LüĞƏTİ Müəllif qrupu


Aktiv  və  passiv  rüşvətxorluq  (active  and  passive  bribery)



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə2/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   2   3   4   5   6   7   8   9   ...   53


A
Aktiv  və  passiv  rüşvətxorluq  (active  and  passive  bribery)  –  aktiv 
rüşvətxorluq  rüşvət  verən  və  ya  verməyə  söz  verən  şəxs  tərəfindən 
törədilən  cinayətdir.  Passiv  rüşvətxorluq  rüşvət  alan  tərəfindən 
törədilən cinayətdir. Aktiv rüşvətxorluq təklif tərəfində, passiv isə tələb 
tərəfində  baş  verir.  Hüquqi  jarqonda  (misal  üçün,  Korrupsiya  üzrə 
Avropa Şurası Cinayət Hüququ) ictimai məmurların aktiv rüşvətxorluğu 
rüşvət sözvermə, təklifetmə və ya rüşvətvermə kimi təyin edilir. Passiv 
rüşvətxorluq isə rüşvət qəbul etmə kimi təyin edilir. Bu vacibdir ki, aktiv 
rüşvətxorluq  heç  də  həmişə  rüşvət  verənin  təşəbbüsünü  bildirmir. 
Rüşvət  alan  adam  tez-tez  birinci  tələb  edir.  O,  sövdələşmənin  fəal 
tərəfi olur.
Alınmış istiqrazlar üzrə müəssisələrin borcları (company debts for 
borrowed bonds) – başqa müəssisə və təşkilatlardan (banklar istisna 
olmaqla) alınmış istiqrazlar üzrə borcların məbləğini əks etdirir. 
Alınmış rəsmi transferlər (received official transfers)  digər dövlət 
idarəetmə  orqanlarından  və  beynəlxalq  təşkilatlardan  alınmış  bütün 
qaytarılmayan,  əvəzsiz  ödəmələrdir.  Buraya  xüsusi  layihələrin  və  ya 
proqramların  tətbiqi,  əsas  büdcəyə  və  ya  istənilən  digər  məqsədə 
kömək göstərilməsi üçün nəzərdə tutulmuş təzminatlar və hədiyyələr 
də daxildir.
Ali Audit İnstitutlarının Beynəlxalq Təşkilatı (International Organi-
zation Of Supreme Audit Institutions  INTOSAI)  INTOSAI BMT-
yə və ya onun ixtisaslaşmış agentliklərinə üzv olan ölkələrin ali audit 
institutlarının peşəkar beynəlxalq təşkilatıdır. INTOSAI 1953-cü ildə o 
dövrdə Kubanın Ali Audit Təşkilatının rəhbəri olan Emiliyo Fernandez 
Kamusun  təşəbbüsü  ilə  formalaşıb.  Həmin  vaxt  34  ölkənin  ali  audit 
institutunun iştirakı ilə Kubada INTOSAI-nin I konqresi keçirilmişdir. Bu 
gün isə təşkilatın 186 üzvü vardır. INTOSAI muxtar, müstəqil və qeyri-
siyasi təşkilatdır. O, BMT-nin İqtisadi və Sosial Şurası yanında xüsusi 
konsultativ  statusa  malik  qeyri-hökumət  təşkilatıdır.  Bir  çox  onilliklər 
ərzində  təşkilatın  Baş  Katibliyinə Avstriya Audit  Təşkilatı  ev  sahibliyi 
etmişdir. Hal-hazırda da təşkilatın mənzil-qərargahı Vyanadadır. 1977-
ci ildə INTOSAI Lima Deklarasiyasını qəbul etmişdir. Bu sənəd təşkilatın 
əsas  konseptual  və  fəlsəfi  yanaşmasını,  xüsusi  vurğulanan  müstəqil 
və demokratik dəyərlərini aydınlaşdırır. Dövlət sektorunun auditi üzrə 
beynəlxalq  miqyasda  tanınmış  lider  təşkilat  olaraq  INTOSAI  maliyyə 
idarəetməsi  və  digər  əlaqəli  sahələrdə  beynəlxalq  rəhbər  sənədlər 
hazırlayır,  müvafiq  metodologiyaları  inkişaf  etdirir,  təlimlər  hazırlayır 
və üzvlər arasında informasiya mübadiləsini təmin edir. INTOSAI-nin 5 
rəsmi dili mövcuddur: ərəb, ingilis, fransız, alman və ispan. INTOSAI-nin 
ən gənc regional İşçi Qrupu 1990-cı ildə Berlin Deklarasiyası əsasında 



A
I Madrid konqresində formalaşan Avropa Ali Audit İnstitutlarının Təşkilatı 
olan EUROSAI-dir. EUROSAI-nin hazırda 47 üzvü vardır ki, bunlar 46 
Avropa  ölkəsinin  ali  audit  institutları  və Avropa Auditorlar  Palatasıdır. 
EUROSAI-nin  məqsədləri:  üzvlər  arasında  peşəkar  əməkdaşlığın 
inkişafı;  informasiya  və  sənədləşmə  mübadiləsinin  təşviqi;  maliyyə 
nəzarətində  istifadə  olunan  anlayışların  harmonizasiyası;  peşəkar 
maliyyə nəzarətçilərinin və auditorların hazırlanması.
Amortizasiya (amortization)  vaxt keçdikcə meydana gələn aşınma 
nəticəsində aktivlərin real dəyərinin getdikcə azalması.
Anderraytinq  (underwriting)  –  yeni  buraxılmış  qiymətli  kağızların 
investisiya  şirkətləri,  broker  firmaları,  yaxud  banklar  tərəfindən  ilkin 
bazarda yerləşdirilməsi.
Annuitet (annuity) – investora müəyyən müddətdən sonra (məsələn, 
pensiyaya  çıxdıqdan  sonra)  müntəzəm  gəlir  gətirmək  imkanı  verən 
investisiyalar. Əsasən bu vəsait pensiya və sığorta fondlarına qoyulan 
vəsaitlərdir.
Antidempinq rüsumları (anti-dumping duties) – antidempinq rüsum-
ları  idxal  olunan  malların  qiyməti  Azərbaycan  Respublikası  gömrük 
ərazisinə  gətirildiyi  anda  ixrac  olunduğu  ölkədəki  real  dəyərindən 
xeyli  aşağı  olduqda  və  belə  bir  idxal  bu  qəbildən  olan  malların  yerli 
istehsalçılarına  ziyan  vurduqda  və  ya  bu  hal  istisna  edilmədikdə, 
Azərbaycan  Respublikasında  onların  istehsalının  təşkilinə  və  ya 
genişləndirilməsinə maneçilik törədildikdə tətbiq edilir.
Antiinhisar siyasəti (antimonopoly policy) – inhisarçılıq fəaliyyətinin 
qarşısının  alınması,  məhdudlaşdırılması,  aradan  qaldırılması  üzrə 
dövlət siyasətidir. Antiinhisar siyasətinin tərkib hissəsi olan tənzimləmə 
tədbirlərindən aşağıdakıları qeyd etmək olar:
1)  İnhisarçı  təsərrüfat  subyektlərinin  məhsullarının  (xidmətlərinin) 
qiymətləri üzərində dövlət nəzarətinin müəyyən olunması, bəzi hallarda 
isə maksimal qiymətin müəyyən edilməsi.
2)  Təsərrüfat  subyektlərinin  birləşdirilməsinə  və  qovuşmasına  dövlət 
nəzarəti.
3)  Təsərrüfat  subyektlərinin  gəlirlərindən  tutulan  vergilərə  onların 
bazardakı  payına  uyğun  olaraq  mütərəqqi  vergi  dərəcələrinin  tətbiq 
edilməsi.
4)  Barter  əməliyyatlarının  qadağan  edilməsi  və  kredit  verilməsi 
şərtlərinin sərtləşdirilməsi.
5) İnhisarçı təsərrüfat subyektlərinə dövlət köməyinin bütün növlərinin 
dayandırılması,  xüsusi  hallarda  həmin  müəssisələrin  məcburi 
bölünməsinin təşkili.


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə