M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

58 
 
qaydalara  əsasən    işlənməsi    mikroiqlim    meliorasiyasına    məxsus    cəhətlərdir. 
Göstərilənləri  həyata keçirməklə mezoiqlim  və makroiqlim  meliorativ tədbirləri 
tamamlamaq  mümkündür. 
Buludların  süni  sürətdə  yağışa  çevrilməsi,  fitomeliorasiyanın  aparılması, 
hidromeliorativ qurğuların yaradılması istiqamətində görülən işlər iqlim meliorativ   
tədbirlərin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir.   
 
İqlim meliorasiyasının  əhəmiyyəti  nəzərə alınaraq bu gün  və gələcəkdə  də 
bu  istiqamətdə    elmi    tədqiqat  işlərinin    aparılması  aktual  problemlərdən  biri 
sayılır. 
 
II
.
5.Qar meliorasiyası
 
Qar  meliorasiyası  torpaqlarda  istilik  və  rütubət  rejiminin  yaxşılaşdırma 
istiqamətində  aparılan  tədbirlər  sistemlərindən  biridir.  Qar  örtüyündə  rütubət 
ehtiyatı  illik  yağıntıların  ümumi  miqdarının  yarısını  təşkil  edir.  Bir  sıra  kənd 
təsərrüfatı  bitkilərinin  inkişafında  qar  örtüyü  mühüm  əhəmiyyət  kəsb  edir.  Qar 
örtüyü  torpaqların  qorunmasında,  rütubətlə  təmin  olunmasında,  bitkilərin  qış 
fəslində  şaxtadan  qorunmasında  mühüm  əhəmiyyətə  malikdir.  Təsərrüfatın 
müxtəlif sahələrinə ziyan vurmasına baxmayaraq qar meliorasiyasının aparılmasına 
son dövrlər xüsusi əhəmiyyət verilməkdədir. Bu sahədə ilk fikirlər A.İ.Voyeykova 
məxsusdur.  Onun  fikrincə  qar  örtüyünün  paylanması  təbii  hadisələrə  və  coğrafi 
qanunauyğunluqlara  aid  olsa  da  müəyyən  mənada  insanların  arzusundan  da 
asılıdır.  Belə  ki,  kol  və  ağaclar  əkməklə  yağmış  qarın    lazım  olmayan  sahələrə 
sovrulmasının  qarşısını almaq, onun qalınlığını artırmaq və istifadə olunan torpaq 
sahələrində rütubətin miqdarını çoxaltmaq mümkündür. Pambıq yığımı qurtararkən 
kolların  sahələrdən  kənarlaşdırılmaması,  Şimali  Qafqazda  günəbaxan  yığımından 
sonra  gövdəsinin  saxlanması  qar  meliorasiyası  mahiyyətini    daşıyır.  Qarsaxlama, 
qartoplama, qarbərkitmə və ərimiş suların saxlanılması qar  meliorasiyasının əsas 
xüsusiyyətləri sayılır.  


59 
 
XIX  əsrin  sonunda  V.V.Dokuçayev,  P.A.Kostiçev,  A.A.İzmayılski 
əkinçiliyin  inkişafında  çöl  zonası  üçün  qar  örtüyünün  əhəmiyyəti  istiqamətində 
müəyyən teoretik araşdırmalar aparan tədqiqatçılar olmuşlar. 
XX  əsrin  əvvəllərində  Ukraynanın  cənubunda  təcrübə  stansiyalarında  qar 
örtüyünün    məhsuldarlığa  təsiri  müəyyənləşdirilmişdir.  Qar  örtüyündən   
təsərrüfatda  istifadə  istiqamətində  tədqiqat  işləri  XX  əsrin  20-ci  illərindən  sonra 
daha da genişləndirilmişdir. 
Torpaqlarda rütubəti artırmaq məqsədilə ilk “qar hərəkatı” tədqiqatı on min 
hektarlarla sahədə Volqa sahillərindən başlamışdır. 
1938-ci  ildə  keçmiş  SSRİ-də  qar  meliorasiyasının  sahəsi  5  milyon  hektara 
çatdırıldı.  1948-ci  ildə  qar  meliorasiyası  sahəsi  14  milyon  hektara  çatdırılmaqla 
daha 50 milyon hektarda qar meliorasiya işlərinin aparılması plana alındı. 
Qar  meliorasiyasının  əsas  mahiyyəti  yağmış  qarın  müəyyən  müddət 
saxlanılmasından  ibarətdir.  Belə  demək  mümkündürsə  qar  ləklərinin,  yaxud  qar 
örtüyünü  bərkidilməsi  nəinki  qar  örtüyünün  saxlanmasında,  həmçinin  ərazinin 
bərabər  rütubətlənməsində  mühüm  əhəmiyyət  kəsb  edir.  Çöl  zonasında  dəmyə 
şəraitdə taxılçılığın inkişafında ərazidən bütövlükdə stabil məhsul götürülməsində 
bu  tədbir  xüsusi  əhəmiyyətə  malikdir.  Qar  meliorasiyasına  tələbata  görə 
rayonlaşdırma  aparılarkən  fiziki-coğrafi  şəraitlə  yanaşı,  həmçinin  təsərrüfatın 
inkişaf istiqamətinin də nəzərə alınması məsləhətdir. 
Qar  örtüyü  rejiminə  görə  MDB  ölkələrində  rayonlaşdırma  Q.D.Rixterə 
(1960) məxsusdur. O, keçmiş SSRİ ərazisini qar örtüyü rejiminə görə altı zonaya 
bölür. 
1. Hər il qar meliorasiyası tələb olunan nazik qar örtüyünə malik quraq zona. 
Qar  örtüyünün  zonada  qalınlığı  40  sm  artıq  olmur.  Zonanın  qərbi  qar  örtüyünün 
nazikliyi  və  tez  əriməsi  ilə  fərqlənir.  Təbii  şəraitin  mürəkkəbliyi  zonada  qar 
meliorativ  tədbirlərin  görülməsini  zəruriləşdirir  və  özünəməxsus  yanaşma  tələb 
edir. 
2.  Orta  qar  qalınlığına  malik  olan  yumşaq  qışı  ilə  seçilən  zona.  Qarın 
qalınlığı zonada 30 sm-ə qədər olur. Adətən qar şiddətli şaxtaların başlamasından 


60 
 
əvvəl düşməsi, qışın yumşaq keçməsi, qışlama dövrü keçirən bitkilərin qar örtüyü 
zəif  olduğundan  məhv  olması  ilə  fərqlənir.  Ona  görə  də  meliorativ  tədbirlər  buz 
qatının yaranmasına qarşı istiqamətdə aparılmalıdır. 
3.  Müxtəlif  illərdə  qar  meliorasiyası  tələb  olunan  zona.  Zona  qərbdə  qalın 
qar  örtüyünün  olması,  şərqdə  isə  yuxa  olmasından  donma  nəticəsində  bitkilərin 
məhv  olması  ilə  seçilir.  Meliorasiya  donmaya  qarşı  mübarizə  istiqamətində 
aparılması zəruri sayılır. 
4.  Nazik  qar  örtüyünə  malik,  sərt  və  uzun  qışı  ilə  fərqlənən  kənd 
təsərrüfatında  istifadə  olunmayan  ucqar  şimal  və  şimal-şərq  zona.  Zonada  qar 
örtüyünün qalınlığı 30-50 sm arasında dəyişir. 
5.  Uzun  qışı  (5-7  ay),  qar  örtüyü  qalın  (50  sm  çox)  yay  aylarında  kifayət 
qədər  rütubətə  malik,  sabitliyi    ilə  seçilən  zona.  Bu  zona  heç  bir  qar  meliorativ 
tədbirlərə ehtiyac duymur. 
6.  Qısa  müddətli  qar  örtüyünə  malik  zona.  Zona  Orta  Asiyanın  cənub 
hissələrini əhatə edir. Zonanın şimalında çoxillik orta qar qalınlığı 10 sm, cənubda 
isə yoxdur. Ərazidə  qar meliorasiyasının aparılması mümkün sayılmır. 
Kənd  təsərrüfatının  inkişaf  istiqamətindən  asılı  olaraq  meliorativ  xəritələr 
tərtib olunması xüsusi əhəmiyyət kəsb edir. 
Hər  şeydən  əvvəl  qar  qalınlığının  sahələrdə  tənzimlənməsi  torpaqların 
temperatur  və  su  rejiminin  yaxşılaşdırma  isiqamətində  aparılan  meliorativ 
tədbirlərdən biri sayılır. 
A.M.Şulqinin  (1967)  Qərbi  Sibirdə  səkkiz  il  qış  fəslində  apardığı 
tədqiqatlara  görə  məlum  olmuşdur  ki,  havada  temperatur  -  50°C  olmaqla  qarsız 
sahədə  torpağın  3  sm  qalınlığında  temperatur  -  32°C,  qarla  örtülü  sahədə  isə       
10-20 sm dərinlikdə  -  22°C, qarın qalınlığı 50 sm olan sahələrdə isə - 15°C təşkil 
etmişdir.  Başqa  sözlə  qarlı  və  qar  örtüyündən  məhrum  olan  sahələr  arasında 
temperatur fərqi 17°C təşkil etmişdir. 
Qar  meliorasiyası  torpağın  dərin  qatlarında  rütubətin  təqribən  2  dəfə 
artmasına  səbəb  olur.  Artırılmış  rütubət  yay  fəslində  bitkilərin  rütubətlə  təmin 
olunmasında mühüm rol oynayır (şəkil 5). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə