M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə13/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
Məşqetdirmə  -   çalışma  təlimi  uşaq  bağçasının  müxtəlif 
qruplarında  keçirilir.  Lakin,  onun  forma  və  məzmunu uşaqların 
yaş səviyyəsindən asılı olaraq dəyişilir.
2-4 yaşlı uşaqlar özləri bu və ya digər təsvirləri; yapdıqları 
kürələri, çəkdikləri  dairələri və s.  həvəslə təkrarlayırlar.  Tərbiyə­
çi  buna  hər  məşğələdə  imkan  və  şərait  yaradaraq.  «çoxlu  top- 
lar»,  «çoxlu yaymalar» və s.  yapmaq,  çəkmək  imkanı  verməklə 
bu  üsulun  mənsimsənilməsində  bilik,  bacarıq  və  vərdişlərin 
möhkəmlənməsinə təkan verir.
İşə başlamazdan  əvvəl  çətinlik çəkə  biləcək  uşaqlara  fəza­
da  həmin hərəkəti təkrarlatmaq  məqsədə müvafiqdir.
Təsviri sənət məşğələlərində məşqetdimıədəıı istifadə prosesi 
qələm  və  lırça  ilə  iş  üsulunun  mənimsənilməsində,  hərəkətdə 
sərbəstlik və ritmiklik əldə edilməsində böyük əhəmiyyət  daşıyır.
Məşqetdinnədə  yuxan  qrup  uşaqları  daha  həvəslə  iştirak 
edirlər.  Artıq  yaxşını  pisdən  seçdikləri  üçün  və  işlərə  məsuliy­
yətlə  yanaşdıqlarından  işə başlamazdan əvvəl  məşqetdinııə  üsu­
lunu həvəslə tətbiq edirlər.
Məsələn:  Applikasiya  məşğələsində  hər hansı  bir mürək­
kəb  tapşırığı  iera  etməzdən  əvvəl  əlavə  kağızı  kəsməklə  məşq 
edirlər  və  yaxud  dekorativ  rəsm  məşğələsində  naxışları  ritmik, 
simmetrik  yerləşdirərkən  məşq  edir,  uyğunluq  tapdıqdan  sonra 
işləməyə başlayırlar.
Tapşırıq  mürəkkəb  olduqda  uşaqları  fəallaşdırmaq  məqsə­
dəuyğundur.  Əvvəlcə  hər  uşaq  nədən  başlayacağını  düşünür  (bil­
mirəm  nə  edəcəm,  ancaq  bu  mənə  maraqlıdır,  mən  bilmək  istə­
yirəm) düşünərək tapır və  qavrayır.  İşi  planlaşdırarkən uşaqları  tə­
ləsdirmək  məqsədəuyğun  deyildir,  əksinə,  işə  başlamağa  çətinlik 
çəkənə yaxınlaşmaq, onu istiqamətləndirmək məqsədəuyğundur.
İnkişaf reformasmdan irəli gələn tələblərə əsaslanaraq tərbiyə­
çi yadda saxlamalıdır ki.  eyni tapşırığın təkrarı (mexaniki olaraq ve­
rilmiş tapşırığın icrası) uşağın məşğələyə marağını söndürür, onu hə­
vəsdən  salır.  Ona görə də tapşırıq azca olsa da  mürəkkəbləşməklə 
fərqlənməlidir. Bu vaxt uşaqda yaradıcı inkişaf da yarana bilər.
41


Təsvın sənət və onun tədrisi metodikası
Məsələn:  “payız  ağacı”,  “bağçanın  ağacları”,  “çay  kəna­
rında ağac” yəni eyni mövzu müxtəlif variantlarda verilir.
3.  Nəzəri  araşdırma,  problemli  şərh  və  evrestik  üsul, 
məktəbəqədər  yaşlılarla  təsviri  fəaliyyət  məşğələlərində  eyni 
vaxtda  tətbiq  edilir.  Sanki,  tərbiyəçi  uşaq  qarşısında  problemli 
situasiya (vəziyyət) yaradır.
Təsvirin qurulmasının  sərbəst həllinin axtarılması təliminə 
yönəlmiş üsulların tətbiqi (sərbəst axtarış zamanı mümkün qədər 
sərbəst variantları  axtararkən,  işin  icra  ardıcıllığını  düşünərkən), 
uşaqda yaradıcı təfəkkür inkişaf edir.
Nəzəri  araşdırma  -   tədqiqat  üsulu  yuxan  qruplarda  təlbiq 
edilir.  Bu yaş qnıpıı uşaqları kompleks məşğələlər yəni  bir məşğə­
lədə eyni mövzuda təsviri sənətin digər növləri (yapma, applikasiya 
və s. mümkün olarsa quraşdırma) üzrə iş yerinə yetirilir.  Bu proses 
fəmıdaxii  inteqrasiyada  dərin  bilik,  yiiksok ümumi mədəniyyət tə­
ləb  edir.  Məhz  bu  proses  zamanı  tərbiyəçi  müəllim  iki  məqsədə 
çatmağı  qarşıya  qoyur:  düşünmək və  düşünməklə  yanaşı  öyrədici 
düşünmək, təfəkkürü inkişafetdirici  düşünmək.  Məşğələdə bu  üsu­
lun tətbiqi uşağı düşünməyə və sonda tapmağa düşünürək əqli gər­
ginlik keçirərək  yada salmağa, təfəkkürü inkişaf etdirməyə, nəticə­
də  yaradıcı  fəaliyyətə  sövq  edir.  Belə  ki.  bu  proses  zamanı  öncə 
mənimsədiklərinə əsaslanaraq,  nəyisə bir yerə yığmaq  lazım  gəlir. 
Təsviri sənət metodikası məşğələlərində ümumiləşmiş (eyni forma­
ya uyğun) təsvirə sərbəst əlavələr elməklə yeni təsvirlər almağı mə­
nimsəyərkən uşaq düşünür, uyğunlaşdırır və tapır. Bu zaman təfək­
kür inkişaf edir və tədricən uşaq yaradıcı fəaliyyətə alışır.
Təsviri  sənət  məşğələlərində  nəzəri  araşdırma  üsulunun 
tətbiqi  zanıaın  hər hansı  bir yeni  təsviri  (minik  maşını)  mənim­
sədərkən  ilk öncə, müsahibə y'olu  ilə foallaşdırıcı vasitələr tətbiq 
edilir  ki.  nəticədə  yeni  tapşırığın  həllinə  yönəlmiş  düşüncə  for­
malaşır və uşağı tapşırığın  həllinə istiqamətləndirir.  Artıq böyük 
qrupda ayrı-ayrı  həndəsi formaların təsvirində müəyyən bilik və 
bacarıqlar  əldə  etdikdən  sonra  tərbiyəçi,  uşaqlarda  yaddaş,  dü­
42


Təsvın sənət və onun tədrisi metodikası
şünmə  və  yadasalma  qabiliyyətini,  təfəkkürü  inkişaf  etdirmək 
məqsədi ilə foıındaxili spiralvari inteqrasiyadan istifadə edir.
Bıı proses zamanı spiralvari  (fənndaxili) inteqrasiya tətbiq 
edilir: tərbiyəçi yönəldici  suallarla  uşaqların əvvəlki  məşğələlər­
də  əldə etdikləri  bilik və bacarıqlarını  yada salır,  uşaqlar sərbəst 
əlavələr edirlər.
Tədqiqatçılar sübut  etmişlər ki,  məhz  spiralvari  inteqrasi­
ya  nəticəsində  üsulun  tətbiqi  zamanı  uşaqlar  daha  fəal  olur,  nə 
isə  axtarır,  düşünür, tutuşdurur və yekunda  düzgün  həlli  yolunu 
sərbəst tapır. Nəticədə uşaqda yaradıcı qabiliyyət və düşüncə, tə­
fəkkür və  əqli  inkişafla yanaşı  səbirlilik,  işi sona çatdırmaq,  mə­
suliyyət və s. hissi keyfiyyətlər də inkişaf edir.
4.  Evrestik  üsul  — proqressiv ləlim  üsuludur.  Qarşıya qo­
yulmuş problemin həllinə yönəldilmiş, axtarıcı fəaliyyətin təşkili 
və  sərbəst  fikirlərin  inkişaf etdirilməsi  zəminində  yaranmışdır. 
Bu  təlim  üsulu  müsahibə  xarakteri  daşıyır.  Yəni  tərbiyəçi  yeni 
mövzunu  elan  etməzdən,  istiqamətləndirici  suallar  verməklə 
əvvəlki  mövzuya uyğun lazımi  cavablar alaraq  günün  mövzusu­
nu təyin edir.  Çox vaxt yeni mövzunun açıqlanması (motivasiya) 
və  müəyyən  vaxtlarda  keçirilmiş  mövzunun  möhkəmləndiril­
məsi mərhələlərində tətbiq edilir.
I -akiıı tərbiyəçinin  istiqamətləndirilməsi  (əlavə  detallar yada 
salmaqla  və  s.)  sayəsində  uşaq  yeniliyi  “kəşf edir”,  “tapır”,  nəti­
cədə uşağın qavrama səviyyəsi və yaradıcılıq qabiliyyəti üzə çıxır.
Evrestik üsulun tətbiqində aşağıdakı tələblər nəzərdə tutul­
malıdır.
❖   Öncədən  planlı  surətdə  tərtib  edilmiş  suallarda  mütləq 
ardıcıllıq gözlənilməlidir.
❖   Suallar elə tərtib edilir ki. əsas məqsədə və alınacaq nə­
ticəyə yönəldilmiş olsun.
❖   Suallar elə formalaşdırılmalıdır ki.  uşaqlarda sərbəst və 
dərkedici düşüncə faəliyyəti yaranmış olsun.
❖   Uşaq suala ləng cavab  verərsə digər uşağa müraciət  et­
mək  lazım  deyil, yalnız bu vaxt sualı bir qədər anlaşıq­
43


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə