LüĞƏTİ Müəllif qrupu


Davamlı  borclanma  metodu  (permanent  lending  method)



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə10/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   6   7   8   9   10   11   12   13   ...   53


D
Davamlı  borclanma  metodu  (permanent  lending  method)  –  bu 
metodda  xəzinədarlıq  bəlirli  miqdar  və  müddətləri  əks  etdirən  faizli 
daxili borclanma qiymətli kağızlarını davamlı satışa çıxarır. 
Davamlı  inkişaf  (sustainable  development)  –  ətraf  mühitdə  və  təbii 
resurslarda uzunmüddətli dövrdə çirklənmə və tükənmə olmadan əldə 
edilən iqtisadi inkişaf. Davamlı inkişafın səviyyəsini qiymətləndirməyə 
imkan verən indikatorlar sistemini bir nümunə kimi nəzərdən keçirək:
http://www.sustainable-development.gov.uk/progress/regional/
summaries/index.htm
1. Davamlı istehlak və istehsal (iqlim dəyişiklikləri və enerji indikatorları 
daxil olmaqla): İstixana qazlarının emissiyası; Son istifadəçilərin CO2 
emissiyası;  Su  ehtiyatlarından  istifadə;  Daxili  su  istehlakı;  Tullantılar; 
Ev təsərrüfatı tullantıları.
2. Təbii ehtiyatların və ətraf mühitin səmərəli istifadəsi və qorunması: 
Quşların məskunlaşması; Torpaqdan istifadə; Torpaqdan təkrar istifadə; 
Mənzillə təminat və məskunlaşma intensivliyi; Hava çirkləndiricilərinin 
emissiyası; Çay sularının keyfiyyəti; Su təzyiqi.
3.  Dayanıqlı  icmaların  və  ədalətli  mühitin  yaradılması:  Aktiv  icma 
iştirakçılığı;  Qeydiyyata  düşən  cinayətkarlıq;  Cinayətkarlıq  xofu  (fear 
of  crime);  Məşğulluq;  İşsiz  ailələr;  İqtisadi  aktiv  olmayanlar;  Uşaqlar 
arasında yoxsulluq; Təqaüdçülər arasında yoxsulluq; Təhsil xidmətləri; 
Səhiyyə xidmətlərinin bərabərsizliyi; Səhhətli ömür gözləntisi (healthy 
life expectancy); Ölüm səviyyəsi; Siqarət çəkilməsi səviyyəsi; Uşaqların 
kökəlməsi səviyyəsi; Əhalinin mobilliyi; Məktəbə cəlbedilmə səviyyəsi; 
Xidmətlərin  əlçatanlığı;  Yol  qəzaları;  Ekoloji  bərabərlik;  Havanın 
təmizliyi  və  səhiyyə;  Mənzil  şəraiti;  Yanacaq  çatışmazlığı  şəraitində 
yaşayan  ailələr;  Evsizlik;  Lokal  ekoloji  keyfiyyət;  Lokal  ərazidə 
qaneedicilik; Beynəlxalq yardımlar; Ümumi rifah.
Digər  kontekstual  indikatorlar:  İqtisadi  buraxılış  (economic  output); 
Məhsuldarlıq; İnvestisiya; Demoqrafiya; Ev təsərrüfatları və mənzillər.
Debet plastik kartı (debet plastic card)  debet (və ya elektron) plastik 
kartı  müvafiq  kart  hesabında  faktiki  olan  məbləğ  daxilində  xərclər 
aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verir.
Defisit  maliyyələşdirmə  (deficit  financing)  –  gəlirdən  çox  xərclərin 
artıqlığını  maliyyələşdirmək  üçün  borc  götürməkdən  istifadə.  Tez-tez 
bu termin hökumətlərə şamil edilir. Onlar vergiləri qaldırmaqdan daha 
çox xərcləyirlər. Bu termin normal olaraq planlaşdırılmış büdcə kəsirinə 
istinad  edir.  Bu  siyasət  1930-cu  illərdə  işsizlik  probleminin  həlli  üçün 
Keyns tərəfindən müdafiə edilmişdir.


0
D
Defolt (default) – iqtisadi subyekt tərəfindən pul və borc öhdəliklərindən 
qismən  və  ya  tamamilə  imtina  edilməsi.  Ağır  maliyyə  böhranları 
zamanı  likvidlik  problemi  ilə  üzləşən  iqtisadi  subyektlər,  o  cümlədən 
dövlət  defolta  əl  ata  bilər.  Defolt  adətən  daha  çox  dövlət  borcu 
münasibətlərində müşahidə olunur. Aşağı inkişaf səviyyəli ölkələr fiskal 
imkanların məhdudluğu üzündən daxili borc öhdəlikli maliyyə alətlərinin 
geri alınmasından, eləcə də xarici borc öhdəliklərindən qismən, yaxud 
tam imtina etmiş olur ki, bu da dövlət borcunun defoltu adlanır.
Deklarant  (declarant)  –  gömrük  sərhədindən  mal  keçirən  və  malı 
gömrük rəsmiləşdirilməsi məqsədilə bəyan və təqdim edən şəxs. 
Denominasiya (denomination) – köhnə pul nişanlarının qəbul edilmiş 
nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya 
salınması  və  hesablaşmaların  asanlaşdırılması  məqsədilə  milli  pul 
vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə “sıfırların silinməsi” də 
deyilir.  Mal  və  xidmətlərin  qiymətləri,  tariflər,  əməkhaqqı,  pensiyalar, 
təqaüdlər,  idarə  və  müəssisələrin  balanslarında,  bank  hesablarında 
olan pul vəsaitlərinin qalığı da bu nisbətlə yenidən hesablanır.
Departament xərcləri limiti (departmental expenditure limits) – bəzi 
ölkələrdə  (məsələn,  Böyük  Britaniya)  dövlət  xərclərindən  mühüm 
hökumət departamentlərinə ayrılan 3 illik maliyyə vəsaitinin maksimum 
həddi.
Depozit (deposit) – müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon 
haqlar  ödənilməklə  və  ya  ödənilmədən  müştərilərin  (əmanətçilərin) 
tələbi  ilə  qaytarılmasını  və  ya  başqa  hesaba  köçürülməsini  nəzərdə 
tutan  bankın  balansında  aparılan  cari,  əmanət  (depozit)  və  ya  digər 
hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir.
Depozit  sertifikatı  (deposit  certification)    üzərində  göstərilən 
məbləğin  bank  tərəfindən  əmanətə  qəbul  edilməsini  bildirən  adsız 
qiymətli kağızdır. 
Depozit  seyfi  (depositary  safe)    xüsusi  avadanlıqla  təchiz  edilmiş 
otaqda  yerləşən  və  müxtəlif  qiymətlilərin  və  bu  kimi  sair  əşyaların 
saxlanılması üçün müştərilərə icarəyə verilən seyfdir.
Desentralizasiya  (decentralization)  –  mərkəzi  hakimiyyətdən 
yerli  hakimiyyətə  doğru  səlahiyyətlərin,  vəzifələrin,  məsuliyyətin 
və  resursların  hərəkətindən  ibarət  müasir  tendensiya.  Bu  zaman 
müvafiq  ərazi  problemləri  üzrə  qərarqəbuletmə,  planlaşdırma,  resurs 
fomalaşdırma  funksiyaları  məhz  həmin  ərazinin  insanlarından  ibarət 


1
D
yerli  idarəetmə  strukturlarına  ötürülür.  Desentralizasiyanı  zəruri  edən 
amillər:  mərkəzi  hakimiyyətin  funksiyalarının  kompleksləşməsi  və 
iş  yükünün  artması;  əhaliyə  göstərilən  xidmətləri  daha  da  effektiv 
etmək üçün qərar qəbulu və informaiya toplanması məsuliyyətinin və 
funksiyasının  əhaliyə,  problemli  məkana  yaxınlaşdırılması  zərurəti. 
Ölkədə desentralizasiyanın səviyyəsini müəyyən etmək üçün aşağıdakı 
kriteriyalardan istifadə olunur: yerli idarəetmə orqanlarının (ilk növbədə 
yerli özünüidarəetmə orqanlarının) funksiyalarının keyfiyyəti və həcmi; 
yerli  orqanların  xərclərinin  ölkədəki  məcmu  sosial  xərclərə  nisbəti; 
qərarqəbuletmədə  mərkəzi  və  yerli  orqanların  payı;  yerli  orqanların 
gəlirlərinin  məcmu  gəlirlərdəki  payı;  yerli  hakimiyyət  orqanlarında 
çalışanların ümumi məşğul əhaliyə nisbəti.
Desil əmsalı (decile coefficient) – gəlirlərin diferensiasiya göstəricisi. 
Əhalinin ən yüksək təminatlı 10%-nin gəlirləri ilə ən aztəminatlı 10%-nin 
gəlirləri arasındakı münasibətlə müqayisə ilə ifadə edilir. Əhali qrupları, 
eyni qayda ilə məlumatlar düzülərək 10 bərabər hissəyə bölünür. Təhlil 
və  müqayisə  üçün  eyni  göstəricilər  istehlak  xərclərinə  görə  də  alınır. 
Təqdim  olunan  yekunlarda  əhatə  olunmuş  göstəricilərin  əksəriyyəti 
beynəlxalq standartlara uyğunlaşdırılaraq Azərbaycanda ilk dəfə tətbiq 
olunmuşdur. Eyni zamanda göstəricilər ilk dəfə olaraq yüksək analitik 
keyfiyyətə  malik  olan  SPSS  proqram  paketindən  istifadə  əsasında 
işlənərək  yekun  cədvəlləri  alınmışdır.  Tədqiqatda  bütün  seçmə 
müşahidələrə xas olan bəzi göstəricilərin baş məcmudan orta məntiqi 
kənarlaşması  mövcuddur.  Eyni  zamanda  bəzi  göstəricilərin  statistik 
cəhətdən çatışmazlığı halları mövcuddur. Ev təsərrüfatları büdcələrinin 
seçmə tədqiqatı əhalinin həyat səviyyəsinin dövlət tərəfindən statistik 
müşahidə metodudur və “Azərbaycanda statistik işlərin reqlamenti”nə 
uyğun  olaraq  dövlət  statistika  orqanları  tərəfindən  aparılır.  Ev 
təsərrüfatları  büdcələrinin  seçmə  tədqiqatı  əhalinin  müxtəlif  qrup  və 
təbəqələrinin  həyat  səviyyəsi  haqqında  iqtisadi-statistik  məlumatlar 
almaq  üçün  keçirilir.  Onun  məlumatlarından  İstehlak  Qiymətləri 
İndeksinin hesablanmasında, Milli Hesablar Sisteminin aparılmasında, 
əhalinin həyat səviyyəsində baş verən dəyişikliklərin təhlil edilməsi və 
əhalinin  sosial  müdafiəsi  üçün  tədbirlər  sisteminin  hazırlanmasında 
geniş istifadə olunur. 
Dəqiqlik (büdcə prinsipi) (accuracy (budgetary principle))  əsasən 
büdcə  xərclərinin  lazım  olandan  çox  xərclənməyəcəyini  göstərir.  Bu 
prinsipə görə, əgər hər hansı bir xərc zəruri hesab edilməzsə, təxsisat 
büdcəyə daxil olmayacaq.
Dəmir üçbucaq (iron triangle) – üç qrupdan ibarət kooperasiya: birinci 
qrup səlahiyyət verir, ikinci qrup idarə edir, üçüncü qrup gəlir götürmək 
marağı olan qrupdur.


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə