LüĞƏTİ Müəllif qrupu


Dövlət  qısamüddətli  istiqrazları  (DQİ)  (short-term  state  loans)



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə15/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

1
D
Dövlət  qısamüddətli  istiqrazları  (DQİ)  (short-term  state  loans)  – 
Maliyyə  Nazirliyi  və  ya  digər  səlahiyyətli  orqan  tərəfindən  buraxılan 
güzəştli və müəyyən dövriyyə müddəti olan (1 ilədək) qiymətli kağızdır. 
İstiqrazların parametrləri Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir. 
DQİ-nin ilkin və təkrar bazarda yerləşdirilməsi Fond Birjasında həyata 
keçirilir.  Dövlət  istiqrazlarının  və  digər  qiymətli  kağızların  satışından 
daxilolmalar  aşağıdakılardır:  ölkənin  daxili  uduş  istiqrazlarının 
satışından  daxilolmalar;  əhali  arasında  yayılan  dövlət  xəzinədarlıq 
öhdəlikləri; qısamüddətli dövlət istiqrazları; sair daxilolmalar. 
Dövlət qiymətli kağızları (state securities) – hökumətin dövlət adından 
dövriyyəyə  buraxdığı  müddətli  borc  öhdəlikləridir.  Məsələn,  Maliyyə 
Nazirliyi  büdcə  kəsirini  örtmək  üçün  qısamüddətli  istiqrazlar  buraxır. 
Dövlət qiymətli kağızları yerli və xarici hüquqi və fiziki şəxslərə satıla 
bilər.  Dövlət  qiymətli  kağızları  müəyyənləşdirilmiş  vaxtda  sahibinə 
istiqrazların  nominal  dəyərinin  alınmasına  hüquq  verən  dövlət  borc 
iltizamıdır. 
Dövlətin maliyyə nəzarəti (public finance control) – dövlət büdcəsinin 
və  büdcədənkənar  dövlət  fondlarının  vaxtında  icra  edilməsi,  pul 
tədavülünün təşkili, kredit resurslarından istifadə, daxili və xarici dövlət 
borcunun və dövlət ehtiyatlarının vəziyyəti, maliyyə və vergi güzəştləri 
və üstünlükləri üzərində dövlət nəzarətini nəzərdə tutur. Müasir dövrdə 
bir  sıra  Qərb  mənbələrində  də  maliyyə  nəzarəti  “audit”  anlayışı  ilə 
assosiasiya edilir. Bu zaman onun 3 növü fərqləndirilir: maliyyə auditi 
(financial audit); icra fəaliyyətinin auditi (performance audit); effektivliyin 
auditi  (“value  for  money”  audit).  Əgər  birincidə  yalnız  maliyyə 
əməliyyatlarının  və  xərcləmələrin  qanuniliyi  və  mühasibat  uçotunda 
düzgün  əks  olunması  yoxlanılırsa,  ikincidə  maliyyə  vəsaitindən  nə 
dərəcədə  qənaətcil,  səmərəli  və  nəticəli  istifadə  (“3  E”  prinsipi)  ön 
plana keçir. Dövlət vəsaitindən effektli istifadənin yoxlanılması 3 əsas 
mərhələdən ibarətdir: yoxlamanın planlaşdırılması; yoxlamanın həyata 
keçirilməsi; yoxlamanın nəticələri haqqında hesabatın hazırlanması.
Dövlət  maliyyə  nəzarətinin  formaları  (forms  of  public  finance 
control)    maliyyə  nəzarəti  üzrə  kompleks  tədbirlərin  effektli  həyata 
keçirilməsi  üçün  onun  mövcud  iqtisadi  şəraitə  adekvat  olması  və 
bu  şəraiti  nəzərə  alması  çox  vacibdir.  Büdcə  prosesinin  ayrı-ayrı 
mərhələlərinin və komponentlərinin yoxlanılması və bütövlükdə onlara 
nəzarət  forma  baxımından  konkret  klassifikasiyaya  bölünür.  Büdcə 
prosesinin  mərhələli  nəzarət  sistemi  aşağıdakı  kimi  klassifikasiya 
olunur: ilkin nəzarət büdcə layihəsinin hazırlanması, onun müzakirəsi 
və  təsdiqi  mərhələsinə  aiddir.  İlk  baxışdan  mücərrəd  görünən  bu 
nəzarət növü, əslində, çox vacib bir işin – büdcənin ayrı-ayrı sahələr 



D
və  onlara  məsul  instansiyalar  tərəfindən  ortalığa  çıxarılan  ehtiyaclar 
bir daha nəzərdən keçirilir və büdcə layihəsinin hazırlanması zamanı 
müxtəlif  şişirdilmələrin  qabağı  alınır.  Təəssüflə  qeyd  edilməlidir  ki, 
Azərbaycanda büdcə prosesinin bu mərhələsinə nəzarət hələ kifayət 
qədər amorf şəkildə həyata keçirilir və nəticə etibarilə növbəti ilin büdcə 
ehtiyacları  hökumət  səviyyəsində  əldə  edilmiş  razılığın  (konsensus) 
nəticəsi kimi öz əksini tapır. Cari (operativ) nəzarət əslində bütövlükdə 
büdcəyə nəzarətin əsas bel sütunu kimi ən geniş yayılmış mərhələsidir. 
Büdcənin icrası cəmiyyət və dövlət üçün nə qədər vacib və taleyüklü 
bir  məsələdirsə,  həmin  prosesə  nəzarət  də  bir  o  qədər  önəmli  işdir. 
Büdcənin  icrası  prosesi  kifayət  qədər  çoxşaxəli  və  mürəkkəb  bir 
proses  olduğundan  ona  nəzarət  də  olduqca  böyük  zəhmət,  bilik  və 
bacarıq və çox halda siyasi iradə tələb edir. Bütün bu işləri səmərəli 
şəkildə  həyata  keçirmək  üçün  dövlət  maliyyə  nəzarəti  sistemi  işlək 
və  çevik  olmalıdır.  Azərbaycanda  büdcənin  icrasına  nəzarət  tam 
qənaətbəxş səviyyədə olmasa da, son illər Hesablama Palatasının yeni 
təşəbbüsləri  sayəsində  bu  istiqamətdə  aktivlik  nəzərə  çarpmaqdadır. 
Sonrakı nəzarət əsas etibarilə artıq sona çatmış maliyyə ili büdcəsinin 
yoxlanılması  ilə  bağlıdır.  Bu  mərhələdə  ilk  öncə  büdcənin  ayrı-ayrı 
istiqamətləri üzrə icranın onun planlaşdırılmış səviyyəsinə uyğunluğu, 
əgər fərq qeydə alınıbsa, onun səbəbləri və s. araşdırılır. O cümlədən 
büdcənin icrasının səmərəliliyi də nəzərdən keçirilir ki, bu da növbəti 
ilin  büdcəsinin  hazırlanmasında  böyük  əhəmiyyət  daşıyır.  Maliyyə 
nəzarətinin  subyektləri  müxtəlifdir.  İlk  öncə  onlara  dövlət  idarəetmə 
orqanları  (prezident,  hökumət,  parlament,  vergi  orqanları,  digər 
ixtisaslaşmış  maliyyə-yoxlama  strukturları),  o  cümlədən  nazirliklərin 
daxili yoxlama qurumları, müəssisələrin iqtisadi-maliyyə idarələri, audit 
yoxlamaları,  qeyri-hökumət  təşkilatları  və  s.  Dövlət  maliyyə  nəzarəti 
həm  də  kənar  nəzarət  və  daxili  nəzarət  kimi  təsnifləşdirilir.  Kənar 
nəzarət  xüsusi  olaraq  yaradılmış  və  nəzarət  obyektindən  funksional, 
təşkilati  asılılığı  olmayan  dövlət  maliyyə  orqanları  tərəfindən  icra 
hakimiyyəti  orqanlarının  fəaliyyətləri  üzərində  maliyyə  nəzarətini 
təmin etmək məqsədilə həyata keçirilir. Daxili nəzarət icra hakimiyyəti 
orqanlarının  fəaliyyətləri  üzərində  maliyyə  nəzarətini  təmin  etmək 
məqsədilə həmin orqanlar tərəfindən xüsusi olaraq yaradılmış qurum 
tərəfindən aparılır.
Dövlət maliyyə nəzarətinin həyata keçirilməsi prinsipləri (principles 
of  public  finance  control  implementation)    dövlət  maliyyə 
nəzarətinin  həyata  keçirilməsi  aşağıdakı  prinsiplərə  əsaslanır:  dövlət 
maliyyə nəzarətini həyata keçirən nəzarət orqanları və onların vəzifəli 
şəxsləri  tərəfindən  mövcud  qanunvericilikdə  müəyyən  olunmuş 
normalara  və  qaydalara  tam  əməl  edilməsi  ilə  qanunilik;  nəzarətin 
həyata keçirilməsi zamanı qərəzsizliyi müəyyən edilmiş nəticələrin və 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə