LüĞƏTİ Müəllif qrupu


Dövlət  sirrinin  mühafizəsi  sistemi



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə18/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   14   15   16   17   18   19   20   21   ...   53


D
Dövlət  sirrinin  mühafizəsi  sistemi  (state  secret  protection 
system) – dövlət sirrini mühafizə orqanlarının, dövlət sirri təşkil edən 
məlumatların və həmin məlumatların daşıyıcılarının mühafizəsi üçün bu 
orqanların istifadə etdikləri vasitə və metodların, habelə bu məqsədlə 
həyata  keçirilən  tədbirlərin  məcmusudur.  Dövlət  sirri  təşkil  edən 
məlumatların daşıyıcıları dövlət sirri təşkil edən məlumatların rəmzlər, 
obrazlar, siqnallar, texniki qərarlar və proseslər şəklində əks olunduğu 
maddi  obyektlər,  o  cümlədən  fiziki  sahələrdir.  Dövlət  sirri  təşkil  edən 
məlumatların siyahısı müvafiqliyinə görə məlumatların qanunvericiliklə 
müəyyən olunmuş əsaslarla və qaydada dövlət sirrinə aid edildiyi və 
məxfiləşdirildiyi  məlumat  qruplarının  məcmusudur.  Dövlət  sirri  təşkil 
edən məlumatlarla tanış olmağa buraxılma səlahiyyətli vəzifəli şəxsin 
icazəsi  ilə  konkret  şəxsin  dövlət  sirri  təşkil  edən  məlumatlarla  tanış 
olması qaydasıdır.
Dövlət vergiləri (state taxes) – ölkə qanunvericiliyi ilə müəyyən edilən 
və ölkənin bütün ərazisində ödənilməli olan və mərkəzi büdcəyə (yəni, 
dövlət  büdcəsinə)  keçirilən  vergilər  nəzərdə  tutulur.  Dövlət  vergiləri 
ölkənin vergi sisteminin əsasını təşkil edir. Dövlət vergilərinin siyahısı 
və  dərəcələri,  vergi  tutulması  obyektləri,  imtiyazların  növləri,  vergi 
ödəyiciləri,  vergilərin  hesablanması  qaydaları  və  onların  büdcəyə  və 
ya  büdcədənkənar  fondlara  ödənilməsi  proseduru  Vergi  Məcəlləsinə, 
həmin  məsələlərin  əks  olunduğu  digər  qanunlara  və  dövlət  icra 
strukturlarının  müvafiq  aktlarına  əsasən  tətbiq  edilir.  Azərbaycan 
Respublikasında dövlət vergilərinə aşağıdakılar aiddir: fiziki şəxslərin 
gəlir vergisi; hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində 
olan müəssisə və təşkilatlardan başqa); əlavə dəyər vergisi; aksizlər; 
hüquqi  şəxslərin  əmlak  vergisi;  hüquqi  şəxslərin  torpaq  vergisi;  yol 
vergisi; mədən vergisi; sadələşdirilmiş vergi.
Dövlət  vergi  orqanları  (state  tax  bodies)  –  rəsmi  qanunvericiliyə 
əsasən,  Azərbaycan  Respublikasının  Vergilər  Nazirliyi  və  bilavasitə 
ona  tabe  olan  ərazi  vergi  orqanlarını  təşkil  edir.  Vergi  orqanları  eyni 
zamanda  öz  səlahiyyətləri  çərçivəsində  hüquq-mühafizə  orqanlarının 
səlahiyyətlərini  də  həyata  keçirirlər.  Onlar  fəaliyyətlərini  yerli  dövlət 
hakimiyyəti  orqanlarından  asılı  olmayaraq  müstəqil  həyata  keçirirlər. 
Vergi orqanları tərəfindən qəbul edilən qərarlar bütün hüquqi və fiziki 
şəxslər  üçün  məcburidir.  Vergi  orqanları  vergilərin  (tranzit  vergisi, 
idxal-ixrac  əməliyyatları  üzrə  vergilərdən  başqa)  tam  və  vaxtında 
ödənilməsinə nəzarəti həyata keçirirlər.
Dövlət  zəmanəti  (government  guarantee)  –  əsas  borcalan  öz 
öhdəliklərini yerinə yetirmədikdə onun zəmanət verilmiş öhdəliyi üzrə 
borcunun tam məbləğdə və ya qismən ödənilməsinə dair Azərbaycan 
Respublikasının öhdəliyi.



D
Dövlət  zəmanəti  ilə  alınan  borcların  təminat  hesabı  (provision 
account of state guaranteed loans) – rəsmi qanunvericiliyə əsasən, 
Azərbaycan  Respublikasının  dövlət  zəmanəti  üzrə  öhdəliklərinin 
yerinə yetirilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən xüsusi büdcə hesabı (təminat hesabı) açılır. Dövlət zəmanəti 
üzrə  öhdəliklərin  təminat  hesabı  aşağıdakı  mənbələrdən  formalaşır: 
dövlət  büdcəsinin  vəsaiti;  dövlət  zəmanətinin  verilməsi  üçün  əsas 
borcalandan alınan haqq. Haqqın miqdarı tələb edilən dövlət zəmanəti 
üzrə riskin dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən  müəyyənləşdirilir.  Əsas  borcalanın  təminat  hesabına 
köçürdüyü  haqq  dövlət  zəmanəti  verildikdən  sonra  geri  qaytarılmır. 
Təminat  hesabının  açılması,  uçotunun  aparılması  və  idarə  olunması 
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
Dövlət  zəmanəti  üzrə  öhdəliklərin  icrası  (implementation  of 
obligations  on  government  guarantee)  –  əsas  borcalan  dövlət 
zəmanəti ilə təmin edilmiş borc öhdəliyini icra edə bilmədiyi təqdirdə 
zəmanətçi  verilmiş  dövlət  zəmanətinin  müddəalarına  uyğun  olaraq 
öhdəliyi  yerinə  yetirir.  Təminat  hesabında  toplanmış  vəsait  dövlət 
zəmanəti  üzrə  öhdəliyin  yerinə  yetirilməsi  üçün  kifayət  etmədikdə 
çatışmayan  vəsait  dövlət  büdcəsinin  ehtiyat  fondundan  ayrılır.  Əsas 
borcalanın öhdəliklərini yerinə yetirmiş zəmanətçi ödədiyi məbləğin və 
digər xərclərin əvəzini əsas borcalandan Azərbaycan Respublikasının 
qanunvericiliyində  və  onunla  bağladığı  müqavilədə  nəzərdə  tutulan 
həcmdə və qaydada ödənilməsini tələb etməlidir.
Dövlət  zəmanətli  borc  (government  guaranteed  loan)  –  dövlətin 
borcu  ödəməmə  şərtində  dövlətin  borcu  qaytaracağı  zəmanəti  ilə 
ictimai  qeyri-hökumət  bölməsi  idarəsi  tərəfindən  müqavilə  bağlanan 
borc.
Dövlət zəmanətinə xitam verilməsi (termination of state guarantees) – 
dövlət  zəmanətinə  aşağıdakı  hallarda  xitam  verilir:  zəmanət  verilmiş 
öhdəliklər əsas borcalan və ya zəmanətçi tərəfindən tam icra edildikdə; 
zəmanət müddəti başa çatdıqda; kreditor zəmanət üzrə hüquqlarından 
imtina  etdikdə;  zəmanət  sazişinin  şərtlərində  başqa  qayda  nəzərdə 
tutulmayıbsa,  əsas  borcalanla  kreditor  arasında  razılığa  əsasən 
zəmanət  verilmiş  borcun  təkrar  strukturlaşdırılması  aparıldıqda; 
zəmanət sazişində nəzərdə tutulan digər hallarda. Zəmanətçi ən geci 3 
iş günü ərzində dövlət zəmanətinə xitam verilməsi barədə kreditora və 
əsas borcalana məlumat verməlidir.
Dövlətin  ələ  keçirilməsi  (state  capture)  –  xarici  maraqların  (özəl 
sektor,  mafiya  şəbəkəsi)  dövlət  qanunları,  qaydaları  və  siyasətini 
məmur və siyasətçilərlə korrupsiya razılaşmalarından keçən faydasına 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə