M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə46/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   42   43   44   45   46   47   48   49   ...   211

148 

 

«palıd  kimi»  adam  qızılgül  kolluğuna  düşürük»;  «Bol  arpa  götürəcəyimizə 



inandığımız  şırımlarda  qəmgin,  hüznlü  otlar  ağalıq  edir,  hər yeri alaq otu 

basmışdır.  Təbiətdən gələn bu təhlükə  dalğası  hər  yeri  basmış,  süpürüb  alt-üst 

etmişdi»;  «Onun  yorğun  və  həyəcanlı  sifəti  yaşlı  bir  adamın  müsibətlərini 

xatırladır»; «Bu bəlanın, bu qədər dərd-qəmin hansı ifadələrlə yazılacağını özüm-

özümd

ən  soruşuram…  gərək dəryalar mürəkkəb,  qamışlar  qələm olsun!»; 



«Gözl

ərim  qanlı  göz  yaşları  axıdır»,  «Bütün  dünya  mənim  şikayətlərimdən 

x

əbərdardır,  bədbəxt taleyimsə  heç  vaxt  ayılmayacaqdır»  -  kimi cümlələr bir 



t

ərəfdən müəllifin fikrini tam və düzgün çatdırmağa xidmət edirsə, digər tərəfdən 

d

ə əsəri oxunaqlı, canlı edir. 



C.Hacıbəyli «yanaqları çuxurlanmış, arıq bədənli», «həmişə xırıldayan» Xanlıq 

K

ərimi də unutmadığını, onun qolunun, ya da çiyninin üstünə qoyduğu qızılquşla 



müt

əmadi ova çıxdığını, quşu ovun üstünə buraxdığı zaman bacardığı qədər hay-

küyl

ə  ona ürək-dirək  verdiyini,  ruhlandırdığını  da  yaxşı  xatırlayır:  «Onun  ovun 



dalınca göndərdiyi quşun arxasınca «atam», «anam», «qoçum», «mənim quzum» 

dediyini  b

əzən indi də eşidirəm, «Sənin gözlərinə dönüm», «Dədəm sənə qurban», 

«S

ənin məmələrini yeyim» kimi məni valeh edən cümlələri indi də 



qulaqlarımdadır. 

 

Erm



əni vəhşiliyinin ifşası 

 

Ceyhun  Hacıbəyli  yaradıcılığında  diqqəti çəkən mövzulardan biri də  erməni 



m

əsələsi, erməni vəhşiliyi,  erməni xəyanəti, erməni  faşihəliyi, erməni hiyləsi və 

m

əkridir. Onun 1918-ci  il  mart  qırğını  haqqında  28  noyabr  1920-ci ildə  qələmə 



aldığı  məqalə  (Salman  Mümtaz  adına  ARDƏİA,  f.649,  siyahı  3,  saxlama  vahidi 

№1) dövrün mənzərəsini işıqlandırmaq baxımından əhəmiyyət kəsb edir. Haqqında 

b

əhs etdiyimiz memuarda da C.Hacıbəyli nə az, nə çox 59 dəfə murdar ermənilərin 



adlarını  çəkərək  onların  insana  yanaşmayan  xislət və  əməllərindən bəhs edir. 


149 

 

Uşaqlıq illərindən xatırladığı tanınmış həcv ustası, dükan  sahibi Mirzə Cəfərin bir 



əsərinin məzmunundan bəhs edərkən, göstərir ki, müəllif burada siyasi hadisələrə 

toxunur, yunan-türk müharib

əsi  zamanı  –  ermənilərin osmanlılara  hürdüyü 

dön


əmin mənzərəsini verir. 

Parisin hündür yerl

ərinin birində  salınmış  xiyabanda  tamaşa  göstərən, milli 

musiqini dinl

əyərək gəzişən, istirahət edən, oxuyan-yazan müsəlman gənclərinin 

h

ərəkəti  paxıllıqdan  qoca  erməniləri  haldan  çıxarır:  «Gənclərin  inadkarlıqla 



işləməsi, erməni gənclərinin isə  ləng tərpənməsi qoca erməniləri  açıq-aşkar 

əsəbləşdirir  və  bəzən  bu,  onların    öz  arasında  küsüşməsinə,  dalaşmasına  səbəb 

olurdu». Mü

əllif  yazır  ki,  ermənilər zahirən özlərini Qərbçi kimi göstərir və 

arvadla

rının  sayəsində  malik  olduqları  mülk,  malikanə  və  torpaq sahələrini 



əllərində  saxlayırdılar.  Əmlak  münaqişələrində  ermənilər münsiflər məhkəməsi 

hakiml


ərini  «irqi  münaqişələr»ə  cəlb edəndə  hakimlər adətən,  öz  dindaşlarına 

susmağı,  lazım  gələrsə  hətta g… verməyi tövsiyə  edir, eyni zamanda dostyana 

m

əzəmmət etməyi də unutmurlar. C.Hacıbəyli qeyd edir ki, hakimlər erməniləri iki 



yoldan birini seçm

əyi məsləhət bilirdilər: «…ya siz tamamilə avropalaşmalısınız, 

y

əni yunan-avropa  bazarına  daxil  olmalısınız  və  bu halda bəzi maymaqlar sizin 



arvadlarınıza  baxırlarsa,  siz  əsəbləşməməlisiniz, ya da istəyirsinizsə… 

arvadlarınızı evdən  bayıra  çıxartmayın,  onları örpəyə  bürüyün». Memuaristin bir 

yuxusunda t

əsvir etdiyi hadisə  ilgincdir. O, ermənilərlə  bir  yığıncaqdadır.  İclası 

patriarx aparır. Ermənilər bizə xoş sözlər deyir, lakin səhər yeməyi təklif etmirlər. 

Xeyli sonra yem

əyə Tunis balığından hazırlanmış konserv verirlər. Mən onu qonşu 

stolda 


əyləşənlərə  təklif edirəm və  yeməyimə  heç nə  qalmır.  Bu  zaman  mənə 

sosiska verirl

ər. Müsəlman  olduğum  üçün  mən  onun  heç  dadına  baxmıram.  Bu 

yuxu il


ə  müəllif erməni  patriarxının  erməni cəmiyyətindəki rolunu göstərməklə 

yanaşı, onların xəbisliyinə, qonağa qarşı qeyri-etik münasibətlərinə işarə verir. 

Erm

ənilərin  qorxaqlığını  göstərən  səhnəni də  müəllif məharətlə  təsvir edir: 



«Erm

əni terrorçular bizə qarşı həmişəki kimi xəyanətkar hərəkət etmək istəyirdilər. 




150 

 

Onlardan biri bizim p



əncərəyə  yaxınlaşır.  Az  sonra  mən böyük bir revolveri 

paltomun  cibind

ə  gizlədərək  bayıra  çıxıram.  Terrorçu  qrupun üzvləri  əllərində 

qılınc meydan sulayırlar. Revolverin olduğunu hiss etdirən kimi onlar çul   kimi 

yer

ə sərilir, şalvarımın əvəzlərinə sarılırlar. Erməni terrorçuların öz məqsədlərinə 



çatmaq üçün h

ər cür şərəfsizliyə, alçaqlığa əl atdığını yazan C.Hacıbəyli göstərir 

ki,  doğrudur,  erməni  burjuaziyası  terrorçu  təşkilatların  tələblərini ödəyir,  onları 

yedirir, onlara maliyy

ə  dəstəyi göstərirlər. Xidmətdən  boyun  qaçıran  isə  dərhal 

amansızcasına  qətlə  yetirilir:  «Bu  axırıncılar  arasında  bir  nəfər  adlı-sanlı  bankir 

D

əmirovu  yaxşı  xatırlayıram.  O,  istənilən məbləği verməkdən  boyun qaçırdığına 



gör

ə həmin andaca qətlə yetirildi. 

Rus-yapon müharib

əsinin  qızgın  vaxtında  fürsətdən istifadə  edən erməni 

terrorçular xüsusi il

ə fəallaşmışdılar. İş o həddə çatmışdı ki, onlar rusları da hədəfə  

alırdı.  C.Hacıbəyli  yazır  ki,  başlarını  itirmiş  nüfuzlu  ruslar  çıxış  yolu  axtarırdı. 

Bel


əliklə, onlar “dahi” ideyalarını «parçala və hökm sür» prinsipini işə saldılar və 

müs


əlmanlarla erməniləri üz-üzə  qoydular.  Əsərdə, ümumiyyətlə  Qafqazda rus 

siyas


ətini  faş  və  ifşa  edən məqamlar çoxdur. Bu barədə  bir qədər sonra bəhs 

ed

əcəyik. 



 1905-ci ild

ə  ermənilərin törətdiyi vəhşilikləri  xatırlayan  müəllif  yazır  ki, 

Bakının, digər şəhərlərin, kəndlərin yüzlərlə evləri ağına- bozuna baxmadan alt-üst 

olundu, külli miqdarda 

əhalisi  yandırıldı,  vəhşicəsinə  qətlə  yetirildi. Ceyhun bəy 

qeyd  edir  ki,  qırğın  bir  müddət  sonra  başa  çatsa  da,  kiçik  bir  hadisədən hər an 

yenid

ən od tutub alışmağa hazır idi. Belə də oldu. 1918-ci ildə ermənilər Bakıda, 



Az

ərbaycanın  digər bölgələrində  xalqımıza  qarşı  tarixdə  görünməmiş  vəhşilik 

tör

ətdilər.  Bu  qırğın  Qafqazın  yenidən  bolşeviklər tərəfindən  ələ  keçirilməsinə 



yardım etdi. Hər iki cəbhənin şovinistləri etiraf edirdi ki, sovetləşmədən sonra bu 

regionda qırğının olmaması onu deməyə əsas verir ki, bu xalqların böyük kütləsi 

münaqişədən kənardır və qırğın siyasət adamları tərəfindən törədilmişdir. 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə