M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə36/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   32   33   34   35   36   37   38   39   ...   211

118 

 

istifadə  edir,  rejimin  və  kommunist  ideologiyasının  perspektivsizliyini  açıb 



göstərirdilər. 

Sinopsislə tanışlıqdan hiss olunur ki, Ceyhun Hacıbəyli mövzunu dərindən 

mənimsəmiş,  «sosializm  yarışı»nı,  «staxanovçuluq  hərəkatı»nı,  rejimin 

əksinqilabçılarla mübarizə metodlarını diqqətlə və dərindən öyrənmişdir. Ceyhun 

Hacıbəyli  gələcək  kinonun  qısa  məzmununu  elə  inandırıcı,  əminliklə  qələmə 

almışdır ki, o sanki Parisdə, Münhendə yox, elə Daşkənddə yaşayır, hadisələri öz 

gözü ilə görür, onlara şahidlik edir. 

Əsərin əsas obrazlarından biri Zahid basmaçıların Sovet hakimiyyətinə qarşı 

mübarizəsi  zamanı  öz  komandiri  İbrahim  bəyə  xəyanət  edir  və  onu  bolşeviklərə 

təslim edir. Əvəzində bolşeviklər onu mükafatlandırır, partiya sıralarına qəbul edir 

və o, «Lenin yolu» kolxozuna sədr təyin olunur. «Pambıq uğrunda mübarizə SSRİ-

nin imperialistlərə qarşı mübarizəsinin tərkib hissəsidir» şüarı altında Özbəkistanda 

pambıqçılığın sürətlə inkişafına çalışan rejimin nökərləri heç nəyi nəzərə almadan, 

hətta cücərmiş taxıl sahələrini şumlayaraq pambıq toxumlarını əkdirir, etiraz edən 

kəndliləri traktorların tırtılları altında əzdirir, yaxud «QPU»-ya təslim edirlər. Bu 

işdə  xüsusi  canfəşanlıq  edən  kolxoz  sədri  Zahidə  qarşı  kəndlilər  sui-qəsd 

hazırlayıblar,  son  anda  Zahidin  qızını  saf  məhəbbətlə  sevən  Şarip  onu  ölümün 

pəncəsindən xilas edir. 

Özbəkistanda  pambıqçılığın  inkişafına  əngəl  törədən  üsyançıları 

zərərsizləşdirmək  üçün  SSRİ  Ali  Soveti  İcraiyyə  Komitəsinin  sədri,  Dövlət  Plan 

Komitəsinin  və  Nəzarət  Komitəsinin  sədri,  Siyasi  Büronun  üzvü  Kuybışev  bu 

respublikaya  ezam  olunur.  Görülən  tədbirlər  nəticəsiz  qalır:  pambıq  istehsalı 

artmır.  Mərkəz  başqa  vasitəyə  əl  atır.  Kremldə  Stalinin  yanında  «zərbəçilərin», 

«staxanovçuların»,  «sosializm  yarışının  qaliblərinin»  toplantısı  keçirilir. 

Zərbəçilərin sırasında Zahidin qızı Məsləhət də var. Atası öz mövqeyindən istifadə 

edib,  Məsləhəti  də  «staxanovçu»lar  siyahısına  salmışdır.  Toplantıda  Stalin 

Məsləhəti öpür və ona qızıl qolbaqlı saat hədiyyə edir. Rəhbərin bu iltifatı Zahid 



119 

 

yoldaşın  ailəsinin  başını  tamamilə  gicəlləndirir,  onlar  xudpəsəndlik  və  özündən 



müştəbehlik xəstəliyinə düçar olurlar.  

Zahidi yuxarı çəkir, ona yeni vəzifə verirlər, o, Rayon İcraiyyə Komitəsinin 

sədri  olur.  Artıq  hamı  Zahidlə  qohum  olmağa  can  atır.  Zahidin  həyat  yoldaşı 

Əminə  də  ərinin  bu  «uğurlarından»  başını  itirmişdir.  İş  o  həddə  çatır  ki,  qızı 

Məsləhəti  dul  qadın  Səltənətin  oğlu  Şaripə  verməyəcəyini,  eyni  zamanda  oğlu 

Yusupa da Səltənətin qızı Fatiməni almayacağını həyasızcasına bəyan edir, halbuki 

uşaqlar  hələ  körpə  ikən  valideynlər  bu  izdivacı  üçün  xeyir-dua  vermişlər. 

Məsləhətdən fərqli olaraq Fatimə çox məyusdu. O, bütün varlığı ilə Yusupu sevir. 

Yusup  qəlbinin  dərinliklərində  Fatiməni  sevsə  də,  ata-anası  kimi  o  da  yolunu 

azmış,  harınlamışdır.  İçkiyə  meylini  salan  Yusup  bir  dəfə  sərxoş  vəziyyətdə 

Fatiməni zorlayır. 

Hadisələrin  axarı  tədriclə  dəyişir.  Stalin  rejimində  «əksinqilabçı», 

«sabotajçı»,  «qiyamçı»,  «xalq  düşməni»  ovu  başlayır.  Zahid  heç  demə, 

basmaçılarla xarici dövlətlərlə əlbir olub Özbəkistanın SSRİ tərkibindən çıxmasına 

çalışır.  Tələm-tələsik  yaradılan  xüsusi  məhkəmə  Zahidi  mühakimə  edir,  o,  ölüm 

cəzasına məhkum olunur və Zahid dərhal da güllələnir. Heç kim Zahidi və «xalq 

düşməninin»  ailəsini  müdafiə  etmir,  hamı  onlardan  qaçır.  Fatimə  ümidsizliyə 

qapılır. Bu arada ölkəni növbəti «sosializm yarışı» dalğası bürüyür. Fatimə də bu 

yarışa  qoşulmağı,  bununla  da  Sosialist  Əməyi  Qəhrəmanı  adını  qazanıb,  hansısa 

məmurun, yaxud partiya rəhbərinin əlində oyuncaq olmaqdan sığortalanmağı, eyni 

zamanda imtiy

azlı şəxs kimi köhnə sevgilisi Yusupun əfv edilməsinə nail olmağı 

qərara alır. Rəfiqələrinin, anasının dediklərinə baxmayaraq, ac-susuz, gecə-gündüz 

tarladan  çıxmır,  pambıq  toplayır.  Qəzetlər  yarışın  gedişini  gen-bol  işıqlandırır, 

qabaqcılların  ünvanına  təriflər  yağdırılır.  Fatimə  daha  da  həvəslə  çalışır.  Günlər 

keçdikcə bir tərəfdən gərgin iş rejimi, digər tərəfdən hamiləlik Fatiməni taqətdən 

salır,  o  pambıq  cərgələri  arasında  həbsxanadan  qaçmış  Yusupun  qolları  arasında 

canını tapşırır. Əsərdə sadə və zəhmətkeş xalq kütləsinin başına oyun açılmasında 

rejimin alətləri və nökərləri – erməni Apresyan Özbəkistan Daxili İşlər və Dövlət 



120 

 

Təhlükəsizliyi  komissarı,  onun  müavini  Leonov,  Özbəkistan  Kommunist 



Partiyasının  Birinci  katibi  Akmal  İkramov,  Xalq  Komissarları  Sovetinin  sədri 

Fayzulla Hocayev və s. kimi personajların da canlandırılması nəzərdə tutulur. 

Sinopsisdə gələcək kinodakı səhnələr də qeyd olunmuşdur: Kremldə Stalinin 

iştirakı  ilə  kolxozçuların  mükafatlandırılması,  Kuybışevin  Özbəkistandan 

qayıdandan  sonra  müəmmalı  ölümü,  sosializm  yarışında  geri  qalan  kolxozçulara 

qarşı  amansız  tədbirlər,  pambıq  yığımı  mövsümündə  zorakılıqla  əhalinin 

səfərbərliyə  alınması,  südəmər  körpəli  anaların,  uşaqların,  yaşlıların  məcburən 

pambıq yığımına cəlb olunması, basmaçıların reydləri, döyüşlər və s. 

Sinopsisdəki  maraqlı  məqamlardan  biri  Fatimənin  sosializm  yarışı  zamanı 

digər rəqiblərinin nəticələri ilə maraqlanmasıdır. O, nəinki öz ölkəsində, eləcə də 

Azərbaycanda  pambıq  yığımının  gedişi,  oradakı  rekordla  maraqlanır.  O,  nəyin 

bahasına olursa olsun, Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovanın göstəricisini 

yeniləməlidir.    Ceyhun  Hacıbəyli  bununla  rejimin  «sosializm  rejimi  yarışı»  adı 

altında  yalnız  Özbəkistanda  deyil,  ölkə  miqyasında  tüğyan  edən  özbaşınalıqlara, 

antibəşəri siyasətə işarə vurur və onu ifşa edirdi. 

Qeyd etmək yerinə düşərdi ki, C.Hacıbəyli müxtəlif janrlarda bu problemə 

toxunmuş  və  sovet  rejiminin  bütün  eybəcərliklərini  açmağa  çalışmışdır.  Onun 

«Nejdanovun  işi»  hekayəsi,  «Şamaxı  məhkəməsi,  yaxud  «bir  xainin  aqibəti» 

sənədli oçerki, çoxsaylı publisistik yazıları bu qəbildəndir və 30-cu illərdə nəinki 

Azərbaycanda,  eləcə  də  bütünlüklə  SSRİ-də  cərəyan  edən  təlatümlü  prosesləri 

öyrənmək və dəyərləndirmək baxımından da mühüm əhəmiyyət kəsb edir. 

…Haqqında bəhs etdiyimiz sinopsisi yuxarıda qeyd etdiyimiz kimi  Ceyhun 

Hacıbəyli  50-ci  illərin  ikinci  yarısında-  ömrünün  son  illərində  qələmə  almışdır. 

Onun əsasında ssenari yazmaq və  əsəri kinoda canlandırmaq Ceyhun bəyə nəsib 

olmamışdır.  İndi  söz  onun  sələflərinindir.  Mücahidin  yarımçıq  işini  başa 

çatdırmaqla onun əziz xatirəsini bir daha yad etmiş olardıq. 



"Ədəbiyyat qəzeti",  21 noyabr 2015.    

 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə