145
«Oğlumun müşayiətilə küçədə gedirəm», «Dərd-qəm içində boğulan xalamın
yanındayam», «Mən indi ata-baba bağındayam», «Baqqal dükanına daxil oluram»,
«Suyu bal olan şəhərdəyəm» (Şuşa nəzərdə tutulur – T.A), «Ata evimizdə bir
gec
ə», yaxud «Paris qəsəbələrində bir küçə», «Parisdəki Molyer evinin, yəni
«komedi Fransez»in pill
əkəni ilə qalxıram; «Oğlumun və bir neçə adamın
müşayiəti ilə vaqonda səyahətdəyəm», «Bir Lourdes kilsəsinə səyahət etmək
əhvalındayıq», «Monte-Karloda bakkara oynayıram», «Bir nəfər qadın dostumun
restoranındayam», «Rəqs salonundayam», «Overn kəndlərinin birində, hər bir
t
ərəfdən meşə ilə əhatə olunmuş bir təpənin üstündəyəm», «Elə bir salondayam ki,
orada bir xa
nım ətrafa şəfəq saçır» və s. və i. kimi sözlərlə başlayan onlarca
yuxunu Ceyhun b
əy oxuculara nəql edir, bəzilərini yozur, bəziləri barədə susur,
şərh etmir, nəticə çıxarmağı oxucunun ixtiyarına buraxır.
Mü
əllif memuar boyu, tez-tez Bakını və Şuşanı «doğma şəhərim» -deyə,
m
əhəbbətlə vəsf edir. Şuşanın insanlarından, füsunkar təbiətindən, tarixindən
Şuşada dini mərasimlərin, xüsusən Aşuranın necə keçirildiyindən söz açır. Bakının
m
əktəb, maarif, mədəniyyət, xeyriyyə sahəsindəki irəliləyişdən yazır, şəhərin özəl
h
əyatını, onun özünəməxsus mənzərəsini təsvir edir. «Qoçu» mövzusuna toxunan
C.Hacıbəyli onların daha çox 1905-ci ildən sonra daha böyük nüfuz qazandığını
qeyd edir:«Əsl qoçular o adamlar idi ki, bütün şəhəri gərgin vəziyyətdə
saxlayırdılar. Belələrinin möhkəm dayaqları və başçılarını öz həyatları bahasına
müdafi
ə etməyə sadiq yoldaşları vardır”.
C.Hacıbəyli qoçulardan Ağa Kərimi, Teymur bəyi, Kərbəlayi Abdullanı yaxşı
xatırladığını yazır, qoçular arasındakı münasibətlərdən və və onların əməllərindən
geniş bəhs edir. Qoçuların nüfuzuna şəhər qubernatoru təyin olunan Martinov
sarsıdıcı zərbə vurur: «Günlərin bir günü o, bir qoçu ilə rastlaşır, onunla söhbət
edir, zarafatlaşır, daha sonra onun başındakı gözəl Həştərxan papağını əlindəki
qılıncla iki yerə bölür və ona deyir: «Bu qədər uzunluqda olan papağı başa
qoymaq lazım deyil, buna qənaət deməzlər, papağın yarısını qardaşına verə
146
bil
ərsən». Qubernatorun qoçuluq rəmzini bildirən Həştərxan papağına qarşı
t
əhqiramiz hərəkətindən sonra qoçular öz nüfuzlarını itirməyə başlayır.
Folklor vurğunu, sənət aşiqi
G
ənclik illərindən ədəbiyyata, folklora, musiqiyə böyük maraq göstərən
Ceyhun Hacıbəylinin bu mövzulara memuarda da toxunması təbiidir. Atası və
əmisi haqqında xatirələrini yada salan Ceyhun Hacıbəyli yazır: «Mən və
qardaşlarım heykəltəraşlıq sənətinin, rəssamlığın, mahnı və musiqini kimdən irsən
aldığımızı bilmirəm». Əmisnin dostu, paltar mağazasının sahibi Mirzə Cəfəri isə
bel
ə xarakterizə edir: “…ancaq o şair və xüsusilə həcv yazan bir adam kimi
t
anınırdı. Onun qələminin kəskinliyi hamı tərəfdən etiraf olunardı. Memuarist yazır
ki, Şuşanın təbiəti, iqlimi, gözəlliyi burada yaşayanların poetik, şairanə qəlbinə
nüfuz etm
əyə çox imkan yaradırdı. Ceyhun Hacıbəyli mərasimlərdə qadınların
b
ədahətən söylədikləri ağıları, bayatıları, laylaları heyranlıqla yada salır, onlardan
yerli-yerind
ə sitatlar gətirir. O, şahidi olduğu bir hadisəni söyləməklə də fikrini
əsaslandırır və nəql edir ki, bir dəfə bir-biri ilə qonşu olan müsəlman və erməni
q
əbirstanlığında məni sarsıdan bir hadisənin şahidi oldum. Bir neçə erməni qadını
v
ə qızı yeni basdırılmış adamlarının qəbri üstündə ağlaşırdılar. Yoldan keçən bir
müs
əlman qadını da matəm içində olan erməni ailəsinə yanaşır. Bircə an sonra bizi
sarsıdan ağılardan birinin ətrafa hakim kəsildiyini eşitdik: bədii, gözəl ağılardan
biri idi. M
ərhumun hansı cinsdən olduğunu belə bilməyən müsəlman qadının
oxşama sözləri, eləcə də qəddar taleyin ünvanına yağdırdığı lənət və qarğışları
erm
əni qadınlarının ağlaşını ikiqat artırdı və onlar müsəlman qadınını bu mərasimə
gönd
ərdiyinə görə Allaha təşəkkür edirdilər…
147
Ceyhun Hacıbəyli doğma Vətənində adamların tez-tez «yağlı» sözlərlə,
işarələrlə, eyhamlarla, məcazlarla, qondarma ibarələrlə danışdığını və həmin
ifad
ələrin yerində, səciyyəvi və gözəl olduğunu qeyd edir: «…bir təşəbbüs həyata
keçm
əyəndə deyərlər: Dəvə oynayanda qar yağar;Razılıq əlaməti belə bildirilir:
Kor n
ə istər, iki göz, biri əyri, biri düz; Uzaq qohumluq əlamətinə, yaxud, iki nəfər
arasındakı yaxınlığa, məhrəmliyə etiraz etmək üçün göz atarlar: Arazı keçəndə
bunlar arxalarını bir-birinə sürtüblər; Birinin arzusunun əlçatmazlığına «Ac toyuq
yatıb yuxuda darı görər» - deyə kinayə edərlər; Məğrurluğu, yaxud lovğalığı ifadə
etm
ək üçün belə deyərlər: Mən bəylərlə plov yemirəm ki, bığlarım yağa batar;
Vicdansız və qəddar adam üçün bu cümləni işlədərlər: «O, öz anasının döşünü
k
əsər»; Hiyləgər və bicin ünvanına «O, səni çaya susuz aparar, susuz da gətirər» –
dey
ərlər; Lal-dinməzə, adama yovuşmayana: «Bunun buynuzu qarnındadı»;
Ədəbsiz və utanmaza «Onun üzü sağrısından qırmızıdır»; zəif aciz adamı ifadə
etm
ək üçün «O, təmizə çıxmaq üçün gözündən də xahiş edər»; qeyri-ciddi, əsassız
danışan barədə «O, sözünü elə deyir ki, bişmiş toyuğun da gülməyi gəlir» -
dey
ərlər”.Bir tamaşa salonunda anlaşılmazlıqdan inciyib teatrı tərk edən
h
ərbçilərdən bəhs edərkən C.Hacıbəyli mövcud mənzərəni oxucuya çatdırmaq
üçün yen
ə məsəllərimizə üz tutur: «Bax, belə yerdə bizim xalq deyimimizi
işlətmək yerinə düşər: «Ayı meşədən küsüb, meşəninsə xəbəri yoxdur».
Bu s
ətirlərin müəllifi 1996-cı ildə müdafiə etdiyi namizədlik dissertasiyasında
C.Hacıbəylini folklor toplayıcısı və tədqiqatçısı kimi də təqdim etmiş və onun
1934 –cü ild
ə Parisdə fransız dilində nəşr olunan “Asiya” jurnalında dərc etdirdiyi
«Qar
abağın dialekt və folkloru (Qafqaz Azərbaycanı)» adlı əsərinə ( f.e.n Bayram
Ağayev əsəri tərcümə edərək 1999-cu ildə kitab şəklində “Ozan“ nəşriyyatında
buraxdırmışdır) xeyli yer ayırmışdır. C.Hacıbəylinin şifahi nümunələrə, xalq
yaradıcılığına müraciət etməsi onun milli irsə, adət-ənənələrə vurğunluğuna dəlalət
edir. Yeri g
əlmişkən, onu da qeyd edək ki, C.Hacıbəyli əsərdə bədii, obrazlı, ifadə
vasit
ələrindən gen-bol, yerli yerində və məharətlə istifadə edir: «Biz bir neçə
Dostları ilə paylaş: |