M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə27/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   23   24   25   26   27   28   29   30   ...   211

91 

 

müəllif  islamçıların  qeyri-müsəlmanlara  qarşı  xeyirxah,  insani  münasibətindən 



misallar göstərir. İslamın yayılması tarixi belə nümunələrlə zəngindir. İslamın qısa 

zamanda  belə  sürətlə  yayılmasının  başqa  bir  səbəbi  İslam  rəhbərlərinin  böyük 

zəkası və bacarığıdır. Məhz bunun sayəsində İslam az müddətdə Şimali Afrikaya, 

Qərbi  Avropaya  ayaq  açmışdır. 632-ci ildə  Məhəmməd  Peyğəmbər  vəfat  edəndə 

İslam  Ərəbistanın  az  hissəsində  yayılmışdı.  «Lakin  ilk  İslam  rəhbərləri  arasında 

nadir zəkaya və fitri istedada malik olanlar çox idi»  - bu fransız alimi Abbat de 

Brolinin  qəti  qənaətidir.  O,  yazırdı:  «Məhəmmədə  iman  gətirənlər  səmimi, 

cəsarətli,  ağıllı  və  hissiyyatlı  adamlar  idi.  Bunlar  Abu  Bəkir  və  Ömər  idi. Bu 

dözümlü, ədalətli, bacarıqlı, enerjili iki ərəb nəhəng imperiyanı idarə etməyə qadir 

idi və onlarla mübarizə aparan xristian imperatorlarından, xristian hökmdarlarından 

yüksəkdə  dayanırdılar».  Başqa  bir  Avropa  alimi  Robertson  özünün  «V  Karlın 

tarix


i» əsərində yazırdı ki, Məhəmmədə iman gətirənlər böyük ruh yüksəkliyi və 

ardıcıllıqla,  dözümlülük  ruhu  ilə  prozelitizmin  vəhdətini  yaratmışlar.  Ərəblərin 

Suriya və Şimali Afrikaya yürüşləri Roma və Vizantiya imperiyasının basqını ilə 

müqayisədə sülhməramlı olmuşdur. Bu zaman əslində zorakılıq və qəddarlığa yol 

verilməyib. 

C.Hacıbəyli  əsərin  daha  aktual  səslənən,  dövr  üçün  zəruri  hesab  etdiyi 

hissələrinin  şərhinə  daha  geniş  yer  verir  və  İslamın  bəşəri,  humanist  dəyərlərini 

qabarıq  göstərməklə,  «müsəlman  fanatizmi»nin,  «dözülməzliyi»nin  ideoloq  və 

təbliğatçılarına öldürücü zərbə vururdu. Müəllif məqalədə əsərin belə bir hissəsinə 

oxucunun diqqətini yönəldir. Müsəlmanlar yürüş zamanı yollarına çıxan xalqlara 

təkliflərlə müraciət edirdilər: 

ya Quranı qəbul etməli; 



ya öz din və adətlərini saxlamaqla vergi verməli; 

ya da silahının gücünə arxalanmalı. 



Nəzərə  alsaq  ki,  imperiyalar  tarixində  amansız  müharibələr,  qırğınlar, 

qəddarlıqlar, dağıntı və min bir cür digər fəlakətlər bir norma olmuşdur, o zaman 

ərəblərin bu cür hərəkəti çox humanist görünər. Quranda İslamın dəyərləri, aliliyi, 



92 

 

humanizmi,  bəşəriliyi  daha  parlaq  şəkildə  öz  əksini  tapmışdır.  Bu  müqəddəs 



kitabın  başlıq  və  surələrindən  bəzi  nümunələri  misal  göstərməklə  deyilənləri 

təsdiqləmiş  olardıq.  II  surə,  256-cı  ayədən:  Dində  zorakılıq  yoxdur.  Doğruluq 

azğınlıqdan  aydın  fərqlənir.  Hər  kəs  şeytanı  və  bütləri  inkar  edib  Allaha  iman 

gətirərsə, o, artıq ən möhkəm bir dəstəkdən yapışmış olur. VI surə, 108-ci ayədən: 

Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa, onlar da bilmədikləri üzündən 

Allahı  düşməncəsinə  söyərlər.  XXV  surə,  63-cü  ayədən:  Rəhmanın  bəndələri  o 

kəslərdir  ki,  onlar  yer  üzündə  təmkinlə,  təvazökarlıqla  gəzər,  cahillər  onlara  söz 

atdıqları zaman onlarla gözəl, yumşaq danışarlar. Əgər bir tərəfdən Şərq xalqları 

üçün ərəblərin yürüşü Vizantiya tərəfindən onlara verilən fiziki, maddi və mənəvi 

məhrumiyyətlərdən azad edilməsidirsə, digər tərəfdən İslamın sürətlə yayılmasını 

şərtləndirən  amillərdəndir.  Roma  imperiyasının  despotizmini  əvəz  edən  İslam 

liberalizmi insanların qəlbində əbədi yuva salırdı. 

Məşhur  fransız  alimi  Dozi  yazırdı  ki,  ərəblərin  hökmranlığının  dinc  dövrü 

digər  dinlərə  ibadət  edənlərə  münasibətdə  daha  humanist  xarakter  daşımışdır. 

Qeyri-

müsəlmanlar  zorakılıqla  yox,  məhz  inama  görə  İslamı  qəbul  etmişlər.  Bu 



münasibətlə  II  Ömərin  yerli  nümayəndəsi  Xəyyamın  ona  yazdığı  məktub  çox 

ibrətamizdir: «Əgər Misirdə işlər bu cür davam etsə, heç şübhəsiz, bütün xristianlar 

bir nəfər kimi İslamı qəbul edəcək, bununla da dövlət onlardan xəzinəyə daxil olan 

gəlirdən məhrum olacaq». II Ömərin cavabı daha maraqlıdır: «Allah Məhəmməd 

Peyğəmbəri öz elçisi kimi göndərib, dilənçi payı yığan kimi yox». 

İslamdan  sonra  İspaniyada  xristianlar  xüsusilə  azad  yaşamağa  başladılar. 

Avropada izlənən,  təqiblərə  məruz qalan yəhudilər  xilafətdə  təhlükəsiz sığınacaq 

tapırdılar. Tarixdə belə təkzibolunmaz faktlar çoxdur. 

C.Hacıbəyli İslamı təhrif edənlərə, onu ədalətsiz hücumlarla gözdən salmağa 

çalışanlara  cavab  olaraq  məqaləsini  belə  bitirir:  «Müsəlman  fatehlərinin  inama 

dözümlülüyü  müqabilində  «xaç  yürüşlərinin»  qəddarlıq  nümunələrindən  misal 

gətirsək, müsəlmanların zorakılıq və fanatizm daşıyıcıları kimi təqdim olunması ən 

böyük  və  ciddi  səhv  olardı».  C.Hacıbəyli  İslamın  tarixinə  və  müqəddəs  kitab 



93 

 

Qurana əsaslanaraq, təkcə müsəlmançılığı müdafiə etmir, həm də dində baş verən 



dəyişiklikləri,  ruhanilərin  problemlərini  cəsarətlə  «Kaspi»nin  səhifəsinə  çıxarır, 

geniş  ictimaiyyətlə  öz  fikir  və  mülahizələrini  bölüşdürürdü.  Bu  mənada  «Kaspi» 

qəzetinin üç nömrəsində (29 noyabr, № 267; 3 dekabr, № 270; 8 dekabr, № 274) 

dərc  olunmuş  «Ruhanilərin  ehtiyacı»  adlı  irihəcmli  məqalə  diqqəti  xüsusilə  cəlb 

edir.  Məqalə  belə  başlayır:  «Bəzi  istisnaları  nəzərə  almasaq,  bizim  jurnalistlər 

müsəlman  ruhaniləri  haqqında  çox  amansız,  sərt  mövqe  tuturlar.  Onlar  «cəhalət, 

qaranlıq  elçilərini»,  «zərərli  elementləri»,  xalqın  ziyanlı  instinktlərini 

qızışdıranları,  elm  və    maarifin  yayılmasına  qarşı  duranları  «yerlə  yeksan  edir», 

«biçirlər». Bir sözlə, bizdə ruhaniləri söymək dəbdədir. Mollalar barədə hər hansı 

bir  müsəlmanla  söhbət  et,  o,  mollaları  bütün  bəlaların  mənbəyi,  qatı  düşməni 

adlandıracaq».  Məsələ  burasındadır  ki,  mollalar  haqqında  C.Hacıbəylinin  qeyd 

etdiyi bu ictimai rəy birdən-birə, əsassız yaranmamışdır. Bir tərəfdən cəmiyyətdə 

Qərbin  uydurduğu  «müsəlman  fanatizmi»,  «dözülməzliyi»  pərdəsi  ilə  İslamla 

mübarizəsi,  digər  tərəfdən  xalqını  bütün  varlığı  ilə  sevən  qələm  sahiblərinin  – 

M.Ə.Sabirin,  C.Məmmədquluzadənin  öldürücü  satirası,  felyetonları  adamlar 

arasında mollalar barədə mənfi fikrin formalaşmasına xidmət etmişdir. 

C.Hacıbəylinin  fikrincə,  ruhanilər  haqqında  xoşagəlməz  rəyin  əmələ 

gəlməsinin  bir  səbəbi  də  onların  süstlüyü,  soyuqluğu,  fəaliyyətsizliyidir.  Bunun 

özünün  də  səbəbləri  var.  Başlıcası  isə  ruhani  təhsili  verən  mütəşəkkil,  ali 

müəssisələrin olmamasıdır. C.Hacıbəyli bu barədə – Bakıda ruhani seminariyasının 

açılmasının vacibliyi haqqında hələ 1913-cü ildə «Kaspi»də yazmışdı. O vaxt da 

müəllif  qeyd  etmişdi  ki,  ruhani  seminariyasının  olmaması  xalqın  tərəqqisi  və 

maariflənməsi  yolunda  ciddi  maneədir.  Bu  zaman  C.Hacıbəyli  həm  də,  ona 

əsaslanırdı  ki,  bizdə  seminariyanın  olmadığından  adamlar  ruhani  təhsili  almaq 

üçün İran və Türkiyənin müxtəlif şəhərlərinə gedirlər. Başqa həyat tərzi, yad mühit 

onları  öz  xalqından  uzaq  salır.  Belə  tərbiyə  və  təhsillə  geri  dönən  «mənəviyyat 

ataları» xalqa necə fayda verə bilərlər? Amma xalqın öz içərisində yetişən ruhani 

xalqın  ideya  və  mənəvi  ehtiyaclarını  daha  yaxşı  bilər,  xalqdan  uzaq  düşməzlər. 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə