61
____________________________________________
Modernləşmə və neo-təkamül nəzəriyyəsi
Bu nəzəriyyə tarixdə mövcud olan insan cəmiyyətlərinin ikiqütblü:
ənənəvi və müasir - olduğuna istinad edir. Nəzəriyyə ənənəvi cəmiyyətdən
müasir cəmiyyətə keçidi onların müxtəlif tərzdə başa düşülməsinə
əsaslanmaqla izah edir. Bu nəzəriyyə müasir iqtisadi artıma keçidi təkcə
maddi maraqla deyil, həmçinin mənəvi dəyərlərlə, sosial strukturun
səfərbərlik tipinə keçidlə əlaqələndirir. Ənənəvi cəmiyyətlər yeniliklərə qarşı
hazır olmayan fərdlər, müasir cəmiyyətlər isə xarici aləmə açıq, dərin
təfəkkürün və praktiki təcrübənin təsiri altında yeni ideyaları və əşyaları
tətbiq edə bilən şəxslər tərəfindən idarə olunur. Modernləşmə nəzəriyyəsi
müxtəlif cəmiyyətlərin müasir hala düşməsini şərtləndirən və yaranan sosial
quruluşun xüsusiyyətlərini müəyyənləşdirən insan mexanizmlərini və sosial-
struktur proseslərini nəzəri baxımdan açmaq cəhdidir. O, qarşılıqlı
beynəlxalq əlaqələrin ümumi dəyişiklikləri məcrasında baş verən mədəni-
siyasi və iqtisadi inkişafın, müstəqil inkişaf meyilləri kimi təfsir olunan
sosial və psixoloji səfərbərliyin müxtəlif cəhətlərini əhatə edir. Nəzəriyyə
"Avropalaşdırma", "Amerikalaşdırma", yaxud "Qərbçilik" kimi anlayışları
dəyişdirmiş, tərəqqi haqqında etnomərkəzçi təsəvvürləri sıxışdırmışdır.
Modernləşmə nəzəriyyəsinin metodoloji əsasları M.Veberin, T.Pirsonun,
Ş.Eyzenştadın baxışlarına istinad edir. M.Veber kapitalizmin yüksəlişini
protestantlıqla əlaqələndirməyə və başqa mənsəb sistemlərinin müasir
cəmiyyətin inkişafına necə mane olduğunu göstərməyə çalışırdı.
Müasir zamanda modernləşmə konsepsiyaları ictimai-iqtisadi
dinamikanın, cəmiyyətdə baş verən dəyişikliklərin ayrı-ayrı cəhətlərinə
istinad edirlər. Bəzi tədqiqatçılar modernləşməni istehsalın adambaşına
düşən həcminin artmasını normaya çevirən ictimai və sosial mühitin
yaradılması kimi başa düşürlər. Bu halda təkcə istehsalın kəmiyyətcə
artımında deyil, həmçinin insanın istehsal fəaliyyətinin yönəldiyi dəyərlər
sistemində də dəyişikliklərin baş verməsi mühüm sayılır. İnstitusional
çərçivədə modernləşmə ilk növbədə inkişaf etməkdə olan ölkələrin sosial-
iqtisadi orqanizminin yenidən qurulması kimi nəzərdən keçirilir
(Q.Myurdal).
Son illərdə modernləşmə nəzəriyyəsi o qədər də geniş yayılma-
mışdır. Ənənəvi və müasir anlayışlarının arxasında maddi marağın,
dəyərlərə müasir yanaşmaların dura bilməsi ehtimalı olduğuna görə, onların
arasındakı fərqdən nəzəri baxımdan istifadə edilməsi çətindir. Bu nəzəriyyə
inkişafa kömək edən, yaxud onu ləngidən siniflərin, yaxud maraqlar
qrupunun rolunu aşağı salır, bir çox ziddiyyətlərə əhəmiyyət vermir və onda
adətən fərdi xüsusiyyətlərə əsaslanan izahatlara xas olan məntiqsizlik vardır.
62
Modernləşmə nəzəriyyəsi çox vaxt ənənəvi və müasir cəmiyyətlərin
təhlilinə tarixi mövqedən yanaşan neo-təkamül nəzəriyyəsi ilə birləşdirilir.
Neo-təkamül nəzəriyyəsi müasir cəmiyyətin sosial təbəqələşmə yolu ilə
ənənəvidən müasirə keçməklə inkişaf etməsi fikrinə əsaslanır. Ən bəsitdən
nisbətən mürəkkəbə, "ən aşağıdan ali qütbə" doğru inkişaf edən bioloji
orqanizmlərdə olduğu kimi, müasir cəmiyyətlər də sosial və institusional
baxımdan təbəqələşmişdir. XIX əsrin təkamül nəzəriyyəsindən fərqli olaraq,
neo-təkamül nəzəriyyəsi xətti ehkamı təkzib edir və ənənəvidən müasirə
keçidin çoxsaylı yollarının olduğunu təsdiqləyir. Lakin bu konsepsiya
kapitalizm yolunun ABŞ və Qərbi Avropa ölkələrində olduğu kimi, plüralist
demokratiyadan keçməsinin alternativlərdən ən yaxşısı olması fərziyyəsinə
əsaslanır, yəni modernləşmə ilə vesternləşdirməni (Qərbləşməni)
eyniləşdirir. Modernləşmə və neo-təkamül nəzəriyyəsi XX əsrin birinci
yarısında üstün mövqe tuturdu. Onun məntiqinə görə, yeni millətlər inkişaf
etmiş ölkələrə çevrilən kimi, avtomatik surətdə onların ailəsinə daxil olurlar.
1950-ci illərdən Qərb alimlərinin təklif etdikləri modernləşmə sxemləri
azadlığa çıxmış və müstəmləkə ölkələrin reallıqları ilə bir araya sığmadıqları
üçün, artan şübhə ilə qarşılanmağa başladı. 1960-cı illərdə Asiya və Afrika
ölkələrində antiimperialist mübarizəsi genişləndikcə, başqa konsepsiyalar
funksional ortodoksluğa üstün gəlməyə başladı.
__________________________________________________
Asılılıq nəzəriyyəsi
1960-1970-ci illərdə qlobal sistemin inkişafının ən nüfuzlu
konsepsiyası
asılılıq nəzəriyyəsi, yaxud
asılılıq metanəzəriyyəsi olmuşdur.
Asılılıq metanəzəriyyəsi və periferiya inkişafı Latın Amerikasının bir qrup
iqtisadçısı və sosioloqu tərəfindən irəli sürülmüşdü. Onun banisi məşhur
Argentina iqtisadçısı R.Prebiş idi. Həmin dövrdə kütlələri inkişaf etmiş
kapitalist ölkələrinin bəlalarından azad olan, milli və müstəqillik əsasında
"ideal bazar cəmiyyəti" qurmaq naminə fədakarlığa çağıran milli kapitalizm
və inteqral modernləşmə ehkamları 1959-cu il Kuba inqilabının təsiri altında
nüfuzdan düşürdü.
Metanəzəriyyə üç istiqamətə bölünür: (1) asılı geridə qalma, (2) asılı
inkişaf və (3) asılılığın təkrarlanması. Onun ilkin məqamı kapitalist
sisteminin dünya miqyasında iqtisadi inkişaf doğurması ilə yanaşı
beynəlxalq, milli və yerli səviyyələrdə inkişafı ləngitməsi barədə müddəadır.
Asılılıq və geridə qalma nəzəriyyəsinin tərəfdarları iddia edirlər ki,
kapitalizm sistemi inkişaf etməkdə olan ölkələrin geriliyinin səbəbkarıdır və
o mövcud olanadək həqiqi inkişaf qeyri-mümkündür. Məsələn, A.Frank
göstərirdi ki, metropoliya özündən asılı ölkələrin izafi iqtisadi resurslarını
mənimsəyərək, onlardan öz inkişafı üçün istifadə edir. Asılı ölkələr isə öz