M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə43/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   39   40   41   42   43   44   45   46   ...   211

139 

 

alınmışdır.  Maarifçi-publisistin mühacirətəqədərki  yaradıcılığında  başlıca 



mövzular elm, t

əhsil, mədəniyyət, incəsənət, xeyriyyəçilik problemləri, dini 

d

əyərlər, erməni məkri və  hiyləsinin  ifşası,  mühacirətdən  sonrakı  yaradıcılığında 



bolşevizmə  qarşı  mücadilə,  istiqlal  uğrunda  ideoloji  mübarizə, milli 

m

ədəniyyətimizin xarici ölkələrdə təbliği olmuşdur. Elə haqqında söz açacağımız 



memuarda da mü

əllif çox məsələlərə, mətləblərə  toxunsa da, əsərin mövzusu 

yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanla, onun istiqlalı ilə bağlıdır. 

Memuarın qəm, qüssə, kədər və göz yaşları ilə yazılmasının  tək səbəbi qürbət 

h

əyatının    əziyyətləri, məşəqqətləri və  məhrumiyyətləri deyil. Bu əsər qələmə 



alınanda Ceyhun bəy demək olar ki, qürbət həyatına alışmış, uyğunlaşmışdı: dili 

mük


əmməl bilirdi, işi-gücü, legioner və digər həmvətənlər arasında dostları var idi, 

kifay


ət qədər nüfuz sahibi idi. Memuarın göz yaşları ilə yazılmasının əsas səbəbi 

əsərin bu cümləsindən  də  bəlli  olur:  «Taleyin  sarsıdıcı  zərbəsi  axırıncı  Dünya 

Müharib

əsi  zamanı  məni  çaşdıraraq  rəhmli  sıxıntı  keçirtməyə  və  daha rahat 



sığınacaq axtarıb tapmağa – məcbur etdi». Burada – C.Hacıbəyli «taleyin sarsıdıcı 

z

ərbəsi» deyəndə  heç  şübhəsiz  ki,  23  yaşlı  oğlu  hərbi təyyarə  pilotu Ceyhunun 



(Ceyçik) almanların Parisə hava hücumu  zamanı tarana  gedərək həlak olmasına 

işarədir. Əlbəttə, övlad itkisi C.Hacıbəylini sarsıtmış, belini bükmüşdü.  

 

İstedadlı  həmkarımız  Bəxtiyar Qaraca «Azərbaycan» qəzetinin 29 sentyabr 



2015-ci tarixli nömr

əsində dərc etdirdiyi «Durun gedək evimizə» adlı məqaləsində 

yazır:  «İkinci  Dünya  Müharibəsinin  ağrıları  Ceyhun  bəyin ailəsindən də  yan 

keçm


ədi: Üzeyir bəyin hər bir məktubunda xatırlanan, əzizlənən, Bakıda dünyaya 

g

ələn, 1937-ci ildə  Paris Hərbi  Akademiyasını  uğurla  bitirəndən sonra alman 



faşizminə  qarşı  mübarizəyə  təyyarəçi  kimi  qatılan  oğul  Ceyhun  düşmənlə  qeyri-

b

ərabər  döyüşdə  qəhrəmanlıqla  həlak  olur.  23  yaşlı  oğlunu  itirən Ceyhun bəy 



sarsıntılar keçirir. Bir tərəfdən Vətən həsrəti, digər tərəfdən isə oğlunun faciəsi onu 

ömrünün  sonuna  kimi  rahat  buraxmır.  Memuarın  qələmlə  yox,  göz  yaşı  ilə 




140 

 

yazılmasının  da  əsas səbəbi bu idi. Ceyhun bəy əsərdə  dəfələrlə  bu itkiyə  işarə 



vurur. 

Bu baxımdan «Xalamgildə çörək yeyirəm» - cümləsi ilə nəql olunan yuxu daha 

t

əsirli, kədərlidir. Ceyhun bəy oğlunu axtarır, tapır, bir süfrə arxasında əyləşirlər. 



Süfr

ədə  çörək,  tort  var.  Lakin  yağ  çatışmır,  qurtarıbdır.  Biz  yeyərkən bir it bizə 

yaxınlaşır və başını çörək yediyimiz stolun üstünə qoyur… Sonra səhnə dəyişilir. 

C.Hacıbəyli aprelin 9-da  oğlunun  hərbi xidmətə  çağırıldığını,  sonra  ondan  bir 

müdd

ət xəbər gəlmədiyini, həyəcanla onu axtardığını, nəhayət, onu «üstləri tikanlı 



kol-

kosla örtülmüş topların arxasında» tapdığını, oğlunu bu yerlərdə yeganə olan 

mehmanxanaya  apardığını,  orada  yeyib-içib  şənləndiklərini qeyd edir və  yazır. 

«Kefim düz

əlmişdi, yaxşı idi… Şən idim… birinci və axırıncı dəfə: 

C.Hacıbəyli  yuxularında  oğlunu  müxtəlif vəziyyətlərdə  –  qatarda 

bombalandığı, qorxunc buynuzlu öküzlə üz-üzə qaldığı, küçədə adamların içində 

gücl


ə  yeridiyi, dərd-qəm içində  boğulduğu,  qatardan  düşən səyahətçilər  arasında 

oğlunu  tapmadığı  hallarda  görür  və  həmin  yuxularla  bağlı  kədərli, bəzən də 

qarmaqarışıq,  anlaşılması  çətin  əhvalatlar  danışır…  Oğlunun  nisgili  ilə  bağlı 

memuarda n

əql  olunan  yuxular  canlı,  obrazlı  nəql edilir, bədii təsvir  üsulları, 

ric


ətlər müəllifin  şəxsi  duyğu  və  düşüncələrini oxucuya daha təsirli  çatdırmağa 

xidm


ət edir. 

 

 



 

«X

əyallara sitayiş»in  səbəbi… 



 

Memuar  üslubuna,  quruluşuna  görə  də  xeyli fərqlidir. Bu  əsər bir-biri ilə 

q

ətiyyən  əlaqəsi olmayan yüzlərlə  parçadan ibarətdir. Bir parçada nəql olunan 



hadis

ə bir andaca, xəyal, yuxu surəti ilə digəri ilə əvəz olunur, o da az sonra bir göz 




141 

 

qırpımında başqası ilə əvəzlənir. Üslub isə C.Hacıbəyli yaradıcılığına bələd olanlar 



üçün doğma və tanışdır. O, hələ ilk qələm təcrübələrində – kiçik həcmli felyeton və 

hekay


ələrində yuxudan bədii priyom kimi istifadə edir, bu vasitə ilə maraqlı əsərlər 

yazırdı. Adından da göründüyü kimi, bu memuar xəyalların, yuxuların məhsuludur. 

Ceyhun b

əy «xəyallara  sitayişini»  onların  nəsillərində  qədim zamanlardan 

qalma ad

ətlə izah edir, yazır ki, həyatımızı az qala yuxularımıza uyğun qururduq. 

S

əyahət,  toy,  nişan  ərəfəsində,  alqı-satqıda,  yaxud  işə  götürmə,  işdən azad etmə 



zamanı  anamız  yuxuları  yozaraq  atama,  bizə  yol göstərirdi. «Bizim ən qorxulu 

x

əyallarımızın elementləri bunlar idi: od, alov, toy, dişin düşməsi  və s. bununla 



yanaşı  su,  at,  səfillik, gecə  vaxtı  təsis  edilmiş  nişanlar  uğurlu  işlərin  əlaməti 

sayılırdı». 

Ceyhun Hacıbəyli fikirlərini əsaslandırmaq üçün kiçik yaşlarında ikən gördüyü 

yuxunu, onun yozumunu v

ə  yuxulara  inamının  səbəbini belə  nəql edir: 

«…t


əxminən  4  yaşım  olardı.  Günlərin bir günü gecə  yuxuda gördüm ki, bizim 

bağla  yaxınlıqdakı  bağın  başlanğıcını  birləşdirən çəpərin üstündən qəfildən alov 

qalxdı.  Ancaq,  bunun  sabahısı  səhər, mənim yuxumda gördüyüm yerdən Mirzə 

Süleymanın  başı  göründü:  bu,  bizim  ailənin dostu, dueldə  öldürülən  dayımızın 

faci

əvi ölüm xəbərini ailəmizə çatdıran mömin bir adam idi… Ceyhun bəy “kədərli 



v

ə  xətərli” bir hadisədən xəbər verən  yuxunun  İkinci  Dünya  Müharibəsi  zamanı 

gerç

əyə  çevrildiyinə  inanır  və  üstüörtülü olsa da, həmin  yuxunu  oğlunun  ölüm 



x

əbəri ilə əlaqələndirir. Yeri gəlmişkən, memuar boyu yəqin ki, Ceyhun Hacıbəyli 

oğlunun  həlak  olması  ilə  bağlı  yuxularını  bir  neçə  dəfə  yazır,  yozur:  «Enişli  bir 

küç


ə  ilə  aşağı  düşürəm,  bu  zaman  balaca  bir  uşağın  mənə  çağırdığını  eşidirəm: 

«Ata!» Arxaya çevrilir

əm və  cavan  bir  qadının  balaca  oğlunu gəzdirdiyini 

görür


əm.  Bu  uşaq  qaçaraq  mənə  çatır.  Mən onu əllərimlə  tuub  başımın  üstünə, 

göy


ə  qaldırıram,  düzünü  desək,  o  ağır  idi.  Sonra  əl  ağacımı  ona  verdim,  o  isə 

d

ərhal  onu  ayaqlarının  arasına  keçirib  at  kimi  mindi:  Mən  qışqırdım:  «He,  dəh, 



d

əh!» Balaca əylənir, ancaq tez də əməlindən çəkinir. Anası gəlib bizə qoşulur və 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə