M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

61 
 
 
Qar  meliorasiyası  torpaqları  səthi  yuyulmadan  xilas  etməklə  yanaşı 
vegetasiyanın  başlama  və  qurtarma  müddətini  dəyişməyə  imkan  verir.  Qarın 
əridilməsini  yazda  süni  olaraq  sürətləndirilməsi  vegetasiya  dövrünün  10-15  gün 
uzanmasına  imkan  verir.  Qar  meliorasiyasının  digər  əhəmiyyəti  bitkilərin  kök 
sisteminin şaxtadan qorunmasına səbəb olur. Çöl zonasında sərt qış dövründə qar 
meliorasiyası xüsusi əhəmiyyət  kəsb edir.  Belə ki,  qar  meliorasiyası aparılmayan 
sahələrdə taxılın məhsuldarlığı çox aşağı olduğu halda, tədbirlər aparılan sahələrdə 
15-20 sent, bəzi sahələrdə isə 25-30 sent təşkil etmişdir. 
Qar  meliorasiyası  otlaq  sahələrində  bitkilərin  inkişafına  müsbət  təsir 
göstərməklə, dolayı yolla heyvandarlığın inkişafına da təkan verir. 
Bağçılıq təsrrüfatını şimal rayonlarında inkişaf etdirmək üçün sahələrdə qar 
örtüyünü  bərkitməklə  ərimə  müddəti  uzadılır  vegetasiyanın  başlama  vaxtı 
müəyyən qədər gecikdirilir və meyvə bağlarını erkən şaxtalarından xilas edir. Bu 
üsuldan  istifadə  etməklə  Naxçıvan  ərazilərində  üzümçülük  basdırma  üsulu  ilə 
becərilir. 


62 
 
Qar meliorasiyası şimal rayonlarında, xüsusilə fasiləsiz nəqliyyatın işləməsi 
üçün  mühüm  tədbirlərdən  biri  sayılır.  Bu  tədbir  dəmir  yol  nəqliyatının  fasiləsiz 
işləməsində də mühüm əhəmiyyət kəsb edir. 
A.M.Şulqin  (1970)  ilin  soyuq  mövsümündə  torpaqların  temperaturunu 
nəzərə  almaqla  qar  meliorativ  tədbirlərin  aparılması  baxımından  MDB  ölkələrini 
yeddi  rayona bölmüşdür. 
I rayon MDB-nin Avropa hissəsinin ucqar şimal-qərb  hissələrini əhatə edir. 
Qışda  torpaqların  iqlimi  yumşaqlığı  ilə  fərqlənməklə  qar  meliorasiyası  tələb 
olunmur.  Qışlama şəraiti əla sayılmaqla temperatur – 4-8°C arasında dəyişir. 
II  rayon  MDB-nin  Avropa  hissəsinin cənub  və  mərkəzinin qərb  sahələrinin 
əhatə  edir.  Bitkilərin  qışlama  dövrünü  yaxşı  keçirən  rayondur.  Torpaqlarda  orta 
minimum  temperatur  - 8°C,   - 12°C-dir. Qışlama  dövründə bitkilərin 10-20%-nin 
zərər çəkmələri müşahidə edilir. Bəzi illərdə hündürlükdən asılı olaraq meliorativ 
tədbirlərin həyata keçirilməsi tələb olunur. 
III  rayonun  torpaqlarına  mülayim  soyuq  iqlim  xarakterdir.  Əksər  qış 
illərində  meliorativ  tədbirlərin  həyata  keçirilməsi  vacib  sayılır.  Əsasən  Rusiyanın 
cənub və Cənub-Şərqi Aropa hissələrini əhatə edir. Qərbi Sibirin əkinçiliyə yararlı 
sahələri,  Qazaxıstanın  cənubunun  bir  hissəsi  bu  rayona  daxildir.  Taxılçılığın 
inkişafı  üçün qar meliorativ tədbirlərə ehtiyac duyulur. 
IV rayon Rusiyanın ucqar cənub-şərq, Qərbi Sibirin mərkəzi və cənubunun 
xeyli hissəsi; Qazaxıstan,  Şərqi Sibirin və Uzaq Şərqin böyük bir hissəsini əhatə 
edir. Qışlama qənaətbəxşdən aşağıdır. Temperaturun torpaqlarda  – 16 -20°C təşkil 
etməsi bitkilərin kök sistemini sıradan çıxarır. 
V  rayon  torpaqların  həddən  artıq  temperaturun  aşağı  olması  müntəzəm 
olaraq meliorativ tədbirlərin həyata keçirilməsini tələb edir. 
VI rayon torpaqların sərt temperatura malik olmaları ilə fərqlənir. Uzaq Şərq 
və Şərqi Sibirin böyük bir hissəsini tutan rayonun torpaqlarında temperatur - 30°C 
təşkil etməsi hər il qar meliorasiyasının aparılmasını tələb edir. 


63 
 
VII  rayon  Saxa  respublikası  və  Zabaykalyenin  bəzi  hissələrini  özündə 
birləşdirir.  6-cı  rayon  kimi  temperatur  torpaqlarda kəskin sərtliyi  ilə  seçilir.    Qar 
meliorasiyasının müntəzəm aparılması vacib sayılan rayondur. 
Göründüyü  kimi  qar  meliorativ  tədbirlərinin  aparılması  mürəkkəb 
olduğundan  yerləşdiyi  ərazinin  coğrafi  mövqeyindən,  relyefindən  və  iqlim 
qurşaqlarından  asılı  olaraq  xüsusi  yanaşma  tələb  edir.  Bəzi  ərazilərdə  qar 
örtüyünün saxlanma müddətinin uzadılması tələb olunduğu halda digər ərazilərdə 
əriməsinin sürətləndirilməsi tələb olunur. 
Qar  örtüyünün  ərimə  sürətini  artırmaq  məqsədilə  müxtəlif  maddələrlə  səth 
tündləşdirilir.  Belə  sahələrdə  udulmuş  radiasiyanın  miqdarı    artırılmaqla  qar 
örtüyünün  qısa  müddətdə  əriməsinə  nail  olmaq  mümkün  olur.    Bu  istiqamətdə 
aparılan  qar  meliorasiyası  torpaqların  rütubətlə  təmin  olunmasında  və  vegetasiya 
müddətinin uzadılmasında xüsusi rol oynayır. 
Bir sıra ərazilərdə isə bitkiləri erkən şaxtadan qorumaq məqsədilə qar örüyü 
istilik  izolyasiya  materialları  ilə  örtülərək  vegetasiyanın  başlanması  gecikdirilir. 
Tədrici əriməyə  məruz qalmış bu sahələrdə sular toplanaraq sonradan suvarmada 
istifadə olunur.  
Qar meliorasiyası təsir dərəcəsinə görə qar örtüyünün  qalınlığında, iqlimin 
formalaşmasında,  torpaqların  keyfiyyətində,  bitkilərin  inkişaf    və  qışlamasında, 
ərazidə su rejiminin formalaşamasında xüsusi əhəmiyyət kəsb edir.  
Qar meliorasiyası 1,5 m dərinlikdə rütubət ehtiyatını 2 dəfə artırmağa imkan 
verir,  torpağa  verilmiş  kübrənin  qarışmasına  səbəb  olur,  şoranlaşmanın  kifayət 
qədər  qarşısını  alır.  Qeyd  olunanlarla  yanaşı  qar  meliorasiyası  bitkilərin  kök 
sisteminin inkişafı baxımından torpaq qatlarında optimal temperatur şəraiti yaradır. 
 
II.6 Fitomeliorasiya və onun əhəmiyyəti  
Fitomeliorasiya  ağac,  kol  və  ot  bitkiləri  ilə  təbii  şəraitin  kökündən 
dəyişdirilməsi  istiqamətində  görülən  tədbirlər  sistemidir.  Görülən  tədbirlər  
sistemində    iqlim,  torpaqların  su-fiziki  xassələri  və  bitki  örtüyü  tamamilə 
dəyişdirilir,  yaxud  yaxşılaşdırılır.  Fitomeliorasiya  torpaqların  bir  sıra  fiziki-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə