LüĞƏTİ Müəllif qrupu



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə13/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   9   10   11   12   13   14   15   16   ...   53


D
ilə  müəyyənləşdirilir.  Yeni  dövlət  borcalması  dövlət  borcunun  əsas 
məbləğinin  qaytarılması  üzrə  vaxtı  çatmış  öhdəliklərin  ödənilməsinə 
yönəldildikdə,  bu  borcalma  dövlət  borcunun  yuxarı  həddinə  (limitinə) 
daxil  edilmir.  Dövlət  borcunun  yuxarı  həddi  (limiti)  yalnız  müvafiq  il 
üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanununa 
dəyişikliklər edilməklə artırıla və ya azala bilər.
Dövlət büdcəsi (state budget) – dövlət xərcləri və onların ödənilməsi 
mənbələri üzrə illik maliyyə planı. Dövlət büdcəsinin məqsədi ölkənin 
iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, 
dövlətin  funksiyalarının  həyata  keçirilməsi  üçün  qanunvericiliklə 
müəyyən  edilmiş  qaydada  maliyyə  vəsaitinin  toplanmasını  və 
istifadəsini  təmin  etməkdir.  Büdcə  həm  də  ölkənin  iqtisadi-sosial 
inkişaf proseslərini tənzimləmək alətidir (bax: büdcə, dövlət büdcəsinin 
gəlirləri, dövlət büdcəsinin xərcləri).
 
Dövlət büdcəsi gəlirlərinin təsnifatı (classification of state budget 
revenues)  –  dövlət  büdcəsi  gəlirlərinin  yaranma  mənbələrinə  görə 
qruplaşdırılmasıdır.  Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin 
hazırladığı  Azərbaycan  Respublikası  dövlət  büdcəsinin  gəlirlərinin 
təsnifatına əsasən, dövlət büdcəsinin ümumi gəlirləri 4 bölmədə və 18 
köməkçi bölmədə qruplaşdırılır, köməkçi bölmələr isə, öz növbəsində, 
paraqraflara ayrılır. Dövlət büdcəsi gəlirlərinin qruplaşdırıldığı bölmələr 
və köməkçi bölmələr aşağıdakılardır:
I. Vergilərdən daxilolmalar
1. Gəlirlərdən (mənfəətdən) vergilər
1.1. Əhalidən tutulan gəlir vergisi
1.2. Mənfəətdən (gəlirlərdən) vergi
1.3.  Əmtəə-material  dəyərlərinin  yenidən  qiymətləndirilməsindən 
daxilolmalar
2. Məcburi dövlət sosial sığorta haqları
3. Əməkhaqqı fonduna və işçi qüvvəsinə vergilər (ehtiyat)
4. Mülkiyyətdən vergilər
4.1.Torpaq vergisi
4.2. Əmlak vergisi
4.3. Hədiyyələrdən və vərəsə qalan əmlakdan vergi
4.4. Qiymətli kağızlarla əməliyyatlardan vergi
5. Mal və xidmətlərdən alınan daxili vergilər
5.1. Əlavə dəyər vergisi
5.2. Aksiz vergisi
5.3. Malların istifadəsinə, yaxud istifadə hüququ verilməsinə vergilər
5.4. Hər hansı bir fəaliyyətlə məşğul olmaq üçün vergilər
5.5. Mədən vergisi
6. Xarici iqtisadi fəaliyyətlə bağlı vergilər (gəlirlər)



D
II. Vergi olmayan gəlirlər
7. Mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlirlər
7.1. Büdcə təşkilatlarının xüsusi vəsaitlərinin daxilolması
7.2. Maliyyə və qeyri-maliyyə müəssisə və idarələrindən vergi olmayan 
daxilolmalar
7.3. Xarici dövlətlərdən mülkiyyətlə bağlı gəlirlər
7.4. Xarici qeyri-dövlət strukturlarından mülkiyyətlə bağlı gəlirlər
7.5. Daxili xüsusi sektordan daxil olan mülkiyyətlə bağlı gəlirlər
7.6. Mülkiyyətdən daxil olan sair gəlirlər 
8. İnzibati tədiyələr və rüsumlar
9. Cərimə və sanksiyalar üzrə daxilolmalar
10. Dövlət idarəçiliyi daxilində dövlət qulluqçularının sosial təminat və 
təqaüd fondlarına ayırmalar (ehtiyat)
11. Vergi olmayan sair daxilolmalar
III. Əsaslı gəlirlər
12. Əsaslı vəsaitlərin özəlləşdirilməsi
13. Dövlətin maddi ehtiyatlarının satışından daxilolmalar
14. Torpağın və qeyri-maddi aktivlərin satışından daxilolmalar
15. Qeyri-rəsmi mənbələrdən əsaslı ödənişlər (transferlər)
IV. Rəsmi qaydada alınan vəsaitlər (transferlər)
16. Xaricdən alınan vəsaitlər
17. Digər səviyyəli büdcələrdən alınan vəsaitlər
Qeyd  etmək  lazımdır  ki,  1-ci  (vergilərdən  daxilolmalar)  və  2-ci  (vergi 
olmayan  gəlirlər)  bölmələrin  cəmi  büdcənin  cari  gəlirlərini  əmələ 
gətirir.  Cari  gəlirlərə  3-cü  (əsaslı  gəlirlər)  və  4-cü  (rəsmi  qaydada 
alınan vəsaitlər) bölmələr üzrə gəlirlər əlavə edildikdə büdcənin ümumi 
gəlirləri alınır.
Dövlət büdcəsinə borclar (debts to state budget) – vergi orqanları 
ilə  hüquqi  şəxslər  arasında  təsdiq  edilmiş  üzləşmə  aktlarına  görə 
dövlət  büdcəsinə  ödənilməli  olan,  lakin  ödənilməmiş  vergilər,  qeyri-
vergi  ödənişiəri  üzrə  borclar  və  vergi  qanunvericiliyinin  pozulmasına 
görə  vergi  orqanları  tərəfindən  hesablanmış  peniya  və  maliyyə 
sanksiyalarıdır.
Dövlət  büdcəsinin  gəlirləri  (budget  revenues)    büdcə  gəlirləri 
büdcə və vergi sisteminə uyğun olaraq əsasən mülkiyyət növlərindən, 
təsərrüfatçılığın  təşkilati-hüquqi  formalarından  asılı  olmayaraq  vergi 
ödəmələri bazasında formalaşır və özündə müəssisələrin, təşkilatların 
və  əhalinin  büdcəyə  ödəmələrini  birləşdirir.  Büdcə  gəlirləri  vergi  və 
oxşar  ödəmələri,  qeyri-vergi  ödəmələrini  (material  ehtiyatlarının 
satışından  və  özəlləşdirmədən  daxilolmaları)  və  “Ümumi  dövlət 
idarəetmə” sektorunun digər səviyyələrinin institusional vahidlərindən 
və beynəlxalq təşkilatlardan alınmış qrantları əhatə edir. Dövlət gəlirləri 



D
milli  gəlirin  bölgüsü  və  yenidənbölgüsü  prosesi  nəticəsində  dövlətə 
daxil olan pul, yaxud material resursları. Dövlət bunlardan öz daxili və 
xarici funksiyalarını həyata keçirmək məqsədi üçün istifadə edir. Dövlət 
gəlirlərinin məzmunu, yaranma və istifadə edilməsi prinsipləri bilavasitə 
istehsal üsulu və hakim istehsal münasibətləri ilə müəyyən edilir.
Dövlət büdcəsinin xərcləri (budget expenditures)  dövlət idarəetmə 
səviyyələrinə  uyğun  olan  məlumatları  və  yerli  büdcələr  haqqında 
məlumatları  əhatə  edir  və  dövlətin  fəaliyyətinin  maliyyələşdirilməsi 
üçün nəzərdə tutulmuş vəsaiti əks etdirir. İctimai təyinatına görə büdcə 
xərclərinin  strukturu  dörd  qrupa  bölünür:  iqtisadiyyat  sahələri,  sosial-
mədəni  tədbirlər,  müdafiə,  idarəetmə.  Xərclərə,  həmçinin,  borc  kimi 
verilən istiqrazlar (qaytarılmış kreditləri çıxmaqla) və dövlət tərəfindən 
iqtisadiyyatın  digər  bölmələrinə  verilən  ssudanın  digər  növləri  də 
daxil  edilir.  Dövlət  xərcləri  –  geniş  mənada  bu,  dövlət  büdcəsindən 
həyata  keçirilən  bütün  xərclərdir.  Lakin  bəzi  hallarda  bu  termini 
büdcə  vəsaitlərinin  bilavasitə  dövləti  funksiyaların  (məsələn,  dövlət 
idarəetməsinin və milli müdafiənin təşkili, hüquq-mühafizə və məhkəmə 
xidmətlərinin  təmin  edilməsi  və  s.)  icrasının  maliyyələşdirilməsinə 
yönəldilmiş hissəsini fərqləndirmək üçün istifadə edirlər.
Dövlət büdcəsi kəsiri (budget deficit) – büdcənin xərcləri gəlirlərindən 
çox olduğu halda baş verir. 
Dövlətdaxili  borc  (public  internal/domestic  debt)  –  dövlət 
proqramlarının və sifarişlərinin həyata keçirilməsi zamanı əhalidən və 
müəssisələrdən  vəsaitlərin  cəlb  olunması  ilə  əlaqədar  yaranır.  Daxili 
borc əvvəlki illərin borclarını və yenidən yaranmış borcları əhatə edir. 
Daxili  borc  qiymətli  kağızların  buraxılması  vasitəsilə  həyata  keçirilən 
dövlət  istiqrazları,  kreditlər  və  hökumət  tərəfindən  zəmanət  verilən 
digər borc öhdəlikləri şəklində ola bilər. Borc öhdəlikləri qısamüddətli 
(1 ilə kimi), ortamüddətli (1 ildən 5 ilə kimi) və uzunmüddətli (5 ildən 30 
ilə kimi) olur. 
Dövlət gömrük orqanları (state custom authorities)  ölkənin gömrük 
sərhədindən  mallar  keçirildikdə  iqtisadi  təhlükəsizliklə  əlaqədar 
qanunvericiliklə  nəzərdə  tutulan  hüquq  və  vəzifələri  həyata  keçirən, 
habelə malların gömrük sərhədlərindən keçirilməsi zamanı ödənilməli 
olan vergilərin (məsələn, tranzit vergisi, idxal-ixrac əməliyyatları üzrə 
vergilər) və rüsumların tutulması sahəsində qanunvericilikiə müəyyən 
edilən  funksiyaları  yerinə  yetirən  müvafiq  dövlət  icra  hakimiyyəti 
orqanıdır.  Azərbaycan  Respublikasında  belə  qurum  Dövlət  Gömrük 
Komitəsidir.  Gömrük  orqanları  eyni  zamanda  öz  səlahiyyətləri 
çərçivəsində  hüquq-mühafizə  orqanlarının  funksiyalarını  da  həyata 
keçirirlər.


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə