya  onun  genişlənmə 

perspektivləri  baxımından  əhəmiyyətini,  xaricdə  yerləşən  müəssisələrinin 

eyni  tipli  malların  yerli  istehsalçıları  ilə  rəqabət  aparmaq  qabiliyyətini, 

valyuta  məzənnələrini,  ticarət  məhdudiyyətlərini,  nəqliyyat  xərclərini  və 

başqa  şərtləri  nəzərə  alır.  Ümumdünya  strategiyası,  həmçinin  sahənin 

quruluşuna  və  onun  əlaqələndirilməsinə  əsaslanır.  Müəssisələrin  coğrafi 

ərazilərdə  yerləşdirilməsi  problemi  həll  olunarkən,  mümkün  qədər 

mərkəzləşmə  ilə  müxtəlif  funksional  blokların  (tədqiqatların  və  təkmil-

ləşdirmə  işlərinin,  maddi  təchizatının,  istehsal  prosesinin,  marketinqin, 

satışdan  sonrakı  xidmətin)  çoxsaylı  ölkələr  arasında  səpələnməsi  arasında 

seçim etmək mümkündür.  

TMK  başqa  ölkələrin  bazarlarına  onlara  xas  olan,  həmin  ölkələrin 

istehsal  amillərindən  istifadə  etməyə  imkan  verən  inhisar  üstünlükləri 

sayəsində müdaxilə edir. Kapital qoyuluşları üçün vəsaitlərin əsas mənbəyi 

onu  qəbul  edən  ölkənin  özü,  yaxud  üçüncü  tərəfdir.  ABŞ-ın  TMK-nın 

investisiya 

xərclərində 

özünümaliyyələşdirmənin 

və 

yenidən 


maliyyələşdirmənin payı təqribən 16% təşkil edir. Maliyyə vəsaitlərinin əsas 

hissəsi (45%-i) isə onu qəbul edən ölkənin bazarında səfərbər olunur. Başqa 

sözlə,  xarici  TMK-nın  fəaliyyəti  əsasən  bu  ölkələr  tərəfindən 

maliyyələşdirilir.  

 

 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə