M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə21/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   17   18   19   20   21   22   23   24   ...   211

73 

 

həmin  mətbu  orqanlarda  öz  əksini  tapmışdır.  Bu  gün  həmin  nəşrlər  Azərbaycan 



tarixinin  həmin  mərhələsini  obyektiv  işıqlandırmaq,  yazmaq  üçün  ən  etibarlı 

mənbə,  məxəzdir.  Bir-iki  misal  çəkmək  istərdim.  Professor  Minirə  Dilbazinin 

ensiklopedik nəşr olan «XIX əsr Bakının musiqi həyatı (XIX əsrin ikinci yarısı – 

XX əsrin əvvəlləri)» adlı kitabı (Bakı, «Mütərcim» nəşriyyatı, 2007) demək olar 

ki, dövrün rusdilli mətbu orqanlarında, xüsusi ilə «Kaspi»də dərc edilən materiallar 

– 

məqalələr, afişalar, proqramlar, elanlar,  müxtəlif foto-sənədlər və sair əsasında 



qələmə  alınmışdır.  Elə  bu  cür  tutarlı,  təkzibolunmaz  mənbələrə  istinad  etməyin 

nəticəsidir  ki,  XIX  əsrin  ikinci  yarısı  Bakının  mədəni  həyatının  ümumi 

mənzərəsini, şəhərə gələn çoxsaylı musiqi qrupları, simfonik və opera mövsümləri, 

ilk mus


iqi  məktəbləri,  Azərbaycan  musiqiçiləri,  musiqiçilərin  maarifçilik 

hərəkatında  iştirakı,  ilk  simfonik  orkestrin,  ilk  musiqi  mağazalarının  fəaliyyəti, 

dünya  şöhrətli  operaların  Bakı  qastrolları  və  s.  kimi  tarixi,  əlamətdar  hadisələrlə 

bağlı fundamental tədqiqat əsəri ərsəyə gəlmişdir. 

Azərbaycan  generallarının  həyat  və  fəaliyyətinin  fədakar  tədqiqatçısı 

Şəmistan  Nəzirliyə  dövrün  rusdilli  mətbu  orqanlarda  (məs.,  konkret  olaraq 

«Kaspi»də: Ceyhun Hacıbəyli. Müsəlman zabitlər. № 37, 45, 46, 51, 53, 60, 72, 

74, 86, 89, 95, 96, 106, 133; 16, 26, 27 fevral, 4, 6, 15, 30 mart, 1, 19, 22, 29, 30 

aprel,  18  may,  16  iyun  1916)  müsəlman  zabitlərinə  aid  maraqlı  materialların 

olduğunu,  Cənubi  Azərbaycan  mətbuatının  istedadlı  araşdırıcısı  Pərvanə 

Məmmədliyə isə yenə həmin  mənbələrdə İran mətbuatına dair məqalələrə (məs., 

Ceyhun Hacıbəyli. İranda mətbuat. № 103, 9 may 1913) təsadüf etdiyimi dedikdən 

bir  müddət  sonra  müəlliflər  məxəzlərdən  istifadə  etdiklərini  məmnunluqla 

bildirdilər. 

Təəssüf  ki,  dövrün  rusdilli,  ümumiyyətlə,  başqa  dillərdə  nəşr  olunan 

mətbuatına münasibət, ən yumşaq ifadə ilə desək, ögeydir. «Azərbaycan tarixi» (ən 

qədim zamanlardan XX əsrədək) kitabının (Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 

1884),  «XIX  yüzilliyin  ikinci  yarısında  Azərbaycan  mədəniyyəti»  adlı  fəslin 

«Maarif, səhiyyə, mətbuat, elm» məqaləsində rusdilli mətbuatla bağlı ikicə cümlə 



74 

 

işlədilmişdir:  «80-90-cı  illərdə  Bakıda  «Kaspi»,  «Bakinskiye  izvestiya»,  «Baku» 



və başqa rusdilli qəzetlər çıxmağa başladı. Bu qəzetlərin burjua ideya istiqamətli (? 

– s


ual müəllifindir) olmasına baxmayaraq, onlarda Azərbaycanın sosial-iqtisadi və 

mədəni həyatının bəzi məsələlərinə qabaqcıl nöqteyi-nəzərlə yanaşan məqalələr də 

nəşr  olunurdu»  (səh.618).  Yeri  gəlmişkən  və  ən  əvvəl  qeyd  edək  ki,  «Baku» 

qəzetinin nəşri tarixi deyildiyi kimi 80-90-cı illərdən yox, 1902-ci ildən başlayır. 

Digər  tərəfdən  isə,  fikrimizcə,  «Kaspi»nin  proqramı,  toxunduğu  mövzular 

(sənayenin,  o  cümlədən  xüsusilə  neft  sahəsinin  inkişafı,  dəmir  yolu,  ticarət, 

mədəniyyət, yerli xalqın məişəti, həyat tərzi, ədəbi-bədii əsərlər, xarici xəbərlər və 

s.),  qəzetin  redaktorları,  əməkdaşları,  o  cümlədən  azərbaycanlı  publisistlər  Əli 

Mərdan bəy Topçubaşov, Həsən bəy Zərdabi, Nəriman Nərimanov, Sultan Məcid 

Qənizadə,  Məhəmməd  Ağa  Şahtaxtlı,  Eynəlibəy  Sultanov,  Rəhimbəy  Məlikov, 

Məmmədtağı  Sidqi,  Cəlil  Məmmədquluzadə,  Əhməd  bəy  Ağaoğlu,  Əlibəy 

Hüseynzadə,  Mahmud  bəy  Mahmudbəyov,  Firudin  bəy  Köçərli,  Teymur  bəy 

Bayraməlibəyov  kimi  görkəmli  xalq  xadimləri  haqqında,  qəzetin  tirajı,  dövriliyi, 

yayıldığı coğrafi ərazi, naşiri, dövrün mətbu həyatında yeri, rolu barədə geniş bəhs 

edilməsi  məqsədəmüvafiq  olardı.  Sonralar  nəşr  olunan  –  2000-ci  ildə  buraxılan 

«Azərbaycan  tarixi»  kitabının  (Yeddi  cilddə,  IV  cild,  Bakı,  «Elm»  nəşriyyatı) 

«Mətbuat» bölməsində də rusdilli nəşrlər haqqında dolaşıq, qarışıq, izahı müşkül 

məlumat  verilmişdir.  «XIX  əsrin  sonunda  Azərbaycanda  mətbuat ilk  addımlarını 

atmasına  baxmayaraq,  25  il  ərzində  sürətlə  (???  –  suallar  müəllifindir)  inkişaf 

etmişdir.  Bu  illərdə  10  yaxşı  (???  –  suallar  müəllifindir)  azərbaycandilli,  həm 

rusdilli mətbu orqanları işıq üzü görmüş, Azərbaycan publisistikasında isə parlaq 

bir nəsil yaradıcı fəaliyyətini başlamışdı» (səh.339). Məqsədimizin cümlələrin nə 

dilini, nə quruluşunu, nə də üslubunu dəyərləndirmək olmadığından bu məsələlərin 

üstündən sükutla keçir, tapmaca təsiri bağışlayan fikirləri də ciddi hesab etmirik. 

«Kaspi»  ilə  isə  bağlı  cəmi  bir  cümlə  verilmişdi.  «80-90-cı  illərdə  Bakıda  rus 

mətbuat  orqanları  əvvəlcə  «Kaspi»  qəzeti  (1881-ci  ilin  yanvarından),  sonra  isə 

«Birj

evıe  vedomosti»  və  başqa  qəzetlər  çıxmağa  başlamışdı»  (yenə  orada, 




75 

 

səh.339).  Yaxşı  ki,  yeddi  cildliyin  sonrakı  –  beşinci  cildində  «Kaspi»  haqqında 



mübahisə  doğuran  məqamlar  olsa  da,  bir  qədər  geniş  məlumat  verilmişdir  (bax, 

səh.231). Halbuki, Nəriman Zeynalovun «Azərbaycan mətbuat tarixi» (ADU-nun 

nəşriyyatı,  Bakı, 1973,  birinci  hissə, səh.52-55) kitabında rejim  və  ideologiyanın 

tələblərindən  irəli  gələn  müddəaları  çıxarmaqla  daha  ciddi,  sanballı  mənbə  kimi 

istifadə edilə bilinərdi. Eyni fikri XIX əsrin Azərbaycan ədəbiyyatı ilə bağlı nəşr 

edilən əsərlərə, o cümlədən dərsliklərə, dərs vəsaitlərinə də şamil etmək olar. Yeri 

gəlmişkən  həya  etmədən,  utanıb-qızarmadan  Nəriman  Zeynalovun  adını  belə 

çəkmədən,  onun  tədqiqatlarını  az  qala  öz  malı  kimi  mətbuata  sırıyan  üzdəniraq 

«qələm sahiblərinə»də ciddi etirazımı və iradımı bildirirəm. 

«Azərbaycan  dövri  mətbuatı.  1875-1990»  adlı  biblioqrafik  kitabda  (Bakı, 

Azərnəşr,  1993.  Tərtib  edən:  Solmaz  Rüstəmova-Tohidi)  nəşri  Şimali  və  Cənubi 

Azərbaycanda  ərəb  əlifbası  ilə  buraxılmış  və  nüsxələri  Bakının  kitabxana  və 

arxivlərində  mühafizə  edilən  mətbu  orqanların  geniş  təsviri,  qəzet  və  jurnalların 

xronoloji,  coğrafi,  şəxsi  adlar,  mənsubiyyət  göstəriciləri,  eləcə  də  nüsxələri  əldə 

olmayan mətbu orqanların siyahısı verilmişdir. Bu, böyük, gərgin işin nəticəsidir, 

alqışa,  təqdirəlayiqdir.  Lakin  fikrimizcə,  rusdilli  mətbu  orqanların  bütün 

göstəricilərini –  nəşr  tarixi,  naşiri,  redaktoru, dövriliyi,  tirajı, proqramı,  yayıldığı 

coğrafi ərazi və s. özündə əks etdirən eyni məzmunlu kataloqunda nəşri aktualdır 

və  təxirəsalınmadan  həyata  keçirilməlidir.  Heç  şübhəsiz  ki,  bu  zaman  Nazim 

Axundovun  «Azərbaycanda  dövri  mətbuat  (1832-1920)»  kitabı  (Bakı,  1965, 

Azərbaycan  SSR  Elmlər  Akademiyası  nəşriyyatı)  örnək  və  əsas  kimi 

götürülməlidir.  «Söz  Azadlığını  Müdafiə  Fondu»nun  təşəbbüsü  ilə  Azərbaycan, 

ingilis və rus dillərində Azərbaycanda fəaliyyət göstərən media qurumları barədə 

«Azərbaycan  media  kataloqu»nun  (Bakı,  2010,  «Apastrof»  çap  evi)  nəşri  də 

diqqətçəkəndir.  Məqsəd  yalnız  fəaliyyətdə  olan  media  qurumları  barədə 

informasiya mənbəyi hazırlamaq olsa belə, yaxşı olardı ki, «ölkəmizin bütün media 

qurumları barədə ensiklopedik məlumatları əhatə edən» kitab kimi təqdim olunan 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə