M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə42/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   38   39   40   41   42   43   44   45   ...   211

136 

 

sonra başqa  bir  mövzunun  həsrəti ilə də  yaşadığını  yazır  və bu qənaətə  gəlir ki, 



ancaq n

ə  etmək olar, insan həmişə  istədiyinə  nail ola bilmir…Deyilənlərdən bu 

n

əticəyə gəlinir ki, həm işinin çoxluğu, həm də kədərlə keçən  həyatı memuarın da 



qısa müddətdə ərsəyə gəlməsinə əngəl olmuşdur. 

Memuarın  bir    bölməsi bu cümlə  ilə  başlayır:  «Bəli, etiraf etməliyəm: öz 

adamlarımdan ayrıldığım və indi də davam edən bu 40 il ərzində öz bacılarım üçün 

nadir hallarda xiff

ət  etmişəm…» Bir qədər sonra isə  C.Hacıbəyli özünə  xitabən 

bildirir: «S

ən indi onlardan ayrıldığın 41-ci ilin içindəsən… Sən onları bu müddət 

ərzində  heç vaxt görməmişsən və  onları  heç  vaxt,  qətiyyən görməyəcəksən  – 

kişilər və qadınlar – onlar bir-birinin ardınca gedirlər. Və sənin «özün də... ». Bu 

k

ədərli sətirlərdən, eləcə də memuarın ayrı-ayrı hissələrindəki qeydlərdən bəlli olur 



ki, mü

əllif əsəri XX əsrin 40-cı illərinin sonundan qələmə almağa başlamış, 50-ci 

ill

ərin  sonunda  bitirmişdir.  Memuar  fransız  dilində  qələmə  alınmışdır.  İndiyədək 



n

əşr  olunmamışdır.  Makina  ilə  əlyazması  S.Mümtaz  adına  Azərbaycan 

Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində (ARDƏİA) saxlanılır (fond 

№649. siy.1, saxlama vahidi 11, vərəqlərin sayı 104). 

Memuarı  Azərbaycan Milli Elmlər  Akademiyasının  vitse-prezidenti, AMEA 

N.G


əncəvi  adına  Ədəbiyyat  İnstitutunun  direktoru,  Millət vəkili,  akademik  İsa 

H

əbibbəylinin  şəxsi təşəbbüsü ilə  səriştəli tərcüməçi  Şamil  Zaman  2015-ci ilin 



əvvəllərində  dilimizə  çevirmişdir.  Yeri  gəlmişkən, mərhum f.e.namizədi Bayram 

Ağayev də vaxtı ilə bu sətirlərin müəllifinə, digər həmkarlarına  əsərin tərcüməsi 

il

ə məşğul olduğunu bildirsə də, tərcümə ortaya çıxmamışdır. Ceyhun Hacıbəylinin 



bir neç

ə  əsərini, o cümlədən qürbətdə  fransız  dilində  qələmə  aldığı  4  hekayəni 

dilimiz

ə  çevirən  fransız  dili  mütəxəssisi Mirzəbala  Əmrahov  da  memuarın  bəzi 



parçalarını  tərcümə  etmişdir.  Biz  Şamil  Zamanın  tərcümə  variantına  əsasən 

memuarla b

ağlı fikir və mülahizələrimizi yürüdürük. 

Ceyhun  Hacıbəylinin «Bir il xəyallarda ... və  bütöv  bir  ömür»  memuarı 

mövzusunun genişliyi, aktuallığı, toxunulan problemlərin taleyüklülüyü, tarixi və 



137 

 

ədəbi dəyəri  baxımından  Azərbaycan bədii  publisistikasının,  mühacirət 



ədəbiyyatının ən parlaq və nadir nümunələrindəndir.  

Memuar 


-  V

ətən həsrəti ilə yaşayan və onun istiqlalı uğrunda mücadilə aparan istiqlal 

aşiqinin ürək çırpıntıları, qəlbinin səsidir; 

-    çar   v

ə   sovet      imperiyasının      milli     siyasətinin   əsl   mahiyyətini, 

eyb


əcərliklərini göstərən və ifşa edən sənəddir

-  1905-ci v

ə  1918-ci illərdə  ermənilərin Azərbaycanda, xüsusilə  Bakıda 

tör


ətdikləri vəhşiliklərə, qırğınlara şahidlik edən məxəzdir; 

-  milli ad

ət-ənənələri,  xalqımıza  mənsub ailə-məişət  münasibətlərini, dini 

m

ərasimləri, şifahi ədəbi nümunələri əks etdirən mənbədir



-   inqilabdan   

əvvəlki   Bakı   həyatı,   xüsusi   ilə   qoçuların   şəhərdəki 

f

əaliyyəti,    əhali    arasındakı    nüfuzu    barədə        müəllifin    özünəməxsus 



görüşləridir; 

-   


Qarabağın,      xüsusən      Şuşanın      Azərbaycan   tarixində   və   mədəni 

h

əyatındakı yerinə, roluna işıq salan əsərdir; 



- bir mühacirin qürb

ət - Paris macəralarıdır; 

-  n

əhayət, böyük Hacıbəylilər nəslinin zəngin və maraqlı həyat hekayəsindən 



bir p

arçadır. Bu   məziyyətlərinə   görə   memuarın   tərcüməsi   və   nəşri   aktual   

v

ə təqdirəlayiqdir. 



Memuar  mü

əllifin gördüyü yuxunun təsiri, təəssüratı ilə yazdığı bu cümlələrlə 

bitir: «Kabab qoxusu il

ə  hara gedirsən,  get,  amma  buradakı  (qərib ölkə  nəzərdə 

tutulur  – 

T.A.)  kababın  dadı  oradakı  (Vətəndəki  –  T.A.)  kababın  dadından  çox 

f

ərqlənir. Bəlkə  bu,  kabablıq  üçün  seçilmiş  ətin növündən irəli gəlir… Orada – 



doğma  Vətəndə  ət daha ləzzətlidir,  dadlıdır…»  Əlbəttə,  əsərin belə  sonluğu 


138 

 

memuarın bitmədiyi, yarımçıq qaldığı fikrini də yarada bilər. Bu ehtimalı müəllifin 



axırıncı  cümlədən  sonra  yazdığı  «son»  sözü  inkar  edir.  Deməli, bu oxucunu 

düşündürmək, onu intizarda qoymaq niyyəti ilə  seçilmiş  bir  üsuldur.  Bəlkə  də 

yuxuların,  xəyalların  sərhədlərinin olmadığına  müəllifin  bir  işarəsidir. Bütün 

hallarda ayrı-ayrı epizodlardan, yuxulardan, hekayələrdən ibarət memuar bitkin bir 

əsər təəssüratı yaradır. 

Bir  sıra  nəzəriyyəçilər  memuarları,  gündəlikləri   hadisələri dəqiq, dürüst, 

obyektiv çatdırdığına görə onları bədii nümunələrlə fərqləndirir və elə buna görə  

d

ə  yuxuları,  xəyalları,  təxəyyül məhsullarını    bu  janrın  tələblərinə  uyğun 



görmürl

ər. Lakin «janr resepti» ilə  əsərin  ərsəyə  gəlmədiyi də  məlumdur,  hansı 

ədəbi qaydalarlasa müəllifin əl-qolunu bağlamaq, onu çərçivəyə salmaq, müəllifin 

yaradıcılıq  laboratoriyasına  müdaxilə  etmək, düzgün deyil və  əgər müəllif  

hadis

ələri təhrif etmədən, saxtalaşdırmadan yuxularla, xəyallarla öz əsərinə , belə 



dem

ək mümükünsə bəzək vurur, onu daha oxunaqlı, təsirli edirsə, fikrimizcə, bu 

q

əbahət deyil, janrın tələblərinə də kölgə salmır. 



     

Ceyhun  Hacıbəyli bədii  əsərlərində  də  tez-tez istifadə  etdiyi özünəxas və 

doğma vasitədən – yuxulardan memuarında məharətlə istifadə etmişdir. Bu priyom 

əllifin  reallıqların,  tarixi  hadisələrin obyektiv təqdiminə  nəinki mane olur, 



əksinə  olayların  daha  koloritli,  daha  canlı  və  təsirli  çatdırılmasına  yardım  edir. 

Başqa  sözlə  desək,  bu  memuar  C.Hacıbəylinin  yaddaşı  ilə  xəyallarının  birgə 

m

əhsuludur, onlar bir-birini inkar etmir, bir-birini tamamlayır. 



 

«Şən idim -  birinci və axırıncı dəfə…» 

 

Fikrimc


ə, Ceyhun Hacıbəylinin peşəkar mühərrir, mahir redaktor və nasir kimi 

t

əqdimata ehtiyacı yoxdur. Onun bu keyfiyyətləri haqqında artıq xeyli yazı qələmə 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə