LüĞƏTİ Müəllif qrupu



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə7/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   2   3   4   5   6   7   8   9   10   ...   53

0
B
Bonus  (bonus)    faydalı  qazıntıları  şirkətlərə  istismara  verdiyi  üçün 
həmin  ehtiyatların  üzərində  mülkiyyət  hüququnu  saxlayan  dövlətə 
buna  görə  ödənilən  vəsait.  Bonus  hasilatın  pay  bölgüsü  sazişlərinin 
imzalanması  və  ya  icrası  ilə  bağlı  hökumətə  ödənilən  mükafatdır. 
Bonuslar  adətən  mərhələlərlə  ödənilir.  Onun  bir  hissəsi  layihənin 
əvvəlində,  digər  hissəsi  isə  layihədə  müəyyən  mərhələlərə  çatdıqca 
ödənilir.  Adətən  hasilatın  pay  bölgüsü  (PSA)  tipli  müqavilələrdə 
bonuslar müqaviləyə daxil edilmir. Çünki onun daxil edilməsi halında 
bonusun hasilat başladıqdan sonra kompensasiyası məsələsi qaldırıla 
bilər. 
Borc  neytrallığı  (debt  neutrality)  –  borc  pul  götürməklə  maliyyə 
xərcləmələri  başqa  maliyyə  xərcləmələri  ilə  eyni  effekt  verəcəkdir. 
Korporativ investisiya və dövlət xərcləmələrində tətbiq edilmişdir.
Borcun  idarə  olunması  (public  debt  management)  –  dar  mənada 
borc vəsaitinin alınmasından, əsas borc və faizlərinin ödənərək borcun 
bağlanmasına qədər həyata keçirilən işlərin məcmusu. Geniş və elmi 
mənada isə pul və maliyyə siyasətindən ayrı olmaqla birlikdə, onlarla 
uyğunlaşdırılmış şəkildə aparılan borc siyasəti.
BOT  (build-operate-transfer)  –  “qur-işlət-ötür”  sistemi  olaraq 
dövlət  tərəfindən  müəyyən  olunan  bəzi  sahələrdə  özəl  şirkətlərin  öz 
investisiyaları  ilə  təsisat  yaratmasını,  həmin  təsisatın  müvafiq  şirkət 
tərəfindən bir müddət işlədilməsini, müqavilə müddəti qurtardıqda isə 
dövlətə əvəzsiz verməsini əhatə edən maliyyələşmə modeli.
Büdcə  (budget)  –  hər  maliyyə  ili  üçün  iqtisadi  subyektin  xərclərini 
və  gəlirlərini  əhatə  edən  illik  maliyyə  planıdır.  Bu,  gələcək  xərcləri 
və  gəlirləri,  onların  detallaşdırılmış  təsvir  və  tətbiqini  hesablayır. 
Sonuncuya büdcə qeydləri də daxildir.
Büdcə  avansı  (budget  advance)    hər  hansı  dövlət  xərcinin  icra 
edilməsi  üçün  büdcə  sənədlərinə  xərc  yazılmadan  ödənilən  nağd 
vəsaitdir.  Məsələn,  tenderi  udan  hər  hansı  bir  şirkətin  işə  başlaya 
bilməsi  üçün  ona  avans  verilir.
  Bu  avansın  qarşılığı  olan  iş  görülüb 
xərcləmə sənədləri təqdim edildikdə büdcəyə həmin xərclər yazılır və 
avans müqaviləsi bağlanır.
Büdcə boşaltması (budget discharge) – konkret olaraq AB-də Avropa 
Parlamentinin təklifləri və Auditorlar Palatasının deklarasiyası əsasında 
büdcə tapşırıqları dövrünün bağlanmasını bildirən qərarıdır. 


1
B
Büdcədənkənar  federal  agentliklər  (off-budget  federal  agencies)   
federasiya prinsipinə görə mövcud olan və idarə edilən agentliklərdir, 
onların  fiskal  fəaliyyəti  qanunamüvafiq  olaraq  ümumi  büdcədən 
çıxarılır.
Büdcədənkənar  fondlar  (extrabudgetary  funds)  –  büdcədənkənar 
dövlət  gəlirlərinin  və  xərclərinin  toplandığı  və  xərcləndiyi  fondlar  və 
ya xüsusi hesablar. Belə fondlar orta hesabla inkişaf etmiş və inkişaf 
etməkdə olan ölkələrin mərkəzləşmiş hökumət xərclərinin 40%-ni təmin 
edir. Büdcədənkənar fondlar fiskal siyasətə, dövlət maliyyəsinin idarə 
edilməsinə və makroiqtisadi sabitliyə təsir etmək imkanına malikdir. 
Büdcədənkənar fondların 
xərcləri
Sosial müdafiə 
fondlarının xərcləri
ümumi 
xərclərdə, 
faizlə
ÜDM-də, 
faizlə
ümumi 
xərclərdə, 
faizlə
ÜDM-də, 
faizlə
İnkişaf etmiş ölkələr
14.3
4.4
35.6
12.5
Keçid/inkişaf 
etməkdə olan ölkələr
13.2
2.8
26.2
5.4
Bütün ölkələr
13.4
3.1
30.2
8.4
Bu  halda  biz  sosial  müdafiə  fondlarına  büdcədənkənar  fondların 
bir  növü  kimi  baxırıq  və  onlar  ümumi  xərclərin  30%-dən  çoxunu 
qarşılayır. Büdcədənkənar fondların öz məqsədinə görə digər növləri 
aşağıdakılardır: xüsusi fondlar, inkişaf fondları, rezerv fondları, yığım 
fondları,  sabitləşdirmə  fondları,  humanitar  fondlar,  bərpa  fondları, 
məxfi fondlar, ticarət fondları. Fondların institusional-idarəetmə dizaynı 
3  cür  ola  bilər:  (a)  fondlar  maliyyə  nazirlikləri  və  ya  xəzinədarlıqlar 
tərəfindən  mərkəzləşmiş  qaydada  idarə  oluna  bilər;  (b)  fondlar  xətti 
nazirliklər  və  ya  digər  agentliklər  tərəfindən  idarə  oluna  bilər;  (c) 
fondlar avtonom agentlik kimi öz-özünü idarə edə bilər. Eyni zamanda, 
büdcədənkənar fondlar
 dövlət büdcəsi ilə yanaşı, vəsaiti icra orqanları 
tərəfindən tənzimlənən və müəssisə, təşkilat və ev təsərrüfatlarından 
daxil  olan  vəsaitin  əvəzi  ödənilmək  və  yenidən  qruplaşdırılmaq  üçün 
əlavə ehtiyat mənbəyi sayılan ölkə miqyasında maliyyə ehtiyatlarının 
təşkili formalarıdır. Sosial sığorta fondu büdcədənkənar fondların əsas 
hissələrindən biridir. 
Büdcədənkənar  kəsir  (off-budget  deficit)  –  büdcədənkənar  xərc  və 
gəlirlərdən yaranan kəsir.
Büdcədən və büdcədənkənar fondlardan maliyyələşdirmə (financing 
from budget and extra-budgetary funds) – ölkədə iqtisadi və sosial 
inkişaf üzrə dövlət proqramlarının həyata keçirilməsinə yönəldilmiş pul 
vəsaitini göstərir. 



B
Büdcə  hakimiyyəti  (budgetary  authority)  –  büdcə  məsələləri  ilə 
qərar  verə  bilən  institutlar  –  (məsələn, Avropa  Birliyində  bu, Avropa 
Parlamenti və Nazirlər Şurasıdır).
Büdcə hesabı (budget account) – hər hansı məqsədlərin reallaşması 
üçün dövlət tərəfindən birbaşa maliyyələşdirilən müəssisənin, təşkilatın 
bank  hesabı.  Həmin  müəssisə  bu  hesabdan  yalnız  nəzərdə  tutulan 
məqsədlər üçün istifadə edə bilər.
Büdcə xərcləmələrinə nəzarət (control on budget expenditure)  əsasən 
iki  növü  fərqləndirilir:  (a)  daxili  nəzarət  (Maliyyə  Nazirliyinin  və  digər 
icra qurumlarının daxili audit bölmələri); (b) kənar nəzarət (Hesablama 
Palatası).  Dövlət  maliyyə  nəzarətinin  formaları:  ilkin,  cari  (operativ), 
sonrakı  nəzarət.  Dövlət  maliyyə  nəzarətinin  metodları:  təftiş,  audit, 
yoxlama, monitorinq, ekspertiza. 
Büdcə  intizamı  (budgetary  discipline)  –  çoxillik  büdcə  planının 
əsas  məqsədidir.  Bununla  büdcə  qəbul  olunarkən  büdcə  xərcləri 
məhdudiyyətlərinə 
büdcə 
hakimiyyəti 
tərəfindən 
hörmətlə 
yanaşılmasına nail olunur. Bu tərzdə dövlət xərclərinin inkişafı bir neçə 
il boyunca idarə edilir.
Büdcə  məhdudiyyəti  (budget  constraint)  –  alıcının  gəlirinə  və 
qiymətlərə uyğun etdiyi seçim.
Büdcə nəzarəti (budgetary control) – büdcə gəlir və xərclərinin qarşıya 
qoyulan  məqsədlər  yönümündə  realizasiyasını  yoxlamaq  və  zəruri 
tədbirləri  vaxtında  həyata  keçirməyi  nəzərdə  tutan  tədbirlər  sistemi. 
Beynəlxalq  təcrübədə  müəssisə  səviyyəsində  cari  və  gözlənilən 
xərcləri  də  əhatə  edən  büdcə-nəzarət  bəyannamələri  hər  həftə  dərc 
olunmalıdır.
Büdcənin icrası, kassa icrası (budget execution)  dövlət büdcəsinin 
kassa icrası Maliyyə Nazirliyinin tabeliyindəki Baş Dövlət Xəzinədarlığı 
vasitəsilə həyata keçirilir. Dövlət xəzinədarlığının öhdəsində olan nağd 
pul vəsaiti onun müvəkkil banklardakı vahid hesabında saxlanılır. Vahid 
xəzinə hesabının idarə edilməsinin və bu hesabdan vəsaitin silinməsinə 
sərəncam  verilməsinin  müstəsna  səlahiyyəti  dövlət  xəzinədarlığına 
məxsusdur. Büdcə təşkilatları əldə etdikləri büdcə və büdcədənkənar 
gəlirləri tam həcmdə və vaxtında vahid xəzinə hesabına köçürməlidirlər. 
Dövlət büdcəsinin icrası barədə aylıq hesabat hesabat ayından sonrakı 
ayın 25-dək tərtib olunur və müvafiq icra hakimiyyəti orqanlarına təqdim 
edilir.  Dövlət  büdcəsinin  icrası  barədə  rüblük  hesabat  növbəti  rübün 
birinci ayının sonunadək Azərbaycan Respublikasının Milli Məclisinə və 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə