M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə19/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   15   16   17   18   19   20   21   22   ...   211

67 

 

Ceyhun  Hacıbəylinin  mühacirətdən  sonrakı  həyatı,  fəaliyyəti  də  maraqlı, 



zəngin və şərəfli olmuşdur. Onun həyatının bu hissəsini bir cümlə ilə ifadə etmək, 

belə söyləmək mümkündür: Azərbaycanın istiqlalı uğrunda ideoloji mücadilə. Bu 

mübarizə 1919-cu ildən başlamış 1962-ci ilədək – vəfatına qədər fasiləsiz davam 

etmişdir. 

Qeyd  etmişdik  ki,    Ceyhun  bəyin  seçilmiş    əsərlərindən  ilk  kitabı 

M.Teymurov  və  A.Aslanov  tərtib  etmiş  və  bura  C.Hacıbəylinin  mühacirətdəki 

irsinin bir qismi, o 

cümlədən  «Bərpa  quruculuq  işinin  ümumi  problemində 

Azərbaycanda iqtisadi vəziyyət», «İslam əleyhinə təbliğat və onun Azərbaycanda 

yeni metodları», «Rus demokratları bolşeviklərlə harada birləşir», «Söz və əməl», 

«İlk  Azərbaycan  operası  necə  yarandı»  kimi  məşhur  6  əsəri  daxil  edilmişdir  ki, 

həmin  əsərlərdə  sovet  rejimi,  kommunist    ideologiyası,    kolxoz-sovxoz  həyatı, 

ateist  tərbiyəsi,  din  siyasəti  və  s.  konkret,  tutarlı  faktlarla  kəskin,  eyni  zamanda 

yüksək  sənətkarlıqla  tənqid  edilir.  Kitab  1993-cü  ildə  «Azərbaycan»  nəşriyyatı 

tərəfindən buraxılmışdır. 

C.Hacıbəyli  irsinin  mühacirət  dövrü  yaradıcılığının  tədqiqatçılarından  

Mirzəbala Əmrahov «Ceyhun Hacıbəylinin mühacirət dövrü yaradıcılığı» adlı elmi 

iş    üzərində  işləyərkən  Ceyhun  Hacıbəylinin  seçilmiş  əsərlərini  toplayıb  nəşr 

etmişdir.    M.Əmrahovun  tərcüməsi,  ön  sözü  və  tərtibi  ilə  buraxılan  kitabda  isə 

«Müəzzinin  lənəti»,  «Baş  tutmayan  ziyarət»,  «Stalinin  öpüşü  və  ya  staxanovçu 

Fatimə»,  «Nejdanovun  işi»,  «XIX  əsrin  azərbaycanlı  tarixçisi  Abbasqulu  Ağa 

Bakıxanov»  və  «SSRİ-də  ziyalılar»  adlı  hekayə  və  məqalələri  daxil  edilmişdir. 

M.Əmrahov  kitaba  yazdığı  «Ön  söz»də  müəllifin  hekayələrinin,  publisistik 

əsərlərinin  geniş,  dərin  təhlilini  verməyə  səy  göstərmiş  və  bu  işə  uğurla  nail 

olmuşdur. O, yazır: «Yazıçının hekayələri içərisində sosializmin saxta mahiyyətini 

geniş təsvir edən iki hekayə də diqqəti cəlb edir. «Nejdanovun işi» və «Staxanovçu 

Fatimə»  hekayələrində  ötən  əsrin  otuzuncu  illərində,  eləcə  də  İkinci  dünya 

Müharibəsindən  sonra  Stalin  repressiya  rejimindən  heç  kimin  sığorta 

olunmamasından, «casusların və xalq düşmənlərinin» ən ucqar əyalət məktəbləri, 



68 

 

kolxoz  və  sovxozlarda  göstərdiyi  «təxribat  işlərindən»,  «vətənpərvər  və  sayıq» 



sovet  vətəndaşlarının  onları  «ifşa  etməsindən»  bəhs  olunur».  C.Hacıbəylinin 

mühacirətdə yazdığı digər bədii əsərlərdə – hekayələrdə də sovet cəmiyyətindəki 

həyat tərzi, rejimin eybəcərlikləri tənqid hədəfidir. 

İstedadlı  qələm  sahibinin  diqqətçəkən  publisistika  nümunələrindən  biri 

irihəcmli memuarı «Bir il xəyallarda və … bütöv bir ömür» adlanır. Fransız dilində 

qələmə alınmış memuar mövzusunun genişliyi, aktuallığı, toxunulan problemlərin 

taleyüklülüyü,  tarixi  və  ədəbi  dəyəri  baxımından  Azərbaycan  bədii 

publisistikasının, mühacirət ədəbiyyatının ən parlaq və nadir nümunələrindəndir. 

Memuar 



Vətən həsrəti ilə yaşayan və onun istiqlalı uğrunda mücadilə aparan istiqlal 



aşiqinin ürək çırpıntıları, qəlbinin səsidir; 

çar  və  sovet  imperiyasının  milli  siyasətinin  əsl  mahiyyətini, 



eybəcərliklərini göstərən və ifşa edən sənəddir; 

-  1905-ci 

və  1918-ci  illərdə    ermənilərin  Azərbaycanda,  xüsusilə  Bakıda 

törətdikləri vəhşiliklərə,  qırğınlara şahidlik edən məxəzdir; 

milli  adət-ənənələri,  xalqımıza  mənsub  ailə-məişət  münasibətlərini,  dini 



mərasimləri, şifahi ədəbi nümunələri əks etdirən mənbədir; 

inqilabdan  əvvəlki  Bakı  həyatı,  xüsusi  ilə  qoçuların  şəhərdəki  fəaliyyəti, 



əhali arasındakı nüfuzu barədə  müəllifin özünəməxsus görüşləridir; 

Qarabağın, xüsusən Şuşanın Azərbaycan tarixində və mədəni həyatındakı 



yerinə, roluna işıq salan əsərdir; 

bir mühacirin qürbət – Paris macəralarıdır; 



nəhayət, böyük Hacıbəylilər nəslinin həyat hekayəsidir. 

Bu  məziyyətlərinə  görə  memuarın  tərcüməsi  və  nəşri  aktual  və 

təqdirəlayiqdir.  Təsadüfi  deyil  ki    “  Azərbaycan  mühacirət    ədəbiyyatı  

kitabxanası“  nın    yaradılması    haqqında    AMEA  Rəyasət  Heyətinin  iclasının  

qərarından  dərhal sonra  həmin  qərarla müəyyənləşdirilmiş tədbirlərin  icrasının  

həyata  keçirilməsi  -  seriya  ilə  kitabların  buraxılması  ,  o  cümlədən    adı  çəkilən 



69 

 

memuar da daxil olmaqla  Ceyhun Ha



cıbəylinin  bədii  irsinin  nəşrə  hazırlanması  

istiqamətində  AMEA  Nizami  adına  Ədəbiyyat    İnstitutunun    Azərbaycan  

mühacirət  ədəbiyyatı  şöbəsində  müvafiq işlər görülür.   Artıq təcrübəli və peşəkar 

mütəxəssis Şamil Zaman əsəri tərcümə etmiş və  memuarın tərcümə variantı  bu 

sətirlərin müəllifi tərəfindən redaktə edilmişdir. 

 

Məsləkdaşları, qəhrəmanları 



 

Ceyhun Hacıbəyli elə böyük sənətkarlardandır ki, onun əsərlərini müəllifin 

t

ərcümanı hesab etmək olar. Bu əsərlər Ceyhun bəyin keçdiyi şərəfli həyat yoluna 



işıq salır, onun Vətənə, millətə, dinə sədaqətini, azadlıq, istiqlal ehtirasını parlaq 

t

əzahür  etdirir.  C.Hacıbəylinin ictimai fəaliyyəti də  onun  ünvanına  ən dəyərli 



fikirl

ərin söylənilməsinə  əsas verir. Digər tərəfdən isə  Ceyhun bəyin təmasda 

olduğu,  birgə  çalışdığı,  əməkdaşlıq  etdiyi  insanlar  C.Hacıbəylinin  əqidəsi, 

m

ənəviyyatı,  şəxsiyyəti barədə  fikrin  formalaşmasına  kifayət  edir.  Qardaşları 



Üzeyir v

ə  Zülfüqar Ceyhun bəyin, həm də  ən  yaxın  mənəvi  dostu  olmuşdur.  O, 

«Az

ərbaycan mədəniyyətinin pioneri» adlandırdığı Həsən bəy Zərdabinin vurğunu 



idi. M

əqalələrində, xüsusən böyük maarif xadiminin vəfatının  ildönümünə  həsr 

etdiyi  yazılarında  ,  o  Həsən bəyin xidmətlərini yüksək qiymətləndirir və 

c

əmiyyətdən inadla, israrla xalq xadiminin xatirəsinin  əbədiləşdirilməsini tələb 



edir. İllər ötür, nəticə isə yoxdur. Ceyhun bəy isə  yenə qələmi yerə qoymur. Həsən 

b

əyin vəfatının  7-ci ildönümü münasibəti ilə  yazdığı  məqalədə  isə  deyəsən, 



Ceyhun b

əyin səbri tükənmişdir.  Bu  dəfə  qəzəblə  ittiham edir:     Bu gün 

müs

əlmanların  (azərbaycanlıların  –  T.A.) mədəni-maarifçilik sahəsində  pioneri 



sayılan Həsən bəy Məlikovun vəfatının 7 ili tamam olur. 

Bakılıların  pafoslu  nitqləri  və  təntənəli  mərasimlə  öz  xadimlərini  dəfn 

etdikləri həmin gündən vur-tut 7 il keçir. 

Hələ  tam  soyumamış  meyit  üzərində  səslənən  o  çıxışlar  mənim  indi  də 

qulaqlarımdadır. Aman Allah, həmin nitqlərdən necə od-alov püskürürdü, çıxışlar 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə