LüĞƏTİ Müəllif qrupu



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə4/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   2   3   4   5   6   7   8   9   ...   53

11
A
yaratmaq,  maliyyə  ehtiyatlarını  müxtəlif  səviyyəli  büdcələr  arasında 
bölüşdürmək  vasitəsilə  büdcələrin  qarşılıqlı  əlaqəsinə  əsaslanır. 
Büdcə  sisteminin  vahidliyi  eyni  büdcə  təsnifatı,  büdcə  sənədləri  və 
formalarından  istifadə  olunması,  büdcələrin  icrasına  dair  müntəzəm 
hesabatın və icmal büdcə hesabatının hazırlanması və qanunvericiliklə 
müəyyən olunmuş qaydada təqdim edilməsi yolu ilə təmin edilir.
İllər
2002
2003
2004
2005
2006
2007
2008
ÜDM-in 
dinamikası (%) 10.6
11.2
10.2
26.4
34.5
25.4
18.2
İnflyasiya 
səviyyəsi (%)
3.3
2.2
6.7
9.7
8.3
16.7
21.2
Dövlət 
büdcəsinin 
gəlirləri (mln.
AZN)
910.2 1225.5 1481.2 2055.2 3881.2 6006.6 10484
Dövlət 
büdcəsinin 
xərcləri (mln.
AZN)
931.7 1234.0 1501.0 2140.7 3789.7 6086.2 11060.6
Dövlət Neft 
Fondunun 
gəlirləri (mln.
AZN)
176
244
185.8
215.6
986
1886.2 10144.7
Dövlət Neft 
Fondunun 
xərcləri (mln.
AZN)
30.8
243.6
168.7
214.6
981.4 1061.2 4380.9
Dövlət Neft 
Fondundan 
dövlət 
büdcəsinə 
transferlər 
(mln.AZN)
-
100
130
150
585
585
3800
Neft gəlirləri 
(mlrd.dol.)
-
-
-
-
2.97
5.36
15.55
Yoxsulluq 
səviyyəsi (%)
46.7
44.7
40.2
29.3
20.8
18 – 20
15
Azərbaycan Respublikasının Dövlət Neft Fondu (State Oil Fund of 
Azerbaijan Republic) – büdcədənkənar dövlət fondudur. Azərbaycan 
Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli 240 saylı Fər-
manı  ilə  neft  yataqlarının  xarici  şirkətlərlə  birgə  işlənməsindən  əldə 
edilən  mənfəət  neftinin  satışından  daxil  olan  valyuta  vəsaitlərinin  və 


1
A
digər gəlirlərin toplanması və səmərəli idarə edilməsi, həmin vəsaitlərin 
öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət 
kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək 
məqsədilə  yaradılmışdır.  ARDNF  büdcədənkənar  dövlət  təsisatı 
olmaqla hüquqi şəxsdir, yalnız Azərbaycan Respublikasının Prezidenti 
qarşısında  hesabat  verir  və  məsuliyyət  daşıyır.  ARDNF-in  gəlirləri 
aşağıdakı mənbələr hesabına formalaşır: Azərbaycan Respublikasının 
Dövlət  Neft  Şirkəti  və  ya  səlahiyyətli  dövlət  orqanı  ilə  sərmayəçilər 
arasında  bağlanmış,  Azərbaycan  Respublikasında,  o  cümlədən 
Xəzər  dənizinin  (gölünün)  Azərbaycan  Respublikasına  mənsub  olan 
bölməsində  neftin  və  qazın  kəşfiyyatı,  işlənməsi  və  hasilatın  pay 
bölgüsünə  dair  sazişlərin  həyata  keçirilməsindən  əldə  edilən  gəlirlər; 
Fondun  aktivlərinin  yerləşdirilməsindən  və  idarə  olunmasından  əldə 
edilən gəlirlər, o cümlədən faiz gəlirləri, dividendlər, valyuta aktivlərinin 
yenidən qiymətləndirilməsindən alınan gəlirlər və sair; qrantlar və digər 
təmənnasız  yardımlar;  qanunvericiliyə  uyğun  olaraq  digər  gəlirlər  və 
daxilolmalar.  2008-ci il  iyunun 30-na  Fondda 5 488  milyon  manat 
(6 762,1 milyon ABŞ dolları) vəsait olub.
Azərbaycan  Respublikasının  Dövlət  Sosial  Müdafiə  Fondu  (State 
Social Protection Fund of Azerbaijan Republic) – büdcədənkənar 
dövlət  fondudur.  Əhalinin  ayrı-ayrı  təbəqələrinin  sosial  müdafiəsini 
təşkil  etmək  məqsədilə  mərkəzləşdirilmiş  pul  fondunun  yaradılması 
və  istifadəsi  formasıdır,  fondun  gəlirləri  məcburi  dövlət  sosial  sığorta 
haqları  və  dövlət  büdcəsindən  ayırmalar  (transferlər)  hesabına 
formalaşır.  Fondun  başlıca  xərc  istiqamətləri  aşağıdakılardır:  1. 
Əhaliyə  ödənişiər  (pensiyaların  ödənilməsi;  sosial  pensiyaçıların  və 
onlara  bərabər  tutulanların  pensiyalarının  ödənilməsi;  müavinətlərin 
ödənilməsi);  2.  Sığorta  olunanların  sanatoriya-kurort  müalicəsi  və 
sağlamlaşdırma  tədbirlərinin  həyata  keçirilməsi  üzrə  Azərbaycan 
Həmkarlar İttifaqı Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər; 
3. Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının 
aparılması üzrə xidmət haqqı xərcləri; 4. Məşğulluq tədbirlərinin həyata 
keçirilməsi,  məşğulluq  orqanlarının  saxlanılması  xərcləri;  5.  Əlillərin 
sosiaf  müdafiəsi  tədbirlərinin  həyata  keçirilməsi  və  əlillərin  sosial 
müdafiəsi  orqanlarının  saxlanılması  xərcləri;  6.  Sığorta  olunanların 
fərdi uçot sisteminin tədbiqi ilə bağlı xərclər və s.
Azərbaycan  Respublikası  ərazisindən  tranzit  (transit  through 
the  territory  of  Azerbaijan  Republic)  –  gömrük  qanunvericiliyi  ilə 
müəyyən  edilmiş  qaydada Azərbaycan  Respublikası  sərhədindəki  iki 
məntəqə arasında Azərbaycan Respublikası ərazisi ilə daşıma.


1
A
Azərbaycan  Respublikasının  gömrük  tarifi  (custom  duty  tariff  of 
the  Azerbaijan  Republic)  –  Azərbaycan  Respublikasının  gömrük 
sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin 
əmtəə  nomenklaturasına  uyğun  olaraq  sistemləşdirilmiş  gömrük 
rüsumu dərəcələrinin məcmusudur.
Azərbaycan  Respublikası  Nazirlər  Kabineti  (Cabinet  of  Ministries 
of the Azerbaijan Republic) – Azərbaycan Respublikasının Prezidenti 
tərəfindən  onun  icra  səlahiyyətlərinin  həyata  keçirilməsinin  təşkili 
məqsədilə  yaradılan,  öz  fəaliyyətində  birbaşa  Prezidentə  tabe  və 
onun  qarşısında  cavabdeh  olan,  iş  qaydası  Prezident  tərəfindən 
müəyyənləşən  yuxarı  icra  orqanıdır.  Nazirlər  Kabinetinin  tərkibinə 
Azərbaycan  Respublikasının  Baş  naziri,  onun  müavinləri,  nazirlər  və 
başqa  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  rəhbərləri  daxildir.  Onun 
iclaslarına, bir qayda olaraq, Baş nazir sədrlik edir. Baş nazir isə, öz 
növbəsində,  Milli  Məclisin  razılığı  ilə  Prezident  tərəfindən  təyin  edilir. 
Ümumi  qaydalar  müəyyən  etdikdə  Nazirlər  Kabineti  qərarlar,  başqa 
məsələlər üzrə sərəncamlar qəbul edir. Nazirlər Kabineti dövlət büdcəsi 
layihəsini  hazırlayıb  Prezidentə  təqdim  edir,  dövlət  büdcəsi  icrasını 
təmin edir, maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin 
edir,  dövlət  iqtisadi  proqramlarının  həyata  keçirilməsini  təmin  edir, 
dövlət  sosial  təminat  proqramlarının  həyata  keçirilməsini  təmin  edir, 
nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, 
onların aktlarını ləğv edir.
Azərbaycan  Respublikasının  pul  vahidi  (currency  of  Azerbaijan 
Republic)  –  Azərbaycan  Respublikasının  pul  vahidi  manatdır. 
Azərbaycan  Respublikasının  ərazisində  manatdan  başqa  pul 
vahidlərinin  ödəniş  vasitəsi  kimi  işlədilməsi  qadağandır.  Manatın 
emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna 
mülkiyyətində olan Milli Banka mənsubdur. 
Azərbaycan  Respublikasında  vergi  sistemi  (tax  system  of  the 
Azerbaijan  Republic)  –  Azərbaycan  Respublikasında  aşağıdakı 
vergilər müəyyən edilir və ödənilir: dövlət vergiləri; muxtar respublika 
vergiləri;  yerli  vergilər  (bələdiyyə  vergiləri).  Dövlət  vergiləri  dedikdə 
Vergi  Məcəlləsi  ilə  müəyyən  edilən  və  Azərbaycan  Respublikasının 
bütün  ərazisində  ödənilməli  olan  vergilər  nəzərdə  tutulur.  Muxtar 
respublika  vergiləri  dedikdə,  Naxçıvan  Muxtar  Respublikasında  bu 
məcəlləyə müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının qanunları 
ilə  müəyyən  edilən  və  Naxçıvan  Muxtar  Respublikasında  ödənilən 
vergilər  nəzərdə  tutulur.  Yerli  vergilər  (bələdiyyə  vergiləri)  dedikdə, 
bu  məcəllədə  və  müvafiq  qanunla  müəyyən  edilən,  bələdiyyələrin 
qərarlarına  əsasən  tətbiq  edilən  və  bələdiyyələrin  ərazilərində 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə