M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə51/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   47   48   49   50   51   52   53   54   ...   211

163 

 

onda  Şamaxı  prosesinin  əvəzinə  başqa  proses,  H.Sultanovdan  başqa  Şamaxıda 



ittiham olunanların əvəzinə isə başqa şəxslər müttəhim kürsüsündə əyləşərdilər».  

     H.Sultanov 

əsas hədəf  olduğundan,  prosesin  harada  cərəyan etməsindən  asılı 

olmayaraq o, m

əhv edilməli idi. Mühakimə olunanların şəxsi ifadələrinin olduğu 

kimi verilm

əsi əsəri daha maraqlı, oxunaqlı edir. Bu hadisələrlə bağlı mətbuatda 

çıxan  yazılar  sübut  edir  ki,  o  dövrdə  həm qorxu, həm də  məddahlıqla  yazılan 

m

əqalə və şeirlər çoxluq təşkil edib. Bu baxımdan Məmməd Rahimin H.Sultanova 



h

əsr  etdiyi  şeir  o  dövrün  bir  növ  ədəbi  simasını  əks etdirir. Haqqında  bəhs 

etdiyimi

z  kitaba  qısaca  da  olsa  həzər  salmağımız  təsadüfi deyil. Bu gün həmin 

əsərdə toxunulan problemi təxminən 65-70 il əvvəl Ceyhun Hacıbəyli adı çəkilən 

əsərində məharətlə işıqlandırmışdır. 

Ceyhun Hacıbəyli də  əsəri  tarixi faktlara, sənədlərə istinad edərək qələmə 

almışdır.  «Şamaxı  məhkəməsi»  daha  çox  tragikomediyanı  xatırladır.  İttiham 

olunanlar  –  Sovet hökum

ətinin sadiq kölələri, kommunistlər, o cümlədən Həmid 

Sultanov bir andaca,  özl

ərinin etiraf etdikləri kimi Azərbaycanı Sovet İttifaqından 

ayırmağa,  Sovet  İttifaqını  dağıtmağa  çalışan  «əksinqilabçıya»,  «trotskiçiyə», 

«sabotajçıya» çevrilirlər. Həmid Sultanov etiraf edir ki, SSRİ-ni yıxmaq məqsədi 

il

ə  yaradılan  mərkəzlə, xarici kəşfiyyatla  əməkdaşlıq  edir,  həm də  «mərkəzin» 



dig

ər büro üzvlərinin də adını çəkir: Ruhulla Axundov, Sultan Məcid Əfəndiyev, 

Q

əzənfər Musabəyov, Heydər Vəzirov, Dadaş Bünyatzadə, Həsən Səfərov, Əyyub 



Xanbudaqov.  Ceyhun  Hacıbəyli  bu  arada  oxucusuna  xatırlatmağı  lazım  bilir  ki, 

«adları  çəkilənlərin  hamısı  öz  doğma  yurdlarını  bolşeviklərə  təslim etmək üçün 

böyük «qeyr

ətlər» göstərmişlər. 

Ceyhun  Hacıbəylinin təsvirində  Həmid Sultanov nəinki xain və  satqındır, 

eyni zamanda qorxaq v

ə  böhtançıdır.  O,  məhkəməyə  bəyan edir ki, bəli, biz 

sosialist V

ətənimizi satmaq kimi pis yola qədəm  qoymuşuq. Müttəhim Ruhulla 

Axundovun «Az

ərbaycanın ən böyük siması M.C.Bağırovu öldürmək» istədiyini

h

ətta bunun üçün qrup da təşkil etdiyini bildirir. Həmid Sultanov millətçilik təbliği 




164 

 

il



ə məşğul olduqlarını, «əksinqilabçı mərkəzə» yeni üzvlər cəlb etdiklərini, Bakı-

Şamaxı  yolunun  təmirinə  ziyan  vurduqlarını,  iqtisadi  sabotajları  həyata 

keçirdikl

ərini, Sovet hökumətini devirmək üçün üsyançı qruplar hazırladıqlarını da 

boynuna alır. məhkəmə iclasında rahatlıqla ürəyini boşaldan baş müttəhim Həmid 

Sultanov   Bakı-Şamaxı yolunun inşasında ciddi pozuntulara yol verdiyini, işçilər 

üçün heç bir şərait yaratmadığını, hətta onlara içməli su vermədiyini və bununla da 

onları  hökumətə  qarşı  ayağa  qaldırmaq  istədiyini  boynuna  almışdı.  Heç    demə, 

H

əmid Sultanov  dünənə  qədər  hökumət  başında  mühüm  vəzifələr ifa edən 



silahdaşları  ilə  birlikdə  əksinqilabçı  təşkilatda  birgə  fəaliyyət göstərmiş, 

Az

ərbaycanın  Sovet  İttifaqından  ayrılması  üçün  üsyanlar,  sui-qəsdlər, terrorlar 



planlaşdırmışdır. 

Ceyhun Hacıbəyli bu əsəri fransız oxucuları üçün qələmə aldığından ara-sıra 

hekay

əyə  müdaxilə  edir və  müəyyən  ,  izahlar,  şərhlər də  verir.  Xatırladır  ki, 



Az

ərbaycanda – Şamaxıda qurulan məhkəmə ilə Gürcüstan, Acarıstan, Abxaziya 

v

ə Türküstandakı məhkəmələr də eyni ssenari, eyni müddəalarla həyata keçirilir. 



Mütt

əhimlər bir qayda olaraq sovet hökumətini devirmək  planlarını  etiraf  edir, 

bunun üçün sabotajlar h

əyata keçirdiklərini,  əhali  arasında  milliyyətçilik 

toxumlarını  səpdiklərini, kolxoz təsərrüfatına  ziyan  vurduqlarını,  bitki  və 

heyvanlar ar

asında xəstəliklər yaydıqlarını və s. «könüllü» olaraq bəyan edirlər. Bu 

baxımdan baytar Kələndərovun məhkəmədəki ifadəsi diqqəti çəkir. O, hətta dəqiq 

tarix göst

ərməklə  bildirir  ki,  Şamaxı  əksinqilabçı  təşkilatın  əmrinə  əsasən 

t

əsərrüfatda xəstəlikləri süni surətdə  artırmaq  üçün  atların  yalnız  bir  qismini 



müayin

ədən  keçirmişdir.  Eyni  zamanda  Mərəzə  kəndində  kiçik və  iri buynuzlu 

mallar  arasında  yolxucu  xəstəliyini  yaymış,  nəticədə  yüzlərlə  baş  heyvan  tələf 

olmuşdur. Bundan əlavə, əksinqilabçı təşkilatın səyi ilə 21 baş xəstə atın sərbəst 

dolaşmasına şərait yaradılmış, nəticədə xəstəlik daha 14 baş ata sirayət etmişdir. 

Yüzl


ərlə ton ot, silos, saman çürüdülmüşdür. Kələndərovun dedikləri ağlasığmaz 

olsa da, mütt

əhim  Tanrıverdiyev  etirafları  ilə  onu kölgədə  qoyur, Ceyhun 



165 

 

Hacıbəylinin təbirincə  desək,  bu  gülünc  komediyanı  ən yüksək dərəcəyə  çıxarır. 



əllimlərinə özünü yaxşı göstərmək istəyən məktəbli kimi uzun uzadı sabotaj və 

əksinqilabçı fəaliyyətindən danışır, dayanmaq bilmir… Müttəhimlərdən İbrahimov 

da boy


nuna  almışdır  ki,  sabotaj  məqsədi ilə  buğda  parazitləri ilə  mübarizə 

aparılmamışdır.  Müttəhimlər  Əmirov,  Məmmədov, Cəbiyev də  sabotajla məşğul 

olduqlarını  etiraf  etmişlər. Müttəhim Bəkirov  sorğu  zamanı  bildirmişdir  ki, 

h

əqiqətən də 6 məktəb binasının divarlarını samanla tikdirmişdir. 



Əsərdəki  erməni Avalov obrazı digərlərindən xeyli fərqlidir. Onun ibtidai 

t

əhsili olsa da, ölkə  Kommunist  Partiyasının  ikinci  katibi  vəzifəsinədək  yuxarı 



ç

əkilmişdir.  Hiyləgərdir, məhkəmədə  özünü məharətlə  müdafiə  etməyə  səy edir, 

«s

ədaqətli etiraflar» oyununa  çox  da  girişmir.  O,  da    əksinqilabçı  təşkilatda 



iştirakına və sabotajlara görə ittiham olunur. Bolşevik mətbuatının yazdığına görə 

«hiyl


əgər, mahir və ikiüzlü düşmən istintaqda bütün cinayətlərini boynuna alsa da, 

m

əhkəmədə  əməllərini inkar edir, yalnız bolşevik sayıqlığını itirdiyini etiraf edir». 



M

əhkəmə və prokuror müttəhimin inadından dilxor olurlar, çünki Avalov ssenarini 

– «s

ədaqətli etiraf» dilini pozur. Odur ki, onlar bu «sürüdən azan qoyunu düz yola 



g

ətirmək» istəyirlər. Çətinə  düşən prokuror digər müttəhimlərin köməyindən 

istifad

ə  edir. Onlar isə  «bülbül»  kimi  ötür,  heyvanların  zəhərlənməsini, 



epidemiyanın  yayılmasını,  malların  bilərəkdən məhv edilməsini, üsyan 

hazırlanmasını  nəfəs dərmədən  boynuna  alırlar:  “  Nəhayət, sel kimi axan bu 

t

əfərrüatı,  prokuror  dayandırmaq  məcburiyyətində  qalır”.  Məhkəmənin qərarı  isə  



iclas başlamazdan əvvəl məlum idi: Sovet hökumətinin düşməni olan müttəhimlər 

güll


ələnməlidir.  

  

Ceyhun  Hacıbəyli  Şamaxı  məhkəməsinin  gedişini  işıqlandıran  mətbuatın 



da rejimin al

ətinə çevrildiyini məharətlə təsvir edir. Mətbuat ölkənin hər tərəfindən 

avtomobill

ərlə,  arabalarla,  piyada,  atlı…  Şamaxıya  axışan  insanların  üzündə  və 

ür

əyindəki hiddət və  qəzəbdən  yazır.  Onlar  ittiham  olunan  faşistlərin  ən yüksək 



c

əzaya məhkum edilməsini istəyirlər. Qəzet sərlövhələri məhkəmə rolunu oynayır: 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə