LüĞƏTİ Müəllif qrupu


Diferensial vergiyə cəlbolunma (differential tax incidence)



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə11/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   7   8   9   10   11   12   13   14   ...   53


D
Diferensial vergiyə cəlbolunma (differential tax incidence) – dövlət 
xərcləri  sabit  saxlayarkən  vergi  gəlirlərinin  bölüşdürülməsi  dəyişikliyi 
effekti.
Digər banklara verilən kreditlər (credits to other banks)  qaytarılmaq, 
təcililik,  təminatlılıq  və  öhdəçilik  şərti  ilə  digər  banklara  verilən  pulun 
məbləğini göstərir. 
Dividendlər  (dividends)    səhmdar  cəmiyyətin  mənfəətinin  hər  il 
səhmdarlara ödənilən hissəsi. Sahib olunan səhmlərə uyğun dividend 
ödənilir. Yəni dividendlər hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) 
və  yaxud  səhmdarlarının  xeyrinə  xalis  mənfəətinin  (sadələşdirilmiş 
vergi  ödəyiciləri  tərəfindən  vergi  və  xərclər  çıxıldıqdan  sonra  gəlirin) 
bölüşdürülməsi  ilə  bağlı  pul  və  ya  digər  ödəmələr  şəklində  etdiyi 
ödənişdir.  Hüquqi  şəxsin  ləğvi  ilə  bağlı  əmlakın  bölüşdürülməsi 
nəticəsində  əldə  edilən  gəlir,  həmçinin  səhmdarların  səhmlərinin 
faiz  nisbətini  dəyişdirməyən  səhmlərin  bölüşdürülməsi,  səhmlərin 
(hissələrin,  payların)  nominal  dəyəri  hüdudlarında  geri  alınması  ilə 
bağlı edilən ödənişlər dividend sayılmır. 
Dolayı  vergilər  (indirect  taxes)    əmtəə  və  xidmətlərin  tarif  və 
ya  qiymətlərinə  edilən  əlavələrdən  tutulan  vergilərdir.  Əmtəənin 
mülkiyyətçisi və xidmət göstərən şəxs vergiyığan hesab olunur. Belə 
ki, onun ödəyicisi kimi xidməti və ya məhsulu onun öz qiymətindən və 
ya maya dəyərindən yuxarı qiymətdə alan istehlakçı çıxış edir. 
Dotasiya  (dotation)    dövlət  büdcəsindən  digər  səviyyəli  büdcələrə 
(məsələn, Azərbaycan Respublikasının dövlət büdcəsindən Naxçıvan 
MR büdcəsinə və yerli büdcələrə) onların gəlir və xərclərini tənzimləmək 
məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir.
Dövlət,  bələdiyyə  müəssisə-təşkilatlarının  özəlləşdirilməsindən 
gəlirlər  (revenues  from  privatization  of  state,  municipal 
institutions/organizations)    özəlləşdirmə  obyektlərinın  satışından 
əldə  edilən  bütün  gəlirləri  və  özəlləşdirmə  nəticəsində  daxilolmaları 
əks etdirir. 
Dövlət borcalması (public borrowing) – rəsmi qanunvericiliyə əsasən, 
Azərbaycan  Respublikası  adından  Azərbaycan  Respublikasının 
rezidentləri  və  qeyri-rezidentləri  tərəfindən  qaytarılma  şərtləri 
borcverənlə  razılaşdırılmaqla  müəyyən  müddətə  maliyyə  vəsaitinin 
cəlb  edilməsi.  Xarici  dövlət  borcu,  rəsmi  qanunvericiliyə  əsasən, 
Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının qeyri-
rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc.



D
Dövlət  borcalmalarının  məqsədi  (purpose  of  public  indebtedness)  – 
dövlət borcalmaları ölkənin sosial-iqtisadi inkişafına yönəldilmiş proqramların 
həyata  keçirilməsini  təmin  etmək,  dövlət  büdcəsinin  kəsirini  örtmək, 
dövlət investisiyalarını maliyyələşdirmək və Azərbaycan Respublikasının 
qanunvericiliyi  ilə  müəyyənləşdirilən  digər  məsələlərin  həlli  məqsədilə 
həyata keçirilir.
Dövlət borcu (public debt) – dövlətin hüquqi və fiziki şəxslərə, habelə 
xarici  dövlətlərə  və  beynəlxalq  təşkilatlara  müvafiq  faiz  ödənilməklə 
qaytarmalı  olduğu,  milli  və  ya  xarici  valyuta  ilə  ifadə  edilmiş  borc 
öhdəlikləridir. Dövlət borclanmaya əsasən təxirəsalınmaz sosial-iqtisadi 
xərclərin  maliyyələşdirilməsi  və  büdcə  kəsirinin  yerinin  doldurulması 
məqsədilə gedir. Dövlət borcu ötən illərin borcundan və yeni yaranan 
borcdan  ibarət  olur.  Müddətinə  görə  isə  qısamüddətli,  ortamüddətli, 
uzunmüddətli borc öhdəlikləri fərqləndirilir.
Azərbaycan  Respublikasında  dövlət  borcu  aşağıdakı  formalarda  ola 
bilər:
1. Hökumətin aldığı kreditlər.
2. Hökumət adından buraxılan qiymətli kağızlar şəklində dövlət istiqrazları.
3. Hökumətin təminat verdiyi digər borc öhdəlikləri.
Dövlət  borcu  müvafiq  xərclərin  maliyyələşdirilməsi  üçün  dövlət 
zəmanəti  ilə  alınan  və  dövlətin  öhdəliyi  əsasında  müəyyən  edilmiş 
müddətlərdə  qaytarılması  nəzərdə  tutulan  maliyyə  vəsaitidir.  Büdcə 
ili  ərzində  alınan  dövlət  borcunun  məbləği,  onun  istifadəsi  və  dövlət 
borcuna  xidmət  göstərilməsi  ilə  bağlı  xərclər  dövlət  büdcəsində  əks 
etdirilir.  Büdcə  gəlirlərinin  həcmindən  və  ayırmaların  səviyyəsindən 
asılı olmayaraq dövlət borcu üzrə xidmətlər (əsas borc və faiz) tam və 
vaxtında  həyata  keçirilməlidir.  Faizlər  və  borclar  kredit  müqaviləsinə, 
yaxud  dövlət  qiymətli  kağızlarının  şərtlərinə  əsasən  vaxtında 
ödənilməlidir.  Daxili  və  xarici  dövlət  borclarının  yuxarı  həddi  müvafiq 
büdcə  ili  üçün  dövlət  büdcəsi  haqqında  qanunla  müəyyənləşdirilir. 
Azərbaycan Respublikasında dövlət borcu dövlətin adından bağlanmış 
müqavilələrin öhdəlikləri üzrə ödənilməli olan borc.
Dövlət  borcuna  xidmət  (service  for  public  debt)  –  konkret  borc 
vəsaitinin müəyyən edilmiş mənbə hesabına qaytarılmasına xərcləmələr 
prosesini  nəzərdə  tutur. Azərbaycan  Respublikasının  dövlət  borcuna 
xidməti  müvafiq  icra  hakimiyyəti  orqanı  təmin  edir.  Dövlət  borcuna 
xidmət  xərcləri  müvafiq  büdcə  ili  üzrə  Azərbaycan  Respublikasının 
dövlət büdcəsi haqqında qanununda nəzərdə tutulur. Dövlət borcuna 
xidmət, o cümlədən əsas məbləğin və faizlərin ödənilməsi üzrə xərclər 
müvafiq il üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində kifayət 
məbləğdə  nəzərdə  tutulmadıqda,  həmin  xərclər  dövlət  büdcəsinə 
müvafiq dəyişikliklər edilməklə və ya digər mənbələr hesabına ödənilir.


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə