118
istifadə edir, rejimin və kommunist ideologiyasının perspektivsizliyini açıb
göstərirdilər.
Sinopsislə tanışlıqdan hiss olunur ki, Ceyhun Hacıbəyli mövzunu dərindən
mənimsəmiş, «sosializm yarışı»nı, «staxanovçuluq hərəkatı»nı, rejimin
əksinqilabçılarla mübarizə metodlarını diqqətlə və dərindən öyrənmişdir. Ceyhun
Hacıbəyli gələcək kinonun qısa məzmununu elə inandırıcı, əminliklə qələmə
almışdır ki, o sanki Parisdə, Münhendə yox, elə Daşkənddə yaşayır, hadisələri öz
gözü ilə görür, onlara şahidlik edir.
Əsərin əsas obrazlarından biri Zahid basmaçıların Sovet hakimiyyətinə qarşı
mübarizəsi zamanı öz komandiri İbrahim bəyə xəyanət edir və onu bolşeviklərə
təslim edir. Əvəzində bolşeviklər onu mükafatlandırır, partiya sıralarına qəbul edir
və o, «Lenin yolu» kolxozuna sədr təyin olunur. «Pambıq uğrunda mübarizə SSRİ-
nin imperialistlərə qarşı mübarizəsinin tərkib hissəsidir» şüarı altında Özbəkistanda
pambıqçılığın sürətlə inkişafına çalışan rejimin nökərləri heç nəyi nəzərə almadan,
hətta cücərmiş taxıl sahələrini şumlayaraq pambıq toxumlarını əkdirir, etiraz edən
kəndliləri traktorların tırtılları altında əzdirir, yaxud «QPU»-ya təslim edirlər. Bu
işdə xüsusi canfəşanlıq edən kolxoz sədri Zahidə qarşı kəndlilər sui-qəsd
hazırlayıblar, son anda Zahidin qızını saf məhəbbətlə sevən Şarip onu ölümün
pəncəsindən xilas edir.
Özbəkistanda pambıqçılığın inkişafına əngəl törədən üsyançıları
zərərsizləşdirmək üçün SSRİ Ali Soveti İcraiyyə Komitəsinin sədri, Dövlət Plan
Komitəsinin və Nəzarət Komitəsinin sədri, Siyasi Büronun üzvü Kuybışev bu
respublikaya ezam olunur. Görülən tədbirlər nəticəsiz qalır: pambıq istehsalı
artmır. Mərkəz başqa vasitəyə əl atır. Kremldə Stalinin yanında «zərbəçilərin»,
«staxanovçuların», «sosializm yarışının qaliblərinin» toplantısı keçirilir.
Zərbəçilərin sırasında Zahidin qızı Məsləhət də var. Atası öz mövqeyindən istifadə
edib, Məsləhəti də «staxanovçu»lar siyahısına salmışdır. Toplantıda Stalin
Məsləhəti öpür və ona qızıl qolbaqlı saat hədiyyə edir. Rəhbərin bu iltifatı Zahid
119
yoldaşın ailəsinin başını tamamilə gicəlləndirir, onlar xudpəsəndlik və özündən
müştəbehlik xəstəliyinə düçar olurlar.
Zahidi yuxarı çəkir, ona yeni vəzifə verirlər, o, Rayon İcraiyyə Komitəsinin
sədri olur. Artıq hamı Zahidlə qohum olmağa can atır. Zahidin həyat yoldaşı
Əminə də ərinin bu «uğurlarından» başını itirmişdir. İş o həddə çatır ki, qızı
Məsləhəti dul qadın Səltənətin oğlu Şaripə verməyəcəyini, eyni zamanda oğlu
Yusupa da Səltənətin qızı Fatiməni almayacağını həyasızcasına bəyan edir, halbuki
uşaqlar hələ körpə ikən valideynlər bu izdivacı üçün xeyir-dua vermişlər.
Məsləhətdən fərqli olaraq Fatimə çox məyusdu. O, bütün varlığı ilə Yusupu sevir.
Yusup qəlbinin dərinliklərində Fatiməni sevsə də, ata-anası kimi o da yolunu
azmış, harınlamışdır. İçkiyə meylini salan Yusup bir dəfə sərxoş vəziyyətdə
Fatiməni zorlayır.
Hadisələrin axarı tədriclə dəyişir. Stalin rejimində «əksinqilabçı»,
«sabotajçı», «qiyamçı», «xalq düşməni» ovu başlayır. Zahid heç demə,
basmaçılarla xarici dövlətlərlə əlbir olub Özbəkistanın SSRİ tərkibindən çıxmasına
çalışır. Tələm-tələsik yaradılan xüsusi məhkəmə Zahidi mühakimə edir, o, ölüm
cəzasına məhkum olunur və Zahid dərhal da güllələnir. Heç kim Zahidi və «xalq
düşməninin» ailəsini müdafiə etmir, hamı onlardan qaçır. Fatimə ümidsizliyə
qapılır. Bu arada ölkəni növbəti «sosializm yarışı» dalğası bürüyür. Fatimə də bu
yarışa qoşulmağı, bununla da Sosialist Əməyi Qəhrəmanı adını qazanıb, hansısa
məmurun, yaxud partiya rəhbərinin əlində oyuncaq olmaqdan sığortalanmağı, eyni
zamanda imtiy
azlı şəxs kimi köhnə sevgilisi Yusupun əfv edilməsinə nail olmağı
qərara alır. Rəfiqələrinin, anasının dediklərinə baxmayaraq, ac-susuz, gecə-gündüz
tarladan çıxmır, pambıq toplayır. Qəzetlər yarışın gedişini gen-bol işıqlandırır,
qabaqcılların ünvanına təriflər yağdırılır. Fatimə daha da həvəslə çalışır. Günlər
keçdikcə bir tərəfdən gərgin iş rejimi, digər tərəfdən hamiləlik Fatiməni taqətdən
salır, o pambıq cərgələri arasında həbsxanadan qaçmış Yusupun qolları arasında
canını tapşırır. Əsərdə sadə və zəhmətkeş xalq kütləsinin başına oyun açılmasında
rejimin alətləri və nökərləri – erməni Apresyan Özbəkistan Daxili İşlər və Dövlət
120
Təhlükəsizliyi komissarı, onun müavini Leonov, Özbəkistan Kommunist
Partiyasının Birinci katibi Akmal İkramov, Xalq Komissarları Sovetinin sədri
Fayzulla Hocayev və s. kimi personajların da canlandırılması nəzərdə tutulur.
Sinopsisdə gələcək kinodakı səhnələr də qeyd olunmuşdur: Kremldə Stalinin
iştirakı ilə kolxozçuların mükafatlandırılması, Kuybışevin Özbəkistandan
qayıdandan sonra müəmmalı ölümü, sosializm yarışında geri qalan kolxozçulara
qarşı amansız tədbirlər, pambıq yığımı mövsümündə zorakılıqla əhalinin
səfərbərliyə alınması, südəmər körpəli anaların, uşaqların, yaşlıların məcburən
pambıq yığımına cəlb olunması, basmaçıların reydləri, döyüşlər və s.
Sinopsisdəki maraqlı məqamlardan biri Fatimənin sosializm yarışı zamanı
digər rəqiblərinin nəticələri ilə maraqlanmasıdır. O, nəinki öz ölkəsində, eləcə də
Azərbaycanda pambıq yığımının gedişi, oradakı rekordla maraqlanır. O, nəyin
bahasına olursa olsun, Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovanın göstəricisini
yeniləməlidir. Ceyhun Hacıbəyli bununla rejimin «sosializm rejimi yarışı» adı
altında yalnız Özbəkistanda deyil, ölkə miqyasında tüğyan edən özbaşınalıqlara,
antibəşəri siyasətə işarə vurur və onu ifşa edirdi.
Qeyd etmək yerinə düşərdi ki, C.Hacıbəyli müxtəlif janrlarda bu problemə
toxunmuş və sovet rejiminin bütün eybəcərliklərini açmağa çalışmışdır. Onun
«Nejdanovun işi» hekayəsi, «Şamaxı məhkəməsi, yaxud «bir xainin aqibəti»
sənədli oçerki, çoxsaylı publisistik yazıları bu qəbildəndir və 30-cu illərdə nəinki
Azərbaycanda, eləcə də bütünlüklə SSRİ-də cərəyan edən təlatümlü prosesləri
öyrənmək və dəyərləndirmək baxımından da mühüm əhəmiyyət kəsb edir.
…Haqqında bəhs etdiyimiz sinopsisi yuxarıda qeyd etdiyimiz kimi Ceyhun
Hacıbəyli 50-ci illərin ikinci yarısında- ömrünün son illərində qələmə almışdır.
Onun əsasında ssenari yazmaq və əsəri kinoda canlandırmaq Ceyhun bəyə nəsib
olmamışdır. İndi söz onun sələflərinindir. Mücahidin yarımçıq işini başa
çatdırmaqla onun əziz xatirəsini bir daha yad etmiş olardıq.
"Ədəbiyyat qəzeti", 21 noyabr 2015.
Dostları ilə paylaş: |