M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə35/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   31   32   33   34   35   36   37   38   ...   211

115 

 

Az  sonra  vaqona  minən  Əbdül  Kərim  qəribsəyir,  doğma  ev-eşiyi  gözünün 



qabağına  gəlir,  ürəyi  sancır,  bu  basabasda  necə  namaz  qılacağına  düşünür,  qəm 

dəryasına  batır:  «Elə  bu  vaxt  onun  gözünə  bədən  qalaqlarının  üstündən  adlayıb 

koridordan 

keçən  mundir  geymiş,  əli  fənərli  «urus»  dəydi.  Onun  timsalında  bu 

«

cəhənnəm maşınının adamını» görən Əbdül Kərim onu çağırdı: 



- Ay  «urus», 

zəhmət olmasa, de görüm, maşınını bir az saxlaya bilərsənmi, 

düşüm namazımı qılım? 

«

Cəhənnəm  maşınınının  adamı» «tatarın»  xahişini  sözdə  başa  düşməsə  də, 



fikrini 

anladı. O, qəhqəhə ilə güldü və dodağının altında nə isə pıçıldadı ». 

Çox  çəkmir  ki,  lokomotivin  güclü  fiti  eşidilir  və  qatar  sürətini  azaldaraq 

dayanır.  Əbdül  Kərim  «Məni  bir  az  gözlə,  çox  çəkməyəcək»  -  deyə  vaqondan 

özünü bayıra atır: « Fontana çatıb qollarını çırmaladı, ayaqqabılarını soyundu və 

dəstamaz almağa başladı; əllərini, qollarını dirsəkdən aşağı və üzünü yuyaraq, yaş 

əlləri  ilə  başını  və  ayaqlarını  sürtdü.  Bunu  edib  cibindən  bir  dəsmal-canamaz, 

dairəvi  və  yastı  bişmiş  torpaq  parçası–möhr  və  təsbeh  çıxartdı.  Yeri  səliqəli 

təmizləyəndən və tozu üfürəndən sonra  dəsmalı bütün içindəkilərlə yerə sərdi və 

qarşısında  farağat    vəziyyətində  durdu,  namaza  başladı.  Gözəgörünməz  və  hər 

yerdə olan Allahın qarşısında diz çöküb səylə ərəbcə duaları oxumaqda ikən, bir 

zəng səsi, arxasınca vağzal rəisinin fitini eşitdi. Qatar yavaş-yavaş tərpəndi və yola 

düşdü, öz Tanrısı ilə səmimi ünsiyyətdə olan kişinin bunlardan xəbəri olmadı ». 

Yazıçı  Əbdül  Kərim  və  vur-tut iki-üç  epizodik  obrazla  çox  möhtəşəm  və 

bənzərsiz  bir  hekayə  yazmağa  müvəffəq  olmuşdur.  Dini  dəyərləri  yüksək 

qiymətləndirən,  həmişə  islamın  böyük  təəssübkeşi  kimi  çıxış  edən  Ceyhun 

Hacıbəyli  hekayənin  əvvəlində  görünür,    Əbdül  Kərimin  müqəddəs  ziyarətə 

getmək istəyinin əsl mahiyyətini , «Hacı» titulundan sonrakı arzu və niyyətlərinin 

məğzini oxucu ilə bölüşdüyündən bu səfərin başa çatmasına  qəsdən  əngəl törədir: 

Həcc ziyarətinə pak niyyətlə, təmiz dualarla, halal pulla getmək lazımdır. «Hacı» 

titulundan sui-

istifadə  edərək  varlanmaq,  təkəbbürlü  davranmaq  günah  və 

yolverilməzdir. Əsərin başlıca ideyası budur və günümüzdə də çox aktualdır. 



116 

 

“525-ci q



əzet”, 30 yanvar 2016;  

Modern.az, 31 yanvar, 2016.  

 

 



 

 

 



           

 

 



 

 

   



       

 

Bir sinopsisin taleyi 



 

Azərbaycanın  bolşeviklər  tərəfindən  işğalının  ilk  illərindən  mühacirətdə 

ömrünün  sonunadək  sovet  rejimi  və  kommunist  ideologiyasına  qarşı  mücadilə 

aparan, eyni zamanda milli, mədəni irsimizin xarici ölkələrdə layiqincə təbliğinə, 

tanıdılmasına  çalışan  Ceyhun  Hacıbəyli  yaradıcılıq  imkanlarından,  istedadından 

gen-


bol  bəhrələnmiş,  istifadə  etmişdir:  Azərbaycan,  fransız,  rus  dillərində 

publisistik  və  bədii  əsərlər  yazmış,  tərcüməçiliklə  məşğul  olmuş,  qəzet,  jurnal 

redaktoru kimi antisovet təbliğatında mühüm rol oynamışdır. 

Yanılmıramsa, Azərbaycan mühacirət irsində ilk və yeganə, həm də sənədli 

sinopsisin müəllifi də Ceyhun Hacıbəylidir. Sinopsis yunan sözüdür, «bir baxışla 

oxuna bilən» mənasını verir, Avropada, o cümlədən Fransada filmin ssenarisinin 

ilkin mərhələsi, yaxud xülasəsi anlamında işlədilir. Sinopsis oxucuda gələcək film 

haqqında,  onun  mövzusu,  məzmunu,  ideyası  barədə  müəyyən  təəssürat  yaradır, 

ssenarist üçünsə sinopsis, müasir dillə desək, bir növ «yol xəritəsi»dir, filmin süjet 

xəttini cızan, göstərən mətndir, onun əsasında filmin ssenarisi ərsəyə gəlir. Burada 

bədii təsvir və ifadə vasitələrindən, dialoqlardan, monoloqlardan istifadə edilmir, 

qısası ssenarinin, belə demək mümkünsə, eskizidir, «quru» mətndir. 

Ceyhun  Hacıbəylinin  sinopsisi  «Stalinin  öpüşü  və  ya  staxanovçu  Fatimə» 

adlanır. 1950-ci illərdə qələmə alındığını ehtimal etdiyimiz əsər fransız dilindədir 

(A

RDƏİA, fond-649, siyahı 1, saxlama vahidi 10). Onu fransız dili üzrə tanınmış 



mütəxəssis  Mirzəbala  Əmrahov  dilimizə  tərcümə  etmiş  və  Ceyhun  Hacıbəylinin 


117 

 

bir  neçə  əsərinin  toplandığı  kitaba  daxil  etmişdir  (Ceyhun  Hacıbəylinin  seçilmiş 



əsərləri.  Bakı,  «Elm»,  2006,  tərtibçi  və  «Ön  söz»ün  müəllifi  Mirzəbala 

Əmrahovdur).  

Yuxarıda qeyd etdiyimiz kimi, yazı sırf texniki mətn olsa da, burada heç bir 

bədii  ifadə  və  təsvir  vasitələrindən  istifadə  edilməsə  də,  onun  qısa  məzmunu, 

gələcək  filmin  xülasəsində  bir-birini  sürətlə  əvəz  edən  hadisələrin                     

dramatizmi,  insanlararası  münasibətlərin  gərginliyi,  rejimin  nökərləri  və  eyni 

zamanda qurbanlarının acı, ağır taleyi, sadə, zəhmətkeş insanların kölə həyatı, ülvi, 

təmiz  məhəbbətin  ayaqlar  altına  atılması  və  s.  oxucu  qəlbini  riqqətə  gətirir,  onu 

sarsıdır, düşündürür.. 

Sinopsisin əvvəlində təqdim edilən personajların siyahısından bəlli olur ki, 

gələcək  filmin  obrazlar  qalereyası  rəngarəngdir  və    demək  olar  ki,  cəmiyyətin 

bütün  təbəqələri  burada  təmsil  olunmuşdur:  kolxoz  sədrindən,  respublika  partiya 

təşkilatının  Birinci  katibindən  tutmuş  Stalinədək  inzibati-idarəetmə  aparatının 

bütün  strukturlarının  rəhbərləri,  sıravi  kolxozçular,  pambıqçılar,  eşq-məhəbbət 

odu-

alovu ilə yanan gənclər gələcək əsərin-kinonun qəhrəmanlarıdır. 



Ceyhun  Hacıbəylinin  qeydindən  məlum  olur  ki,  hadisələr  1934-1938-ci 

illərdə  Özbəkistanda  baş  verir.  Bəri  başdan  qeyd  etmək  yerinə  düşər  ki,  təsvir 

olunan  hadisələr  yazıçı  təxəyyülünün,  fantaziyasının  məhsulu  deyil  və  müəllif 

əsərin  faktlar  əsasında  qələmə  alındığına özü  də  dəfələrlə  işarə  vurur.  Təbii sual 

yaranır:  Parisdə,  yaxud  Münhendə  yaşayan  mühacir  yazıçı  «dəmir  pərdə»nin 

içərisində  cərəyan  edən  hadisələri,  rejimin  milli,  dini,  iqtisadi  siyasətini,  onun 

antibəşəri mahiyyətini, fəsad və faciələrini necə görə bilərdi? Mühacirlər öz xatirə 

və qeydlərində göstərirlər ki, sovet rejiminin çürüklüyünü, antihumanist simasını 

tənqid  edərkən  tutarlı  və  təkzibolunmaz  faktlara,  müxtəlif  yollarla  Sovet 

İttifaqından  əldə  etdikləri  qəzet,  jurnal  materiallarına,  sənədlərə  istinad  edir, 

əsaslanırlar.  Sovet  mətbuatının  yazdıqlarından  məhkəmə  materiallarından, 

«əksinqilabçıları  ifşa  edən»  məqalələrdən,  «sosializm  yarışını»,  «staxanovçuluq 

hərəkatını»  mədh  edən  reportajlardan  mühacirlər  güclü  əks-təbliğat  vasitəsi  kimi 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə