1
B
Büdcədənkənar federal agentliklər (off-budget federal agencies) –
federasiya prinsipinə görə mövcud olan və idarə edilən agentliklərdir,
onların fiskal fəaliyyəti qanunamüvafiq olaraq ümumi büdcədən
çıxarılır.
– büdcədənkənar
dövlət gəlirlərinin və xərclərinin toplandığı və xərcləndiyi fondlar və
ya xüsusi hesablar. Belə fondlar orta hesabla inkişaf etmiş və inkişaf
etməkdə olan ölkələrin mərkəzləşmiş hökumət xərclərinin 40%-ni təmin
edir. Büdcədənkənar fondlar fiskal siyasətə, dövlət maliyyəsinin idarə
edilməsinə və makroiqtisadi sabitliyə təsir etmək imkanına malikdir.
Büdcədənkənar fondların
xərcləri
Sosial müdafiə
fondlarının xərcləri
ümumi
xərclərdə,
faizlə
ÜDM-də,
faizlə
ümumi
xərclərdə,
faizlə
ÜDM-də,
faizlə
İnkişaf
etmiş ölkələr
14.3
4.4
35.6
12.5
Keçid/inkişaf
etməkdə
olan ölkələr
13.2
2.8
26.2
5.4
Bütün ölkələr
13.4
3.1
30.2
8.4
Bu halda biz sosial müdafiə fondlarına büdcədənkənar fondların
bir növü kimi baxırıq və onlar ümumi xərclərin 30%-dən çoxunu
qarşılayır. Büdcədənkənar fondların öz məqsədinə görə digər növləri
aşağıdakılardır: xüsusi fondlar, inkişaf fondları, rezerv fondları, yığım
fondları, sabitləşdirmə fondları, humanitar fondlar, bərpa fondları,
məxfi fondlar, ticarət fondları. Fondların institusional-idarəetmə dizaynı
3 cür ola bilər: (a) fondlar maliyyə nazirlikləri və ya xəzinədarlıqlar
tərəfindən mərkəzləşmiş qaydada idarə oluna bilər; (b) fondlar xətti
nazirliklər və ya digər agentliklər tərəfindən idarə oluna bilər; (c)
fondlar avtonom agentlik kimi öz-özünü idarə edə bilər. Eyni zamanda,
büdcədənkənar fondlar
dövlət büdcəsi ilə yanaşı, vəsaiti icra orqanları
tərəfindən tənzimlənən və müəssisə, təşkilat və ev təsərrüfatlarından
daxil olan vəsaitin əvəzi ödənilmək və yenidən qruplaşdırılmaq üçün
əlavə ehtiyat mənbəyi sayılan ölkə miqyasında maliyyə ehtiyatlarının
təşkili formalarıdır. Sosial sığorta fondu büdcədənkənar fondların əsas
hissələrindən biridir.
Büdcədənkənar kəsir (off-budget deficit) – büdcədənkənar xərc və
gəlirlərdən yaranan kəsir.
Büdcədən və büdcədənkənar fondlardan maliyyələşdirmə (financing
from budget and extra-budgetary funds) – ölkədə iqtisadi və sosial
inkişaf üzrə dövlət proqramlarının həyata keçirilməsinə yönəldilmiş pul
vəsaitini göstərir.